* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər.] 1. Ən yüksək, ən yaxşı, ən gözəl. Əla meyvə. Əla şey. – [Qərib:] Yarın eyvanında cüt qoşa qızla; Şahsənəm əladır, hamısı gözəl. “Aşıq Qərib”. Həmin bu yetər ki, desən; Qullarımdan əladır bu. Q.Zakir. Leylinin bir lətafəti yoxdur; Ondan əla gözəl sənəm çoxdur. S.Ə.Şirvani. // Tələbələrin biliyinə verilən ən yüksək qiymət. Əlaya layiq cavab verdi. Kimyadan əla qiymət aldı. // Zərf mənasında. Əla oxumaq. Tapşırığı əla yerinə yetirmək. Vəzifəsini əla başa düşür. – Şiraslan, yoldaşları arasında əla qiymətlə oxuduğu üçün seçilir, divar qəzetində onun kiçik şeirləri də çıxırdı… S.Rəhimov. Əla oxuyan, hörmət qazanan bir tələbəyə nə ad qoyub, nə qara yaxasan? Mir Cəlal. 2. klas. Daha hündür, daha uca, daha yüksək. Camalın şöləsi günəşdən əla; Səni görən necə olmaz mübtəla. Sarı Aşıq. // Keyfiyyətcə ən yaxşı, yüksək. Əla növ. – [Hacı] İtotaran Daşdəmirin oğlu Naqqal Feyzulladan iki kisə də əla xına alıb evə qayıtdı. H.Sarabski. Stolların üstünə o qədər də əla olmayan qırmızı mahuddan örtük çəkilmişdi. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / əla3 Ə’LA ə. ən yaxşı, ən yüksək; daha yaxşı, daha yüksək.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əla2 1. ƏLA [Şeyx Hadi:] Sizin imanınızdan övladır; Haqq bilir, həm də min qat əladır (H.Cavid); ÇOX GÖZƏL Fəxrəddin bəy: Çox gözəl gecə keçib, get rahat ol (N.Vəzirov); ÇOX YAXŞI Məstəli şah: Çox yaxşı. indi mən bu saatda, xanım, sizin gözünüzün qabağında Parisin heykəlin bərpa edib, burada onu pozacağam (M.F.Axundzadə); YAĞ KİMİ (məc. dan.) Sədr: Sizin sağlığınıza, yoldaş Qaradağlı, işlər yağ kimi gedir (B.Bayramov). 2. əla bax beş
Azərbaycan dilinin sinonimlər lüğəti / əla1 1. очень хороший, превосходный, первоклассный, отличный, отборный, высший, великолепный, высококачественный; 2. отлично, превосходно, великолепно;
Azərbaycanca-rusca lüğət / əla2 I прил. отличный (очень хороший, превосходный). Əla istehsalatçı отличный производственник, əla sürücü отличный водитель, əla konsert отличный концерт, əla qiymət отличная оценка 2. высший (по качеству). Əla növ высший сорт, əla keyfiyyətli высококачественный II нареч. отлично (очень хорошо, превосходно, великолепно). Əla təşkil etmək nəyi отлично организовать что; əla çıxış etmək отлично выступить, özünü əla hiss etmək чувствовать себя отлично, əla işləmək отлично работать, əla cavab vermək отлично ответить, əla görünmək отлично выглядеть III сущ. отлично (высшая оценка знаний учащихся по пятибалльной системе). Kimyadan “əla” almaq получить по химии “отлично”
Azərbaycanca-rusca lüğət / əla1 I. s. excellent; ~ qiymət excellent / top mark; (seçmə) choice, select(ed), ~ tütün choice tobacco; (yüksək keyfiyyətli) superior; Köynək əla parçadan tikilib The shirt is made of superior cloth; (mükəmməl) perfect; ~ cavab perfect answer / reply; Əladır! (It is) splendid! II. z. excellently; perfectly well; fine; O bunu əla bilir He / She knows it perfectly well III. nid. Excellent! Splendid!
Azərbaycanca-ingiliscə lüğət / əla1 1) sif. excellent, -e, parfait, -e ; sélectionné, -e ; de qualité supérieure ; 2) nid. Excellent! Parfait! Très bien!
Azərbaycanca-fransızca lüğət / əla1 [ər.] прил. 1. лап хъсан, лап иер, лап гуьзел; əla şey лап хъсан затӀ; // нареч. лап хъсандиз (мес. кӀелун); 2. вад, лап хъсан къимет (ученикдин билигдиз гудай); 3. клас. мадни хъсан, мадни кьакьан, мадни вине авай; // лап хъсан ери авай; əla növ лап хъсан сорт.
Azərbaycanca-ləzgicə lüğəti / əla