Xəlili sözü azərbaycan dilində

Xəlili

Yazılış

  • Xəlili • 98.2818%
  • xəlili • 1.7182%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağ Xəlili
Ağ Xəlili — üzüm növü. İran mənşəlidir. Dağıstanda, Stavropol diyarında, Özbəkistanda və Türkmənistanda müxtəlif adlarla yayılmışdır. Ancaq heç bir yerdə sortun təmiz əkinləri yoxdur. Sort Azərbaycanda naməlum vaxtdan ən çox Gəncəbasarda becərilmişdir. Hazırda onun əkinləri xeyli azalmışdır. Kolları güclüdür. Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta-iri, konusvari və yaxud silindrik-konusvari, əsasən sıx və orta sıxdır. Salxım saplağı uzundur, oduncaqlaşmır.
Möhsün Xəlili
Möhsün Xəlili (fars. محسن خلیلی‎; 14 fevral 1981, Tehran, İran) — İran futbolçusu, Saba Kom klubunun hücumçusu.
Samir Xəlili
Xəlili (şair)
Xəlili (1407, Təbriz – 1485, İznik) — Osmanlı imperiyasında yaşamış XV əsrin azərbaycan dilli şairi. Xəlil İbrahim bəy və ya Şeyx Xəlili adı kimi tanınır. 1407-ci ildə Təbriz və ya Diyarbəkirdə anadan olub. Əsərlərindən və memuar müəlliflərinin yazdıqları məlumatlardan belə çıxır ki, Xəlili gəncliyində hürufilik ideyalarını təbliğ edən şeirlər yazıb. Hürufiliyi yaymaq məqsədilə Osmanlı imperiyasına köçüb. Gəncliyində İznikə gələrək İstanbulda keçirdiyi 1465-ci il istisna olmaqla, ömrünün sonuna qədər bu şəhərdə yaşayıb. Özünün qurduğu xanəgahda şeyx olub. Xəlil 1485-ci ildə İznikdə vəfat edib. Xəlilinin şeirlərində Əvhədi Marağalı və İmadəddin Nəsiminin təsiri hiss edilir. Onun özü isə Həbibi və XVI əsrin başqa şairlərinin yaradıcılığına təsir göstərib.
Aşıq Məhbub Xəlili
Aşıq Məhbub Xəlili (1963, İran) — azərbaycanlı aşıq. == Həyatı == Aşıq Məhbub Xəlili 1963-cü ildə Qaradağın Xudafərin məntəqəsinin Oyru kəndində dünyaya gəlib. Öz fitri isteadı və musiqi duyumu ilə bütün saz havalarını öyrənib. Gözəl səsi, çalğısı, rəvan dastan danışığı var, onlarca dastanı sinədən bilir. Məhbub Xəlili həm də ustad aşıqdır, on nəfərdən çox şagirdi var. O, hazırda Tehran şəhərində yaşayır.
Xan əl-Xəlili
Xan əl-Xəlili (ərəb. خان الخليلي‎) — Misirdə Qahirənin tarixi mərkəzində məşhur bazardır. Məmlüklər dövründə ticarət mərkəzi kimi qurulan və adını bir neçə tarixi karvansaraydan biri ilə alan bazar bölgəsi o vaxtdan Qahirənin həm turistlər, həm də misirlilər üçün əsas cazibə yerlərindən birinə çevrilib. Burada həm də ənənəvi sənətkarlıq və suvenirlərin istehsalı ilə məşğul olan bir çox Misir sənətkarları və emalatxanaları yerləşir. Xan əl-Xəlili adı tarixən ərazidəki tək binaya istinad edirdi; bu gün isə bütün alış-veriş bölgəsinə aiddir.

"xəlili" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xəlili nədir? #xəlili sözünün mənası #xəlili nə deməkdir? #xəlili sözünün izahı #xəlili sözünün yazılışı #xəlili necə yazılır? #xəlili sözünün düzgün yazılışı #xəlili leksik mənası #xəlili sözünün sinonimi #xəlili sözünün yaxın mənalı sözlər #xəlili sözünün əks mənası #xəlili sözünün etimologiyası #xəlili sözünün orfoqrafiyası #xəlili rusca #xəlili inglisça #xəlili fransızca #xəlili sözünün istifadəsi #sözlük