Cəlaliyyə
Cəlaliyyə (fars. جللییا) — Naxçıvan hakimi, məlikə (XIII əsrin 20-ci illəri), Azərbaycan Atabəylər dövlətinin ikinci hökmdarı atabəy Məhəmməd Cahan Pəhləvanın Zahidə xatundan olan qızı, atabəy Özbəyin bacısı, Xarəzmşah Cəlaləddin Mənguberdinin şəxsi münşisi.
== Həyatı ==
Şihabəddin ən-Nəsəvinin Cəlaliyyə haqqında məlumatı "Məlikə Cəlaliyyə, Naxçıvanın sahibəsi" sözləri ilə başlayır. 1224-cü ildə monqolların dağıtdığı Xarəzmşahlar dövlətinin hökmdarı sultan Məhəmmədin oğlu Qiyasədin Pirşah Azərbaycana yürüş edir. Hücumların qarşısını almaq iqtidarında olmayan Özbək, iqta mülkü kimi Naxçıvana sahib olan bacısı Cəlaliyyəni Pirşaha ərə verməklə barışıq əldə edir. Azərbaycan Atabəylər dövlətinin süqutundan sonra Naxçıvan Cəlaliyyənin mülkü olaraq qalır. Cəlaliyyə haqqında mənbələrdə olan sonrakı məlumat Cəlaləddin Mənguberdinin vəziri Şərəf əl-Mülkün bu işə Cəlaliyyənin oğulluğu, ona naxələf çıxmış məmlük Aytoğmış təhrik etmişdi. Naxçıvan civarında baş verən döyüş vəzirin qoşununun məğlubiyyəti ilə nəticələnir. Ən-Nəsəvi Cəlaliyyənin sarayında, adətən, kişilərin danışdığı "hacib" (sarayın işlər müdiri, kamergeri) vəzifəsini icra edənin o zaman qadın olması haqqında məlumat verir. 1228-ci ildə gürcü qoşunlarını darmadağın etmiş, ətraf yerləri ələ keçirmiş Xarəzmşah Cəlaləddin Mənguberdi Cəlaliyyənin təklifi ilə Naxçıvana gəlir.