Əlağa sözü azərbaycan dilində

Əlağa

Yazılış

  • Əlağa • 99.6644%
  • əlağa • 0.3356%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əlağa Həsənov
Əlağa Hacı Süleyman oğlu Həsənov (1871, Bakı – 18 mart 1933, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin Maliyyə naziri olmuşdur. == Həyatı == Ə.Həsənov 1871-ci ildə Bakıda anadan olmuşdur. Bakı kommersiya məktəbini bitirmişdir. Təhsil illərində Əliağa Həsənov türk, ərəb, fars və rus dillərini mükəmməl öyrənmişdir. Bakının ictimai həyatında fəal iştirak edən Ə.Həsənov şəhər Dumasının üzvü seçilmişdir. O, "Nəşri-maarif" cəmiyyətinin yaradılmasında və fəaliyyətində yaxından köməklik etmişdir. Bundan başqa Bakıya Şollar su kəmərinin, kanalizasiya şəbəkəsinin çəkilməsində, Dənizkənarı parkın salınmasında onun da böyük xidmətləri olmuşdur. 1918-ci il martın 18-dən 22-dək Bakıda və Azərbaycanın digər yerlərində cəbhədən qayıdan nizami erməni qoşun birlikləri 30 minə yaxın azərbaycanlını qırdı. Onlar S.Şaumyanın göstərişi ilə Bakı Sovetinin qoşunhissələri tərkibinə daxil edilmişdilər. Şəhərdə bu qırğının qarşısını almağa çalışanlardan biri də Ə.Həsənov olmuşdu.
Əlağa Kürçaylı
Vəliyev Əliağa Həsənağa oğlu (Əliağa Kürçaylı) (20 fevral 1928, Kür Qaraqaşlı, Salyan rayonu – 11 fevral 1980) — şair, dramaturq, tərcüməçi, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1979) == Həyatı == Əliağa Kürçaylı 1928-ci il fevral ayının 20-də Salyan qəzasının Kür Qaraqaşlı kəndində doğulmuşdur. Orta məktəbin 9-cu sinfindən təhsilini yarımçıq qoyub 1944–1946-cı illərdə Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlamışdır. Bakı Dəmir Yolu Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş mühasib olmuş, Salyan Dram Teatrında eyni vəzifəyə dəyişilmişdir (1946–1947). Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. "Sənin gözlərin" adlı ilk şeiri ilə ("Azərbaycan gəncləri", 1946) ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir. Salyan radio qovşağında redaktor işləmiş, gənc yazıçıların I Respublika müşavirəsində iştirak etmişdir (1947). Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib ADU-nun Filologiya fakültəsinə daxil olmuşdur. Onu M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərmişlər, ab-havası düşmədiyindən geri qayıdıb universitetdə təhsili davam etdirmişdir (1949–1954), eyni zamanda "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri (1953–1955) işləmişdir. Moskvada ali ədəbiyyat kursunun dinləyicisi (1955–1957), "Azərbaycan gəncləri" qəzeti redaksiyasında şöbə müdiri (1959–1965), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi (1965–1966), "Literaturnıy Azerbaydjan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1966–1967) işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş (1975), "Yazıçı" nəşriyyatında (1978-ci ilin mayından ömrünün axırınadək) baş redaktor olmuşdur.Əliağa Kürçaylı böyük xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanım ilə ailə qurmuşdur. 1 qızı və 1 oğlu var idi.
Əlağa Vahid
Əliağa Vahid (əsl adı: Əliağa Məmmədqulu oğlu İsgəndərov; 17 fevral 1895, Bakı – 1 oktyabr 1965, Bakı) — Azərbaycan-sovet şairi, qəzəlxanı Azərbaycan SSR əməkdar incəsənət xadimi (17 iyun 1943). == Həyatı == Əliağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub. O, mədrəsədə oxumağa başlasa da, daha sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. Onun "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunmuşdur.[nə vaxt?]Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Vahid inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən çoxlu şeir ("Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s.) yazmış, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmişdir. Onun "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə "Döyüş qəzəlləri" (1943), "Qəzəllər" (1944) kitablarında Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi. Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.75 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 ••••• 0.79
2004 •••••• 1.01
2006 •••• 0.68
2007 ••••••••••••••• 2.54
2008 •••••••••• 1.71
2009 •• 0.32
2010 •••••• 1.00
2011 0.09
2012 •••• 0.60
2013 ••• 0.44
2014 •••••••• 1.20
2015 •••••••••••••••••• 3.06
2016 ••• 0.35
2018 0.15
2019 •••• 0.56
2020 0.13

əlağa sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

Əli ağa, cənab Əli.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"əlağa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əlağa nədir? #əlağa sözünün mənası #əlağa nə deməkdir? #əlağa sözünün izahı #əlağa sözünün yazılışı #əlağa necə yazılır? #əlağa sözünün düzgün yazılışı #əlağa leksik mənası #əlağa sözünün sinonimi #əlağa sözünün yaxın mənalı sözlər #əlağa sözünün əks mənası #əlağa sözünün etimologiyası #əlağa sözünün orfoqrafiyası #əlağa rusca #əlağa inglisça #əlağa fransızca #əlağa sözünün istifadəsi #sözlük