bulağı sözü azərbaycan dilində

bulağı

Yazılış

  • bulağı • 67.7069%
  • BULAĞI • 29.3080%
  • Bulağı • 2.9851%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Karvansara bulağı
Karvansara mineral su bulağı — Şahbuz rayonundakı Gömür kəndindən 7 km şimal-şərqdə, okean səviyyəsindən 2260 m. yüksək ərazidədir. Gömür çayın mənbəyində olan bulaqlar hidrogen-sulfidlidir. Hər iki bulaq suları termaldır. Ultrabərk qatılığa malik, zəif minerallaşmış, sulfadlı-hidrokarbonatlı, kalsiumlu-natriumlumaqneziumlu termal (qaynar) sudur. == Əhəmiyyəti == Daxili və xarici orqanların müalicəsində vanna qəbul etməklə (10 dəfə, T 30–40 Cº) əhəmiyyətlidir. Mineral sudan heyvanlarındakı qoturluğun müalicəsində də istifadə etmək olar. == İstinadlar == == Mənbə == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh. Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri — Naxçıvan, 2008.
Krubay bulağı
Krubay bulağı — Şərqi Serbiyada, Pemorav dairəsində su bulağı. Krupay çayının sağ axarında, 220 metr (720 ft) yüksəklikdə yerləşir. Krubay bulağı Serbiyanın şərqində, Pemarov rayonundakı karst bulaqlarına daxildir. Suyun temperaturu 9-11 °C-dir. 435 metr uzunluğunda olan bulaq axını əvvəlcə şimala doğru axır və 130 metrdən sonra Krupay çayı ilə birləşmədən 300 metr daha davam etmək üçün istiqamətini qərbə dəyişir. Anbar tikildikdən sonra, hündürlüyü 3 m olan Krupay bulağı 40 m uzunluğunda və 17 m enində yeni göl görünüşünü qazandı. Onun suyu çox cəlbedici şəlalə ilə göldən axır. 1998-ci ildə aparılan hərtərəfli speleoloji tədqiqatlar mağarada əhəngdaşının əriməsinə səbəb olan süsusi bölmə aşkar etdi. Bənddən çay üzərində qurulmuş qurğulara axan su dik astana və şəlalələr üzərindən keçir. Bulağın hidroloji rejimi və su həcmi kifayət qədər sınaqdan keçirilməmişdir.
Köçərli bulağı
Köçərli bulağı — Şuşa şəhərində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Bulaq şəhərin tarixi Köçərli məhəlləsində, hazırda 20 yanvar küçəsində yerləşir. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. == Tarixi == Köçərli bulağı Şuşanın Köçərli məhəlləsi yerləşirdi.
Kərəm bulağı
Kərəm bulağı — Gədəbəy rayonunun Pərizamanlı kəndində yerləşir. El qəhrəmanı Qaçaq Kərəmin adıyla adlandırılıb. Söylənilənlərə görə, Qaçaq Kərəm bu bulağın başında Pərizamanlı camaatının dəfələrlə qonağı olub.
Mamay bulağı
Mamay bulağı — Şuşa rayonu ərazisində, Mamayı məhəlləsində yerləşən məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Buna misal olaraq, məscidin yerləşdiyi daş kub şəkilli meydanda deyil, iki küçənin kəsişməsində olan Mamay məhəlləsi bulağını göstərmək olar. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir.
Mamayı bulağı
Mamay bulağı — Şuşa rayonu ərazisində, Mamayı məhəlləsində yerləşən məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Buna misal olaraq, məscidin yerləşdiyi daş kub şəkilli meydanda deyil, iki küçənin kəsişməsində olan Mamay məhəlləsi bulağını göstərmək olar. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir.
Meydan bulağı
Meydan — Şuşa şəhərinin əsas şəhər meydanıdır. Şuşa qalasının Gəncə qapısı yaxınlığındakı Divanxana meydanından başlanğıcını götürən Şuşanın əsas ticarət magistralı olan Rasta bazar küçəsi məhz Meydanda tamamlanır, beləliklə Meydan və Divanxananı əlaqələndirir. Şimaldan cənuba doğru zəif hiss olunan mailliklə uzanan küçə effektiv və gözlənilməz şəkildə kiçik işıqlı Meydana çıxır. == Tarixi == E. Avalov qeyd edir ki, ətrafında yerləşən binaların təyinatında əsasən Meydan Şuşada mühüm ictimai-ticari rol oynamışdır; burada böyük dini mərasimlər (Aşura) keçirilmişdir. Meydanın əsas memarlıq elementləri dini və ticarət binalarıdır ki, bu xüsusiyyət də XVII–XVIII əsrlər Azərbaycan şəhərlərində salınmış meydanlar üçün xarakterikdir. Şuşa şəhərinin tarixi bilinməyən baş planına əsasən şəhərin əsas memarlıq və ticarət kompleksi olan Meydan ilk dini tikilinin ətrafında formalaşdırılmışdır. Sonradan bu cür məscidlər ətrafında inşa edilən ticarət və digər tikililər məscid vəqflərinə aid idi; məscid mə mədrəsələrin saxlanmasına lazım olan xərclər bu binaların istifadəsindən əldə edilən gəlir sayəsində ödənirdi. Meydanın formalaşmasını izləməklə Şuşanın digər orta əsrlər meydanlarının da yaradılması yolunu öyrənmək mümkündür. Rasta bazar küçəsinin şərq tərəfinin cənub qurtaracağı bitişik binalar vasitəsiylə dərininə genişləndirilmişdir. Küçənin bir hissəsinin genişləndirilməsi vasitəsilə meydan yaradılması üsuluna Şuşanın Bazar başı və Mərdinli məhəllə meydanlarının nümunəsində də izləmək mümkündür.
Nisəbəyim Bulağı
Nisəbəyim Bulağı — Culfa rayonunun Şurud kəndində ərazisində ziyarətgah. == Haqqında == İlandağın zirvəsinə qalxan cığırdan azca aralıdır. Yerli camaat arasında möhkəm kök salmış adətə görə, meyvə ağaclarına tırtıl daraşanda, xəstəlik düşəndə ziyarətgaha qurban deyər, yaxud "Nisəbəyim bulağı"ndan su gətirib ağaclara çiləyər xeyir-bərəkət, bol məhsul diləyərdilər. Bundan sonra sanki canlanar, azar-bezardan qurtarardı, arzu və niyyətlər hasil olardı. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 450. ISBN 5-8066-1468-9.
Nohur bulağı
Nohur bulağı — Azərbaycanın Qazax rayonunun Ağköynək kəndində bulaq. Qonaqlar üçün bura görməli yerlər marşrutunda olur.
Qızlar bulağı
Qızlar bulağı – Bu rəqsdə bəhs olunan bulaq Naxçıvanın yaxınlığındadır. Burada qızlar yığışar, çalıb-oynayar, mahnı oxuyardılar. “Qızlar bulağı” rəqsi də buradan meydana gəlib. Bu rəqsin melodiyasını indi də Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Babək, Sədərək, Kəngərli, Şahbuz rayonlarındakı və Naxçıvan şəhərindəki şənliklərdə eşitmək olur..
Seyidli bulağı
Seyidli bulağı — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Tarixi == Seyidli məhəlləsində yerləşir. XIX əsrin 80-ci illərində qurulub. Belə ki, 1873-cü ilə qədər Şuşada bulaq mövcud deyilmiş. 120 ildən çox müddət ərzində içməli su mənbəyi mövcud olmayıb. Şuşanın hər iki tərəfindən çay axdığından buna ehtiyac duyulmayıb. Müxtəlif vasitələrlə həmin çaylardan su gətirib həm təsərrüfatda, həm də içmək üçün istifadə edilirdi. Şuşanın özündə su olmasa da onun hər iki yanından axan çaydan suyu tuluqlara doldurub gətirib şəhərdə satırdılar. Şuşaya ilk bulağı isə Xan qızı Natəvan saxsı borularla çəkib. Bu məşhur "Xan Qızı" bulağıdır.
Gənzə mineral bulağı
Gənzə mineral bulağı — Ordubad rayon mərkəzindən 6 km şimal-şərqdə Anabad kəndi yaxınlığında Gənzə çayının sahil qumlarından çıxır. Suyu şəffaf, turşməzə, ləzzətli və içməklə doymaq olmur. Su orta dərəcədə minerallaşmış, Rusiyanın (Şimali Qafqaz) “Jeleznovodsk” mineral suyunun analoqudur. Gənzə mineral bulaqlarından (bir neçə bulaq vardır) Ordubad rayonunda ən yaxşısı olmaqla, süfrə suyu kimi istifadə olunur. == Mənbə == Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri- Naxçıvan, 2008.
Karvansara mineral bulağı
Karvansara mineral su bulağı — Şahbuz rayonundakı Gömür kəndindən 7 km şimal-şərqdə, okean səviyyəsindən 2260 m. yüksək ərazidədir. Gömür çayın mənbəyində olan bulaqlar hidrogen-sulfidlidir. Hər iki bulaq suları termaldır. Ultrabərk qatılığa malik, zəif minerallaşmış, sulfadlı-hidrokarbonatlı, kalsiumlu-natriumlumaqneziumlu termal (qaynar) sudur. == Əhəmiyyəti == Daxili və xarici orqanların müalicəsində vanna qəbul etməklə (10 dəfə, T 30–40 Cº) əhəmiyyətlidir. Mineral sudan heyvanlarındakı qoturluğun müalicəsində də istifadə etmək olar. == İstinadlar == == Mənbə == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh. Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri — Naxçıvan, 2008.
Alxas bulağı
Alxas bulağı — Xınalıqda bulaq. Alxas bulağı Xınalığın sirli bulaqlardan biridir. Bulağın suyu iki mənbədən gəlir: həm qayaların arasından süzülür, həm də yerin altından qaynayıb çıxır. Bu suyu içəndə adamın dişini göynədir. Bulağın bir sirri də var. Təkcə yayda çobanlar yaylaqda məskən salandan-salana suyu olur.
Arçman bulağı
Damcılı bulağı
Damcılı bulağı — Azərbaycanın Qazax ərazisində bulaq. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Ümumi hündürlüyü min metrə çatan nəhəng qayalardan süzülən saf və duru, buz kimi soyuq su damcı-damcı tökülür, aşağıdakı təbii ovucda yığılaraq bulaq olur. Məşhur Azərbaycan şairi Səməd Vurğun Damcılını dünyanın 8-ci, Azərbaycanın 1-ci möcüzəsi adlandırıb. Bura Qazax rayonun əsas istirahət yeri, turizm mərkəzidir. Yay mövsümündə Qazax əhalisi sərinləmək üçün buraya üz tutur. Qonaqlar üçün bura görməli yerlər marşrutunda olur. Avey dağının aşağısında yerləşən Damcılı bulağı çox mənzərəli yerdə yerləşir.
Dərəlik bulağı
Dərəlik bulağı — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Culfa-Naxçıvan avtomobil yolundan 2 km. aralıda yerləşir. Əlincəçayın sol sahilindədir. Suyun tərkibində natrium, hidrokarbon, kalsiumli-maqneziumludur. == Ələhi suyunun tərkibi == Suyun tərkibi karbon qazı ilə boldur. Həmçinin suda natrium, kalsium, maqnezium vardır. Kimyəvi tərkibi Şimali Qafqazda yerləşən "Pyatiqorck" suyuna yaxındır. Yerli əhali tərəfindən müalicəvi su hesab edilir. Mineral bulağın suyu ürək-damar və dəri xəstəliklərində müalicəvi vasitə kimi tanınır. == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Xaltan bulağı
Xaltan bulağı — Azərbaycan Respublikasının Quba rayonunun Xaltan kəndinin ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının Quba rayonunun Xaltan kəndinin şimal-şərqində, Gilgilçayın hər iki sahilində çoxdebetli, isti kükürdlü mineral bulaqlar yerləşir. Qədimdən yel və dəri xəstəliklərininmüalicəsində istifadə olunur. Tədqiqatçılara görə, bulağın adı qədim İran mənşəli xar və ya gar ("isti" deməkdir;sonralar [r] səsi [l] səsinə keçmişdir) və dan (su) sözlərindən düzəldilmişdir (osetin dilində qardan "istisu"mənasındadır. Hidronimdəki dan (su) sözünün tan formasına düşməsi isə tat dilinin Xaltan şivəsində d səsinin t səsi kimi tələffüz olunması ilə əlaqədardır. Qeyd edək ki, Don çayının adı da tarixən Tan variantında işlənmişdir. == Həmçinin bax == Xaltan kəndi == Mənbə == "Azərbaycan toponimlərinin ensklopedik lüğəti". II cilddə. Bakı-2007. I cild, səh.
Yusifli bulağı
Yusifli bulağı və ya Hacı Yusifli bulağı — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. == Tarixi == Yusifli bulağı hazırda Şuşa şəhərinin Niyazi küçəsində yerləşir. Bulaq XIX əsrin sonu XX əsrin əvvəllərində inşa edilmişdir.
İlisu bulağı
İlisu – Azərbaycan Respublikasının Qax rayonu ərazisində mineral bulaq. == Ümumi məlumat == İlisu bulağı İlisu kəndindən 5 km şərqdə Hamamçay dərəsində Moxbulaq,Hamam,Oğlanbulaq-qızbulaq və s. bulaqlardan ibarətdir. Bu bulaqlardan çoxu(Moxbulaq istisna olmaqla) hərarəti 40 °C-45°-yə çatan kükürdlü(hidrokarbonatlı) isti sudur. == Tarixi məlumat == İlisu termal suları ilk dəfə 1866-cı ildə K.A.Nikitin tərəfindən tədqiq olunmuş və Q.V.Struve tərəfindən 1887-ci ildə kimyəvi tərkibi öyrənilmişdir.1950-ci ildən sonra bu bulaqda tikinti işləri aparılmiş,insanların su vannaları qəbul etməsi üçün xüsusi şərait yaradılmışdır.Suyun çıxdığı oyuq ön tərəfdən hörülərək hovuz halına salınmış və vanna qəbul etmək üçün istifadə olunur.Tədricən bu ərazı,təyinatına uyğun olaraq xalq arasında" hamam" adlanmışdır.Hamamdan bir qədər aralıda diğər mineral su-"Oğlan bulaq-qız bulaq" yerləşir.O,yerdən təxminən 2 m yüksəklikdən,qayanın işərisindən axıb tökülən isti su şırnağından ibarətdir.Qayada yanaşı əyləşib iki nəfərin söykənməsi üşün kreslonun söykənəcəıyinə bənzər yer var.Yaxınlıqda insanların gecələməsi üçün də otaqlar tikilmişdir. == Kimyəvi tərkibi == Adətən kükürdlü su adlanılan bu bulaqlar əslində kimyəvi tərkibəcə hidrokarbonatlıdır.Mineral bulaqda müşahidə edilən qazlar tərkibcə hidrogen-sulfidlidir. Mineral bulaqların tərkibində radon elementidə üstülük təşkil edir. Radon – Mendeleyev cədvəlində VIII qrupun elementidir. Radon radiumun çox qısa yaşama müddəti olan (yarımparçalanma dövrü 3.8 sutka) parçalanma məhsuludur. Təsirsiz qazlara aiddir.
İsa bulağı
İsa bulağı — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri. İsa bulağı Şuşa şəhərindən iki kilometr aralı, dəniz səviyyəsindən təqribən 1500 metr hündürlükdə, meşədə yerləşir. Azərbaycan təbiətinin nadir incilərindən sayılır. Bu hidronim haqqında yerli əhalinin məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır. === Bərpası === Vətən müharibəsindən sonra İsa Bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib.Bulağın özü mərmərdən hazırlanıb, İsa Bulağı sözü isə milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub.
Ələhi bulağı
Ələhi bulağı — Azərbaycanın Ordubad rayonu ərazisində, Ələhi kəndindən 500 m. cənub-qərbdə bulaq. Ələhi bulağı Gilənçay dərəsində yerləşir. == Ələhi suyunun tərkibi == Suyun tərkibi karbon qazı ilə boldur. Həmçinin suda natrium, kalsium, maqnezium vardır. Kimyəvi tərkibi Gürcüstanın "Barjomi" suyuna yaxındır. Yerli əhali tərəfindən müalicəvi su hesab edilir. == İstinadlar == == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Əsgərxan bulağı
Əsgərxan bulağı — Füzuli rayonunun Yağlıvənd kəndində, Kavxalı məhəlləsinin yaxınlığında yerləşir. Bulağın XIX əsrdə tikildiyi ehtimal edilir. 1993-cü ilin 15 avqust tarixində Yağlıvənd kəndi işğal edildikdən sonra bulaq baxımsız qalıb. Nəticədə bulağın suyu quruyub, özü isə baxımsız vəziyyətə düşüb. Bulağın gözü 2024-cü ildə Yağlıvənd kəndinin sakinləri tərəfindən təmizlənərək bərpa edilmişdir. == Haqqında == Əsgərxan bulağının əsası XIX əsrdə qoyulduğu ehtimal edilir. Yağlıvənd kəndinin yeddi əsas məhəlləsindən biri olan Kaxvalı məhəlləsinin yaxınlığında yerləşən "Əsgərxan bulağı" şair, polis pristavı, "Georgi" xaçı kavaleri Həsənəli bəy Əsgərxanovun böyük oğlu Əsgərxan bəyin adı ilə bağlı olduğu düşünülür.
Barat bulağı
Barat bulağı — Füzuli rayonunun Yağlıvənd kəndində bulaq. == Haqqında == Barat bulağı kəndin Çökək məhəlləsinin yaxınlığında yerləşir. Bulağın XX əsrin 70-ci illərində Yağlıvənd kənd sakini Barat Sifahanov aşkar etdiyi üçün kənd sakinləri tərəfindən bulağa onun adı verilmişdir. Bulaqdan ildə bir neçə ay istifadə etmək mümkün olub. Buna səbəb Yağlıvənd gölünün şişərək bulaq olan ərazini tutmasıdır. 1993-cü ilin 15 avqust tarixində Yağlıvənd kəndi işğal edildikdən sonra bulaq baxımsız qalıb. Nəticədə bulağın suyu quruyub, özü isə baxımsız vəziyyətə düşərək gözü tutulub.
Lələli bulağı
Lələli bulağı — Füzuli rayonunun Yağlıvənd kəndində, O Tay Lələli məhəlləsinin yaxınlığında yerləşir. 1993-cü ilin 15 avqust tarixində Yağlıvənd kəndi işğal edildikdən sonra bulaq baxımsız qalıb. Nəticədə bulağın suyu quruyub, özü isə baxımsız vəziyyətə düşüb. Bulağın gözü 2024-cü ildə Yağlıvənd kəndinin sakinləri tərəfindən təmizlənərək bərpa edilmişdir. == Haqqında == Lələli bulağının tarixi bilinmir. Yağlıvənd kəndinin yeddi əsas məhəlləsindən biri olan Lələli məhəlləsinin yaxınlığında yerləşdiyi üçün adıçəkilən məhəllənin adı ilə bağlıdır.
Məmməd Koxa bulağı
Məmməd Koxa bulağı — Azərbaycanın Qazax rayonunun Daş Salahlı kəndində bulaq. Avey mağarasının yanında yerləşir. 1914-cü ildə Qazax general qubernatoru Məmməd Mahmudov (Məmməd Koxa) tərəfindən dağın döşündən yerin altı ilə çəkilib. Bura Qazax rayonunun əsas turizm mərkəzlərindən biridir. Qonaqlar üçün bura görməli yerlər marşrutunda olur. Avey dağının aşağısında çox mənzərəli bir yerdə yerləşir.
Novruz Bulağı (Urmiya)
Novruz Bulağı (fars. نوروزبلاغي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması haqqında məlumat yoxdur.
Pəzməri mineral su bulağı
Pəzməri mineral su bulağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Pəzməri kəndində su bulağı. == Haqqında == Ordubad rayonunun Pəzməri kəndindəki eyniadlı intruzivin təmas zonasındadır. Suyun temperaturu 13°C, debiti m³/gün, minerallaşma dərəcəsi 1,52 q/l-dir. Su coddur, dadı turşməzədir. Süxurlarda dəmir pası örtüyü müşahidə olunur. Suyu zəif karbon qazlı, az minerallaşmış, hidrokarbonatlı-sulfatlı, kalsiumlu-natriumludur. Müalicə üçün istifadə edilə bilər.
Qanuni Sultan Süleyman bulağı
Qanuni Sultan Süleyman Bulağı — Bulaq klassik üslubda üç qanadlı daşdan inşa edilmişdir. Qanuni Sultan Süleyman, 1566-cı ildə, Zigetvar səfərinə çıxarkən Kurşunlu Han və Qanuni Sultan Süleyman Körpüsü ilə birlikdə Memar Sinan tərəfindən inşa edilmişdir. Hələ də içmə və istifadə etmə suyu baxımından fəal vəziyyətdədir. Bulağın yanında Sokullu Mehmet Paşa Məscidi yer alır. Bulaq llassik üslubda üç qanadlı kəsmə daşdan inşa edilmişir. Orta qanad digərlərinə nəzərən bir az daha geniş və yüksəkdir. Yan qanadlar orta hissəyə görə bucaqlı olaraq geridə qalmaqdadır. Beşik tonozu xatırladan bir üst örtüyü vardır. Üç hissəni birləşdirən sadə bir lülə vardır. Kilid yaşlarında bir rozet olan iti kəmərli nişlər halındakı qanadların içərisinə kiçik ayna daşları yerləşdirilmişdir.
Qazı Bulağı (Tarım)
Qazı Bulağı (az.-əski. قازێ بولاغێ‎, fars. قاضی بلاغی‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 477 nəfər yaşayır (149 ailə).
Qotur bulağı (Şuşa)
Qotur bulağı — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Ümumi məlumat == Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. Qotur bulağı Şuşa həbsxanasından aşağıda Daşaltı çayının kənarında yerləşir. Qotur bulağı sal bir qayanı yararaq dörd metr hündürlükdən əlvan çınqıllığın içinə tökülür, gümüş cığır kimi qıvrıla-qıvrıla axıb gedən bulaqdır. Yay aylarında Şuşaya istirahətə gələn insanlar bulağın suyundan içir,yaxınlığındakı bağın tut ağacları altında zərif kaşan xalçaları salır, məxmər döşəkçələr, ipək yastıqlar, mütəkkələr düzüb istirahət edirdilər. == Tarixi == Bulağın suyu ilin 6 ayında gəlir, 6 ayında isə quruyurdu. İlin bütün fəsillərində soyuq və duru olan bulağın suyunun müalicəvi əhəmiyyəti var. Tərkibi minerallarla zəngin olan Qotur bulağın suyu bədəndəki qoturu, dəmrovu, ləkələri müxtəlif yaraları sağaldır, duzlaşmanı aradan qaldırır.
Qırx Abdal bulağı
Qırx Abdal piri — Xınalıqda ziyarətgah. Xınalıq ərazisinin demək olar ki, hər yerindən çaylar çağlayır, çeşmələr qaynayır. Onlar hər tərəfə həyat verir, gözəllik bəxş edir. Lakin şenliyin məskunlaşdığı sahədə istifadə üçün bulaq, çeşmə yoxdur. Ona görə də qızlar-gəlinlər çiyinlərində həmişə səhəng və kuzələrlə su gətirməli olmuşlar. Yaşayış yerindən xeyli aralı və dərənin dibindən axan Qudyalçaydan su gətirmək məcburiyyəti onları daim çətin vəziyyətdə qoyurmuş. Hava şəraitindən asılı olaraq adi ehtiyatsızlıq bədbəxtliklə nəticələnərmiş. Odur ki, Xınalığın su təchizatı təkcə can rahatlığı deyil, yaşayış deməkdi, həyat deməkdi. Buna görə də çox qədimlərdə obanın şimalında, Qızıl qaya dağının ürəyinin başında qaynayan bulaqların gözü açılmış, gur sel yaradılmışdır. Yaylaqlardan endirilən suyu gil borular vasitəsilə şenliyə çatdırmışlar.
Qızlar bulağı (roman)
"Qızlar bulağı" romanı Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığında xüsusi yer tutur. "Nağıl içində nağıl" motivini xatırladan əsər Çoponun həyatının üç fərqli dövrünü əhatə edir. Çopo bütün həyatı boyu sanki dönüb-dolaşıb "Qızlar bulağı" ətrafında fırlanır. Çoponun mühafizəkarlıqdan kənar, azad mühiti eyni zamanda Azərbaycan milli kimliyini ifadə edir. Y.V.Çəmənzəminlinin repressiya qurbanına çevrilməsinin əsas səbəblərindən biri kimi göstərilən bu roman günümüzdə də aktuallığını qoruyur.
Qızılvəng mineral bulağı
Qızılvəng mineral bulağı — Babək rayonu ərazisində, Qızılvəng dəmiryolu stansiyasından 2 km, Araz su anbarı dəryaçasından isə 300 metr aralıda bulaq. Orada 1963-cü ildə Araz çayı üzərində bənd tikilərkən mineral bulaqların əksəriyyəti su altında qalmışdır. Orta əsrlərdə həmin bulaqlara "Astaabad bulaqları" da deyilirdi. Zəif minerallaşmış su acı-şor dadlı olmaqla Rusiyanın "Pyatiqorsk" (Şimali Qafqaz) suyunun oxşarıdır. Daxili xəstəliklərin müalicəsində əhəmiyyətlidir. == Mənbə == Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri — Naxçıvan, 2008.
Sülh Bulağı əməliyyatı
Sülh Bulağı əməliyyatı (türk. Barış Pınarı Harekâtı; bəzi mənbələrdə Sülh Mənbəyi əməliyyatı və ya Sülh Çeşməsi əməliyyatı kimi tərcümə olunur) — Türkiyə Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun Suriyanın şimalında tək tərəfli muxtariyyət elan edən Rojavadakı silahlı qüvvə olan Suriya Demokratik Qüvvələrinə qarşı başladılan hərbi əməliyyat. Əməliyyatın başladığını elan edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatın "PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı " başladıldığını açıqlamış və məqsədinin "Türkiyənin cənub sərhədində yaradılmasına çalışılan terror koridorunu yox etmək və bölgəyə sülh və hüzur gətirmək " olduğunu bildirmişdir. == Zəmin == Türkiyə hökumətinin Şimali Suriyaya müdaxilə etmə təhdidinin ardından 2019-cu ilin avqust ayında Türkiyə ilə ABŞ arasında Suriya Demokratik Qüvvələrini Suriyada İŞİD-ə qarşı hərbi müdaxilədə kilid müttəfiqlərindən biri olaraq görən razılaşma əldə edildi. Razılaşma izləmə və ortaq patrul yolu ilə Türkiyənin "təhlükəsizlik narahatlığını" ələ alaraq gərginliyi ortadan qaldırmağı məqsədləyən təhlükəsiz bölgəni qurarkən, SDQ-nin o dövrdə nəzarəti altındakı ərazilər üzərində hakimiyyəti əlində tutmasına icazə verdi. Razılaşma ABŞ və SDQ tərəfindən müsbət qarşılansa da, Türkiyə razılaşmadan məmnun deyildi. Türkiyə hökumətinin məmnuniyyətsizliyi Türkiyənin təhlükəsiz bölgənin əhatə etdiyi sahəni genişlətmək, Türkiyənin ərazinin bir qismi üzərində nəzarətini zəmanətə almaq və ya milyonlarla qaçqını bölgəyə yerləşdirmək kimi bir neçə cəhdinə səbəb oldu. Bu cəhdlərin hamısı sərt SDQ müqaviməti və ABŞ tərəfindən edilən açıqlamalar nəticəsində uğursuz oldu. ABŞ-Türkiyə quru patrul nəzarətinin rəsmi olaraq işə başlamasına, SDQ-nin düşərgələrinin sökülməsinə və YPG qüvvələrinin təhlükəsiz bölgənin bir qismindən geri çəkilməsinə baxmayaraq, Türkiyə və SDQ arasında münasibətlər daha da gərginləşdi. Türkiyənin razılaşmanın status-kvosundan duyduğu narahatlıq prezident Ərdoğanın SDQ-i hədəfləyən çıxışları ilə daha da çıxılmaz hal aldı.
Teyvaz mineral bulağı
Teyvaz mineral bulağı — Culfa rayonundakı Teyvaz kəndindən 2 km cənub-qərbdə Teyvaz çayının məcrasında okean səviyyəsindən 1785 m yüksəklikdədir. Orta dərəcədə minerallaşmış hidrokarbonatlı-natriumlu-xlorlu suyun tərkibində karbon qazı olduqca azdır. Mütəxəssislər tərəfindən öyrənilməsə də sudan dəri səpkiləri ilə qaşınmaları, ayaqlardakı göbələk (qribok) və s. xəstəliklərin müalicəsində vanna qəbul etmək (10 kurs 40-50 Cº) əhəmiyyətlidir. Mineral sudan həkimin məsləhəti ilə müalicə aparılmalıdır. Ağız boşluğu və diş ətlərindəki iltihaba qarşı qısa müddətli qar-qara etmək olar.
Tivi mineral bulağı
Tivi mineral bulağı — Ordubad rayonu ərazisindəki Tivi kəndində çoxsaylı mineral bulaqlar vardır. Kəndə dağ yolları ilə Ordubaddan 60 km-lik məsafədə təzə yol çəkilmişdir. Tivi kəndi Süzgün çayın üstündə Ordubad-Bist yolunun şimal-şərqindədir. Kənddəki mineral bulaqlardan biri Rusiyanın Kislovodskdəki (Şimali Qafqaz) "Narzan" tipli mineral suyunun analoqudur. Zəif minerallaşmış karbonqazlı sudan daxili xəstəliklərin müalicəsində (18–20 Cº) içmək əhəmiyyətlidir. == Mənbə == Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri — Naxçıvan, 2008.

"bulağı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bulağı nədir? #bulağı sözünün mənası #bulağı nə deməkdir? #bulağı sözünün izahı #bulağı sözünün yazılışı #bulağı necə yazılır? #bulağı sözünün düzgün yazılışı #bulağı leksik mənası #bulağı sözünün sinonimi #bulağı sözünün yaxın mənalı sözlər #bulağı sözünün əks mənası #bulağı sözünün etimologiyası #bulağı sözünün orfoqrafiyası #bulağı rusca #bulağı inglisça #bulağı fransızca #bulağı sözünün istifadəsi #sözlük