Əlinəzərli
Əlinəzərli — Azərbaycan Respublikasının Beyləqan rayonunun Əlinəzərli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Əlinəzərli kənd inzibati ərazi dairəsi Əlinəzərli kənd inzibati ərazi vahidi hesab edilmişdir.
Etnotoponimdir. Oykonim əlinəzərli nəslinin adı ilə bağlı yaranmışdır. Toponim "Əli Nəzərin nəslindən olanlar, əlinəzərlilər" mənasını bildirir.
Yerli məlumata görə, kəndin əsası XVIII əsrin ikinci yarısında qoyulmuşdur. Belə ki, kənd əhalisinin əsasını təşkil edən elat tayfaları Şimali Azərbaycanın qərb bölgəsindən köçməyə məcbur olmuş və indiki ərazidə məskunlaşmışlar. Yaşayış məntəqəsinin adı onun əsasını qoymuş şəxsin adı ilə bağlıdır. Tarixi yerlərdən Fətəlioğlu, küdrüsü göstərilə bilər. Meşə zolağı var.