Mahmud Cəlaləddin Paşa (1836–1884)
Mahmud Cəlaləddin Paşa (1836 – 8 may 1884, Taif, Məkkə bölgəsi[d]) — Osmanlı sultanı Sultan Əbdülməcid, Sultan Əbdüləziz, V Murad və II Əbdülhəmid dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.
== Həyatı ==
Atası Sultan Mahmud dönəminin vəzirlərindən Əhməd Fəthi Paşa idi. Atası Sultan Mahmudun qızlarından Atiyə Sultanla evli olsa da, Mahmud Paşa onun Şəmsinur xanımla olan ilk evliliyindən dünyaya gəlmişdir. Ögey anasının vasitəsilə mükəmməl təhsil aldı. 1858-ci ildə Sultan Əbdülməcidin qızlarından Cəmilə Sultanla nişanlandı. Üstəlik Cəlaləddin Paşanın bir kənizindən Mehmed Kazım və Əhməd Fazil bəy adlı 2 oğlu da vardı. Bu səbəblə, saray ənənəsinə uyğun olaraq, öncə bu evliliyi sonlandırıldı. 27 may 1858-ci ildə başlayan toy şənliklərinin ardından 11 iyunda cütlüyün nigahı şeyxülislam Məşrəfzadə Arif Əfəndi tərəfindən bağlandı. Cütlüyün şərəfinə Fındıklıda bir saray inşa olunsa da, sarayın inşası gecikmiş, bu səbəblə cütlük toy mərasiminin ardından bir müddət Əmirgandakı sahilsaraylarının birində yaşamışdır. Bir-birlərini çox sevdikləri bilinən cütlüyün bu nigahdan 6 övladları dünyaya gəlsə də, bunlardan ikisi uşaq yaşlarında vəfat etdi.