* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 1. is. Bir şeyin dibinə, yerə ən yaxın olan hissəsinə tərəf, alt (yuxarı ziddi). Dirəyin aşağısı çürümüşdür. // Sif. mənasında. Aşağı mərtəbə. Dirəyin aşağı tərəfi. // is. Altlıq. Heykəlin aşağısı. 2. zərf Yerə doğru, aşağıya doğru. Aşağı enmək. Aşağı baxmaq. Aşağı düşmək. Aşağı salmaq. Təyyarə aşağı endi. Şəkil çox aşağı asılmışdır. 3. is. Evin, binanın alt mərtəbəsi. Bu binanın yuxarısı mənzil, aşağısı isə dükandır. 4. sif. Orta səviyyəyə çatmayan, orta normadan az; kiçik, az, qeyri-kafi, zəif. Aşağı səviyyəli ixtisas. Aşağı hərarət. 5. sif. Ucuz. Aşağı qiymətlər. □ Aşağı salmaq – ucuzlaşdırmaq. Qiymətləri aşağı salmaq. 6. sif. Alçaq, pis, nöqsanlı, yararsız, dəyərsiz, keyfiyyətsiz. Aşağı keyfiyyətli mal. 7. sif. məc. Yoxsul, kasıb. Aşağı silk. Aşağı təbəqə. Aşağı siniflər. // Yalnız cəm şəklində: aşağılar məc. köhn. – aşağı siniflər, aşağı təbəqələr; kütlə. Aşağılar köhnə qayda ilə yaşamaq istəmirdilər. 8. məc. sif. Vəzifəcə kiçik olan. Gəldiyev aşağı işçilərin sözünə fikir vermirdi. Mir Cəlal. 9. Axır, son, qurtaracaq. Evimiz kəndin aşağısındadır. Mən şəhərin aşağısında yaşayıram. // Çayın axıb getdiyi tərəf. Çay aşağı getmək. ◊ Aşağı baş – evin, məclisin, otağın qapıya yaxın olan tərəfi. Aşağı başda oturtmaq. – Toyxananın qapısında məşəl yandırırdılar. İçəri girdikdə aşağı başdan, yainki yandan sazandalar üçün döşək salınardı. H.Sarabski. Aşağılı-yuxarılı – orta hesabla, orta qiymətlə. Aşağı salmaq – 1) devirmək, düşürmək. [Miraxur:] İndi ki Şah Abbas yoxdur, aya bizə nə manedir ki, bu məlun və bidini, ki deyirlər tənasüximəzhəbdir, təxtdən aşağı salaq… M.F.Axundzadə; 2) məc. hörmətdən salmaq, nüfuzdan salmaq. [Ceyran] öz işi ilə yoldaşlarını aşağı salmaq niyyətində deyildi. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / aşağı1 Alçaq, alt kəlmələri ilə kökdaşdır. Paltarın, dağın ətəyi birləşməsindəki ətək sözü də aşağı sözü ilə kökdaşdır. Dağdan aşmaq birləşməsindəki aşmaq sözü aşağı enmək deməkdir, zirvədən enmək mənasını əks etdirir. Astar sözü də aşağı, alt kəlmələri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / aşağı1 AŞAĞI – YUXARI Aşağı tüpürürəm saqqaldır, yuxarı tüpürürəm bığ (Ata. sözü).
Azərbaycan dilinin antonimlər lüğəti / aşağı2 I прил. 1. нижний. Aşağı mərtəbə нижний этаж, Kürün aşağı axını нижнее течение Куры, aşağı ətraflar нижние конечности, aşağı rəf нижняя полка, aşağı səs муз. нижний голос 2. низкий. Aşağı keyfiyyət низкое качество, aşağı vəzifə низкая должность, aşağı temperatur низкая температура, aşağı gərginlikli cərəyan эл.-тех. ток низкого напряжения, aşağı ton низкий тон, aşağı qiymətlər низкие цены 3. младший. Aşağı siniflər младшие классы 4. низший. Əhalinin aşağı təbəqələri низшие слои населения 5. нижестоящий. Aşağı məhkəmə юрид. нижестоящий суд, aşağı təşkilatlar нижестоящие организации 6. нисходящий. Aşağı qohumluq xətti юрид. нисходящая линия родства 7. низовой. Aşağı yarpaqlar бот. низовые листья 8. хим. малый. Aşağı konsentrasiya малая (низкая) концентрация II нареч. 1. вниз. Aşağı baxmaq смотреть вниз, aşağı axmaq течь вниз, çay aşağı вниз по реке, yol aşağı вниз по дороге 2. низко, невысоко. Lampa çox aşağı asılmışdı лампа висела очень низко III сущ. 1. низ (нижняя часть предмета, ближайшая к основанию). Dirəyin aşağısı низ столба 2. низменное место 3. нижний конец. Kəndin aşağısı нижний конец села. Aşağılar низы: 1. непривилегированные классы общества 2. низины IV послел. ниже кого-л., чего-л. Qurşaqdan aşağı ниже пояса, dizdən aşağı ниже колен, dəniz səviyyəsindən aşağı ниже уровня моря, buludlardan aşağı ниже облаков; maya dəyərini aşağı salmaq снизить себестоимость, qiyməti aşağı salınmış уценённый, удешевлённый. Qiyməti aşağı salınmış mallar уценённые, удешевлённые товары; aşağı düşmək спуститься, опуститься; başı aşağı вниз головой ◊ aşağı baş: 1. нижний конец. Çarpayının aşağı başında в ногах кровати; 2. близкое к дверям место, непочётное место (в комнате, за столом). Aşağı başa oturtmaq посадить близко к дверям; başını aşağı salıb işləmək тихо, скромно работать, заниматься своим делом, nəzərini (gözlərini) aşağı salmaq потупить взор; aşağı salmaq kimi 1. свергнуть. Taxtdan aşağı salmaq свергнуть с престола 2. перен. унизить; əli aşağı olmaq не иметь средств к существованию, нуждаться в деньгах; əli aşağı düşmək обеднеть, испытывать нужду в деньгах, лишиться средств; başını aşağı əymək kimin, nəyin qarşısında склонять голову перед кем, чем; ağac bar gətirdikcə başını aşağı əyər чем больше плодов, тем ниже ветви клонятся (т. е. чем выше, тем скромней); başını aşağı eləmək kimin позорить, опозорить кого-л. (навлекать, навлечь своим поступком позор)
Azərbaycanca-rusca lüğət / aşağı1 I. i. bottom (part); səhifənin ~sında at the bottom of the page II. s. 1. lower; low; ~ mərtəbə ground floor; ~ palata Lower Chamber / House; (İngiltərədə) House of Commons; ~ notlar mus. low tones; ~ temperatura low temperature; ~ təzyiq low pressure; əməyin ~ məhsuldarlığı low productivity of labour; 2. bottom; ~ rəf bottom shelf; 3. poor, junior; ~ keyfiyyət poor quality; ~ siniflər junior forms III. z. down; ~ baxmaq to look down; ~ düşmək to come* down, to descend; ~ əyilmək to bend* down; ~ oturmaq to sit* down; ~ getmək to go* down; Lift aşağı gedir? Is the elevator going down? əli ~ olmaq to be* poor, to have* no means of subsistence; əli ~ düşmək to become* / to grow* poorer; başını aşağı etmək to disgrace (d.), to defame (d.); başını ~ əymək to bend* down, to incline one’s head IV. qoş. below; sıfırdan ~ below zero; ortadan ~ below average; kənddən ~ below the village; dördüncü mərtəbədən ~ below the third floor
Azərbaycanca-ingiliscə lüğət / aşağı1 is. inférieur, -e ; bas (basse) ; ~da en bas ; ~ qiymətlər les bas prix ; ~ düşmə descente f ; ~ düşmək descendre vi (ê) ; ~ keyfiyyət qualité f inférieure ; ~ gərginlikli cərəyan tex. courant m de basse tension ; ~ mərtəbə rez-de-chaussée m (pl invar) ; ~ səs voix f basse ; ~ temperatur température f basse ; başını ~ eləmək déshonnorer vt ; dégrader vt ; diffamer vt ; Arazın ~ axını cours m inférieur de l’Araz ; qiyməti ~ salınmış mallar marchandises f pl soldées (vendues au rabais) ; qiyməti ~ salmaq abaisser le prix ; dəniz səviyyəsindən ~ au dessous du niveau de la mer ; əhalinin ~ təbəqələri les basses couches de la population ; yuxarıdan ~ya qədər de fond en comble ; de haut en bas ; sifətin ~ hissəsi le bas du visage ; həyat səviyyəsinin ~ düşməsi baisse f du niveau de vie ; ~ hissə bas m
Azərbaycanca-fransızca lüğət / aşağı