* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [ər.] 1. sif. Əsas şeyin üstünə artırılan; üstəlik. Əlavə xərc. Əlavə seans. Bu gün iki əlavə dərs oxuduq. Əlavə vaxt vermək lazımdır. – Məncə, bu … otağa əlavə bir qapı açmaq lazımdır. M.S.Ordubadi. Cavanları tərbiyələndirmək, onları ölkə üçün yetişdirib boya-başa çatdırmaq əlavə diqqət və qayğı tələb edirdi. M.Hüseyn. □ Əlavə etmək – üstünə artırmaq, qoymaq. Məbləğin üstünə iki manat əlavə etmək. Çaya qənd əlavə etmək; // üstəlik olaraq demək və ya yazmaq. Məktuba bir neçə söz əlavə etdi. Mən bu gündən işə başlayacağam, – deyə əlavə etdi. – Zeynal əlavə etdi: – Biz bundan sonra bir damın altında bərabər yaşaya bilməyəcəyik. S.Hüseyn. Sonra əlavə etdi: – Mən bu səsi eşitməyi çox xoşlayıram. M.Rzaquluzadə. Əlavə olaraq – üstəlik olaraq, əlavə kimi, əlavə şəklində. [Mirzə Qədir] öz istirahətini pozub otaqların birini də verməli, əlavə olaraq [Nəsirə] ailəsini keçindirə biləcək bir maaş da təyin etməli idi. S.Hüseyn. [Usta Qəzənfər:] Dəniz neftçiləri … əlavə olaraq dövlətə tonlarla neft veriblər. Z.Xəlil. Əlavə olunmaq – üstəlik artmaq. [Onu] əridən araqla papiros idi. Son günlərdə qorxu da əlavə olunmuşdu. Ə.Vəliyev. 2. is. Kitaba, ayrı-ayrı fəsillərə, yazıya və s.-yə artırılan hissə, bəhs və s. Kitabın axırında əlavəsi var. Dissertasiyanın hər fəslinə əlavə verilmişdir. – Xoşqədəm çay süzürdü. Mən əlavələrin yerini müəyyənləşdirirdim. Ə.Vəliyev. 3. is. Məcmuə və ya qəzet abunəçilərinə artıq, üstəlik olaraq göndərilən kitabça və s. 4. Qoş. mənasında: …başqa. İş bilməyən, ancaq yemək-içməkdən əlavə; Bu canlı dəyirmanlarına şükr, xudaya! M.Ə.Sabir. Əlavə, Haşımdan başqa onların bir köməyi yox idi. B.Talıblı. □ Bundan əlavə – bundan başqa, üstəlik olaraq. Bundan əlavə, dəxi Yusif şahda həzar gunə özgə eyblər tapdılar. M.F.Axundzadə. Bundan əlavə, Qaraca qız özü də oynamağı tərk etmişdi. S.S.Axundov. 5. Xüsusi terminologiyada: artım, törəmə, bir maddənin, məhlulun və s.-nin tərkibinə, üstünə əlavə edilən maddə və s. Dizel yanacaqlarına başqa əlavələr qatılır.
Azərbaycan dilinin izahlı lüğəti / əlavə2 sif. [ər.] 1. bot. Əlavə köklər – yeraltı, nadir halda yerüstü gövdə və ya yarpaqlarda əmələ gələn köklər. Adətən əsas kökün məhv olmasından sonra inkişaf edir, bəzən isə onunla bərabər əmələ gəlirlər. Əlavə orqanlar (lat. «adventikus» – təsadüfən) - embrional toxumanın böyümə nöqtəsindən deyil, bitkilərin nisbətən köhnəlmiş hissələrindən əmələ gələn və qeyri – adi yerlərdə inkişaf edən əlavə orqanlar (məs.□ köklərdə, yarpaqlarda, budaqların düyünarasında olan əlavə tumurcuqlar; gövdə və yarpaqlarda olan əlavə köklər). Əlavə tac bot. çox vaxt daha parlaq rənglənmiş, demək olar ki, ikinci tac əmələ gətirən, çiçək ağızcığında olan tac fırı. Əlavə tumurcuqlar - kökün, budağın, bəzən yarpaqların hər hansı bir hissəsində əmələ gələn tumurcuqlar. Əlavə yemləmə –nəb. bitkilərin vegetasiya dövründə əkin qabağı verilən əsas gübrədən əlavə gübrələrin verilməsi. Kök və kökdən xaric əlavə yemləmə vardır 2. stat. Əlavə kod- Hesab əməliyyatlarının yerinə yetirilməsi üçün EHM-də istifadə olunan ədədlərin kodu. 3. mal. □ Əlavə ödəniş - nəzərdə tutulduğundan əlavə qaytarılma, ödəmə, əlavə xərc. Əlavə dəyər vergisi -istehlak vergisinin növü. Bu vergi məhsula və ya materiala hər bir istehsal və çatdırma (distribusiya) mərhələsində əlavə olunan bazar dəyərinə qoyulur, və axırda istehlakçının üzərinə düşür. 4. □ Əlavə xidmət - Nəzərdə tutulan xidmətdən əlavə olaraq göstərilən xidmət. Əlavə məhsul - Texnoloji prosesin nəticələrindən biri olaraq, əsas məhsulun istehsalı zamanı meydana gələn əlavə məhsul. Əlavə muzd - Əlavə görülən iş müqabilində verilən əmək haqqı, zəhmət haqqı. Başqa görülən işlərlə bağlı əlavə muzd alır. 5. tib. □ Əlavə sinir - kəllə ( beyin) sinirlərinin 11-cü cütü. Hərəki sinir. Əlavə sinir uzunsov beyindən və onurğa beyninin beyin hissəsindən başlayaraq vidaci dəlikdən keçib, kəllə boşluğundan çıxır.
Yeni sözlər və yeni mənalar lüğəti / əlavə3 ру добавка en admixture de Additiv fr addition es adición it mescolamento
Günəş energetikası terminləri lüğəti / əlavə1 1. прибавление, добавление, дополнение; 2. приложение; 3. сверх, помимо, вдобавок, дополнительно; 4. побочный;
Azərbaycanca-rusca lüğət / əlavə2 I сущ. 1. дополнение, добавление (то, что служит дополнением). Təlimata ələvə дополнение к инструкции, düzəliş və ələvələr поправки и дополнения, plana ələvə дополнение к плану, ələvə üçün söz almaq просить слово для дополнения 2. приложение: 1) то, что приложено к чему-л. Lüğətə ələvə приложение к словарю, jurnala ələvə приложение к журналу 2) лингв. определение, выраженное именем существительным, согласованным с определяемым словом II прил. 1. дополнительный. Əlavə suallar дополнительные вопросы, ələvə iş дополнительная работа, ələvə xərclər дополнительные расходы, ələvə vaxt дополнительное время, ələvə reys дополнительный рейс, ələvə məşğələ дополнительное занятие, ələvə nəşr дополнительное издание, ələvə tiraj дополнительный тираж, ələvə mətn дополнительный текст 2. добавочный. Əlavə kondensator эл. тех. добавочный конденсатор, ələvə titul səhifəsi библ. добавочный титульный лист 3. побочный. Əlavə məhsullar побочные продукты, ələvə şüalanma физ. побочное излучение 4. накладной (накладываемый поверх чего-л.) 5. вкладной. Əlavə vərəq библ. вкладной лист 6. вторичный. Əlavə kök бот., лес. вторичный корень, ələvə cinsiyyət ələmətləri мед. вторичные половые признаки 7. прибавочный. Əlavə yük физ. прибавочный груз 8. придаточный. Əlavə tumurcuqlar бот. придаточные почки III нареч. дополнительно. Əlavə işləmək дополнительно работать, ələvə məşğul olmaq kimlə заниматься дополнительно с кем IV послел. 1. кроме, помимо (сверх кого-л., чего-л.). Bundan ələvə кроме этого, plandan ələvə s.ерх плана, ondan ələvə кроме того 2. вдобавок, в дополнение. Deyilənlərə ələvə в дополнение к сказанному; экон. Əlavə ödəmə доплата, ələvə qazanc приработок, ələvə qida с.-х. подкормка, ələvə məruzə содоклад, ələvə qüvvə подкрепление; ələvə etmək добавлять, добавить; прибавлять, прибавить
Azərbaycanca-rusca lüğət / əlavə1 I. i. 1. addition; 2. (kitaba və s.) appendix (pl. -ices), addendum (pl. -da); Kitabın iki əlavəsi var The book has two appendices / addenda; 3. (bir işə, sənədə, məktuba qoşulan ikinci sənəd) enclosure; 4. qram. apposition II. s. additional; supplementary, supplemental; ~ məlumat supplementary information; ~ dərs extra lesson; ~ yol / keçid by-pass; ~ seçkilər by-elections; ~ etmək to add (to), to supplement (d. with) III. qoş. besides; apart from; bundan ~ besides that; moreover; in addition; furthermore
Azərbaycanca-ingiliscə lüğət / əlavə1 is. addition f, supplément m, complément m, appendice f ; annexe f ; qram. apposition f ; qoş. sauf, à part, excepté, -e ; à l’exception de
Azərbaycanca-fransızca lüğət / əlavə1 [ər.] алава (1. прил. асас затӀунин винел артухурнавай; артух; əlavə etmək алава авун, винел эхцигун; алава хъувуна лугьун ва я кхьин; əlavə olaraq алава яз, алавадаказ; 2. сущ. улубдиз, улубдин ччара-ччара паяриз, кхьинриз ва мс. алава авурди, артухар авур пай; 3. сущ. газетдиз, журналдиз ва мс. алава яз акъуднавай гъвечӀи улуб, брошюра, ччар; 4. ...маса, ...гъейри; bundan əlavə идалай алава, идалай гъейри, алава яз).
Azərbaycanca-ləzgicə lüğəti / əlavə