Əminə sözü azərbaycan dilində

Əminə

Yazılış

  • Əminə • 99.2708%
  • ƏMİNƏ • 0.4861%
  • əminə • 0.2431%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əminə Ağazadə
Əminə Həmid qızı Ağazadə (26 mart 1980, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı; Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü (2006), Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının fərdi üzvüdür (2007). == Həyatı == Əminə Ağazadə 26 mart 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur, azərbaycanlıdır.1986-cı ildə Bakı şəhər 20 №li orta məktəbinə qəbul olunmuş, 1997-ci ildə həmin məktəbi bitirmişdir. 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 2001-ci ildə təhsilimi fərqlənmə diplomu ilə bitirib, ali peşə istiqaməti üzrə bakalavr dərəcəsini almışdır. 2001-ci ildə Bakı Dövlət Universitetinin cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisaslaşması üzrə magistraturaya daxil olmuş, 2003-cü ildə Bakı Dövlət Universitetinin magistraturanı fərqlənmə diplomu ilə bitirib, magistr dərəcəsini almışdır. Ailəlidir, bir övladı var. == Fəaliyyəti == 2002-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq Prokurorluq orqanlarında ilk dəfə keçirilən müsabiqədə iştirak etmişdir. Test və söhbət mərhəlsindən ibarət müsabiqədə yüksək bal toplayaraq 27 dekabr 2002-ci il tarixində Bakı şəhəri Sabunçu rayon prokurorluğuna stajor-müstəntiq vəzifəsinə təyin olunmuşdur. 2004-cü ilin fevral ayında bir illik stajorluq müddətini başa çatdırdıqdan sonra uğurla attestasiyadan keçərək, Baş Prokurorluğun Ali Attestasiya Komissiyası tərəfindən bir il sınaq muddəti ilə Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin olunmuşdur. 2005-ci ilin avqust ayından Baş Prokurorluğun Beynəlxalq əlaqələr şöbəsinə ezam olunmuşdur. 2006-cı ilin fevral ayında ona Baş Prokurorluğun Beynəlxalq əlaqələr şöbə prokuroru vəzifəsinin icrası həvalə edilmiş, 28.03.2007-ci il tarixində yenidən təşkil edilmiş Beynəlxalq əlaqələr idarəsinin prokuroru vəzifəsinə təyin olunmuşdur.
Əminə Babayeva
Babayeva Əminə Ağahüseyn qızı —Azərbaycanın tanınmış teatr və kino aktrisası.Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası,Azərbaycan Respublikasının Əməkdar Artisti (2019) == Həyatı == Əminə Ağahüseyn qızı Babayeva 1950-ci ildə Bakı şəhərində anadan olub. Əminə Babayeva səhnə fəaliyyətini ilk illərdə görkəmli rejissor Lütfi Məmmədbəyovun rəhbərlik elədiyi Xalq Teatrında başlayıb.İlk gündən irili-xırdalı bir çox uğurlu tamaşalarda çıxış edib.1969-cu ildə görkəmli rejissor Tofiq Kazımovun dəvəti ildə Azərbaycan Dövlət Akademik Teatrından fəaliyyətə başlayıb.Teatrda ilk rolu X.Vahidin "Bağ qonşuları" tamaşasında Rəmziyyə obrazı olub.Teatrda işlədiyi ərzində o həm klassik həm də çağdaş Milli və əcnəbi dramaturqlarının pyeslərinin tamaşalarında dram obrazlarına səhnə həyatı verib.Ə.Babayeva 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni maarif işi fakültəsini bitirib. Əminə Babayeva Azərbaycan televiziyasında müxtəlif proqramlarda, o cümlədən "Poeziya axşamı","Komediyalar axşamı","Hekayələr axşamı" adlı verlişlərdə mütamati olaraq çıxış ediridi.Oynadığı bir çox teatr tamaşalar və televiziya tamaşaları Qızıl Fondda saxlanılır. 1990-cı ildə Akademik Milli Dram Teatrının direktoru olmuş xalq artisti Hüseynağa Turabov tərəfindən teatrdan uzaqlaşdırılıb.10 il səhnədən ayrı düşən aktrisa 10-ildən sonra 2000-ci ildə İrəvan Azərbaycan Dövlət Dram Teatrında işləməyə başlamışdır daha sonra Bakı Bələdiyyə Teatrında az müddət çalışmışdır.10 il ərzində aktrisa "Əlvida" adlı 16 seriyalı bədii filmdə əsas obrazlardan birinə Ana roluna çəkilmişdir eləcədə bir neçə bədii filmlərdə rol almışdır. 2002-ci ildə televizya rejissoru Rövnəq Həsənli Əminə Babayevanın həyat və yaradıcılığından bəhs edən "Bu nağılın sonu yoxdu" adlı film çəkmişdir. 16 il Akademik Milli Dram Teatrından uzaqlaşdırmasından sonra 2006-cı ildə yenidən Akademik Milli Dram Teatrına qayıdan Əminə Babayeva T.Kazımovun "İmzanının hökmü" tamaşasında Nazlı xanım obrazını yaratmışdır və o gündən teatrda fasiləsiz çalışır. == Mükafatları == 1976-cı ildə qadın rollarının ifasına görə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən "İlin ən yaxşı aktrisası" elan edilmişdir. 10 Mart 2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 10 Mart 2015-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Sənətkar medalı ilə təltif edilib. 2019-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.
Əminə Bağırova
Əminə Rəhim qızı Bağırova — Azərbaycanda neft sahəsi üzrə mühəndis, Sosialist Əməyi Qəhrəmanı (1960). == Həyatı == Əminə Rəhim qızı Bağırova 1912-ci ildə Gəncə şəhərində anadan olmuşdur. == Təhsil == 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Ə. H. Qarayev adına Bakı neftayırma zavodunda işləməyə başlamışdır. == Əmək fəaliyyəti == Əminə Bağırova zavodda ilk vaxtlar işə başladığı haqqında yazır: "Məni əvvəlcə operator vəzifəsinə götürdülər. Çətin vaxtlar idi. Cəbhə benzin və başqa neft məhsulları tələb edirdi. Təzə qəbul olunmuş fəhlələrin əksəriyyəti isə işi yaxşı bilmirdi. Qurğuların texnoloji rejimini öyrənmək üçün onlar xeyli vaxt sərf etməyə məcbur olurdular, bu isə xeyli məhsul itkisi demək idi. Mühəndislər, briqadalar, operatorlar gecə-gündüz növbədə durur, qocaman neftayıranların köməyi ilə işi qaydaya salır, yorula-yorula, istirahət saatlarından kəsə-kəsə prosesə bələd olurdular. Belələrindən biri də mən idim".
Əminə Buğra
Əminə Buğra (çin. ənən. 愛美娜 1920) — Çində uyğur siyasətçi. 1948-ci ildə Çin Respublikasının parlamenti "Qanunverici Yuan"a seçilən ilk qadınlardan olmuşdur. O qanunverici orqana Sincan əyalətindən seçilmişdir. == Həyatı == Əminə Buğra uyğur siyasi lideri Məhəmməd Əmin Buğranın həyat yoldaşı idi. O, Sincan Qadınlar Birliyinin sədr müavini və Çin Respublikası Konstitusiyasını hazırlayan Konstitusiya Milli Məclisinin üzvü olmuşdur. 1948-ci ildə Sincandan Çin Respublikasının parlamenti Qanunverici Yuana seçilmişdir. Əminə Buğra Çin tarixində parlamentə seçilən ilk qadınlardan idi. O, seçildikdən sonra qanunverici orqanda Siyasi və Yerli Özünü İdarəetmə Komitəsində, Xarici İşlər Komitəsində və Sərhəd Komitəsində təmsil olunmuşdur.
Əminə Cəfərova
Cəfərova Əminə Surxay qızı (1925, Ağdam, Ağdam qəzası – 13 avqust 2011, Bakı) — Sov.İKP-nin üzvü (1947), Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyatı == Cəfərova Əminə Surxay qızı 1925-ci ildə Ağdam şəhərində anadan olmuşdur. Gənc yaşlarından Çəlik deyilən üzümçülük sahəsində əmək fəaliyyətinə başlamış, az bir vaxtda öz işgüzarlığı, əməksevərliyi sayəsində Manqa başçısı vəzifəsinə qədər yüksəlmişdir. 1941–1971-ci illərdə Ağdam rayonundakı "Nətəvan" adına üzümçülük sovxozunda manqabaşçısı, uşaq bağçasının müdiri, şərab zavodunda laborant, 1971-ci ildən isə mikrobioloq işləmişdir. 1947-ci ildən Sov.İKP-nin üzvü olmuşdur. Əminə Cəfərova 1948-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Belə ki, 3 hektarlıq məhsuldar sahənin hər hektarından 230,2 sentner məhsul götürmüşdür. Hökumət qarşısında xidmətini nəzərə alan SSRİ Ali Soveti 5 oktyabr 1949-cu il tarixli 4724 saylı qərarı ilə ona Sosialist Əməyi Qəhrəmanı adı vermişdir. Bundan əlavə Əminə Cəfərova 3 dəfə Lenin ordeni və müxtəlif medallarla təltif edilmişdir. 1951-ci ildə Azərbaycan nümayəndə heyətinin tərkibində əmək qabaqcılları ilə birgə Moskva şəhərindəki Ümumittifaq Kənd Təsərrüfatı nailiyyətləri sərgisində iştirak etmişdir.
Əminə Dilbazi
Əminə Paşa qızı Dilbazi (26 dekabr 1919, Qazax, Gəncə quberniyası – 30 aprel 2010, Bakı) — Azərbaycan rəqqasəsi, baletmeyster və pedaqoq, milli rəqslərin ustası, səhnə quruluşçusu, Azərbaycan SSR xalq artisti (1959). == Həyatı == Əminə Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub. İlk təhsilini 132 saylı məktəbin rus bölməsində almışdır. Məşhur bəstəkar, Azərbaycan SSR xalq artisti Cövdət Hacıyevin həyat yoldaşı, Şairə Mirvarid Dilbazinin bacısı, bəstəkar-dirijor İsmayıl Hacıyevin anasıdır. Əminə Dilbazi 2010-cu il aprelin 30-da Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == Səhnə fəaliyyətinə 1935-ci ildə başlayan rəqqas ilk əvvəl estradada milli rəqslərin ifaçısı kimi çıxış edib. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq Üzeyir Hacıbəyovun bəstələdiyi "Kolxoz çölləri" mahnısını ifa edib. 1939-cu ildən xalq rəqslərini səhnəyə qoyub. O, 1936–1969-cu illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olaraq çalışmış və burada müxtəlif illərdə rəqs qrupuna rəhbərlik etmişdir. Əminə Dilbazi 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı "Çinar" tələbə rəqs kollektivinə, 1962–65-ci illərdə Azərbaycan mahnı və rəqs ansamblına, 1967–68-ci illərdə isə "Sevinc" rəqs ansamblına rəhbərlik etmişdir.
Əminə Fiqarova
Əminə Fiqarova (2 dekabr 1964, Bakı) indi Manhettendə olan azərbaycanlı caz pianist və bəstəkardır. Klassik pianist olaraq Bakıda təhsil almış, yerli xalq musiqisinin həvəskarı olmuş, sonra isə cazzda ixtisaslaşmışdır. 1980-ci illərin əvvəllərinə qədər, həyat yoldaşı fleytaçı Bart Platteau ilə birlikdə dünyanın bir çox yerində keçirilən cazz festivallarında çıxış etmişdir. == Həyatı == 2 dekabr 1964-cü ildə Bakıda doğulmuş Əminə Fiqarova kiçik uşaqikən pianino çalmağı örənmiş və altı yaşında musiqi bəstələmişdir. Klassik pianist olmaq üçün Bakı Musiqi Akademiyasında təhsil almışdır. 1988-ci ildə Moskva Caz Festivalında olarkən, Cazz musiqisinə marağının əsasının yarandığı Rotterdam Konservatoriyasında təhsil almaq üçün qəbul almışdır. O, təhsilini Bostonda yerləşən Berklee Musiqi Kollejində tamamlamışdır. == Fəaliyyəti == Birləşmiş Ştatlarda olduğu müddətdə Kolorado, Aspendə Thelonious Monk Jazz Kaloniyasında iştrak etmişdir. Sonradan ailə həyatı qurduğu fleytaçı Bart Platteau ilə birlikdə dünyanın fərqli yerlərində caz konsertlərində çıxış etməyə başlayır. Onun albomları olan "September Suite" və daha yaxınlarda buraxılan "Blue Whisper"i o Nyu Yorkda Blue Note Jazz Club-da ifa edərkən 11 sentyabr 2001-ci ildəki hadisələrdən ilhamlanmışdır.
Əminə Kazımova
Əminə Sultanova
Əminə Abbas qızı Nağıyeva (Sultanova) (26 mart 1919, Bakı – 23 iyul 1977, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Əminə Əliabbas qızı Nağıyeva (Sultanova) 1934-cü ildən Əli Bayramov adına qadınlar klubunun dram dərnəyində çıxış edib. 1936–1939-cu illərdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Teatr Məktəbində təhsil alıb. 1938-ci ildə Milli Dram Teatrının aktyor truppasına qəbul olunub. Bir müddət xalq artisti Əjdər Sultanovun həyat yoldaşı olduğu üçün rollarının bir qismini "Sultanova" soyadı ilə oynayıb. 17 iyun 1943-cü ildə Azərbaycan SSR əməkdar artist fəxri adına layiq görülmüşdür.1940-1950-ci illərdə Tiflis teatrında müxtəlif obrazlar yaratmışdır. Ən yaddaqalan obrazlarından Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin"ində Böyükxanım, Sabit Rəhmanın "Xoşbəxtlər" tamaşasında Maralı (1941) misal göstərmək olar.
Əminə Sırtlanova
Əminə (Əminə xanım) Mahmudovna Sırtlanova (frans. Amina Hanum Syrtlanoff, doğulanda Şeyxəliyeva və ya Şeyx Əli soyadını daşıyırdı; 25 iyul 1884, Ufa, Ufa quberniyası, Rusiya imperiyası – ən tezi 1940, Fransa) — ictimai xadim, mərhəmət bacısı, teosof, Le Droit Humain Ordenin 840 nömrəli "Avrora" adlı Paris mason lojasının möhtərəm ustadı. == Bioqrafiya == 1884-cü ildə general-mayor Mahmud Maqomedoviç Şeyx Əlinin (Şıxəliyev) və mülkədar Magiparvaz Şeyxəliyevanın (qız soyadı Alkina) ailəsində anadan olub. Fəxri ümdə özdəni, podpolkovnik, Stavropol quberniyası müsəlman xalqlarının baş məhkəmə məmuru Dövlət-Mirzə Şıxəliyevin (Şeyx Əli) qardaşıqızıdı, eləcə də tanınmış ictimai xadimləri İbniamin Alkinin və Seid Girey Alkinin bacısıqızıdı. III Rusiya Dövlət Dumasının deputatı Galiaskar Syrtlanovın həyat yoldaşı idi. Onun 1912-ci ildə faciəli ölümündən sonra ictimai həyatda fəal iştirak etməyə başlamışdı. "Petroqradsk müsəlman maarifçilik cəmiyyətinin" sədri olub və "Petroqrad və Ufadan olan savadlı müsəlmanlar arasında geniş nüfuza" malik idi.Birinci Dünya Müharibəsi başlayandan sonra, cəbhəyə kömək üçün müsəlman xeyriyyə cəmiyyətinin birləşdirməyə çalışan Rusiya müsəlman ictimai təşkilatlarının Mərkəzi komitəsinin üzvlərindən biri olub. 1916-cı ilin yayında qabaqcıl mövqeyə göndərilən Rusiya müsəlmanlarının sanitar dəstəsinə başçılıq edib.Rus İnqilabından sonra Sırtlanova Finlandiyaya mühacirət etdi. Orada yerli tatar icmasının yaradılmasında iştirak etmişdir. Bu müddət ərzində o, Fin teosofları ilə əlaqə saxlayır və Fin mətbuatında musiqi müəllimi kimi xidmətlərini reklam edir.
Əminə Xatun
Əminə Xatun (1398, Əlbistan – 1449, Bursa) — Osmanlı padşahı II Muradın anası, validə sultan və I Mehmedin xanımıdır. Dulqədiroğulları bəyliyinin 5-ci hökmdarı olan Zülqədiroğlu Nəsrəddin Məhəmməd bəyin qızıdır. İldırım Bəyazidin oğlu Çələbi I Mehmed ilə 1403-cü ildə evlənmişdir. II Muradın anası və beləliklə, Fateh Sultan Mehmedin nənəsidir. Oğlunun səltənəti dövrünü görmüş və Validə sultan olmuş olsa da, o dövr üçün validə sultanların saray daxilində çox da gücləri yox idi. Bu səbəbdən güclü saray qadını olmamışdır. 1449 tarixində, oğlundan iki il əvvəl vəfat etmiş, cənazəsi Muradiyə Məscidindəki Xatuniyə türbəsinə dəfn edilmişdir.
Əminə Yusifqızı
Əminə Yusifqızı (əslində Yusifqardaş qızı) (24 sentyabr 1936, Bakı) — aktrisa, Azərbaycan Respublikasının xalq artisti (1998). == Həyatı == Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda doğulub. Hələ məktəb yaşlarında ikən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. Dram Teatrında (1964–1974), 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında fəaliyyət göstərmişdir. Dublyaj, səsləndirmə sahəsində də fəaliyyətləri mövcuddur. Bədii qiraət ustası kimi tanınır. Azərbaycan Dövlət Pedaqoji Universiteti bitirmişdir (1961). Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (1958–1964), Azərbaycan Milli Dram Teatrının (1964–74) aktrisası olmuşdur. Rolları: Qulu ("Anacan", Y. Əzimzadə), Səbirə ("Son məktub", R. İsmayılov), Humay ("Komsomol poeması", İ. Coşğun; Səməd Vurğunun eyniadlı poeması əsasında), Ülkər ("Söz yarası", Q. Rəsulov), Əliman ("Ana tarla", Çingiz Aytmatov), Esse ("Şeytanın şagirdi", Bernard Şou) və s.
Əminə burnu
Əminə burnu (bolq. Емине) — Qara dənizin Bolqarıstan sahillərində yerləşən burun. Burun Stara Planina silsiləsinin sonucunu təşkil edir. Üstəlik Dvoynisa və Haciyska çaylarının su ayrıcısı yolunu oynayır. Burun Bolqarıstanın Qara dəniz sahillərini iki yerə bölür:Şimai və Cənubi Qara dəniz sahili. == Təsviri == Əminə burnu 60 metrlik bir qaya parçasıdır. Üstəlik dəniz daxilinə su altı və üztü qayalarla 250 m məsafədə daxil olur. Bu səbəbndən ərazi gəmilər üçün olduqca təhlükəlidir. Burada mayak fəaliyyət göstərir. == Yerləşməsi == Əminə burnu Varnadan 79 km cənubda, Burqasdan isə 54 km şimalda, Obzordan 14 km cənubda yerləşir.
Əminə Ərdoğan
Əminə Gülbaran Ərdoğan (21 fevral 1955, Üsküdar, İstanbul ili) — Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı. == Həyatı == Əminə Ərdoğan 16 fevral 1955-ci ildə ərəb əsilli ailədə İstanbulun Fateh ilçəsində anadan olub. Siirtdən İstanbula gələn beş uşaqlı bir ailənin sonuncu övladı. Mithat Paşa Axşam İncəsənət Məktəbindən dərs qeydləri yaxşı olmasına baxmayaraq öz arzusu ilə ayrılıb və "İdealist Qadınlar İttifaqına" qoşulub. Buradakı bir konfrans çalışması əsnasında Rəcəb Tayyib Ərdoğan ilə tanış olub və 4 iyul 1978-ci ildə evləndilər. Cütlüyün Əhməd Burak, Nəcməddin Bilal, Esra və Süməyya adlarında dörd uşağı var.
Kavalalı Əminə xanım
Kavalalı Əminə xanım (d. 1770 - ö. 1824) — Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın ilk xanımı. == Həyatı == === İlk illəri === Əminə xanım 1770-ci ildə Rumeli əyalətində, Nüsrətli bölgəsində dünyaya gəldi. Atası Kavala sancaqbəyi Nüsrətli Əli ağa, anası isə Kavala əyanlarından Hüseyn ağanın qızı Qədriyyə xanım idi. Cütlüyün Əminə xanımdan başqa, Mustafa və Əli adlı 2 oğlu, Məryəm, Pakizə və İffət adlı 3 qızı vardı. Əminə xanımın ilk evliliyi bölgənin tanınan ailələrindən Əli bəylə baş tutdu. Nigah tarixi dəqiq bilinməsə də, Əminə xanımın 17 yaşında artıq dul qaldığını nəzərə alsaq, bu evliliyin uşaq yaşlarında baş tutduğu məlum olur. İlk həyat yoldaşının hansı səbəblə vəfat etdiyi bilinmir. Ancaq 1787-ci ildə dul qaldığı və həmin il xalası oğlu Mehmed Əli bəylə ikinci evliliyinin baş tutduğu məlumdur.
Əminə Ceyn Məhəmməd
Əminə Ceyn Məhəmməd (ing. Amina Jane Mohammed; 27 iyun 1961, Qombe ştatı) — Birləşmiş Millətlər Təşkilatının Baş katibinin beşinci müavini vəzifəsini tutan Nigeriyalı diplomat və siyasətçi. Daha əvvəl 2015-2016-cı illərdə Nigeriyanın Ətraf Mühit Naziri idi və 2015-ci ildən sonrakı Ümumdünya İnformasiya Cəmiyyəti Sammitinin həyata keçirilməsində böyük rolu olmuşdur. == Erkən həyatı və təhsili == Əminə Məhəmməd 1961-ci ildə İngiltərənin Liverpul şəhərində anadan olmuşdur Fulani Nigeriyalı baytar və İngilis tibb bacısı. O, beş qızdan ən böyüyüdür. Məhəmməd Kaduna və Mayduquridə yerləşən ibtidai məktəbdə və Men adasıdakı Byuken məktəbində təhsil aldı. Daha sonra 1989-cu ildə Henli İdarəetmə Kollecində oxudu. Təhsilini bitirdikdən sonra atası Nigeriyaya qayıtmasını istədi. == Fəaliyyəti == 1981-1991-ci illər arasında Məhəmməd Norman və Davbarn Birləşmiş Krallığı ilə əməkdaşlıq edərək memarlıq və dizayn firması olan Arxon Nigeriya ilə işləyir. 1991-ci ildə Afri-Projects konsorsiumunu qurdu və 1991-2001-ci illərdə icraçı direktoru oldu.2002-2005-ci illərdə Məhəmməd Birləşmiş Millətlər Təşkilatının Minilliyin Layihəsi üçün Cinslər və Təhsil Fəaliyyət Qrupunun işini koordinasiya etmişdir.
Əminə Cəfərova (I)
Cəfərova Əminə Surxay qızı (1925, Ağdam, Ağdam qəzası – 13 avqust 2011, Bakı) — Sov.İKP-nin üzvü (1947), Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyatı == Cəfərova Əminə Surxay qızı 1925-ci ildə Ağdam şəhərində anadan olmuşdur. Gənc yaşlarından Çəlik deyilən üzümçülük sahəsində əmək fəaliyyətinə başlamış, az bir vaxtda öz işgüzarlığı, əməksevərliyi sayəsində Manqa başçısı vəzifəsinə qədər yüksəlmişdir. 1941–1971-ci illərdə Ağdam rayonundakı "Nətəvan" adına üzümçülük sovxozunda manqabaşçısı, uşaq bağçasının müdiri, şərab zavodunda laborant, 1971-ci ildən isə mikrobioloq işləmişdir. 1947-ci ildən Sov.İKP-nin üzvü olmuşdur. Əminə Cəfərova 1948-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Belə ki, 3 hektarlıq məhsuldar sahənin hər hektarından 230,2 sentner məhsul götürmüşdür. Hökumət qarşısında xidmətini nəzərə alan SSRİ Ali Soveti 5 oktyabr 1949-cu il tarixli 4724 saylı qərarı ilə ona Sosialist Əməyi Qəhrəmanı adı vermişdir. Bundan əlavə Əminə Cəfərova 3 dəfə Lenin ordeni və müxtəlif medallarla təltif edilmişdir. 1951-ci ildə Azərbaycan nümayəndə heyətinin tərkibində əmək qabaqcılları ilə birgə Moskva şəhərindəki Ümumittifaq Kənd Təsərrüfatı nailiyyətləri sərgisində iştirak etmişdir.
Əminə Yusifqızı (jurnalist)
Əminə Yusifqızı — əməkdar jurnalist, "Kür" qəzetinin baş redaktoru. == Həyatı == Əminə Yusifqızı 1 iyun 1951-ci ildə Yevlax rayonunda doğulub. 2 övladı, 6 nəvəsi, 1 nəticəsi var. == Təhsili == 1970–1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani şöbəsində təhsili alıb == Əmək fəaliyyəti == Təhsilini başa vurduqdan sonra Azərbaycan KP MK-nın təyinatı ilə Yevlaxda çıxan "Təşəbbüs" qəzetində (sonrakı adı "Kür") jurnalist fəaliyyətinə başlamışdir. Əvvəlcə ədəbi işçi, sonra şöbə müdiri işləmiş, 1991-ci ildən indiyəcən isə "Kür" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərir. Respublika mətbuatında uzun illər səmərəli fəaliyyətinə görə "Qızıl qələm" mükafatına (1982), 2 dəfə H.B.Zərdabi adına (1993–2001), Məhsəti Gəncəvi adına (1995) mükafatlarına layiq bilinib. 1991-ci ildə respublikanın əməkdar jurnalisti fəxri adını almış, 2005-ci ildə isə ölkə başçısının daha bir sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 2012-ci ildə Azərbaycan Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatının da sahibidir. Çalışdığı müddətdə dəfələrlə keçirilən fərdi jurnalist yazıları müsabiqələrində qalib olmuşdur, fəaliyyəti çoxsaylı diplom və fəxri fərmanlara layiq bilinmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Əminə
Əminə (ərəb. أمينة‎) — qadınlara verilmiş bir ərəbcə addır.
Əminə Məlikova
Əminə Zakir qızı Məlikova — Heydər Əliyev Mərkəzi Tədbirlərin və Sərgilərin Təşkili Departamentinin direktoru (2023-cü ildən), sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2017). == Həyatı == Əminə Məlikova 23 noyabr 1977-ci ildə Bakıda anadan olmuşdur. İxtisasca iqtisadçı və sənətşünasdır. O, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində magistratura təhsilini başa vurmuşdur. 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Neft mövzusu dünya müasir incəsənətində" mövzusunda sənətşünaslıq üzrə dissertasiya müdafiə etmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Əminə Məlikova 2018-ci ilin dekabrından "İçərişəhər" Muzey Mərkəzinin direktoru vəzifəsində çalışmışdır. O, həmin ilin mart–dekabr aylarında muzeyinin direktor müavini, 2009–2018-ci illərdə Azərbaycan Milli İncəsənət Muzeyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifələrini icra etmişdir. 2023-cü ildən Heydər Əliyev Mərkəzi Tədbirlərin və Sərgilərin Təşkili Departamentinin direktoru vəzifəsində çalışır. "Azərbaycan Kəlağayı" və "Butalı" milli brendlərinin təsisçisidir. 1999-cu ildə əmək fəaliyyətinə başlamışdır.
Əminə Nağıyeva
Əminə Abbas qızı Nağıyeva (Sultanova) (26 mart 1919, Bakı – 23 iyul 1977, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Əminə Əliabbas qızı Nağıyeva (Sultanova) 1934-cü ildən Əli Bayramov adına qadınlar klubunun dram dərnəyində çıxış edib. 1936–1939-cu illərdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Teatr Məktəbində təhsil alıb. 1938-ci ildə Milli Dram Teatrının aktyor truppasına qəbul olunub. Bir müddət xalq artisti Əjdər Sultanovun həyat yoldaşı olduğu üçün rollarının bir qismini "Sultanova" soyadı ilə oynayıb. 17 iyun 1943-cü ildə Azərbaycan SSR əməkdar artist fəxri adına layiq görülmüşdür.1940-1950-ci illərdə Tiflis teatrında müxtəlif obrazlar yaratmışdır. Ən yaddaqalan obrazlarından Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin"ində Böyükxanım, Sabit Rəhmanın "Xoşbəxtlər" tamaşasında Maralı (1941) misal göstərmək olar.
Əminə Pakrəvan
Əminə Pakrəvan — yazıçı Əminə Pakrəvan 3 oktyabr 1880-ci ildə İstanbulda dünyaya göz açmışdır. Atası Həsənxan Qacarların diplomatı idi və 20 il Qacarların İstanbuldaki Böyük Elçilik görəvini yapmışdır. Əminə Pakrəvanın anası Alis Fun Heartfeld Avstriyalı bir xanım idi. Həsənxan 1893-cü ildə Parisdə vəfat edir və Əminə xanımın ailəsi öncə Avstriyada Hersfeld ailəsinin yaşadığı yaxın bir kilsəyə yerləşir. Gənc ana iki qızı Fatma və Əminə ilə on il kilsədə qalır. Alis xanım qızlarının tərbiyəsi ilə özü məşğul olmağa başlayır. Laybax və Lubliyana kitabxanalarından əmanət aldığı kitablar vasitəsi ilə qızlarında kitab oxuma alışqanlığı yaratmağa çalışır. Əminə, türkcə və farscanın yanı sıra fransız, ingilis və alman dillərini yaxşıca öyrənir. İtalyan dilini də danışma səviyəsində deyil, oxuma düzeyində bilmiş olur. Bir neçə ildən sonra Alis təkrar İstanbula dönür.
Əminə Salamova
Əminə Salamova (Əminə Nəcəf qızı Salamova; d. 14 iyul 1977. Bakı, Azərbaycan SSR, SSRİ) — Ekologiya üzrə fəlsəfə doktoru (2011), İndiana Universitetinin elmi işçisi (2013), ekologiya üzrə ABŞ-də elmi dərəcə alan ilk azərbaycanlı qadın. == Həyatı == Əminə Salamova 14 iyul 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 83 saylı tam orta məktəbdə almışdır. 1998-ci idə Bakı Dövlət Universitetinin Kimya fakültəsində bakalavr dərəcəsi, 2000-ci ildə isə həmin ixtisas üzrə magistr dərəcəsinə yiyələnmiş və hər iki təhsilini qırmızı diplomla bitirmişdir. 2000-ci ildən BDU-nun Üzvi kimya kafedrasında böyük elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 2002-ci ildə ABŞ-nin İndiana Universitetinə yenidən magistr proqramına qəbul olunub və 2004-cü ildə ekologiya ixtisası üzrə İctimai və Ətraf Mühit Məsələləri Fakültəsində (ing. School of Public and Environmental Affairs) magistr dərəcəsi alıb. 2013-cü ildən həmin fakültənin elmi işçisidir.Hazırda Əminə Salamova İndiana Universitetinin Ekoloji Kimya laboratoriyasında ətraf mühitin çirklənməsinin monitorinqi proqramının direktorudur.
Əminə Sultan
Əminə Sultan (d. 24 avqust 1874 — ö. 29 yanvar 1920) — 32. Osmanlı padşahı Əbdüləzizin qızıdır. == Həyatı == Əminə Sultan 1874-cü ildə Dolmabağça Sarayında dünyaya gəlmişdir. Anası Neşərək Qadınəfəndidir. İki yaşında atası taxtdan endirilərək öldürülmüş, əmisi oğlu II Əbdülhəmidin Ulduz Sarayındakı hərəminə alınaraq böyüdülmüşdür. Uzun boyu, iri qara gözü, uzunsov üzü və çəkik qaşları ilə nadir gözəlliyə sahib idi. Əminə Sultan 12 sentyabr 1901 tarixində Əhməd Şükrü Paşanın oğlu Mehmed Şərif Çavdaroğlu ilə evləndirildi. Sultan II Əbdülhəmid Əminə Sultana toy hədiyyəsi olaraq Nəqqaştəpə səmtində bir köşk hədiyyə etmişdir.
Əminə Cabbar
Əminə Ayyar qızı Cabbar (krımtat. Emine Ayar qızı Ceppar) və ya Əminə Ayyarovna Cabbarova (ukr. Еміне Айярівна Джапа́рова; 5 may 1983, Krasnodar) — Krım tatarı mənşəli Ukrayna siyasi və dövlət xadimi, jurnalisti, Ukrayna Xarici İşlər nazirinin birinci müavini. == Erkən illəri == Əminə Ayyar qızı Cabbar 5 may 1983-cü ildə SSRİ-nin bir hissəsi olan RSFSR-nin Krasnodar şəhərində bir Krım tatarı ailəsində anadan olmuşdur. O, orta təhsilini Krımda almışdır. Cabbar 2000-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq münasibətlər ixtisasına daxil olmuşdur. O, ABŞ Dövlət Departamentində və Ukrayna Ali Radasında təcrübə keçmişdir. Cabbar 2006-cı ildə beynəlxalq politoloq və ingilis dilindən tərcüməçi diplomlarını fərqlənmə diplomu ilə almışdır.Cabbar 2005-ci ildə ABŞ Dövlət Departamentinin "Beynəlxalq Ziyarətçi Liderlik Proqramı" və "Gənclər üçün Alternativ" proqramlarında iştirak etmişdir. O, həmin il Ali Rada sədrinin birinci müavini Katibliyində keçirilən "Gənclər Alternativi" təcrübəsində iştirak etmişdir. Cabbar 2008-ci ildə Niderlandın Klingendaal Beynəlxalq Münasibətlər İnstitutunda diplomatlar üçün təhsil proqramını bitirmişdir.
Mirzə Əli xan Əminəddövlə
Mirzə Əli xan Mirzə Məhəmməd xan oğlu Əminəddövlə (1 aprel 1844, Tehran – 1904, Tehran) — İranın baş naziri. == Həyatı == Əli xan Mirzə Məhəmməd xan oğlu 1843-cü ildə Tehran şəhərində anadan olmuşdu. Adi məmurluqdan baş nazir vəzifəsinədək ucalmışdı. Baş nazir Əminüssultan hakimiyyətdən götürüldü. Mütərəqqi qüvvələrə yaxın olan Əli xan Əminəddövlə 1897-ci il aprel ayında baş nazir vəzifəsinə təyin edildi. Ölkədə maarifi inkişaf etdirmək, yeni tipli məktəblər təsis etmək üçün Əminüddövlənin yardımı ilə "Maarif əncüməni" təşkil olundu. Sarayın görkəmli qulluqçularından olan Əminüddövlə ölkədə qanuni hökumət yaratmaq uğrunda uzun illərdən bəri mübarizə aparan "Adəmiyyət cəmiyyəti" və "İttihade islam" təşkilatı ilə həmkarlıq edirdi. O, hər iki təşkilatın birgə fəaliyyəti və mübarizə dövründə Tehranda "Hövzeye bidaran"ın görkəmli üzvü və başçısı idi. Onu gözdən salmaq istəyirdilər. Əminüddövlə hələ 1896-cı il may ayında saraydan uzaqlaşdırılaraq Azərbaycan valisi təyin edilmiş və Təbrizə göndərilmişdi.
Şeyx Əminəddin Cəbrayıl türbəsi
Şeyx Əminəddin Cəbrayıl türbəsi (fars. آرامگاه سید امین‌الدین جبراییل‎) — İranın Ərdəbil şəhəri yaxınlığındakı Sulxordad kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. == Tarixi == F. Zarre qeyd edir ki, türbə Şeyx Səfinin atası Şeyx Cəbrayılın məzarı üzərində inşa edilmişdir. XIX əsrdə türbənin iki yaxşı rəsmini nəşr etdirən fransız arxeoloq Jak De Morqan, rəsmlərdən birini “Seyid Danyalın mavzoleyi”, digərini isə “Seyid Cəbrayılın mavzoleyi” adlandırmışdır.Sənətşünaslıqla bağlı ədəbiyyatlarda tikilinin əsas hissəsinin XIV əsrdə ucaldılması və ilkin olaraq qülləvari görünüşə malik olması haqqında fikir söylənmişdir. Ə. Salamzadə türbənin, Şeyx Cüneyd türbəsi ilə yaxın anologiyaya malik olması, xüsusilə baraban və günbəzin həll edilməsini əsas gətirərək Şeyx Cəbrayıl türbəsinin XVI əsr abidəsi olmasını bildirir. Tədqiqatçının fikrincə Səfəvilərin hakimiyyətə gəlməsindən sonra Şeyx Səfi kompleksində olduğu kimi, Şeyx Cəbrayıl türbəsində də genişləndirmə və yenidənqurma işləri aparılmışdır. == Memarlıq xüsusiyyətləri == Xarici konturlarına əsasən türbə planda əsas fasaddan kənarları kəsilmiş və uzadılmış düzbucaqlı formasına malikdir. Əsas dəfn otağı günbəzlə örtülmüş səkkizguşəli zal formasındadır. Zalın künclərində kiçik otaqlar, əsas oxu boyunca isə dərin portal nişləri yerləşir. Tikilinin dəfn otağı hissəsi təkcə planına görə deyil, həm də həcm-məkan həllinə görə Azərbaycanın Qusar rayonunun Həzrə kəndində Səfəvi şeyxlərindən birinin şərəfinə inşa edilmiş Şeyx Cüneyd türbəsi ilə çoxlu ortaq xüsusiyyətlərə malikdir.Şeyx Cüneyd türbəsindən fərqli olaraq Şeyx Cəbrayıl türbəsi yaxşı inkişaf etdirilmiş və tikiliyə sonradan əlavə edildiyi güman edilən dəbdəbəli giriş hissəsinə malikdir.
Əli xan Əminəddövlə
Mirzə Əli xan Mirzə Məhəmməd xan oğlu Əminəddövlə (1 aprel 1844, Tehran – 1904, Tehran) — İranın baş naziri. == Həyatı == Əli xan Mirzə Məhəmməd xan oğlu 1843-cü ildə Tehran şəhərində anadan olmuşdu. Adi məmurluqdan baş nazir vəzifəsinədək ucalmışdı. Baş nazir Əminüssultan hakimiyyətdən götürüldü. Mütərəqqi qüvvələrə yaxın olan Əli xan Əminəddövlə 1897-ci il aprel ayında baş nazir vəzifəsinə təyin edildi. Ölkədə maarifi inkişaf etdirmək, yeni tipli məktəblər təsis etmək üçün Əminüddövlənin yardımı ilə "Maarif əncüməni" təşkil olundu. Sarayın görkəmli qulluqçularından olan Əminüddövlə ölkədə qanuni hökumət yaratmaq uğrunda uzun illərdən bəri mübarizə aparan "Adəmiyyət cəmiyyəti" və "İttihade islam" təşkilatı ilə həmkarlıq edirdi. O, hər iki təşkilatın birgə fəaliyyəti və mübarizə dövründə Tehranda "Hövzeye bidaran"ın görkəmli üzvü və başçısı idi. Onu gözdən salmaq istəyirdilər. Əminüddövlə hələ 1896-cı il may ayında saraydan uzaqlaşdırılaraq Azərbaycan valisi təyin edilmiş və Təbrizə göndərilmişdi.
Əminə Dilbazinin rəqsləri (film, 1961)
== Məzmun == Film məşhur rəqqasə, respublikanın xalq artisti Əminə Dilbazinin yaradıcılığından bəhs edir.
Əminə Mehrişah Sultan
Əminə Mehrişah Sultan (1693 – 1732) Osmanlı padşahı III Mustafanın anası və sultan III Əhmədin arvadı. == Həyatı == Əminə Mehrişah Sultan fransız əsilliydi və əsl adı Janet olmuşdur. Oğlu III Mustafanın taxta çıxışını görməmiş və bu səbəbdən validə sultan ola bilməmişdir. İstanbul Əminönündəki Yeni Məsciddə Turhan Xədicə Sultan türbəsində dəfn edilmişdir.
Əminə Mihrişah Sultan
Əminə Mehrişah Sultan (1693 – 1732) Osmanlı padşahı III Mustafanın anası və sultan III Əhmədin arvadı. == Həyatı == Əminə Mehrişah Sultan fransız əsilliydi və əsl adı Janet olmuşdur. Oğlu III Mustafanın taxta çıxışını görməmiş və bu səbəbdən validə sultan ola bilməmişdir. İstanbul Əminönündəki Yeni Məsciddə Turhan Xədicə Sultan türbəsində dəfn edilmişdir.
Əminə Sultan (Sultan Əbdüləzizin qızı)
Əminə Sultan (d. 24 avqust 1874 — ö. 29 yanvar 1920) — 32. Osmanlı padşahı Əbdüləzizin qızıdır. == Həyatı == Əminə Sultan 1874-cü ildə Dolmabağça Sarayında dünyaya gəlmişdir. Anası Neşərək Qadınəfəndidir. İki yaşında atası taxtdan endirilərək öldürülmüş, əmisi oğlu II Əbdülhəmidin Ulduz Sarayındakı hərəminə alınaraq böyüdülmüşdür. Uzun boyu, iri qara gözü, uzunsov üzü və çəkik qaşları ilə nadir gözəlliyə sahib idi. Əminə Sultan 12 sentyabr 1901 tarixində Əhməd Şükrü Paşanın oğlu Mehmed Şərif Çavdaroğlu ilə evləndirildi. Sultan II Əbdülhəmid Əminə Sultana toy hədiyyəsi olaraq Nəqqaştəpə səmtində bir köşk hədiyyə etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.76 dəfə / 1 mln.
2002 •••••• 3.43
2003 ••••••• 4.72
2004 ••••••••• 6.06
2005 ••••••• 4.72
2006 ••••••••••• 6.98
2007 •••••••••••••••••• 11.84
2008 ••••••••••••• 8.53
2009 ••••••••••••••• 10.08
2010 •••••••••••••••••••• 13.62
2011 •••••••••• 6.26
2012 ••••••••••••• 8.52
2013 •••••••••••• 7.88
2014 ••••••••••••• 8.41
2015 •••••• 3.91
2016 ••••••••• 6.07
2017 ••••••••••• 7.15
2018 •••••• 3.45
2019 •••••••• 4.87
2020 •••••••••••••• 9.15

əminə sözünün etimologiyası

əminə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

mötəbər, inanılmış (Məhəmməd Peyğəmbərin epitetlərindən biri).

Azərbaycan kişi adlarının izahlı lüğəti

"əminə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əminə nədir? #əminə sözünün mənası #əminə nə deməkdir? #əminə sözünün izahı #əminə sözünün yazılışı #əminə necə yazılır? #əminə sözünün düzgün yazılışı #əminə leksik mənası #əminə sözünün sinonimi #əminə sözünün yaxın mənalı sözlər #əminə sözünün əks mənası #əminə sözünün etimologiyası #əminə sözünün orfoqrafiyası #əminə rusca #əminə inglisça #əminə fransızca #əminə sözünün istifadəsi #sözlük