Cəlal sözü azərbaycan dilində

Cəlal

Yazılış

  • Cəlal • 99.1345%
  • cəlal • 0.5527%
  • CƏLAL • 0.3128%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həsən-Cəlal
Həsən Cəlaləddövlə (bilinmir – 1260, Qəzvin) — Xaçın knyazı (1215–1261) Alban əsilli, dövlət xadimi. Qafqaz Albaniyası son qalan xristian alban məlikliklərini birləşdirərək vahid Xaçen dövlətini qurmuşdur. == Haqqında == Həsən Cəlalın dövründə Xaçın knyazlığı ən yüksək inkişaf mərhələsinə çatıb. O, Qafqaz Albaniyasında uzun müddət hakimiyyətdə olmuş Aranoğulları sülaləsinin və gürcü çarı Tamaranın məşhur sərkərdələri Mxarqradzelilərin nəslindəndir.indiki Rəhimli(köhnə adı.AşağıXaç)kəndində Anadan Olub. 1261-ci ildə monqol yürüşləri zamanı həlak olan Həsən Cəlal və onun nəslindən olan alban katolikosları Gəncəsər məbədinin ərazisində(indiki Kəlbəcər rayonu) dəfn olunublar. Həsən Cəlal həmişə dövrün epiqrafik abidələrində böyük minnətdarlıqla "Xaçın ölkələri knyazı", "Albaniya hökmdarı" və başqa bu kimi titullarla anılır. Məhz Həsən Cəlalın göstərişi ilə alban memarlığının şah əsəri olan Gəncəsər məbədi tikilib. Həsən Cəlal dövrünün ən görkəmli dövlət xadimlərindən biri olub. == Həyatı == 1215-ci ildə Xaçın knyazlığında hakimiyyətə Həsən Cəlal gəlir. Ondan qalmış çoxsaylı yazılar onun mənşəyini öyrənməyə imkan verir.
Həsən Cəlal
Həsən Cəlaləddövlə (bilinmir – 1260, Qəzvin) — Xaçın knyazı (1215–1261) Alban əsilli, dövlət xadimi. Qafqaz Albaniyası son qalan xristian alban məlikliklərini birləşdirərək vahid Xaçen dövlətini qurmuşdur. == Haqqında == Həsən Cəlalın dövründə Xaçın knyazlığı ən yüksək inkişaf mərhələsinə çatıb. O, Qafqaz Albaniyasında uzun müddət hakimiyyətdə olmuş Aranoğulları sülaləsinin və gürcü çarı Tamaranın məşhur sərkərdələri Mxarqradzelilərin nəslindəndir.indiki Rəhimli(köhnə adı.AşağıXaç)kəndində Anadan Olub. 1261-ci ildə monqol yürüşləri zamanı həlak olan Həsən Cəlal və onun nəslindən olan alban katolikosları Gəncəsər məbədinin ərazisində(indiki Kəlbəcər rayonu) dəfn olunublar. Həsən Cəlal həmişə dövrün epiqrafik abidələrində böyük minnətdarlıqla "Xaçın ölkələri knyazı", "Albaniya hökmdarı" və başqa bu kimi titullarla anılır. Məhz Həsən Cəlalın göstərişi ilə alban memarlığının şah əsəri olan Gəncəsər məbədi tikilib. Həsən Cəlal dövrünün ən görkəmli dövlət xadimlərindən biri olub. == Həyatı == 1215-ci ildə Xaçın knyazlığında hakimiyyətə Həsən Cəlal gəlir. Ondan qalmış çoxsaylı yazılar onun mənşəyini öyrənməyə imkan verir.
Mir Cəlal
Mir Cəlal (26 aprel 1908, Əndəbil, Cənubi Azərbaycan, Qacar dövləti – 28 sentyabr 1978, Bakı) — yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru (1947), professor (1948), 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar elm xadimi (1969), laureatı (1968). == Həyatı == Mir Cəlal Paşayev 26 aprel 1908-ci ildə Cənubi Azərbaycanın Xalxal şəhərinin Əndəbil kəndində doğulmuşdur. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçmişdir. 1918-ci ildə atası vəfat etmiş, böyük qardaşının himayəsində yaşamışdır. 1918–1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olmuşdur (1924–1928). Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir (1926–1927). 1928-ci ildə Gəncə Darülmüəllimi bitirib, Gədəbəy yeddiillik məktəbində müəllimlik etmişdir. 1929–1930-cu illərdə 1 №-li Gəncə şəhər məktəbində direktor vəzifəsində işləmişdir. Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində (1930–1932) təhsil almışdır.
Ayşə Cəlal
Ayşə Cəlal (1956, Lahor, Qərbi Pakistan; urdu عائشہ جلال‎) — Pakistan əsilli amerikalı tarixçi. O, Tafts Universitetində Meri Riçardson adına tarix professorudur və 1998-ci ildə Makartur Vəqfi Təqaüdünə layiq görülmüşdür. == Mükafatlar == Ayeşə Cəlal Pakistanın, eləcə də Cənubi Asiyanın aparıcı tarixçisi hesab olunur və çoxsaylı mükafatlar və təşəkkürlər alıb: Triniti Kolleci (Kembric) Təqaüdü(1980–1984) Makartur Təqaüd Proqramı Təqaüdü (1998–2003) Pakistan Prezidenti tərəfindən Sitarə-i İmtiaz (Fərqlənmə Ulduzu) (2009) == Tərənnüm == Hindistanda məşhur "The Hindu" qəzeti onu "…Pakistanın ən məşhur tarixçilərindən biri…" kimi adlandırır və Pakistanın "Ekspres Tribune" qəzeti "…Cəlal bütün dünyada ciddi metodlara malik bir tarixçi kimi hörmətlə qarşılanır" kimi qeyd edib. 16 aprel 2016-cı ildə Pakistanın BMT-dəki səfiri Maleeha Lodhi "Pakistanın yetişdirdiyi ən böyük tarixçi" olduğunu söylədi.
Cəlal
Cəlal — ad. Cəlal Əliyev (siyasətçi) — azərbaycanlı elm, dövlət və siyasi xadim; Professor Cəlal Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Cəlal Vəzirov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cəlal Tələbani — İraq prezidenti (2005–2014). Cəlal Ağayev — Azərbaycan Silahlı Qüvvələrinin giziri Cəlal Mahmudov — texnika elmləri doktoru, professor. Cəlal İslamov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Cəlal-Abad
Cəlalabad (qırğ. Жалал-Абад) — Qırğızıstanın Cəlalabad vilayətinin mərkəzi.
Cəlal Abbasov
Cəlal Əşrəf oğlu Abbasov (d. 8 may 1957) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi (2007), BMT Mükafatı laureatı (1998), Azərbaycan Gənclər İttifaqı Mükafatı laureatı (1990) [mənbə göstərin], "Humay" Milli mükafatı laureatı (2022). == Həyatı == 1957-ci il mayın 8-də Bakıda anadan olub. 1975-ci ildə Bülbül adına Orta ixtisas musiqi məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının "Bəstəkarlıq" fakültəsini (Q. Qarayevin sinfi), 1984-cü ildə "Bəstəkarlıq" kafedrasınin assistent-stajorluq kursunu bitirib. Musiqinin müxtəlif janrlarında bəstələnmiş və geniş dinləyici kütləsi tərəfindən rəğbət qazanmış bir çox əsərlərin müəllifidir. Elmi-nəzəri tədqiqat və məqalələrin müəllifidir. Əsərləri dəfələrlə ABŞ, Almaniya, Avstriya, Fransa, İtaliya, İndoneziya, Gənubi Koreya, Türkiyə, Norveç, Rusiya, Özbəkistan, Ukrayna, Gürcüstan və b. ölkələrdə müvəffəqiyyətlə səslənmişdir. Əsərləri sirasinda dörd simfoniya (o cümlədən, III "Sülhün səsi", IV (Şuşaya həsr olunmuş) — "If I could see you again…"), beş kantata (o cümlədən, "Bahar mərasimi" — Azərbaycanda Novruz bayramına həsr olunmuş ilk əsər), orqan üçün "Qara Qarayevin xatirəsinə Postlüdiya"("postlüdiya" janrının Azərbaycanda ilk nümunəsi), "Şən Bahar" ("Vesyolaya Vesna") uşaq operası (rusdilli uşaqlar üçün Novruz adət-ənənələrini nəql edən) və digərləri xüsusi diqqətə layiqdir. Azərbaycan Milli Konservatoriyasının professoru vəzifəsində çalışır ("bəstəkarlıq", "orkestrləşmə", "partitura qiraəti" fənləri).
Cəlal Abdullayev
Cəlal Abdullayev (azərb. Cəlal Mehdi oğlu Abdullayev‎; d. 30 dekabr 1930-cu il, Gürcüstan, Qarayazı rayonu, Nəzərli kəndi — ö. 20 may 2010-cu il, Bakı) — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), filologiya elmləri doktoru (1974), professor (1976), Əməkdar müəllim (2000). == Həyatı == Cəlal Abdullayev 30 dekabr 1930-cu il Gürcüstanın Qarayazı (indiki Qaradabani) rayonunun Nəzərli kəndində anadan olmuşdur. Həmin rayonun Kosalı kənd orta məktəbini bitirdikdən sonra 1951–1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsində təhsil almışdır. == Fəaliyyəti == Cəlal Abdullayev əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin Azərbaycan sovet ədəbiyyatı tarixi kafedrasında baş laborant kimi başlamışdır. O, aspiranturada təhsilini 1958–1961-ci illərdə almış və müəllim kimi fəaliyyət göstərmişdir. Daha sonra kafedra müdiri vəzifəsinədək yüksəlmişdir. Abdullayev 1979-cu ildən ömrünün axırınadək Bakı Dövlət Univerisitetinin Müasir Azərbaycan Ədəbiyyatı kafedrasının müdiri olmuşdur.
Cəlal Allahverdiyev
Allahverdiyev Cəlal Eyvaz oğlu (17 sentyabr 1929, Şuşa, DQMV – 19 yanvar 2017, Bakı) — Azərbaycan riyaziyyatçısı, əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü-akademik, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Cəlal Allahverdiyev 1945-ci ildə Bakı şəhərində 1 saylı orta məktəbi bitirmiş, lakin Şuşada oxuduğu illər üçün qiymət cədvəli olmadığına görə attestatını ala bilməmişdir. 1946-cı ildə Şuşa şəhərində məktəbi ancaq "əla" qiymətlərlə bitirmiş və qızıl medala təqdim edilmişdir, lakin Maarif Nazirliyində riyaziyyat fənnindən "əla" qiymətini "yaxşı" ilə əvəz edərək gümüş medal vermişlər. == Elmi fəaliyyəti == Cəlal Allahverdiyev 1951-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir və Mstislav Keldışın rəhbərliyi ilə Moskva Dövlət Universitetinin aspirantı olmuş, 1957-ci ildə "Öz-özünə qoşma olmayan tənliklərin bəzi siniflərinin məxsusi və birləşmiş funksiyalar sisteminin tamlığı haqqında" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 1968-ci ildə SSRİ EA Tətbiqi Riyaziyyat İnstitutunda "Spektral parametrdən rasional asılı öz-özünə qoşma olmayan operatorların məxsusi qiymətləri və məxsusi elementləri haqqında" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. SSRİ AAK tərəfindən ona 1969-cu ildə professor elmi adı verilmişdir. Onun ən məşhur elmi nəticəsi Allahverdiyev teoremi adı altında bir çox kitablara, o cümlədən funksional analiz dərsliklərinə salınmışdır. Cəlal Allahverdiyevin Milli Aviasiya Akademiyasının elmi məqalələr jurnalında tələbələri ilə birgə dərc edilmiş bir sıra əsərlərində kompyuterlərin iş prinsiplərinin nəzəri əsaslarının araşdırılması, təkmilləşdirilməsi, təbii dillərdə, o cümlədən Azərbaycan dilində kompyuterlə ünsiyyət mexanizmlərinin işlənib hazırlanması və Azərbaycan dilinin qrammatikasının təkmilləşdirilməsi, Azərbaycan dilinin formal qrammatikasının yaradılması istiqamətində fundamental məsələlər araşdırılmış və mühüm elmi nəticələr alınmış, deduktiv maşında qeyri-səlis çoxluqların təsviri və deduktiv nəticə alınmasının uyğun mexanizmi verilmişdir. == Əmək fəaliyyəti == Cəlal Allahverdiyev 1957–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində əvvəlcə müəllim, sonra isə baş müəllim işləmişdir. 1960-cı ildə Azərbaycan SSR EA-da yeni yaradılmış Hesablama Mərkəzində şöbə müdiri, sonra isə elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır.
Cəlal Ağayev
Cəlal Bayar
Cəlal Bayar (türk. Celâl Bayar; 16 may 1883, Umurbəy[d], Bursa vilayəti – 22 avqust 1986[…], İstanbul) — Türkiyə Respublikasının 3-cü prezidenti (1950–1960), 4-cü baş naziri (1937–1939), Demokrat Partiyasının qurucularından biri, Türkiyəli iqtisadçı və siyasətçi. Çağdaş Türkiyənin siyasi həyatının müxtəlif dövrlərində mühüm rol oynayan Bayar, cümhuriyyət dövründə TBMM üzvü, iqtisad elmləri üzrə millət vəkili olub. Mustafa Kamal Atatürkün 1950–1960-cı illər arasında sonuncu baş naziri və Türkiyənin üçüncü və ilk hərb kökəni olamayan prezidenti kimi fəaliyyət göstərib. == Həyatı == === Gəncliyi === Cəlal Bayar 1883-cü ildə Bursanın Gəmlik mahalının Umurbəy kəndində anadan olub. İlmiyə sinfinə mənsub fiqh alimi olan atası Abdullah Fehmi Əfəndi 93-cü il müharibəsindən sonra bu gün Bolqarıstan sərhədləri daxilindəki Pleven şəhərindən Gəmlik yaxınlığındakı Umurbəy kəndinə köçmüşdür. Bu kənddəki orta məktəbdə direktor, bir müddət Gəmlikdə müfti vəzifəsində çalışıb. Bayar Abdullah Fehmi Əfəndinin (böyük qardaşları Behzat və Asım) üçüncü oğludur. İbtidai və orta təhsilini atasının yanında alan Bayarın uşaqlığı və gəncliyi ailəsinin məskunlaşdığı Bursada keçir. Gəmlik Məhkəmə İdarəsi və Alay İdarəsində kursant vəzifəsində çalışıb.
Cəlal Bayramov
Cəlal Bərgüşad
Cavadov Cəlal Novruz oğlu (Cəlal Bərgüşad) — nasir, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Cəlal Bərgüşad 1924-cü il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Orta təhsilini Qubadlı kəndində fəhlə-gənclər məktəbində almış, II dünya müharibəsində iştirak etmiş, ağır döyüşlərin birində kantuziya olduğuna görə tərxis edilmişdir (1943). Bundan sonra Qubadlı rayon daxili işlər şöbəsində VAQ müdiri işləmişdir (1943–1946). Onun "Cənub taydan əsən meh" adlı ilk şeri də Qubadlıda çıxan "Avanqard" qəzetində dərc edilmişdir (1946). Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdir. "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi təyin olunmuşdur (1951). 1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləmişdir. Onun ssenarisi əsasında "Çoban Boran", "Göy göl", "Suren Adamyan", "Torpağın ətri", "Çinar yarpağı" televiziya fılmləri çəkilmişdir. "Babək" əsəri Tehranda (1984) farsca, "Qaçaq Nəbi" İstanbulda (1979) türkcə kütləvi tirajla çap olunmuşdur.
Cəlal Harutyunyan
Cəlal Harutyunyan (erm. Ջալալ Հարությունյան; 11 noyabr 1974, Badara, DQMV) — qeyri-qanuni olaraq "general-leytenant" rütbəsi verilmiş, Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunun keçmiş komandiri Qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş Müdafiə Naziri. == Həyatı == Cəlal Harutyunyan 1974-cü ilin noyabrında Badarada anadan olub. 1991-1995-ci illərdə Artsax Universitetində biologiya təhsili almışdır. 1999-cu ildə Rusiya Müdafiə Nazirliyinin nəzdindəki Mixaylovskaya Topçu Hərbi Akademiyasına daxil olmuşdur == Karyerası == Harutyunyan 5 noyabr 1992-ci ildən bəri Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunda xidmət etmişdir. Müdafiə Ordusunda müxtəlif vəzifələrdə, ilk növbədə Aartilleriya Kəşfiyyat Rəhbərinin köməkçisi, Artilleriya Diviziyası Heyətinin Başçısı, Alay komandirinin müavini və Alay komandiri kimi artilleriya bölmələrində xidmət etmişdir. O, həmçinin Artilleriya Bölmə Rəisi, Müdafiə Bölgəsi Komandiri, Diviziya Komandirinin müavini - Baş qərargah rəisi və Diviziya Komandiri vəzifələrində xidmət etmişdir. 2018-2020-ci illərdə komandirin birinci müavini rütbəsində xidmət etmiş və 8 iyul 2019-cu ildə general-mayor rütbəsi almışdır. 24 fevral 2020-ci ildə Bako Saakyan tərəfindən Qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri vəzifəsinə təyin edildi. 8 iyun tarixində həmin vəzifəyə Arayik Harutyunyan tərəfindən yenidən təyin edildi.
Cəlal Hemmati
Cəlal Himməti (fars. جلال همتی‎; 6 may 1936, Kirmanşah – 23 sentyabr 2006, Los-Anceles, Kaliforniya) — İran pop müğənnisi. "Pərivaş" mahnısı ilə məşhurdur. == Haqqında == 1936-cı ildə Kirmanşahda dünyaya gəlmişdir. Altsheymer xəstəliyindən əziyyət çəkirdi. Los-Ancelesdə xəstəxanada 2006-cı ildə vəfat etmişdir.
Cəlal Himməti
Cəlal Himməti (fars. جلال همتی‎; 6 may 1936, Kirmanşah – 23 sentyabr 2006, Los-Anceles, Kaliforniya) — İran pop müğənnisi. "Pərivaş" mahnısı ilə məşhurdur. == Haqqında == 1936-cı ildə Kirmanşahda dünyaya gəlmişdir. Altsheymer xəstəliyindən əziyyət çəkirdi. Los-Ancelesdə xəstəxanada 2006-cı ildə vəfat etmişdir.
Cəlal Hüseynov
Cəlal Hüseynov (2 yanvar 2003, Azərbaycan) — Azərbaycan Premyer Liqasında çıxış edən Zirə Futbol Klubunun futbolçusu. == Karyerası == === Zirə === Zirənin heyətində ilk matçı 4 dekabr 2019-cu ildə keçirilən Zirə–Qaradağ Lökbatan matçıdır. Matça 72-ci dəqiqədə daxil olub. Matç Zirənin 4–0 hesablı qələbəsi ilə başa çatıb. Zirədə ilk qolunu 16 oktyabr 2021-ci ildə keçirilən Qəbələ-Zirə matçının 18-ci dəqiqəsində vurub. Matç 1–1 hesabı ilə başa çatıb.
Cəlal Mahmudov
Mahmudov Cəlal Müseyib oğlu (1933, Qızılhacılı, Goranboy rayonu) — texnika elmləri doktoru, professor. == Həyatı == Mahmudov Cəlal Müseyib oğlu 1933-cü ildə Azərbaycan SSR Qasım-İsmayılov rayonunun Qızıl Hacılı kəndində anadan olmuşdur. 1955-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirərək, 1958-ci ilə qədər "Neft Daşları" NQÇİ-də müxtəlif vəzifələrdə çalışmışdır. 1958–1972-ci illərdə AzETNÇİ-da böyük mühəndis, laboratoriya rəhbəri kimi vəzifələrdə işləmişdir. 1960–1962-ci illərdə AzNKİ-nun aspirantı idi. 1962-ci ildə "Maili quyuların lüləsinin trayektoriyasının nəzəri və təcrübi tədqiqatları" mövzusunda namizədlik, 1967-ci ildə isə "Dərin maili quyuların qazılması nəzəriyyəsinin ünsürləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968–1988-ci illərdə AzXTİ-da işləyib və burada "İstehsalat texnologiyası" kafedrasını yaratmışdır. 1988–1990-cı illərdə Leninqrad maliyyə-iqtisad institutunun Baki filialının "İstehsalat sahələrinin texnologiyası" kafedrasına rəhbərlik etmişdir. 1990–2000-ci illərdə AzDİU-nin "İstehsalat texnologiyası" kafedrasında professor işləmiş, 2001-ci ildən bu günə qədər isə ADEU-də "İstehsalat sistemləri və ətraf mühitin mühafizəsi" kafedrasına rəhbərlik edir. == Elmi fəaliyyəti == Mahmudov C. M. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir.
Cəlal Mirzəyev
Cəlal Mirzəyev (tam adı: Cəlal Sabir oğlu Mirzəyev; 17 oktyabr 1977, Masallı) — diplomat, hüquqşünas, Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == 1999-cu ildə Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar İdarəsində referent vəzifəsində işə başlamışdır. 2001–2003-cü illərdə Nyu-Yorkda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində üçüncü və ikinci katib vəzifələrində, 2003–2005-ci illərdə ölkəmizin Brüsseldə NATO yanında Nümayəndəliyində ikinci katib, 2005–2007-ci illərdə Xarici İşlər Nazirliyinin birinci Qərb Ərazi İdarəsində birinci katib vəzifəsində çalışıb. 2007–2009-cu ildə Azərbaycanın Malayziyadakı Səfirliyində birinci katib, 2009–2011-ci illərdə AR XİN Avropa İdarəsində (Böyük Britaniya və Skandinaviya ölkələri) şöbə müdiri, 2011–2015-ci illərdə Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin müşaviri, 2015–2017-ci illərdə AR XİN-də Amerika İdarəsinin rəis müavini, 2017–2019-cu il sentyabrın 27-nə qədər Azərbaycanın Niderlandda, habelə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatında müvəqqəti işlər vəkili vəzifələrində çalışıb. 27 sentyabr 2019-cu ildən Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. Xarici dil bilikləri ingilis, fransız və rus dilləridir. == Qalereya == == Həmçinin bax == Azərbaycan–İndoneziya münasibətləri Azərbaycanın xarici siyasəti == İstinadlar == == Xarici keçidlər == Səfir Cəlal Mirzəyevin rəsmi twitter profili Səfir Cəlal Mirzəyevin rəsmi linkedin profili "İlham Əliyev İndoneziyaya yeni səfir təyin etdi" (az.). teleqraf.com. 2019-09-27. "Prezident İlham Əliyev 3 ölkəyə yeni səfir təyin edib" (az.).
Cəlal Məmmədov
Cəlal Məmmədov (ictimai xadim)
Cəlal Qaryağdı
Cəlal Məhərrəm oğlu Qaryağdı (2 iyun 1914, Şuşa – 1 yanvar 2001, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycan SSR xalq rəssamı (1960). == Həyatı == Cəlal Qaryağdı 1914-cü il iyunun 2-də Şuşa şəhərində anadan olmuşdur. Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, böyük xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğludur. Erkən yaşlarında ata-anasını itirib, onu xalası ilə nənəsi böyüdüb. 1927-ci ildə Cəlal Bakıya gəlib. Burada Rəssamlıq Məktəbinə qəbul olunur. Sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında (1932–1935) davam etdirir, lakin maddi imkansızlıq ucbatından təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. 30-cu illərdə qəzetlərdə rəssam, həm də Rəssamlıq Məktəbində müəllim olaraq çalışır. 40-cı illərdə heykəltaraşlıq əsərlərini yaratmağa başlayır. Böyük Vətən müharibəsi illərində cəbhə qəzetlərində siyasi karikaturalarla çıxış etmiş, müharibədən sonra insanların bədii obrazları üzərində işləmişdir.
Cəlal Qasımov
Cəlal Qasımov (filoloq)
Cəlal Qurbanov
Cəlal Cavanşir oğlu Qurbanov (19 mart 1980, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, Prezident təqaüdçüsü, "Fire Land Group"-un rəhbəri, Milli Güləş Federasiyasının prezidenti (2019–2021). 2001–2023 DGK Gömrük Xidməti Polkovniki. == Həyatı == Qurbanov Cəlal Cavanşir oğlu 19 mart 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Yasamal rayonunda yerləşən 21 saylı orta məktəbin birinci sinfinə daxil olub. 1996-cı ildə həmin məktəbin 11-ci sinfini bitirib, "Təfəkkür" Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. 2000-ci ildə həmin universiteti birinci kursunu müvəffəqiyyətlə bitirib Dövlət Neft Akademiyasından zəmanət götürərək, könüllü olaraq hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirib. 2003-cü ildə ADNA-nın Neftin sənayesi və Ekologiyası ixtisası üzrə magistr pilləsini bitirmişdir. 2005-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasına "İnzibati idarəetmə" fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil almaq üçün qəbul olunmuş və 2008-ci ildə bitirmişdir. 2001–2023-cü illərdə DGK Bakı Baş Gömrük İdarəsidə Gömrük Xidməti Polkovniki vəzifəsində çalışmışdır.
Cəlal Adan
Cəlal Adan (10 sentyabr 1951, Tutağ, Ağrı ili) — meşə mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 21, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Cəlal Adan 1951-cı ildə Ağrı ilinin Tutağ ilçəsində anadan olub. İstanbul Universiteti Meşə təsərrüfatı Bölməsindən məzun olub. Uzun illərdir MHP üzvüdür. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən əvvəl MHP-də müfəttiş və təlilçi olub. Daha sonra 1999-2002-ci illərdə DYP, 2007-2011-ci illərdə isə DP üzvü olub. 2011-ci ildə MHP-yə qayıdıb. MHP sədrinin baş müşaviri olub. 4 noyabr 2012-ci ildə MHP sədrinin siyasi məsələlərdən və TBMM-dən məsul müavini vəzifəsinə seçilib. 12 iyul 2018-ci ildə TBMM sədr müavini seçildiyinə görə vəzifəsindən istefa verib.
Cəlal Fırat
Cəlal Fırat (1975, Malatya ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Cəlal Fırat 1975-ci ildə Malatya ilində anadan olub. İbtidai və orta təhsili Malatyada, lisey təhsilini isə İstanbulda alıb. Uzun illər ticarətlə məşğul olub. Ələvilər Dərnəyi Federasiyasının sədri, Avropa Ələvilər Dərnəyi Konfederasiyasının İdarə Heyətinin üzvü vəzifələrində təmsil olunub. 2012-ci ildən Qərib Dədələr cəm evinin prezidentidir. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Evlidir və 2 uşaq atasıdır.
Gərgər (Cəlaloğlu)
Gərgər, Gyargyari hay, Herher — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-şərqdə, Gərgər çayının sahilində yerləşir. Erməni mənbələrində kəndin adı Gərgər, Gyargyari hay, Herher formalarında qeyd edilir. Toponim yunan tarixçisi Strabonun «Coğrafiya» əsərində qeyd edilən qədim qarqar türk etnonimi əsasında əmələ gəlmişdir. Gərgər, qarqar türk etnoniminin fonetik variantıdır. Qarqar etnonimi həm də herher, xerxer fonetik variantlarında Azərbaycan toponomiyasında iştirak edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə ermənilərlə yanaşı 4 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə onlar sıxışdırılaraq kənddən çıxarılmışdır.
Həsən Cəlal Gözəl
Həsən Cəlal Gözəl (1945, Qaziantep – 19 mart 2018, Ankara) — 1987–1989-cu illərdə Türkiyə Milli Təhsil, Gənclik və İdman naziri olmuş türk siyasətçisi və bürokrat == Həyatı == 1945-ci ildə Qaziantepdə dünyaya gəlib. İlk və orta təhsilini Malatyada alıb. 1968-ci ildə Ankara Universiteti Siyasi Biliklər Fakultəsinin İqtisad və Maliyyə bölməsini bitirib. "Türkiyənin İqrisadi Böyümə Modelləri" mövzusunda yazdığı tezislə məzun olub. == Bürokratlıq dövrü == Universitetdəki təhsilini başa vurduqdan sonra Dövlət Planlaşdırma Təşkilatında fərqli vəzifələrdə çalışıb. Fəaliyyəti dövründə bir sıra yüksək vəzifələri tutmuş 38 yaşında isə baş nazirin müşaviri olub. Və bununla da həm də Türkiyənin ən gənc baş Nazir müşaviri olub. 24 yanvar 1980-ci ildə olmuş iqtisadi tədbirlərin həyata keçirilməsində ciddi vəzifələri öz üzərinə götürüb. == Siyasi həyatı == 1986-cı ildə Ana Vətən Partiyasından seçkilərə qatılıb Qaziantepdən millət vəkili seçilir. Turqut Özalın hökumətində dövlət naziri və hökumət spikeri vəzifələrini yerinə yetirib.
Kürəkən Mahmud Cəlaləddin Paşa
Mahmud Cəlaləddin Paşa adı ilə Osmanlı imperiyası tarixində 3 paşa var:
Mahmud Cəlaləddin Paşa
Mahmud Cəlaləddin Paşa adı ilə Osmanlı imperiyası tarixində 3 paşa var:
Mahmud Cəlaləddin Paşa (1836–1884)
Mahmud Cəlaləddin Paşa (1836 – 8 may 1884, Taif, Məkkə bölgəsi[d]) — Osmanlı sultanı Sultan Əbdülməcid, Sultan Əbdüləziz, V Murad və II Əbdülhəmid dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. == Həyatı == Atası Sultan Mahmud dönəminin vəzirlərindən Əhməd Fəthi Paşa idi. Atası Sultan Mahmudun qızlarından Atiyə Sultanla evli olsa da, Mahmud Paşa onun Şəmsinur xanımla olan ilk evliliyindən dünyaya gəlmişdir. Ögey anasının vasitəsilə mükəmməl təhsil aldı. 1858-ci ildə Sultan Əbdülməcidin qızlarından Cəmilə Sultanla nişanlandı. Üstəlik Cəlaləddin Paşanın bir kənizindən Mehmed Kazım və Əhməd Fazil bəy adlı 2 oğlu da vardı. Bu səbəblə, saray ənənəsinə uyğun olaraq, öncə bu evliliyi sonlandırıldı. 27 may 1858-ci ildə başlayan toy şənliklərinin ardından 11 iyunda cütlüyün nigahı şeyxülislam Məşrəfzadə Arif Əfəndi tərəfindən bağlandı. Cütlüyün şərəfinə Fındıklıda bir saray inşa olunsa da, sarayın inşası gecikmiş, bu səbəblə cütlük toy mərasiminin ardından bir müddət Əmirgandakı sahilsaraylarının birində yaşamışdır. Bir-birlərini çox sevdikləri bilinən cütlüyün bu nigahdan 6 övladları dünyaya gəlsə də, bunlardan ikisi uşaq yaşlarında vəfat etdi.
Mahmud Cəlaləddin Paşa (1853–1903)
Mahmud Cəlaləddin Paşa (1853, İstanbul – 1903, Brüssel və ya Brüssel[d]) — Kaptan-ı dərya Xəlil Rüfət Paşanın oğlu, ilk türk sosioloqlarından Mehmed Səbahəddinin atası və Osmanlı dövlət adamı. == Həyatı == === İlk illəri === 1853-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı dövlətinə 4 dəfə kaptan-ı dərya olan Xəlil Rüfət Paşa, anası isə onun ikinci xanımı İsmət xanım idi. Atasını kiçik yaşlarında itirən Mahmud Cəlaləddin Paşa ögey anası (Saliha Sultan) sultan olduğu üçün sarayda xüsusi təhsil aldı. Müxtəlif dövlət işlərində çalışdıqdan sonra Paris səfirliyində 2 il xidmət etdi və fransız dilini mükəmməl şəkildə öyrəndi. === Siyasi fəaliyyəti === Sultan Muradın qısa müddətlik səltənətindən sonra Sultan Əbdülhəmidin taxta çıxması ilə sultanın ən yaxın adamlarından biri oldu. 30 mart 1877-ci ildə vəzirlik rütbəsi aldı və 18 aprel 1878-ci ildə ədliyyə naziri olaraq Mehmed Sadiq Paşa hökumətində xidmət etdi. Ədliyə nazirliyi illərində islahatlar keçirdi. Sultanın cülusu səbəbilə çıxan əfv qanunun miqyasını genişləndirdi və ömürlük həbs cəzası alan şəxslərin cəzasında endirimlər etdi. Ancaq Çırağan hadisəsinə adı qarışmış, bu səbəblə bir neçə ay sonra nazirlikdən alınmışdır.
Mahmud Cəlaləddin Əfəndi
Mahmud Cəlaləddin Əfəndi (16 noyabr 1862, İstanbul – 16 sentyabr 1888) — 32. Osmanlı sultanı Əbdüləzizin oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Cəlaləddin Əfəndi 16 noyabr 1862-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Əbdüləziz, anası isə onun ikinci xanımı Ədadil Qadınəfəndidir. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Vahidəddin Əfəndi, Səlahəddin Əfəndi, İzzəddin Əfəndi və Münirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. Erkən yaşlarda atası tərəfindən ordu və donanmada müxtəlif rütbə və vəzifələrə təyin edildi. Ancaq 30 may 1876-cı ildə atası Sultan Əbdüləziz taxtdan endirilərək öncə Topqapı sarayına, daha sonra isə Fəriyə sarayına həbs edildi. Bu günlərdə digər övladları kimi Cəlaləddin Əfəndi də atasıyla birlikdə Fəriyə sarayına köçürüldü. Ancaq bir neçə gün sonra atası müəmmalı şəkildə öldürüldü. Atasının qətlindən sonra Fəriyə sarayında yaşamağa davam edən Cəlaləddin Əfəndi 1 sentyabr 1888-ci ildə burada vəfat etdi.
Mir Cəlal Paşayev
Mir Cəlal (26 aprel 1908, Əndəbil, Cənubi Azərbaycan, Qacar dövləti – 28 sentyabr 1978, Bakı) — yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru (1947), professor (1948), 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar elm xadimi (1969), laureatı (1968). == Həyatı == Mir Cəlal Paşayev 26 aprel 1908-ci ildə Cənubi Azərbaycanın Xalxal şəhərinin Əndəbil kəndində doğulmuşdur. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçmişdir. 1918-ci ildə atası vəfat etmiş, böyük qardaşının himayəsində yaşamışdır. 1918–1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olmuşdur (1924–1928). Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir (1926–1927). 1928-ci ildə Gəncə Darülmüəllimi bitirib, Gədəbəy yeddiillik məktəbində müəllimlik etmişdir. 1929–1930-cu illərdə 1 №-li Gəncə şəhər məktəbində direktor vəzifəsində işləmişdir. Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində (1930–1932) təhsil almışdır.
Mir Cəlal Paşayevin ev-muzeyi
Mir Cəlal Paşayevin ev-muzeyi — Azərbaycanın yazıçı-alimi, Əməkdar Elm xadimi (1969) Mir Cəlal Paşayevin 100 illik yubileyi ərəfəsində ədibin xatirəsinə yaradılmış ev-muzeyi. == Muzey haqqında == Muzeyin rəsmi açılışı 2007-ci ilin sentyabr ayının 29-da baş tutmuşdur. Muzey kompleksində 2009-cu ilin aprel ayında Elmi-Ədəbi Tədqiqat Şöbəsi fəaliyyətə başlamışdır. Muzey fəaliyyətə başlayanda eksponatların sayı 150 olmuş, hal-hazırda isə eksponatların sayı 300-dən artıqdır. Ev-muzeyinə ədibin pasportu, orden və medalları hədiyyə edilib. Mir Cəlal Paşayevin uşaqlıq, gənclik və tələbəlik illəri, pedaqoji və ədəbi fəaliyyəti, onun ailə üzvləri, onun davamçıları xronoloji ardıcılıqla muzeyin ekspozisiyasında öz əksinin tapmışdır. Həmçinin buraya ədibin şəxsi əşyaları, ona həsr edilmiş incəsənət nümunələri, öz əsərləri, muzeyə hədiyyə edilmiş kitablar, qəzet məqalələri, 5 ədəd disk və 122 ədəd ailə şəkli də daxildir. Şəxsi əşyalar kolleksiyasına ədibin orden və medalları, döş nişanları, ailəsinə yazdığı məktublar, Mir Cəlala həsr edilmiş incəsənət nümunələrinə onun yağlı boya ilə işlənmiş portretləri, büstləri, xalça üzərində əl ilə toxunmuş portretləri, tablolar və başqa eksponatlar daxildir. Muzeydə ədibin Azərbaycan, rus, gürcü, ingilis, qırğız, ispan, rus dillərində həm seçilmiş əsərləri, həm də ayrıca kitab şəklində çap olunmuş hekayələri, romanları, povest və dərslikləri vardır. Muzeyə hədiyyə edilən kitablar sırasına isə Nəriman Həsənzadə, Elçin Əfəndiyev, Hidayət Orucov, Xalid Əlimirzəyev, Pənah Gülxani, Həcər Hüseynova, İlham Rəhimli, Dildar Vəkilova, Abbas Səmədov və digər müəlliflərin ədib haqqında elmi, bədii əsərləri, esse-araşdırmaları, xatirə-esseləri daxildir.
Mirzə Cəlal Yusifzadə
Mirzə Cəlal Yusifzadə (1862, Şuşa – 1931, Şuşa, DQMV) — azərbaycanlı şair, yazıçı, redaktor. "Fərhad və Şirin" operasının müəlliflərindən biri, tacik dilində nəşr edilmiş ilk qəzetin naşiri və redaktoru, Azərbaycan Cümhuriyyəti Milli Şurasının və Difai Partiyasının üzvü. == Həyatı == Mirzə Cəlal Yusifzadə 1862-ci ildə ildə Şuşada anadan olub. İlk təhsilini burada alıb, ərəb və fars dillərini mükəmməl öyrənib. Sonradan təhsilini Təbriz şəhərində mədrəsədə davam etdirib. == Fəaliyyəti == Ölkəyə qayıtdıqdan sonra bir müddət pedaqoji fəaliyyətlə məşğul olur. Həmçinin bədii yaradıcılığa maraq göstərir, qəzəl və mənzum hekayələr qələmə alır."Həyat", "İrşad", "Tazə həyat", "İttifaq", "Hilal", "Asari-həqiqət", "Sədayi-həqq" və digər qəzetlərdə "C. C. Y", "Cəlal Qarabaği", "Cəlal Yusifi", "Mirzə Cəlal Yusifzadə" və digər imzalarla çıxış edib. 6 mart 1911-ci ildə Mirzə Cəlalın librettosunu yazdığı, müsiqisini tarçalan Mirzə Zeynal hazırladığı "Fərhad və Şirin" operası Bakıda Nikitin qardaşlarının sirkində tamaşaya qoyulub. Bakıda ana dilində "Həqiqəti-əfkar" (Fikirlərin həqiqəti) qəzetini nəşr etməyə başlayıb. Operanın librettosu Mirzə Cəlal Yusifzadə tərəfindən "Mərhum Şeyx Nizaminin asari-nəzmiyyəsindən intixab və təlxis olunmuş bir hekayəyi aşiqanə əsəri" adı ilə yazılmış və 31 səhifəlik kitabça şəklində nəşr edilmişdir.
Mustafa Cəlaləddin Paşa
Mustafa Cəlaləddin Paşa və ya əvvəlki adı ilə Konstanti Borzeçki (d. 10 aprel 1826, Polşa, Pyotrkov vilayəti, Modrzeviec — ö. 9 oktyabr 1876, Osmanlı imperiyası, Novosela, Kolonya) - polyak əsilli Osmanlı paşası. Nazim Hikmətin və Oqtay Rıfat Xoruzçunun ana tərəfdən ulu babasıdır. 1848-cı il inqilablarından sonra Osmanlıya sığınmış və 20 il zabit olaraq çalışmışdır. 1869-cu ildə "Köhnə və modern türklər" adlı əsərini fransızca olaraq nəşr etdirmişdir. Türk tarixində sülalə tarixçiliyindən milli tarixçiliyə keçid prosesinə güclü təsir edən şəxslərdəndir. Türkçülük mövzusunda irəli çıxan və xeyli yerdə bilinən şəxslərdən əvvəl Türkçülük fikrini və ərəb əlifbasına qarşı latın əlifbasının istifadəsini müdafiə etmişdir. == Həyatı == Polşanın Klezov kəndində 6 uşaqlı zadəgan ailəsində anadan olmuşdur. Kiçik yaşlarından etibarən polyak dili ilə yanaşı fransızca və rusca səlis, latınca və almancanı da yaxşı səviyyədə bilmişdir.
Mövlana Cəlaləddin Rumi
Mövlana Cəlaləddin Bəlxi (fars. مولانا جلال الدین محمد رومی‎ Mevlānā Celāl-ed-Dīn Muhammed Balkhi; 30 sentyabr 1207 – 17 dekabr 1273[…], Konya, Rum Səlcuqlu dövləti) — İslam və təsəvvüf dünyasından olan fars şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin nümayəndəsi. Molavi, Mövlana və Rumi kimi tanınan Cəlaləddin Məhəmməd Bəlxi (6 Rəbiul-əvl 604 – 5 Cümadi əl-Sani 672 h.) İran farsdilli şairdir. Onun tam adı "Məhəmməd bin Məhəmməd bin Hüseyn Hüseyni Xətibi Bəkri Bəlxi"dir və sağlığında "Cəlaləddin", "Xodavəndgər" və "Mövlana Xədvəndgər" titulları ilə çağırılıb. Sonrakı əsrlərdə (görünür, IX əsrdən) onun üçün “Mülvi”, “Mulana”, “Mülvi Rumi” və “Mula Rumi” titullarından istifadə edilmişdir. == Həyatı == Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul-Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir. Mövlana Cəlaləddin Rumi ("Rumi" ləqəbi ona Anadoluya (o vaxtlar Anadolu "Diyari Rum" adlanırdı) yerləşib orada yaşadığı üçün, "Ağa" mənasına gələn "Mövlana" ləqəbi isə ona qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) İranın Xorasan vilayətinin (indiki Əfqanıstanın ) Bəlx şəhərində anadan olmuşdur.
Mövlanə Cəlaləddin Rumi
Mövlana Cəlaləddin Bəlxi (fars. مولانا جلال الدین محمد رومی‎ Mevlānā Celāl-ed-Dīn Muhammed Balkhi; 30 sentyabr 1207 – 17 dekabr 1273[…], Konya, Rum Səlcuqlu dövləti) — İslam və təsəvvüf dünyasından olan fars şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin nümayəndəsi. Molavi, Mövlana və Rumi kimi tanınan Cəlaləddin Məhəmməd Bəlxi (6 Rəbiul-əvl 604 – 5 Cümadi əl-Sani 672 h.) İran farsdilli şairdir. Onun tam adı "Məhəmməd bin Məhəmməd bin Hüseyn Hüseyni Xətibi Bəkri Bəlxi"dir və sağlığında "Cəlaləddin", "Xodavəndgər" və "Mövlana Xədvəndgər" titulları ilə çağırılıb. Sonrakı əsrlərdə (görünür, IX əsrdən) onun üçün “Mülvi”, “Mulana”, “Mülvi Rumi” və “Mula Rumi” titullarından istifadə edilmişdir. == Həyatı == Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul-Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir. Mövlana Cəlaləddin Rumi ("Rumi" ləqəbi ona Anadoluya (o vaxtlar Anadolu "Diyari Rum" adlanırdı) yerləşib orada yaşadığı üçün, "Ağa" mənasına gələn "Mövlana" ləqəbi isə ona qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) İranın Xorasan vilayətinin (indiki Əfqanıstanın ) Bəlx şəhərində anadan olmuşdur.
Mən Cəlaləddinəm (teleserial, 2021)
Mən Cəlaləddinəm (özb. Мендирман Жалолиддин, Mendirman Jaloliddin, türk. Mendirman Celaleddin) — Anuştəkinlilər sülaləsindən olan sonuncu Xarəzmşah, Çingiz xana qarşı vuruşan Cəlaləddin Mənguberdiyə həsr olunmuş bir Özbək — Türk müştərək tarixi serialı. Serial Özbəkistan Mədəniyyət və İdman Nazirliyi və Mehmed Bozdağın sahibi olduğu Bozdağ Film tərəfindən ərsəyə gətirilmişdir. İlk seriyası 14 fevral 2021-ci ildə Özbəkistanın dövlət kanalı — "Milliy TV"də nümayiş olundu. == Yaranışı == 2019-cu ilin sentyabrında Daşkənddə "Mendirman Jaloliddin" serialı üzərində işə başlamazdan əvvəl, filmin ideoloji şərhini və ssenarisini müzakirə etmək üçün "Cəlaləddin Mənguberdi: həyat və filmlərdə bədii təcəssüm" adlı beynəlxalq elmi-praktik konfrans keçirildi. Konfransda Özbəkistan, Türkiyə, Azərbaycan və İrandan olan alimlər və tarixçilər iştirak etmiş, Cəlaləddin Mənguberdinin bioqrafiyasını və o dövrdə baş verən hadisələrin şərhini müzakirə etmişlər. Serialın çəkilişi Bozdağ Film şirkətinin sifarişi ilə olmuşdur. Serialda məşhur Özbək və Türk aktyorları rol aldı. Bozdağ Film ərazisində o dövrün atmosferi canlandı.
Olqa Cəlalbəyova
Olqa Aleksandrovna Cəlalbəyova (16 noyabr 1884, Yelizavetpol – 1968, Bakı) – Azərbaycan bədii-sərgi və muzey xadimi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1959), Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Olqa Cəlalbəyova 1884-cü il 16 noyabrda hazırkı Gəncədə anadan olmuşdur. Uşaqlığı və ilk təhsil illəri Rusiyada keçmişdir. 1889-cu ildən Bakıda yaşamışdır. 1903-cü ildə I Bakı qızlar gimnaziyasını bitirmişdir. 1905-ci ildə ikiillik pedaqoji kursları bitirdikdən sonra Sankt-Peterburqda Bestujev kurslarında təhsil almış və 1906-cı ildə Bakıya qayıtmışdır. 1906-cı ilin payızından gimnaziyada müəllimlik fəaliyyətinə başlamışdır. Bu dövrdə o, Məşədi Əzizbəyov, Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi ilə yaxın dost olmuşdur. 1913–1914 və 1917–1918-ci illərdə Moskvada Ali qadınlar kursunun dinləyicisi olmuşdur. 1920–1937-ci illərdə Azərbaycan Xalq Maarif Komissarlığında çalışmışdır.
Pir-Cəlal türbəsi
Pir-Cəlal türbəsi — Quba rayonunun Qrız kəndində yerli əhəmiyyətli tarixi memarlıq abidəsi (inventar nömrəsi: 4630) XIX əsrdə inşa olunmuşdur.
Sultan Cəlaləddin Hüseyn
Sultan Cəlaləddin Hüseyn Sultan Şeyx Üveysin oğlu Cəlayır (v. 1382) — Cəlayırlar dövlətinin sultanı. == Hakimiyyəti == Sultan Şeyx Üveysin oğlu Sultan Hüseynin hakimiyyəti illərində (1374–1382) Mərkəzi dövlət hakimiyyəti yenidən zəiflədi ki, Teymurləngin yürüşləri ərəfəsində bu olduqca ağır nəticələr verə bilərdi. Lakin onun qardaşı Sultan Əhmədin Təbriz şəhərini əlinə keçirərək hakimiyyətə yiyələnməsi (o, fasilələrlə 1382–1410-cu illər arasında hakimiyyətdə olmuşdu) hərc-mərcliyi aradan qaldırdı. Azərbaycanın bütün vilayətləri yenidən (Şirvan istisna olmaqla) Cəlairilər dövlətinin tərkibinə qatıldı.
Sərdar Cəlaloğlu
Sərdar Cəlal oğlu Məmmədov və ya Sərdar Cəlaloğlu (3 iyun 1954, Cəhri, Naxçıvan rayonu) — Azərbaycan Demokrat Partiyasının sıra ilə təsisçisi, ilk sədri, baş katibi, sədr müavini, sədrinin birinci müavini və mövcud sədri, Naxçıvan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü, 2013-cü il, 2018-ci il prezident seçkilərində prezidentliyə namizəd. == Həyatı == Sərdar Cəlal oğlu Məmmədov 3 iyun 1954-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Naxçıvan rayonunun Cəhri kəndində anadan olmuşdur. 1960–1970-ci illərdə orta təhsilini Ordubad və Bakı şəhərlərində almışdır. 1970–1977-ci illərdə Azərbaycan Tibb İnstitutunda ali tibb təhsili almışdır. İxtisasca məhkəmə-tibb ekspertidir. Sərdar Cəlaloğlu 1978-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertize bürosunda ekspert kimi işləmişdir. Sərdar Cəlaloğlu evlidir, üç oğlu və bir qızı var. Sərdar Cəlaloğlu siyasətçi Qurban Məmmədovun qardaşıdır, lakin onlar şəxsi problemlər səbəbi ilə bir-biriləri ilə əlaqələrini kəsmişdir. == Siyasi fəaliyyəti == Sərdar Cəlaloğlu 1980-ci illərdən gizli şəkildə siyasi fəaliyyətə başlamışdır. O, 1985-ci ildən qanuni siyasi fəaliyyət göstərməyə başlamışdır.
Xarəzmşah Cəlaləddin
Cəlaləddin Məngburni (türkm. Jelaleddin Meňburun, Jelaleddin Meňburny; fars. خوارزمشاه جلال‌الدین منکبرنی‌‎; 1199, Xarəzm – 15 avqust 1231, Kiçik Asiya[d]) — Xarəzmşahlar dövlətinin sonuncu hökmdarı. Əlaəddin Məhəmmədin oğlu. == Həyatı == Cəlaləddin Xarəzmşahın adı mənbələrdə "Manqburnu", bəzən də "Məngburni" şəklində keçir. Manqburnu qədim türkcədə "böyük burunlu" deməkdir. Məngburun isə "Burnunda Doğum İzi olan" mənasına gəlir. Bu iki ad arasında mənbələrdə yer alan fərqin Cəlaləddinin adının tam oxunmamasından irəli gəlməkdədir. Həmçinin, "manq" türklərdə boy adı mənasını da verməkdədir. Xarəzmşahların sonuncu hökmdarı olan Cəlaləddin Xarəzmşah, Əlaəddin Məhəmmədin böyük övladıdır.
Yesai Həsən-Cəlalyan
Katolikos Esaya yaxud Yesai, Yesaya (bilinmir – 1728) — Albanların LXXXIX katolikosu, tarixçi. == Katolikosluğu == Xaçın məliyi III Vəlicanın oğlu idi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir. Onun dövründə Şah Sultan Hüseyn Səfəvi tərəfindən rəsmən Qarabağ yepiskopluğu, Gəncə yepiskopluğu, Qaşqatağ yepiskopluğu, Zərzibil yepiskopluğu və Şamaxı yepiskopluğu Alban Həvari Kilsəsinin təsir dairəsi kimi tanındı. Esayanın dövründə həm də Alban kilsəsi Erməni Qriqoryan Kilsəsinin üstünlüyü rəsmən tanıdı. Katolikosluğunun 4-cü ilində Katolikos V Nerses öz yurisdiksiyasını elan etdi. Erməni patriarxı Katolikos I Aleksandr Cuğayetsi Esayanı müdafiə etməyə davam etdi. 1711-ci ildə İsrail Ori ilə Həştərxana gedən Esaya tezliklə geri qayıtmalı oldu. Esayanın diplomatik missiyaları 1723-cü ildə I Pyotrun Xəzəryanı bölgələri işğal etməsi ilə nəticələndi. 1719 və 1721-ci ildə Katolikos I Astvasaturu ziyarətə getmişdi.
Şəhid Mirzəyev Elyar Cəlal oğlu

cəlal sözünün leksik mənası və izahı

cəlal sözünün sinonimləri (yaxın mənalı sözlər)

"cəlal" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cəlal nədir? #cəlal sözünün mənası #cəlal nə deməkdir? #cəlal sözünün izahı #cəlal sözünün yazılışı #cəlal necə yazılır? #cəlal sözünün düzgün yazılışı #cəlal leksik mənası #cəlal sözünün sinonimi #cəlal sözünün yaxın mənalı sözlər #cəlal sözünün əks mənası #cəlal sözünün etimologiyası #cəlal sözünün orfoqrafiyası #cəlal rusca #cəlal inglisça #cəlal fransızca #cəlal sözünün istifadəsi #sözlük