aşağa sözü azərbaycan dilində

aşağa

Yazılış

  • aşağa • 90.0000%
  • Aşağa • 5.0000%
  • AŞağa • 5.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

aşağa sözünün leksik mənası və izahı

  • 1 1. is. Bir şeyin dibinə, yerə ən yaxın olan hissəsinə tərəf, alt (yuxarı ziddi). Dirəyin aşağısı çürümüşdür. // Sif. mənasında. Aşağı mərtəbə. Dirəyin aşağı tərəfi. // is. Altlıq. Heykəlin aşağısı. 2. zərf Yerə doğru, aşağıya doğru. Aşağı enmək. Aşağı baxmaq. Aşağı düşmək. Aşağı salmaq. Təyyarə aşağı endi. Şəkil çox aşağı asılmışdır. 3. is. Evin, binanın alt mərtəbəsi. Bu binanın yuxarısı mənzil, aşağısı isə dükandır. 4. sif. Orta səviyyəyə çatmayan, orta normadan az; kiçik, az, qeyri-kafi, zəif. Aşağı səviyyəli ixtisas. Aşağı hərarət. 5. sif. Ucuz. Aşağı qiymətlər. □ Aşağı salmaq – ucuzlaşdırmaq. Qiymətləri aşağı salmaq. 6. sif. Alçaq, pis, nöqsanlı, yararsız, dəyərsiz, keyfiyyətsiz. Aşağı keyfiyyətli mal. 7. sif. məc. Yoxsul, kasıb. Aşağı silk. Aşağı təbəqə. Aşağı siniflər. // Yalnız cəm şəklində: aşağılar məc. köhn. – aşağı siniflər, aşağı təbəqələr; kütlə. Aşağılar köhnə qayda ilə yaşamaq istəmirdilər. 8. məc. sif. Vəzifəcə kiçik olan. Gəldiyev aşağı işçilərin sözünə fikir vermirdi. Mir Cəlal. 9. Axır, son, qurtaracaq. Evimiz kəndin aşağısındadır. Mən şəhərin aşağısında yaşayıram. // Çayın axıb getdiyi tərəf. Çay aşağı getmək. ◊ Aşağı baş – evin, məclisin, otağın qapıya yaxın olan tərəfi. Aşağı başda oturtmaq. – Toyxananın qapısında məşəl yandırırdılar. İçəri girdikdə aşağı başdan, yainki yandan sazandalar üçün döşək salınardı. H.Sarabski. Aşağılı-yuxarılı – orta hesabla, orta qiymətlə. Aşağı salmaq – 1) devirmək, düşürmək. [Miraxur:] İndi ki Şah Abbas yoxdur, aya bizə nə manedir ki, bu məlun və bidini, ki deyirlər tənasüximəzhəbdir, təxtdən aşağı salaq… M.F.Axundzadə; 2) məc. hörmətdən salmaq, nüfuzdan salmaq. [Ceyran] öz işi ilə yoldaşlarını aşağı salmaq niyyətində deyildi. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / aşağa

aşağa sözünün ləzgi dilinə tərcüməsi

  • 1 AŞAĞI 1. сущ. агъа пад, чилиз мукьва пад, агъа кьил; кӀаник пад, кӀан (мес. гуьмбетдин); 2. прил. агъа, агъуз, кӀаник; aşağı məhəllə агъа мягьле; aşağı mərtəbə кӀаник мертеба; 3. нареч. виняй-агъуз, агъуз; aşağı baxmaq агъуз килигун; 4. прил. тӀимил, гъвечӀи, зайиф; юкьван нормадилай агъуз; aşağı hərarət тӀимил ифин; 5. агъуз, агъа, ужуз; aşağı qiymətlər агъуз къиметар; aşağı salmaq агъуз авудун, агъузарун, ужузарун (къиметар); 6. прил. пис, гьакӀан, виже текъвер, хъсан ери (къимет) авачир (мес. мал); 7. прил. пер. агъада авай, гуьгъуьна амай, юхсул, кесиб (мес. классар); 8. пер. прил. везифадиз гъвечӀи тир; 9. эхир, куьтягь жедай кьил, агъа кьил, кек (мес. хуьруьн); ** aşağı baş агъа кьил (кӀвалин, межлисдин рикӀиниз мукьва пад); aşağılı-yuxarılı агъуз-виниз, инихъ-анихъ, юкьван гьисабдалди, юкьван къиметдай; aşağı salmaq а) авудун (мес. пачагь тахтунай); б) пер. гьуьрметдай авудун.

    Azərbaycanca-ləzgicə lüğəti / aşağa

Oxşar sözlər

#aşağa nədir? #aşağa sözünün mənası #aşağa nə deməkdir? #aşağa sözünün izahı #aşağa sözünün yazılışı #aşağa necə yazılır? #aşağa sözünün düzgün yazılışı #aşağa leksik mənası #aşağa sözünün sinonimi #aşağa sözünün yaxın mənalı sözlər #aşağa sözünün əks mənası #aşağa sözünün etimologiyası #aşağa sözünün orfoqrafiyası #aşağa rusca #aşağa inglisça #aşağa fransızca #aşağa sözünün istifadəsi #sözlük