I Abbasın Qeşm adasını ələ keçirməsi
I Abbasın Qeşm adasını ələ keçirməsi — Səfəvi imperiyasının İran körfəzindəki portuqaliyalı qüvvələri məğlub etməsi nəzərdə tutulur.
== Zəmin ==
I Abbas hakimiyyətə keçdiyi dövrdən İran körfəzində Portuqaliya-İspan hegomonluğuna son qoymaq barədə düşünürdü. Buna 1602-ci ildə başlanılsa da, sonradan Osmanlı ilə müharibələrə görə dayandırıldı. Abbas Osmanlıya qarşı Portuqaliya ilə ittifaq bağlamaq, ipək ticarətini onlar vasitəsiylə etmək barədə düşündüyü üçün onlarla uzun müddət elçilər vasitəsiylə danışıqlar apardı. İsfahana iki dəfə gələnkeşiş Fiqueroa bu danışıqlarda qarşı tərəfi təmsil edən şəxs idi. Lakin uzun danışıqlardan sonra heç bir nəticə əldə edilmədi. Abbasın körfəzi ələ keçirmək üçün ilk hücum etdiyi yerlərdən biri də Qeşm adası oldu.
== Döyüş ==
Avqustun sonlarında Fiqueroa İsfahandan Hörmüzə yola düşdü. O, yolda ispan kralının məktubunu daşıyan çaparla qarşılaşdı və məktubu qəbul etdi. Bu məktuba iki imperiya arasında razılaşmanın qaralama versiyası da var idi.