Əmirə sözü azərbaycan dilində

Əmirə

Yazılış

  • Əmirə • 64.4444%
  • əmirə • 35.5556%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mənaqibi-Əmirəlmöminin Əli kərrəmallahü vəchəhu
Mənaqibi-Əmirəlmöminin Əli kərrəmallahü vəchəhu – Seyid Yəhya Bakuvinin yazdığı əsər. Seyid Yəhya Bakuvi bu əsərində Əlinin (as) fəzilətlərindən söz açır. Seyid Yəhya Əliyə olan məhəbbətini böyük bir səmimiyyətlə bəyan edərək, ona inanmayanın kafir olduğunu, onu sevənlərin isə xilas olacağını bildirir. 86 beytdən ibarət olan bu əsər mənzum olaraq, qəsidə şəklində tərtib edilmişdir. Əsərin yeganə nüsxəsi Manisa Muradiyyə,2906/1 də saxlanılır.
Əmirəddin Məsud Naxçıvani
Əmirəddin Məsud Naxçıvani (XII əsr) — memar. Naxçıvan memarlıq məktəbinin nümayəndələrindəndir. Naxçıvanda Eldənizlər sarayında yaşamışdır. Əcəmi memarlıq üslubunun davamçısı оlmuş, dini və xatirə memarlığı ilə yanaşı, ictimai binaların inşasında və bəzədilməsində də iştirak etmişdir. Müasiri Nizami Gəncəvi kimi Əmirəddin Məsud Naxçıvani də ulduzların Yerdə baş verən hadisələrə müdaxiləsi barədə saray münəccimlərinin fikirlərini qəbul etməmiş, оnlar atəbəyi guya 40 gəz (42 m) tоrpağı sоvurub aparacaq qasırğa qоpacağına inandırmağa cəhd göstərərkən buna etirazını bildirmişdir. Təkzibində haqlı оlan Ə.M.N. bunu şeirlə də ifadə etmişdir. Bu barədə "Əcaib əl-buldan" əsərində bəhs оlunur. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 111.
Əmirəli Lahrudi
Əmirəli Lahrudi (1924 – 2014) — Cənubi Azərbaycan Milli hökumətinin nümayəndəsi, tərcüməçi. Əmirəli Lahrudi Əhmədoğlu 1924-ci ildə Meşkin mahalının Lahrud kəndində anadan olub. 1943-cü ildə Hizi Tudeyi İran təşkilatına üzv olub. 1944-ci ildə partiyanın şərqi Meşkin mahal komitəsinin sədri kimi çalışıb. Əmirəli Lahrudi 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinin(ADF) üzvü və Meşkin mahal komitəsinin sədr müavini seçilib. 1946-ci ilin oktyabr ayında Təbrizdə hüquq və siyasi məktəbin tələbəsi olub. Cənubi Azərbaycanda qurulmuş Milli Hökumət devrildikdən sonra Sovet Azərbaycanına mühacirət edib, siyasi fəaliyətini ADF-nin Ağdam və Quba təşkilatında davam etdiib. 1960-ci ildə Azərbaican Demokrat Firqəsi Hizbi Tudeyi İran ilə birləşdikdən sonra partiyanın mərkəzi komitə üzvü və icraiyyə komitəsinin üzvü seçilib. Əmirəli Lahrudi 1960-dan 1968-ci ilə qədər Almaniyanin Leyipsik şəhərində yerləşən partiyanın mərkəzidə işləmiş,1968-ci ildə Azərbaycana qayıtmış və Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsində öz fəaliyyətini davam etdirmişdir.Hizbi Tudeyi İranın 16-cı plenumunda (1979-cu il) icraiyyə heyətinin üzvü seçilmişdir. Əmirəli Lahrudi eyni zamanda «Azərbaycan» jurnalının redaktoru vəzifəsində çalışıb,1979-cu ildən bu günə qədər ADF-nin sədridir.
Əmirəli Tahircallı
Əmirəli Tahircallı (1790, Quba xanlığı — 1846, Həcc) — XIX əsr ləzgi əsilli Azərbaycan şairi . Əmirəli 1790-cı ildə ləzgi kəndi Tahircalda anadan olub. Gəncliyində oradan Kürə rayonuna köçmüş və Yuxarı-Yaraq kəndində mədrəsəsində Məhəmməd Əfəndi Yaraqi müəllimdən elmlər öyrənmiş, sonra onunla birlikdə Avaristana qaçmış və ona xidmət edərək öz payını almışdır. Aşkar və məxfi elmlər baxımından faydalar əldə etmiş, həmçinin qardaşı Məhəmməd Əfəndinin Meymunat adlı qızı ilə evlənmiş və ondan bir oğlu olmuşdur. 1835-ci ildə şair dostu Abdulla ilə birlikdə Quba qəzasının Amsar kəndinə Abbasquli ağa Bakıxanovun yanına gəlir. Sonuncu dostlarının məsləhəti ilə Gülüstan ədəbi dərnəyini təşkil edir və Əmirəli də bu dərnəyin işində iştirak edir . Sonralar Əmirəli oradan Kyurinski rayonuna qayıdıb ailəsini Yuxarı-Yaraq kəndində məskunlaşdırdı və özü də Məkkəyə həcc ziyarətinə getdi və 1846-cı ildə bu səfərdə vəfat etdi . Əmirəli Tahircallı poetik irsi iki dövrə bölünür: sürgünə qədərki və sürgündə yazılmış əsərlər. Şair sürgünə qədər əsasən sevgi şeirləri yazıb. Onun sevgi lirikalarına "Sevdiyim", "Aman günüdür", "Deyilmi" ("Elə deyilmi") kimi əsərləri daxildir .
Namiq Əmirəliyev
Namiq Mayis oğlu Əmirəliyev (23 mart 1960, Ağsu) – Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının professoru, tibb elmləri doktoru, baş və boyun şişləri üzrə cərrah-onkoloq, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının baş və boyun şişlərinin cərrahiyyəsi bölməsinin rəhbəri. == Həyatı == Əmirəliyev Namiq Mayis oğlu 1960-cı ildə Ağsu şəhərində dünyaya gəlib. 1977-ci ildə Bakı kimya-biologiya təmayüllü orta məktəbi əla qiymətlərlə bitirərək 1978-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olub. 1983-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmiş, 1984-cü ildə A. T. Abbasov adına Bakı şəhəri Onkoloji Dispanserində kliniki internaturanı keçmişdir. İnstitutu bitirdikdən sonra 1985–1988-ci illərdə təyinatla Şamaxı rayon Mərkəzi Xəstəxanasında onkoloq kimi çalışmışdır. 1988–1990-cı illərdə SSRİ-nin Moskvadakı Onkoloji Elmi Mərkəzində klinik ordinaturanı keçmiş və 1991–1992-ci illərdə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda onkologiya kursu ilə cərrahiyyə kafedrasında baş laborant vəzifəsində işləmişdir. 1992–2003-cü illərdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında assistent, 2004–2009-cu illərdə dosent kimi fəaliyyət göstərmişdir. 2007-ci ildən Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının baş və boyun şişlərinin cərrahiyəsi bölməsinin rəhbəri, 2009-cu ildən Onkologiya kafedrasında professor vəzifəsində çalışır. 1998–2001-ci illərdə N. N. Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin baş və boyun şişləri şöbəsində doktoranturada olmuş, 2002-ci ildə həmin mərkəzdə baş və boyun şişlərinin orqansaxlayıcı cərrahi müalicəsi üzrə ixtisasartırma kursu keçmişdir. 2013-cü ildə Ukraynanın Kiyev şəhərində Xərçəng institutunda və Onko-Larinqologiya institutunda, 2014-cü ildə Türkiyənin İzmir şəhərinin 9 Eylül Universitetində, 2015-ci ildə Hindistanın Kocin şəhərinin Amrita hospitalında baş və boyun şişlərinin rekonstruksiyası və Koimbatur şəhərinin Qanqa Hospitalında mikrocərrahiyyə üzrə Beynəlxalq ixtisasartırma kurslarında olmuşdur.

"əmirə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əmirə nədir? #əmirə sözünün mənası #əmirə nə deməkdir? #əmirə sözünün izahı #əmirə sözünün yazılışı #əmirə necə yazılır? #əmirə sözünün düzgün yazılışı #əmirə leksik mənası #əmirə sözünün sinonimi #əmirə sözünün yaxın mənalı sözlər #əmirə sözünün əks mənası #əmirə sözünün etimologiyası #əmirə sözünün orfoqrafiyası #əmirə rusca #əmirə inglisça #əmirə fransızca #əmirə sözünün istifadəsi #sözlük