cəla sözü azərbaycan dilində

cəla

Yazılış

  • cəla • 46.1538%
  • Cəla • 46.1538%
  • CƏLA • 7.6923%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alimlərin sultanı. Mövlanə Cəlaləddin Rumi (film)
Alimlərin sultanı. Mövlanə Cəlaləddin Rumi qısametrajlı sənədli televiziya filmi rejissor Xürrəm Sultan tərəfindən İctimai televiziyada istehsal edilmişdir. Film İslam və təsəvvüf dünyasında tanınmış şair Mövlanə Cəlaləddin Rumi haqqındadır. == Məzmun == Film İslam və təsəvvüf dünyasında tanınmış şair, mövləvi yolunun öncülü, panteizm fəlsəfəsinin tanınmış nümayəndəsi Mövlanə Cəlaləddin Rumi haqqındadır.
Aşıq Cəlal Qəhrəmanov
Aşıq Cəlal Qəhrəmanov (28 aprel 1928, Kəmərli, Qazax rayonu – 17 avqust 1978) — Azərbaycan aşığı. Aşıqların Bakıda keçirilmiş III qurultayının nümayəndəsi olmuşdur (1961). == Həyatı == Cəlal Məhəmməd oğlu Qəhrəmanov 1928-ci il aprelin 28-də Qazax rayonunun Kəmərli kəndində ziyalı ailəsində anadan olmuşdur. Qaymaqlı kənd məktəbini bitirib. Ustad Aşıq Avdı Qaymaqlının məclislərində müntəzəm iştirak edib.3 il Aşıq Avdı Qaymaqlının yanında şagirdlik etmişdir. Yüzdən çox qoşması, gəraylısı, müxəmməsi, divanisi, təcnisi, deyişməsi var. Aşığın 23 saz havası Azərbaycan radiosunun "Qızıl fond"una daxil edilmişdir."Cəlaloğlu" saz havasının bəstəçisidir. 1961-ci ildə Aşıqların III qurultayının iştirakçısı olmuşdur.1978-ci ildə vəfat etmişdir. Kəmərli kəndində dəfn olunmuşdur. 1992-ci ildə "Sədəfli saz, məni dindir" şeirlər kitabı nəşr olunmuşdur.
Buğa qoyon Cəlayır
Buğa qoyon Kumın qoyon oğlu Cəlayır (XIII əsr – 16 yanvar 1289 və ya 1289) — Cəlayır elinin Cadaran oymağından monqol sərkərdəsi. == Həyatı == Buğa qoyon Cəlayır Çingiz xanın minbaşısı idi. O, Hülaku xanla bərabər Azərbaycana gəlmişdi. Mukali qoyonun qardaşı idi. Elxanlılara xidmət göstərmişdi. Arqun xanın yaxın yardımçılarından olmuşdu. Əhməd Təkudar xanın hakimiyyəti dövründə tamğaçı idi.
Cəlaloğlu
Stepanavan, 1924-cü ilədək Cəlaloğlu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Loru mahalı, Cəlaloğlu rayonunda, Tona (dəyişdirilmiş adı Debed) çayının sahilində yerləşən şəhər. Cəlaloğlu rayonunun mərkəzi. == Tarixi == 1938-ci ildən respublika tabeli şəhərdir. Hazırda vaxtilə erməni bolşevik Stepan Şaumyanın adını daşıyır. Cəlaloğlu - Tiflis quberniyasının Borçalı qəzasında kənd. İndi Ermənistan adlanan respublikada inzibati rayon və rayon mərkəzi, şəhər tipli qəsəbə. Rayon ərazisi IX əsrə kimi Quqark əyalətinin Taşir qəzasının tərkibində olmuş, IX əsrdə Loru hakimiyyəti altında olmuşdur. 1089-1125-cı illərdə rayonun ərazisi gürcü padşahı Davidin hakimiyyətinə tabe olmuşdur. 1801-cı ildə Gürcüstanın Rusiyanın tərkibinə daxil olması ilə əlaqədar rayonun ərazisi Tiflis quberniyasının tərkibində Rusiyanın tabeliyinə keçmişdir. 1919 - cu ildən 1920-ci ilin noyabrınadək Loruya daxil olmuş, indiki Ermənistanda 1920-ci il noyabrın 29-da sovet hakimiyyəti qurulduqdan sonra Loru-Pəmbək qəzasının tərkibində Ermənistanın tabeçiliyinə keçmişdir.
Cəlaloğlu rayonu
Stepanavan rayonu — Ermənistan SSR-də və Ermənistan Respublikasında inzibati-ərazi vahidi. == Haqqında == Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur (1880–1921). Rayon Ermənistan SSR-nın Pəmbək-Loru qəzasınin ləğvi ilə onun bir qismi hesabına 9 sentyabr 1930-cu ildə təşkil edilmişdi. İnzibati mərkəzi Cəlaloğlu şəhəri idi. 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanununa əsasən ləğv edilən rayonun ərazisi yeni təşkil edilmiş Loru mərzinə qatılmışdır. Təşkil edildiyi 9 sentyabr 1930-cu ildən ləğv edildiyi 7 noyabr 1995-ci il tarixinədək rayon rəsmən Stepanavan rayonu (rus. Степанаванский район, erm. Ստեփանավանի շրջան) adlanırdı. == Coğrafiya == Stepanavan rayonunun ərazisindən Tona çayı axır.
Cəlaloğlu çayı
Cəlaloğlu çayı (erm. Ձորագետ գետի (Dzoraqet qeti)) — Ermənistanda, hazırkı Loru vilayətində (erm. Լոռու մարզ (Lorru marz)) çay, Tona çayının (erm. Դեբեդ գետի (Debed qeti), (gürc. დებედა (Debeda)) sol qolu.
Cəlalzadə Mustafa Çələbi
Cəlalzadə Mustafa Çələbi (d. 1491, Kastamonu - ö. 1567, İstanbul) — I Süleyman dönəmində yaşamış Osmanlı dövlət adamı və tarixçisi.
Cəlalə Nəzəroğlu
Cəlalə Natiq qızı Nəzəroğlu (17 avqust 1984, Masallı rayonu) — Azərbaycan jurnalisti, teleaparıcı. == Həyatı == == Fəaliyyəti == Müxtəlif illərdə Xəzər TV-də "Xəzər Xəbər"in aparıcısı və bölgə xəbərlərindən məsul redaktor, İnterAz TV-nin "Xəbərlər" departamentinin rəhbəri, ANS televiziyasında səhər departamentinin rəhbəri və "Salam, Azərbaycan" proqramının aparıcısı kimi fəaliyyət göstərib. 2019-cu ildə "Libraff" mağazalar şəbəkəsinin direktoru olub.ASAN radioda yayımlanan “Ana dili”, REAL televiziyasında efirə gedən “Redaktor” layihələrinin müəllifi olmuşdur. Rəhbərlik etdiyi Diksiya Akademiyası MMC "ASAN xidmət"lə birlikdə "Ana dilində hekayəni danış" adlı natiqlik çempionatı keçirib.Hazırda Diksiya Akademiyası MMC-yə rəhbərlik etməkdədir. === Kitabları === "Danışığınla həyatı qazan" === Mükafatları === "İlin ən yaxşı radio aparıcısı 2017" == İstinadlar == == Xarici keçidlər == Bizimkilər - Cəlalə Nəzəroğlu: "İlk dəfə efirə çıxanda çənəm, əl-ayağım titrəyirdi" Cəlalə Nəzəroğlu. "Doğrudan", yoxsa "Doğurdan"?
Cəlaləddin Dəvani
Cəlaləddin Dəvani (fars. جلال‌الدین دوانی‎; 1426, Dəvan, Fars ostanı və ya Kazerun şəhristanı, Fars ostanı – 12 oktyabr 1502, Dəvan, Fars ostanı və ya Kazerun şəhristanı, Fars ostanı) — XV əsr islam filosofu, teoloq, şair. Tam adı Cəlaləddin Məhəmməd ibn Əsəd Siddiqi Dəvani idi. Əllamə Dəvani adı ilə də tanınırdı. Hicri 830-cu ildə Fars əyalətində, Kazerun yaxınlığında yerləşən Dəvan kəndində anadan olmuşdur. == Əsərləri == Əxlaqi Cəlali Ərznamə == Mənbə == В. История Ирана: (10) Ак-Коюнлу, стр. 845 – 846. // Ч. А. Стори. — Персидская литература. Био-библиографический обзор.
Cəlaləddin Dəvvani
Cəlaləddin Dəvani (fars. جلال‌الدین دوانی‎; 1426, Dəvan, Fars ostanı və ya Kazerun şəhristanı, Fars ostanı – 12 oktyabr 1502, Dəvan, Fars ostanı və ya Kazerun şəhristanı, Fars ostanı) — XV əsr islam filosofu, teoloq, şair. Tam adı Cəlaləddin Məhəmməd ibn Əsəd Siddiqi Dəvani idi. Əllamə Dəvani adı ilə də tanınırdı. Hicri 830-cu ildə Fars əyalətində, Kazerun yaxınlığında yerləşən Dəvan kəndində anadan olmuşdur. == Əsərləri == Əxlaqi Cəlali Ərznamə == Mənbə == В. История Ирана: (10) Ак-Коюнлу, стр. 845 – 846. // Ч. А. Стори. — Персидская литература. Био-библиографический обзор.
Cəlaləddin Fərhadov
Cəlaləddin Elxan oğlu Fərhadov (1 may 2002; Ağdaş, Azərbaycan — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgər'i, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəlaləddin Fərhadov 01 may 2001-ci il tarixində Ağdaş rayonunda ailənin son beşiyi olaraq dünyaya gəlib. Ağdaş rayonu 1 saylı orta məktəbin I sinfinə qəbul olunub, 2018-ci ildə məktəbi bitirib. 16 yaşında atasını itirən Cəlaləddin həyata tez atılmalı olub. Anası və bacılarına maddi dəstək olmaq üçün təhsilini davam etdirməyi dayandırıb, müxtəlif işlərdə çalışıb. == Hərbi xidmətləri == Cəlaləddin 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəlaləddin Fərhadov Şuşa və Cəbrayılın azad edilməsində savaşıb. O, 2020-ci il noyabrın 8-də Şuşa qələbəsindən 2 saat sonra şəhidlik zirvəsinə yüksəlib. Şuşada dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlaləddin Fərhadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlaləddin Fərhadov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cəlaləddin Fərhadov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Cəlaləddin Mirzə Heydər xan
Cəlaləddin Mirzə Heydər xan Baranlı (d. 19 yanvar 1732 — ö. 26 yanvar 1775) — Hindistanın baş vəziri, Aud nəvvabı. == Həyatı == Cəlaləddin Mirzə Heydər xan 1732-ci ildə Dehli şəhərində doğulmuşdu. Atası Əbulmənsur Mirzə Məhəmməd xan Səfdər Cəng 1739–1754-cü illərdə Audun nəvvabı olmuşdu. Cəlaləddin Mirzə Heydər xan Böyük Moğollar imperiyasının baş vəziri olmuşdu. Şücaüddövlə ləqəbini daşıyırdı. Cəlaləddin Mirzə Heydər xan 1754–1775-ci illərdə Audun nəvvabı olmuşdu. Cəlaləddin Mirzə Heydər xan 1764-cü ildə Benqaliyada olan ingilislərə qarşı mübarizəyə başlamışdı. Mirzə Heydər xan 1775-ci ildə vəfat edib.
Cəlaləddin Mənguberdi
Cəlaləddin Mənguberdi (1199, Xarəzm – 15 avqust 1231, Kiçik Asiya[d]) — Xarəzmşahlar dövlətinin sonuncu hökmdarı. Əlaəddin Məhəmmədin oğlu. == Həyatı == Cəlaləddin Xarəzmşahın adı mənbələrdə "Manqburnu", bəzən də "Məngü-Bərti" şəklində keçir. Manqburnu qədim türkcədə "böyük burunlu" deməkdir. Məngü-Bərti isə "əbədi qurd" mənasına gəlir. Bu iki ad arasında mənbələrdə yer alan fərqin Cəlaləddinin adının tam oxunmamasından irəli gəlməkdədir. Həmçinin, "manq" türklərdə boy adı mənasını da verməkdədir. Xarəzmşahların sonuncu hökmdarı olan Cəlaləddin Xarəzmşah, Əlaəddin Məhəmmədin böyük övladıdır. Anası hind cariyəsi Ayçiçək xatundur. Xarəzmşah Mənguberdi atasının zamanında, Qəznə, Herat, Qarcistan və Sicistana məlik olaraq göndərilmiş, ancaq sultan Məhəmməd daha sonra onu öz yanına almış və onun yerinə Kərbər Məliki uyğun görmüşdür.
Cəlaləddin Qasımov
Cəlaləddin Qasımov (Tam adı:Cəlaləddin Qəzənfər oğlu Qasımov; d.26 mart 1967 Tovuz rayonu) — Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü, yazıçı-publisist, Araşdırmaçı-tarixçi, polis mayoru. == Həyatı == Cəlaləddin Qasımov 26 mart 1967-ci ldə Tovuz rayonunda anadan olub. 1984-cü ildə orta məktəbi bitirib, həmin il Moskva İdarəetmə İnstitutuna qəbul olub. 1985-87-ci illərdə hərbi xidmət keçib. Almaniyanın Verder şəhərində 6 ay SSRİ-nin məxfi rabitə kursant kursunda təhsil aldıqdan sonra Veymarın Nora qəsəbəsində yerləşən 8-ci ordunun qərargahında ilk qafqazlı olaraq məxfi stansiyada gizli radiostansiyanın rəisi vəzifəsində xidmət edib. 1987-ci ildə hərbi xidmət müddətini başa vurduqdan sonra təhsilini Azərbaycanda davam etdirərək Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olub. Daha sonra Ukrayna Beynəlxalq Hüquq Akademiyasını, sonra isə Azərbaycan DİN-in Polis Akademiyasını bitirib. Ailəlidir. İki övladı var. == Fəaliyyəti == 1997-ci ildən polis orqanlarında çalışıb.
Cəlaləddin Qorxmazov
Cəlaləddin Əsildar oğlu Qorxmazov (1 oktyabr 1877, Xumtorqala[d], Dağıstan vilayəti – 27 sentyabr 1937, Moskva) — Dağıstan ictimai-siyasi xadimi, diplomat və publisist. == Həyatı == Cəlaləddin Qorxmazov milliyətcə qumuq türklərindəndir. Araşdırıcılar onun 1877 və ya 1879-cu ildə Rusiyanın Dağıstanın XIX yüzillliyin əvvəllərində işğal etdiyi Kumtorqala kəndində ortabab bir ailədə doğulduğunu yazırlar. İndi həmin kənd Cəlaləddinin şərəfinə onun familyasına uyğunlaşdırılaraq Qorxmazqala adlandırılır. İlk təhsilini kəndlərindəki xalq arasında mollaxana adlandırılan ibtidai məktəbdə alan Cəlaləddin daha sonra Şərqdə geniş yayılmış təhsil ocağı mədrəsədə oxumuşdur. Lakin o, bir çox həmyerliləri kimi təhsilini davam etdirmək üçün Şərq ölkələrindəki dini mərkəzlərə getməmişdir. Rus dilini, Rusiya təhsil sistemini öyrənərək Stavropoldakı klassik oğlan gimnaziyaya daxil olmuşdur. XX yüzilliyin başlarında Rusiyanı bürüyən qarışıqlıq, geniş yayılan vətandaş itaətsizliyi Dağıstandan da yan keçməmişdi. Çılğın və vətənsevər bir gənc olan Cəlaləddin xalqını müstəmləkədən azad, millətini firavan yaşayan görmək istəyirdi. Sosialistlərin "xalqlara azadlıq", "bərabərlik, insanın insan tərəfindən istismarına son qoyulması" və s.
Cəlaləddin Rumi
Mövlana Cəlaləddin Bəlxi (fars. مولانا جلال الدین محمد رومی‎ Mevlānā Celāl-ed-Dīn Muhammed Balkhi; 30 sentyabr 1207 – 17 dekabr 1273[…], Konya, Rum Səlcuqlu dövləti) — İslam və təsəvvüf dünyasından olan fars şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin nümayəndəsi. Molavi, Mövlana və Rumi kimi tanınan Cəlaləddin Məhəmməd Bəlxi (6 Rəbiul-əvl 604 – 5 Cümadi əl-Sani 672 h.) İran farsdilli şairdir. Onun tam adı "Məhəmməd bin Məhəmməd bin Hüseyn Hüseyni Xətibi Bəkri Bəlxi"dir və sağlığında "Cəlaləddin", "Xodavəndgər" və "Mövlana Xədvəndgər" titulları ilə çağırılıb. Sonrakı əsrlərdə (görünür, IX əsrdən) onun üçün “Mülvi”, “Mulana”, “Mülvi Rumi” və “Mula Rumi” titullarından istifadə edilmişdir. == Həyatı == Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul-Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir. Mövlana Cəlaləddin Rumi ("Rumi" ləqəbi ona Anadoluya (o vaxtlar Anadolu "Diyari Rum" adlanırdı) yerləşib orada yaşadığı üçün, "Ağa" mənasına gələn "Mövlana" ləqəbi isə ona qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) İranın Xorasan vilayətinin (indiki Əfqanıstanın ) Bəlx şəhərində anadan olmuşdur.
Cəlaləddin Sultanşah
Cəlaləddin Sultanşah — I Güştaspın kiçik oğlu. == Həyatı == Nə vaxt anadan olduğu bilinmir. III Fəribürzdən kiçik idi. 1222-ci ildə atası tərəfindən Gürcüstana yollanmışdı. Çar IV Georgi ilə bağlanmış müqaviləyə əsasən Cəlaləddin Rusudan ilə evlənəcəkdi. O burada xristian olmuş və xristian adətləri ilə böyüməyə başlamışdı. 1226-cı ildə Cəlaləddin Mənguberdinin Tiflisi tutmasından sonra azad olundu və sünnət edilərək müsəlman oldu. Bu hadisə mənbələrdə belə təsvir olunur: Sultan gürcülərin ölkəsini tutanda yetimi əsarət məngənəsindən azad etdi... Şirvanşahın oğluna gəlincə, o, sanki gözəl bir halə arasındakı parlaq mirvari dənəsi idi. Sultan ona ən yüksək səviyyədə tərbiyə verdi, hökmdar övladı kimi sünnət etdirdi.
Cəlaləddin Təbrizi
Cəlaləddin Məhəmməd Təbrizi (Təbriz – 1524) — Keçəçilər ailəsinə mənsub Səfəvi dövlət xadimi. I Təhmasibin ilk vəziri. == Həyatı == Təbriz şəhərində, məşhur Keçəçilər nəslində doğulmuşdu. Atası Məhəmməd Zəkəriyya Keçəçi Şah İsmayılın ilk vəziri olmuşdur. Lakin Şah İsmayılın ölümündən sonra Div Sultan Rumlu tərəfindən öldürülmüşdür. İsgəndər bəy Münşi hadisəni belə nəql edir:Süleyman şanlı xaqanın vəfatı və hümayun cənnətməkan şahın cülusundan sonra Xacə Cəlaləddin Məhəmməd Keçəçi o həzrətin əmriylə vəzarət rütbəsi ilə şərəfləndi. Vəzirlik dövründən heç bircə il keçməmişdi ki, iqtidar sahibli vəkil Div Sultan Rumlu onunla yola getmədi, aralarında dava-dalaş tozu yüksəldi, onun tutulub yandırılması haqda fərman verildi.
Cəlaləddin Xarəzmşah (dram)
Cəlaləddin Хarəzmşah— türk yazıçısı Namiq Kamalın 1885-ci ildə yazdığı dramı. == Məzmunu == Namiq Kamalın tariхi mövzuda qələmə aldığı Cəlaləddin Хarəzmşah dramı Хarəzmşahlar dövlətinin hökmdarı Sultan Cəlaləddinin həyat və siyasi fəaliyyətindən bəhs еdir. Sırf vətənpərvərlik, qəhrəmanlıq ruhunda yazılan bu əsərdə Cəlaləddin Хarəzmşahın mоnqоl istilası dövründə düşmənə qarşı mübarizəsi əsərin ana хəttini təşkil еdir.
Cəlaləddin xan
Cəlaləddin xan — Toxtamış xanın oğlu idi. I Vasilinin sarayında gizlənmişdi. Qrünvald döyüşündə Vitautasın ordusunda iştirak etmişdi. 1412-ci ildə Litva ordusu ilə Saray Batuya gələrək Timur xanı devirdi və hakimiyyəti əlinə aldı. Edigey təhlükəsini sovuşdurmaq üçün Xaculay bahadırı ona qarşı göndərsə də Edigey qalib gəldi. 1 il sonra qardaşı Kərimberdi xan tərəfindən öldürüldü.
Cəlaləddin Əli bəy
Cəlaləddin Əli bəy (v. 1444) — Ağqoyunlu tayfa ittifaqının başçısı, Qara Yuluq Osmanın oğlu. == Hakimiyyəti == Cəlaləddin Əli bəyin doğum tarixi haqqında mənbələrdə məlumat yoxdur. O Qara Yuluq Osman bəyin oğlu idi. Onun taxta çıxması ilə bağlı ilk məlumata erməni əl yazmasında rast gəlirik. Burada hicri 839-cu ildə miladi 1435-ci ilin qış ayında Cəlaləddin Əli bəyə taxta çıxması öz əksini tapmışdır. Məlumat "Tanrı onu düşmənlər qarşısında zəfərə ərdirsin" cümlələri ilə sona çatır. Bu zaman Tərcan yaxınlığında qeyri rəsmi bir divan toplandı. Onlar Əli bəyi Qara Yuluq Osman bəyin varisi kimi tanıdı. Qara Yuluq Osman bəy hələ vəfat etməzdən əvvəl oğlanları, qardaşı oğlanları hərəsi fərqli bir ərazidə hakim idilər.
Cəlayer
Cəlayir — Azərbaycan Respublikasının Qax rayonunun Sarıbaş inzibati ərazi vahidində kənd. Qafqaz silsiləsinin yamacındadır. == Tarixi == XIII əsrdə Şimali Azərbaycanın Dağıstanla sərhədlənən ərazilərinə köçürülmüş türk-monqol tayfalarından biri olan Cəlairilərlə bağlı bir toponimdir. Bu tayfanın hakimiyyəti altında olan Cəlairilər dövləti indiki İrak və Suriya ərazilərini əhatə edirdi. Ən görkəmli hökmdarı isə Əhməd şah Cəlair olmuşdur. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 364 təsərrüfatda hər iki cinsdən toplam 1.574 nəfər əhali yaşamaqdadır. Kənddə Azərbaycan türkləri yaşayır. == Toponimikası == Cəlair oyk., sadə. Ağsu r-nunun Kənd-oba i.ə.v.-də kənd. Şirvan düzündədir; Qax r-nunun Sarıbaş i.ə.v.-də kənd.
Cəlayir
Cəlayir (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Cəlayir (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Cəlayir (Qax) — Azərbaycanın Qax rayonunda kənd.
Cəlayir (Ağsu)
Cəlayir — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cəlair Ağsu rayonunun Kənd-oba inzibati ərazi vahidində kənd. Şirvan düzündədir.
Cəlayir (Cəlilabad)
Cəlayir — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cəlair oyk., sadə. Ağsu r-nunun Kəndoba inzibati ərazi vahidində kənd. Şirvan düzündədir; Qax r-nunun Sarıbaş inzibati ərazi vahidində kənd. Qafqaz silsiləsinin yamacındadır; Cəlilabad r-nunun eyniadlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri türkdilli cəlair/cəlayir tayfasının adını daşıyır. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 988 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2018 •••••••••••••••••••• 0.15

cəla sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

CƏLA1 ə. köçmə, uzaqlaşma, ayrı düşmə. Cəlayi-vətən vətəndən ayrı düşmə, ayrılma. CƏLA2 ə. parlama, parıltı, cila.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"cəla" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cəla nədir? #cəla sözünün mənası #cəla nə deməkdir? #cəla sözünün izahı #cəla sözünün yazılışı #cəla necə yazılır? #cəla sözünün düzgün yazılışı #cəla leksik mənası #cəla sözünün sinonimi #cəla sözünün yaxın mənalı sözlər #cəla sözünün əks mənası #cəla sözünün etimologiyası #cəla sözünün orfoqrafiyası #cəla rusca #cəla inglisça #cəla fransızca #cəla sözünün istifadəsi #sözlük