bəlalı sözü azərbaycan dilində

bəlalı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bəlalı • 82.9932%
  • Bəlalı • 13.6054%
  • BƏLALI • 3.4014%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Onun bəlalı sevgisi (film, 1980)
== Məzmun == Tələbə Bəhruz (Mikayıl Kərimov) diplom işi üçün istehsalı idarəetmə mövzusunu seçir. Müdafiəyə yaxşı hazırlaşmaq məqsədilə o, tikiş fabrikində direktor katibəsi vəzifəsinə işə düzəlir. İstehsalatla yaxından tanış olandan sonra gənc sosioloq aydınlaşdırır ki, məhsulun aşağı keyfiyyətdə olmasının səbəbi rəhbərliyin düzgün aparılmamasındadır. Bir tərəfdən fabrik direktoru, gözəl və cavan Şövkətlə (Nataliya Tağıyeva) Bəhruz arasında gedən işgüzar münaqişə, digər tərəfdən onların bir-birini təmiz qəlblə sevmələri filmin əsas süjet xəttini təşkil edir. == Film haqqında == Film aktyor Mikayıl Kərimovun kinoda ilk işidir. Film yazıçı Bayram Bayramovun "Bəlalı sevgi" romanı əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Bayram Bayramov, İqor Strekov Bədii rəhbər: Həsən Seyidbəyli Quruluşçu rejissor: Ziyafət Abbasov Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Emin Sabitoğlu Səs operatoru: Əsəd Əsədov Rejissor: Ziya Şıxlinski Operator: Vaqif Muradov Geyim rəssamı: L.Frankenberq Dekor rəssamı: Fikrət Ələkbərov Qrim rəssamı: Elbrus Vahidov Fotoqraf-rəssam: Tofiq Kərimov (T.Kərimov kimi) İşıq ustası: M.Rəhmanov Montaj edən: Gülşən Səlimova Rejissor assistenti: Y.Əhmədov Operator assistenti: K.Haşımov, Q.Pastuşkov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Musiqi redaktoru: Rauf Əliyev (R.Əliyev kimi) Mahnı mətnlərinin müəllifi: Ramiz Rövşən Redaktor: Seyfəddin Dağlı, Eyvaz Borçalı Filmin direktoru: Aydın Dadaşov Mahnıların mətni: Fikrət Qoca Mahnı ifa edən: Flora Kərimova(titrlərdə yoxdur) === Rollarda === Nataliya Tağıyeva (Nailə Bağırova kimi) — Şövkət Mikayıl Kərimov — Bəhruz Hacıbaba Bağırov — Qaraxalov Tofiq Mirzəyev — Sabirov Barat Şəkinskaya — nənə Sona Mikayılova — Xalidə Nelli Mahmudova E.Qarayeva Gümrah Rəhimov — sürücü Rafiq Qasımov Cahangir Aslanoğlu — sərgi iştirakçısı Elxan Ağahüseynoğlu — sərgi iştirakçısı Nadir Əsgərov — işçi Ş.Kamalzadə İ.Brodov Yusif Muxtarov — iclas iştirakçısı === Filmi səsləndirənlər === Əliabbas Qədirov — Bəhruz (Mikayıl Kərimov) (titrlərdə yoxdur) Həsənağa Turabov — Sabirov (Tofiq Mirzəyev) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Şövkət (Nataliya Tağıyeva) (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — Mərziyyə (titrlərdə yoxdur) Sadıq Hüseynov — iclas iştirakçısı (titrlərdə yoxdur) Məhluqə Sadıqova — nənə (Barat Şəkinskaya) (titrlərdə yoxdur) == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.36 dəfə / 1 mln.
2003 •••••••••••••••• 0.79
2004 •••••••••••••• 0.67
2007 ••••• 0.21
2009 •••• 0.16
2010 •••••••••••••••••• 0.91
2011 ••••••• 0.34
2012 •••••••••••••••• 0.77
2013 •••••••••••••••••••• 1.02
2014 ••••••••••• 0.51
2019 ••• 0.14
2020 ••• 0.13

bəlalı sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Əziyyətli; əzablı; iztirab və məşəqqətlə dolu. Bəlalı iş. – Kərəm kimi nə bəlalı başın var; Alvaz dağı, heç əskilməz dumanın. Aşıq Kərəm. Canlandı gözlərində bəlalı ağır illər. M.Rahim. 2. Müsibət və əziyyət çəkmiş, ağır günlər keçirmiş; uğursuz, bədbəxt. O şair mədh edir min bir gülzarı; Bəlalı aşiqi, sevdalı yarı. S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / bəlalı

bəlalı sözünün sinonimləri (yaxın mənalı sözlər)

bəlalı sözünün antonimləri (əks mənalı sözlər)

bəlalı sözünün rus dilinə tərcüməsi

  • 1 бедственный, злополучный

    Azərbaycanca-rusca lüğət / bəlalı
  • 2 прил. 1. мучительный, тягостный, трудный, бедственный. Bəlalı iş мучительная работа, bəlalı illər трудные годы 2. несчастливый, злополучный, несчастный

    Azərbaycanca-rusca lüğət / bəlalı

bəlalı sözünün inglis dilinə tərcüməsi

bəlalı sözünün fransız dilinə tərcüməsi

bəlalı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. азиятлу; бала тир; азият тир; азаб тир; азабривди, азиятривди ацӀанвай (мес. йисар); 2. мусибатар ва азиятар чӀугур, пис йикъар акунвай; айса, бедбахт.

    Azərbaycanca-ləzgicə lüğəti / bəlalı

Oxşar sözlər

#bəlalı nədir? #bəlalı sözünün mənası #bəlalı nə deməkdir? #bəlalı sözünün izahı #bəlalı sözünün yazılışı #bəlalı necə yazılır? #bəlalı sözünün düzgün yazılışı #bəlalı leksik mənası #bəlalı sözünün sinonimi #bəlalı sözünün yaxın mənalı sözlər #bəlalı sözünün əks mənası #bəlalı sözünün etimologiyası #bəlalı sözünün orfoqrafiyası #bəlalı rusca #bəlalı inglisça #bəlalı fransızca #bəlalı sözünün istifadəsi #sözlük