adası sözü azərbaycan dilində

adası

Yazılış

  • adası • 93.7660%
  • Adası • 6.0632%
  • ADASI • 0.1708%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Haiti adası
Haiti (isp. La Española, fr. Hispaniola, h.kreol Ispayola) — Karib dənizində ada. Vest-Hinddəki Böyük Antil adaları qrupunda böyüklüyünə görə ikincidir. Ada ərazisində iki dövlət — Haiti və Dominikan respublikaları yerləşir.Tropik qurşaqda yerləşir.
Hemskerk adası
Hemskerk adası — Yeni Torpaq arxipelaqına daxil olan iri bir ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Kara dənizinə daxil olan Murmans buxtasınfda, Şimal adasının şərq sahillərində yerləşir. Ada 1596-cı ilin avqustunda holland dənizçiləri tərəfindən gəmi kapitanı Yakov van Hemskerkin şərəfinə adlandırılmışdır. Adada morjların daimi dayanacaq yeri olan yataq vardır. Burada Böyük sahilqağayısına aid yuvalama yerləri vardır.
Hendorabi adası
Hendorabi (fars. هِندُرابی‎ , ing. Hendorabi) — İran körfəzində İrana mənsun olan ada. Henderabi adası Kiş adasından bir qədər aralıda, Hörmüzqan ostanlığının Bənder Lanq şəhristanına daxildir. İranın cənubunda yerləşən ada Çiru adasından 9 km cənub-qərbdə qərarlaşır. Adanın uzunluğu 8 mil, eni isə 4 mildir. Henderabi adası Kiş adası ilə Lavan adaları arasında yerləşir. Hendurbi ilə Kiş adası arasında məsafə 28 km, Lavan adası ilə məsafə isə 1333 kilometrdir. Adanın səthi hasmardır, demək olar ki, hündür əraziyə rast gəlinmir. Adanın şərq və şimal hissələrində hamar enişlər vardır ki, onlarda dənizin dibinə doğru irəliləyir.
Henriett adası
Henriett adası — De-Lonq adaları qrupuna daxil olan, Şərqi Sibir dənizində yerləşən ada. Adanın sahəsi 12 km², hündürlüyü isə 315 metrdir. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir. Şərqi Sibir dənizi şimal qutaracağında yerləşir. == Geologiya == Henriett adası De-Lonq adalarına daxil digər adalar kimi Verxoyan-Çukot qayalıq zonasında yerləşir. Paleozoy və Mezazoy dövrünə aid bazalt suxurlardan ibarətdir. == İqlimi == De-Lonq adaları qrupuna daxil adalar arasında ancaq Henriett adasının iqlimi öyrənilmişdir. Qımda küləklər cənubdan, yayda isə şimaldan əsir. Ən isti ayın orta temperaturu (iyul) +0,3°, soyuq ayın temoeraturu isə (mart) −26,5° təşkil edir. == Buzlaqlar == Buzlaqlar əsasən adanın cənub-şərqində 6 km² sahəyə malikdir.
Herald adası
Herald afası — Çukot dənizi ərazisində, Vrangel adasından 70 km şərqdə yerləşir. Ada qranit-gneys suxurundan ibarətdir və yerin təkindən üzə çıxmışdır. Sahəsi 11.3 km² təşkil edir. Ən hündür nöqtəsi dəniz səviyyəsindən 364 metrdir. Ada Vrangel Dövlət Təbiət Qoruğu ərazisinin 0,05% təşkil edir. == İqlim == İqlimi sərtdir. İlin böyük qismi soyuq hava kütləlırinin təsiri dairəsindədir. Yayda Sakit okean istiqamətindən isti və rütubətli hava kütlələri adanın iqliminə təsir göstərir. Əsasən isə Sibirdən quru və isti hava kütlələri gəlir. Qütb gündüzləri — mayın ikinci yarısından iyulun 20-ə qədər, Qütb gecələri isə noyabrın ikinci yarısından yanvarın sonlarına qədər davam edir.
Herbert adası
Herbert adası (ing. Herbert Island) — Aleut adaları qrupuna, Dörd Dağ adalarına daxil olan ada. == Coğrafiya == Yaşayışı olmayan, diametri 10 km olan ada. Adada sönmüş vulkan vardır. Soyuq dəniz iqliminə sahibdir. Duman və atmosfer yağıntıları adi haldır.
Herşel adası
Herşel adası (ing. Herschel Island) — Yukon ərazisinin ən ucqar şimal nöqtəsidir. Adada hal-hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Şimal Buzlu okeana daxil olan Bofort dənizində 69-cu paralel daxilində yerləşir. Materikdən 2 km aralıda yerləşir. Adanın uzunluğu 14,5 km, eni 8 km, ən hündür nöqtəsi 183 metr təşkil edir. Yerli əhali adanı kee keek ta ruk və ya Qi kiq daryuk adlandırırlar. Mənası "bu — ada" deməkdir. Noyabrdan iyula qədər ada buzla örtülü olur. Adadan 90 km aralıda daimi buzlaqlar yerləşir.
Hestur adası
Hestur adası (far. Hestoy/Hestur) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 21 nəfər yaşayır. Sahəsi 6.1 km²-dır. Farer dilindən tərcümədə Hestoy sözü anlamını verir. Ən yüksək nöqtəsi hündürlüyü 421 m-dir. Adanın cənub qutacağında mayak vardır.
Heys adası
Heys adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi — 242 m. Ada 1901-ci ildə Bolduin-Siqler ekspedisiyası tərəfindən kəşf edilmişdir və amerikan qütb araşdırmaçısı Ayzek Heysin şərəfinə adlandırılmışdır. Ən böyük gölü — Kosmiçeskoe. Adanın şərqindən Romantikov çayı axır. == Maraqlı faktlar == 2005-ci ildə ada ərazisində Şimal qütbünə ən yaxın "Arxangelsk 163100" poçt bölməsi açılmışdır. Bölmə həftənin 2,3,4 və 5-ci günlər gündə cəmi bir saat fəaliyyət göstərməli idi (10:00; 11:00). Ancaq onun indi 3-cü günlər işlədiyini deyirlər. Heys adasında Vladimir Sanin özünün ən məşhur kitabı olan "Sən Arktikaya sağ ol demə" əsərini yazmışdır.
Hidroqraf adası
Hidroqraf adası — Kara dənizində Nordenşeld arxipelaqı tərkibinə daxil olan adalar qrupu. İnzibati cəhətdən Rusiya Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Coğrafiya == Kara dənizində, arxipelaqın şimalında yerləşən ada. Heç bir qrupa daxil deyildir. Ruskiy adasının cənub-şərqində yerləşir. Ada arasında məsafə 10 metrlərə bərabərdir. Adalar qarasında qumlu say vardır. Görünür adalar əvvəllər bir olmuşdur. Adadan 2 km-dən bir qədər artıq məsafədə Şileyko adası, 4,5 km cənubda isə — Yermolov adası yeerləşir. Ətrafında çixlu kiçik adalara vardır.
Hidroqraflar adası
Hidroqraf adası — Kara dənizində Nordenşeld arxipelaqı tərkibinə daxil olan adalar qrupu. İnzibati cəhətdən Rusiya Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Coğrafiya == Kara dənizində, arxipelaqın şimalında yerləşən ada. Heç bir qrupa daxil deyildir. Ruskiy adasının cənub-şərqində yerləşir. Ada arasında məsafə 10 metrlərə bərabərdir. Adalar qarasında qumlu say vardır. Görünür adalar əvvəllər bir olmuşdur. Adadan 2 km-dən bir qədər artıq məsafədə Şileyko adası, 4,5 km cənubda isə — Yermolov adası yeerləşir. Ətrafında çixlu kiçik adalara vardır.
Hörmüz adası
Hörmüz adası (fars. جزیره هرمز‎) — Hörmüz boğazında yerləşən, İran İslam Respublikasının Hörmüzgan ostanının ərazisinə daxil olan ada. == Coğrafiyası == Hörmüz adası Hörmüz boğazının şimalında, Oman ilə İran körfəzləri arasında qərarlaşır. Ada materik sahilindən 8 km məsafədəfir. 7x8 km ölçüdə olan ölçüdə oval formaya malikdir. Adanın sahəsi 42 km² təşkil edir. Hörmüz adasından cənub şərqdə boğazın ən böyük adası olan Qeşm adası və Larek adası yerləşir. Ada vulkan mənşəlidir. Ərazisi təpələrlə örtülüdür. Maksimal hündürlüyü 186 metrdir.
Hıksando adası
Hıksando (kor. 흑산도) — Cənubi Koreyaya məsub olan ada. Ada Çolla-Namdo vilayətinə aid Mokpxo limanından 97 km cənub-qərbdə yerləşir. İnzibati cəhətdən Sinan qəzası ərazisinə aiddir. Sahəsi 19,7 km², ən hündür nöqtəsi isə 400 metr təşkil edir. Ərazisi dağlıqdır. 2001-ci ilə olan məlumata əsasən adada 3133 nəfər yaşayır.
Kabaena adası
Kabaena — İndoneriyaya daxil olan ada. Sulavesidən cənub-şərqdə yerləşir. Sahəsi — 873 km². Əhalisi (2010) — 26535 nəfər. Kabaena adası Flores dənizinin şimalında, Sulavesidən 19 km cənub-şərqdə qərarlaşır. Uzunluğu 49 km, maksimal eni 28,3 km-dir. Vulkanik mənşəllidir. Daxili hissəsi kifayət qədər hündürdür. Maksimal hündürlüyü 1800 metrdir (Sabanpapula). Adada çoxlu sayda dərin mağaralar vardır.
Kadyak adası
Kadyak adası (ing. Kodiak Island) — ABŞ Alyaska ştatı ərazisində yerləşir. Sahəsi 9.300 km² təşkil edir. Ada Alyaska yarımadasının şərqində yerləşir. Kodyak adı eskimos dilindən tərçümədə "iti" mənasını verir. == Coğrafiya == Kadyak arxipelaqının ən iri, Amerika Birləşmiş Ştatlarının ikinci adasıdır. Ada Alyaska yarımadasından Şelixov boğazı ayırır. Kadyak adası demək olarki bütünlüklə dağlıqdır. Ən hündür nöqtəsi isə 1353 metrdir. Kadyak adasından şimalda nisbətən iri Afoqnak, cənub-qərbdə isə Torisı adası yerləşir.
Kamaran adası
Kamaran adası (ərəb. كمران‎) — Qırmızı dənizdə yerləşən Yəmənən məxsus olan ada. == Coğrafiyası == Kamaran adası Qırmızı dənizin cənub hissəsində, Ərəbistan yarımadasından cənub-qərbdə yerləşir. Ada mərcan rifləri ilə örtülüdür. Adanın dahəsi 108 km² təşkil edir. Onun uzunluğu 18 km, eni isə 7 km təşkil edir. Bəzi digər mənbələrdə ada ətrafında olan riflərin sahələrinin 181, 130, 57 km² olaraq göstərirlər. Britaniya hakimiyyəti dönəmində adanın sahədi 207 km² olaraq göstərilirdi == Tarixi == Ada strateji baxımdan əlverişli bölgədə yerləşir. Belə ki, Qırmızı dənizlə Hind okeanı arasında yerləşməsi onun imkanlarını artırır. Adaya ilk saahib olan avripslılar portuqallar olmuşdur.
Kambinq adası
Kambinq adası (ind. Pulau Kambing) — Madura boğazında yerləşən, İndoneziyaya məxsus olan ada. Adanın sahəsi 1,3 km²-dir. İnzibati baxımından Şərqi Yava vilayətinin (ind. Provinsi Jawa Timur), Sampanq dairəsinə daxildir. Ada dairəvi formaya malikdir. Ada arxitekturası əsasən Portuqaliya dönəminə aiddir.
Kameron adası
Kameron adası (ing. Cameron Island) — Kanada Arktik arxipelaqına daxil olan ada. Kraliça Yelezaveta adaları qrupuna aiddir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Adanın sahəsi 1059 km², sahil xəttinin sahəsi isə 219 km-dir. Şimal-qərbdən cənub-şərqə uzunluğu 44 km, eni isə 20–30 km arasında dəyişir. Ada ərazisinin böyük hissəsini 20–60 m arası olan təpəliklər örtür. Relyefi cənub-şərqə doğru yüksəlir. Burada danın ən hündür zirvəsi olan Vilmot dağı yerləşir (Mt. Wilmot).
Kamici adası
Kamici adası (yap. 上地島) — Yaponiyanın Ryukyu arxipelaqı, Sakişima adaları, Yaeyama adaları qrupuna, Araqusukuya daxil olan iki adadan biri. İnzibati baxımından Yaponiyanın Okinava prefekturası, Yaeyama qəzası, Taketomi dairəsi ərazisinə daxildi. == Coğrafiyası == İriomotedən cənub-şərqdə, Kuroşima adasından qərbdə yerləşir. Sdanın sahəsi — 1,55 km², hündürlüyü — 12 m. Adada kiçik Ueci qəsəbəsi yerləşir.
Kadin adası
Kadin adası (ing. Kadin Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Vrangel adasından 7 km şimal-qərbdə, Stikin çayının mənsəbi ilə üzbəüz ərazidə yerləşir. Adanın uzunluğu təxminən 3,5 km-dir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 424 m hündürlükdədir. Ada 1863-cü ildə Rında korvetindən olan rus ekspedisiyasının iştirakçıları tərəfindən adlandırılmışdır. Ekspedisiyanın üzvlərindən biri, Atkada anadan olmuş aleut əsilli losman Mixail Kadinin şərəfinə bu adı alır. 1848–1850-ci illərdə Kadin Tebenkovun atlasında bu yerlərin xəritələrini çəkmişdir.
Kaliron adası
Kaliron adası (isp. Isla Guadalupe) — Revilya-Xixedo arxipelaqına daxil olan ada. Meksikanın ucqar qərb nöqtəsini təşkil edir. Adada içməli su yoxdur. Yerli faubna və flora gətirilmə ev heyvanlarından zərər görmüşdür. Adada hazırda 9 nəfərdən ibarət kiçik bölük vardır. Ada ərazisində dəniz quşları, kərtənkələ, ilan və ev heyvanları yaşayır.
Kalsoy adası
Kalsoy (far. Kalsoy) — Farer adalarının şimalında yerləşən ada. 2013-cü il məlumatına görə adada 95 nəfər yaşayır. Sahəsi 30.9 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 788 m-dir. == Ədəbiyyat == Swaney. Iceland, Greenland & the Faroe Islands (3rd edition). Lonely Planet Publications. 1999 [1991]. ISBN 0-86442-453-1.
Ketam adası
Ketam adası (malay Pulau Ketam) bu elə də böyük olmayan ada Malayziyaya məxsusdur. Ada Selanqor ştatının Port-Klanq şəhərindən 10 km aralıda yerləşir. Adanın sahəsi 2,9 km² təşkil edir. == Təsviri == Adanın adı tərcümədə Yengəc adası mənasına gəlir. Adada iki çinlilərdən ibarət olan kənd vardır:Palau-Ketam və Sunqay-Lima. Bu iki yaşayış məntəqələrini bir-birindən cəngəllik ayırır. Bir kınd digəri ilə ancaq dəniz yplu ilə əlaqə saxlaya bilirlər. Qabarma və çəkilmə ilə əlaqədar olaraq burada tikilən evlər əsasən beton dirəklər və taxta şalbanlar üzərində yerləşir. Adada maşın və mopedlər yoxdur. Sahəcə olaraq burada velosiped və motorollerlərə rast gəlmək olur.
Ketoy adası
Ketoy adası (rus. Остров Кетой) — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Ada dairəvi formaya malik olaraq paralel istiqamətdə 10 km, meridian istiqamətdə isə 9 km uzunluğa malikdir. Hündürlüyü 1166 m, sahəsi isə 73 km² təşkil edir. Adada Pallas vulkanı fəaliyyət göstərir (990 m). Malaxitov gölü adanın mərkəzində kalderada yerləşir. Gölün eni 1,6 km, dərinliyi 110 metrdir. Buradan isə Stoçnı axarı okeana tökülür. Gölün səthi dəniz səviyyəsindən 667 metr yüksəklikdə yerləşir.
Keyn adası
Keyn adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Dairəvi formaya malikdir. Diamerti 6 km-dir. Ziçi adaları qrupuna daxildir. Qrili adasından 2 km şimal-şərqdə yerləşir. Ondan Ştrenek boğazı ilə ayrılır. Bütünlüklə buzdan azaddır. Ada qütb araşdırmaçısı İlayş Kent Keynin şərəfinə adlandırılmışdır.
Herd adası və Makdonald adaları
Herd adası və Makdonald adaları (ing. Heard Island and McDonald Islands) — kiçik, yaşayışı olmayan adalar. Arxipelaq Hind okeanının cənubunda yerləşir. Əsasən iki nisbətən iri adadan və bir-birindən kifayət qədər aralıda yerləşən adacıqlar, qayalar və riflərdən ibarətdir. Arxipelaqın hamısı Avstraliyanın daxili əraxisidir. == Coğrfiya == Adalar dünyada yaşayış məntəqələrindən ən uzaqda yerləşən bölgələrdəndir. Avstraliyanın Pert şəhərindən (Qərbi Avstraliya) 4584 km, Avstraliyanın cənub-qərb qutaracağı olan Luvin burnundan 3845 km, Cənubi Afrika Respublikasından 4200 km, Madaqaskardan 3830 km, Antarktidanın şimalından 1630 km, Kergelen adasından isə 450 km məsafədə yerləşir. Herd adası (53°06′ c. e. 73°31′ ş.
I Abbasın Qeşm adasını ələ keçirməsi
I Abbasın Qeşm adasını ələ keçirməsi — Səfəvi imperiyasının İran körfəzindəki portuqaliyalı qüvvələri məğlub etməsi nəzərdə tutulur. == Zəmin == I Abbas hakimiyyətə keçdiyi dövrdən İran körfəzində Portuqaliya-İspan hegomonluğuna son qoymaq barədə düşünürdü. Buna 1602-ci ildə başlanılsa da, sonradan Osmanlı ilə müharibələrə görə dayandırıldı. Abbas Osmanlıya qarşı Portuqaliya ilə ittifaq bağlamaq, ipək ticarətini onlar vasitəsiylə etmək barədə düşündüyü üçün onlarla uzun müddət elçilər vasitəsiylə danışıqlar apardı. İsfahana iki dəfə gələnkeşiş Fiqueroa bu danışıqlarda qarşı tərəfi təmsil edən şəxs idi. Lakin uzun danışıqlardan sonra heç bir nəticə əldə edilmədi. Abbasın körfəzi ələ keçirmək üçün ilk hücum etdiyi yerlərdən biri də Qeşm adası oldu. == Döyüş == Avqustun sonlarında Fiqueroa İsfahandan Hörmüzə yola düşdü. O, yolda ispan kralının məktubunu daşıyan çaparla qarşılaşdı və məktubu qəbul etdi. Bu məktuba iki imperiya arasında razılaşmanın qaralama versiyası da var idi.
I Pyotr adası
I Pyotr adası Antarktida qitəsindən 450 km məsafədə, Bellinshauzen dənizində yerləşən və insanlar tərəfindən məskunlaşılmamış vulkanik adadır. Antarktik və subantarktik qurşaqlarda yerləşən Buve və Kraliça Mod Torpağı adaları ilə birlikdə Norveçin üç dənizaşırı ərazisindən biridir. I Pyotr adasının uzunluğu 11–19 kilometr, sahəsi isə 156 kvadrat kilometr təşkil edir ki, bu da müqayisə üçün bildirək ki, Staten-Aylenddən daha böyük sahəyə sahib olduğu mənasına gəlir. Burada yerləşən ən yüksək zirvə dəniz səviyyəsindən 1640 metr yüksəklikdə olan Lars Kristensen zirvəsidir. Ada demək olar ki, tamamilə buzlaqlarla örtülüdür və ilin əksər vaxtlarında üzən buzlaqlarla əhatə olunur ki, bu da adanı həmin vaxtlarda əlçatmaz edir. Burada bəzi dəniz quşları və pərayaqlılardan başqa, çox az sayda onurğalı heyvanlar da yaşayır. Ada ilk dəfə 21 yanvar 1821-ci ildə Faddey Bellinshauzen tərəfindən kəşf olunub və rus çarı I Pyotrun şərəfinə adlandırılıb. 2 fevral 1929-cu ilə qədər bu adaya heç kim ayaq basmamışdı. Məhz həmin tarixdə Lars Kristensen tərəfindən maliyyə dəstəyi ilə təmin olunan Nils Larsen və Ola Olştadın rəhbərlik etdiyi "İkinci Norveç Ekspedisiyası" adaya ilk dəfə ayaq basmışdır. 1931-ci ildə ada Norveç tərəfindən anneksiya olundu və 1933-cü ildə asılı ərazi elan edildi.
I Pyotr adası (vulkan)
I Pyotr adası (vulkan) — Antarktida ərazisində yerləşən vulkan. Antarktik yarımadasından cənub-qərbdə yerləşən I Pyotr adasında yerləşir. Elsuort Torpağının qarşı tərəfində yerləşir. Vulkanın hündürlüyü 1640 metrdir. Araşdırılmış materiallar onu göstərir ki, son püskürmə 10 000 il öncəyə aiddir. Hazırda vulkan fəal deyil.
Kamen-Muqdıkın adası
Kamen-Muqdıkın adası — Oxot dənizində, Odyan körfəzi, Melkovodnı buxtasında qərarlaşan ada. Materiklə arasında məsafə 250 km təşkil edir. İnzibati cəhətdən Maqadan vilayəti Olski rayonu ərazisinə daxildir. Adada daimi yaşayış yoxdur.
Kamen Opasnosti adası
Kamen Opasnosti adası — Saxalin adasının cənub-şərqində yerləşən Krilon burnundan 14 aralıda yerləşir. Ada Oxot dənizində Laperuz boğazında yerləşir. Öz növbəsində qayalıqdan ibarət olan adadır. Adanın uzunluğu 150 m, eni isə 50 m təşkil edir. Hündürlüyü 7,9 metrdir. Avropalılar ilk dəfə bu ada ilə 1787-ci ilin avqustunda Jan Fransua de Laperuzun ekspedisiyası zamanı tanış olmuşdur. Fransızlar adanı Təhlükəli (fr. La Dangereuse) olaraq adlandırmışlar. Laperuza boğazını xüsusi ilə yay ayları duman basdığından gəmilər üçün böyük təhlükə yaranır. Buradan keçmək məqsədilə dənizçilər dəniz şirlərinin səslərinə qulaq asmalı olurdular.

"adası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#adası nədir? #adası sözünün mənası #adası nə deməkdir? #adası sözünün izahı #adası sözünün yazılışı #adası necə yazılır? #adası sözünün düzgün yazılışı #adası leksik mənası #adası sözünün sinonimi #adası sözünün yaxın mənalı sözlər #adası sözünün əks mənası #adası sözünün etimologiyası #adası sözünün orfoqrafiyası #adası rusca #adası inglisça #adası fransızca #adası sözünün istifadəsi #sözlük