Əmrə sözü azərbaycan dilində

Əmrə

Yazılış

  • Əmrə • 60.6061%
  • əmrə • 39.2817%
  • ƏMRƏ • 0.1122%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yunus Əmrə
Yunus Əmrə (güm. 1240, Kiçik Asiya[d] – güm. 1321, Kiçik Asiya) — Anadoluda türkcə şeirin banilərindən biri; sufi; İslam filosofu; təsəvvüf və xalq şairi; Türk-İslam mütəfəkkiri. 1991-ci ildə UNESCO tərəfindən Yunus Əmrənin 750 illik yubileyi qeyd olunmuşdur. == Həyatı == === Tapdıq Əmrə ilə tanış olması === Həyatı və özü haqqında çox az şey məlum olan Yunus Əmrə, Rum sultanlığının dağılmağa və Anadolunun müxtəlif yerlərində bəyliklərin yaranmağa başladığı 13-cü əsrin ortalarından Osmanlı bəyliyinin yaranmağa başlandığı 14-cü əsrin ilk rübünə qədər Mərkəzi Anadolu hövzəsində dünyaya gəlmiş və yaşamış şair və ərəndir. Yunus Əmrə, Hacı Bəktaş Vəli Dərgahında oldusa da, onu "Bizim Yunus" edən mənəvi yüksəlişini Hacı Bəktaş Vəlinin özünün göndərdiyi Tapdıq Əmrə Dərgahında yaşamış və dərgahda xidmət göstərmişdir. Yunus Əmrə uzun müddət dərgahda odunçuluq fəaliyytilə də məşğul olmuşdur. === Digər mütəfəkkirlərlə tanış olması === Yunusun yaşadığı illər, Anadolunun Monqol axın və yağmaları, daxili müharibə və çəkişmələrlə, siyasi nüfuz zəifliyi, habelə qıtlıq və quraqlıqla pərişan olduğu illərdir. 13-cü əsrin ikinci yarısı, yalnız siyasi çəkişmələrin deyil, müxtəlif məzhəb və inancların, batini və mötəzili nəzərlərin də yayılmağa başladığı vaxtdır. Belə bir şəraitdə, Mövlanə Cəlaləddin Rumi, Hacı Bəktaş Vəli, Ahi Əvran Vəli kimi elm və irfan əhli ilə birlikdə Yunus Əmrə, Allah sevgisi, məhəbbət və gözəl əxlaqla bağlı fikirləri, İslam təsəvvüfü və s.
Əmrə Aydın
Əmrə Aydın (2 fevral 1981, İsparta) - Türkiyə müğənnisi == Həyatı == Əmrə Aydın 2 fevral 1981-ci ildə anadan olmuşdur. == Karyerası == Gənc ifaçı 15-ci MTV Avropa musiqi mükafatlandırma mərasimində “Avropanın ən yaxşı sənətçisi” adına layiq görülüb.
Əmrə Bəlözoğlu
Əmrə Bəlözoğlu (ləzg. Белезрин Белезан хва Эмре, türk. Emre Belözoğlu; 7 sentyabr 1980[…], İstanbul) — Ləzgi əsilli keçmiş türkiyəli futbolçu.Əsli Trabzon şəhərindəndir. Fatih Şehremini Lisəsinin məzunudur. Son dövr Türkiyə futbolunun ən dəyərli futbolçularından biridir. Türkiyə milli futbol komandasının və Türkiyənin Fənərbaxça klubunun yarımmüdafiəçisidir. İnter Milan klubunda uğur qazana bilməsə də, 2004-cü ildə əfsanəvi braziliyalı futbolçu Pelenin tərtib etdiyi "Dünyanın ən böyük 125 futbolçusu" siyahısında yer almışdır.2005-ci ildə İngiltərənin Nyukasl Yunayted FK klubuna transfer olunmuşdur. Bu klubda da uğur qazana bilməyib və 30 may 2008-ci ildə yenidən Fənərbaxçaya geri dönüb. == Müvəffəqiyyətləri == Qalatasaray UEFA Süper Kuboku: 1 (2000) UEFA Kuboku: 1 (2000) 1. Liqa Çempionluğu: 4 (1996–97, 1997–98, 1998–99, 1999–2000) Türkiye Kuboku: 3 (1996, 1999, 2000) Türkiyə 2002 FİFA Dünya Kuboku: 3.lük Futbol üzrə Avropa çempionatı 2008: 3.lük İnter Milan İtaliya Kuboku: 1 UEFA İntertoto Kuboku: 1 (2006) Fənərbaxça 1.
Əmrə Daşdəmir
Emre Taşdemir (8 avqust 1995, Yeniməhəllə ilçəsi) — sol cinah müdafiəçisi kimi çıxış edən türk milli futbolçu. Superliqa komandalarından olan "Qalatasaray"-dan icarə əsasında "Giresunspor"-da çıxış edir.
Əmrə Mor
Əmrə Mor (d. 24 iyul 1997, Brøsøj, Danimarka) — Türkiyəli futbolçu. Mövqeyi yarımmüdafiəçi olan Əmrə Mor, Türkiyə Super Liqasında çıxış edən Fatih Karagümrük klubunda forma geyinir. Əmrə Mor 2016-cı ildən Türkiyə yığmasının uğurları üçün çalışır. Türkiyə yığmasında 8 oyunda meydana daxil olan Əmrə Mor, 2016-cı ildə Fransada baş tutan UEFA Avropa Çempionatında da mübarizə apardı. == Həyatı == Əmrə Mor 24 iyul 1997-ci ildə Danimarkanın Brøsøj şəhərində immiqrant ailəsində anadan olub. Atası əslən Türk, anası isə əslən Makedoniyalıdır.Atası əslən Türkiyənin Uşak vilayəti,Sivaslı mahalı,Tatar qəsəbəsindəndir. == Komanda karyerası == === Norşellann FK === 28 noyabr 2015-ci il tarixində Əmrə Mor "Ranners FK" ilə baş tutan Danimarka Liqası oyununun 84-cü dəqiqədə meydana daxil olaraq, birinci oyununa çıxdı. 28 fevral 2016-cı ildə "Viborg FF" ilə keçiriən oyunda Əmrə Mor karyerasında birinci qolunu atdı. 2015/2016 mövsümündə 13 oyunda meydana daxil olan Əmrə Mor 2 qol atdı və 2 qolun ötürməsini verdi.
Əxi Əmrə
Əxi Əmrə (Təbriz – 1409) — Mənşəcə türk olan Azərbaycan sufi alimi. Ömər Xəlvətinin davamçısı Əxi Əmrə Təbrizin Heri qəsəbəsinin Kəlibat kəndində doğulub. Heri və Şirvanda yaşamış və elm təhsilini də bu yerlərdə almışdır. Əmir Teymurun yürüşləri zamanı Heridən köç edərək Anadoluya gəlmiş və Qırşəhərdə məskunlaşmışdır. Bəzi müəlliflər qeyd edirlər ki, ona əxi deyilməsinin səbəbi Əxi Evrənin nəslindən olmasıdır, lakin Mehmet Rıhtım yazır ki, Əxi Evrənin Xoylu olduğunu nəzərə alsaq və Anadoluda yaşayıb öldüyünü düşünsək bu ehtimal zəif xarakter daşıyır. Şeyx Əxi Əmrə 1409–1410-cu ildə vəfat etmişdir. Qəbrinin Qırşəhərdə Təpəviran kəndində və Heri qəsəbəsində Güzərgah körpüsü yaxınlığında xəlvətilər qəbristanlığında olması kimi iki ziddiyyətli məlumat var. Qırşəhərdə Əxi Evrənin xanəgahı və qəbri mövcuddur, lakin Əxi Əmrəyə aid hər hansı bir qəbrə rast gəlinməyib. Mehmet Rıhtım isə qeyd edir ki, Əxi Əmrənin Şirvanda yaşayıb, elə burada da dəfn edildiyini güman etmək olar. Onun vəfatı zamanı Şirvanda Şirvanşah Şirvanşah I İbrahim xan (1382–1417) hakimiyyətdə idi.
Yunus Əmrə Fondu
Yunus Əmrə Fondu (türk. Yunus Emre Vakfı) — Türkiyə fondlarından biri. == Tarixi və fəaliyyəti == Fond Türkiyəni, türk dilini, tarixini, mədəniyyətini və sənətini tanıtmaq, bu istiqamətdə təhsil almaq istəyənlərə ölkə xaricində xidmət göstərmək, Türkiyənin digər ölkələr ilə mədəni əlaqələrini artırıb dostluğunu inkişaf etdirmək məqsədi ilə Türkiyə Respublikasının 5 may 2007-ci il tarixli və 5653 saylı qanuna əsasən fəaliyyət göstərir. Fondun fəxri heyətinin rəhbəri Turkiyə Respublikasının sabiq Prezidenti Abdullah Gül, Qəyyumlar Şurasının nümayəndə heyətinin rəhbəri isə sabiq Xarici işlər naziri Əhməd Davudoğludur. == Xarici əlaqələri == Fonda bağlı olan Yunus Əmrə İnstitutunun bir sıra xarici ölkələrdə türk mədəniyyət mərkəzləri fəaliyyət göstərir.
Yunus Əmrə Çeşməsi
Yunus Əmrə Çeşməsi — Bulaq kompleksi Yunus Əmrə şərəfinə inşa edilib. Vyananın Türkenschanzpark parkında yerləşir. 1991-ci ildə Türkiyə Cümhuriyyətinin Avstriyaya hədiyyəsidir.
Yunus Əmrə. Salam olsun. Divan
Yunus Əmrə. Salam olsun. Divan — Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin ideya müəllifliyi ilə filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Hümmətovanın tərtib edib hazırladığı Yunus Əmrə Divanı. == Haqqında == Kitaba Yunus Əmrənin "Risalə-tün-Nüshiyyə" didaktik məsnəvisi və 417 şeiri Mustafa Tatçının tərtibindən alınaraq daxil edilmişdir. Bunlardan da 117 şeir sırf Mustafa Tatçı tərəfindən tapılıb və əvvəlki divanların heç birində olmayan şeirlərdən ibarətdir. Bundan başqa, Divandakı 2 şeir isə Vatikan nüsxəsinə aid olan və yeni tapılan şeirlər, 17 şeir isə Fateh Köksalın aşkar etdiyi poetik nümunələrdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yunus Əmrə Divanında ana mənbə kimi 1965, 1971, 2011-ci illərdə Ədülbaqi Gölpınarlı tərəfindən Türkiyədə çap edilmiş nəşrlər əsas götürülmüşdür. == Tədqiqi == Türkiyədə Yunus Əmrənin həyatı və yaradıcılığının tədqiqi və nəşri istiqamətində böyük işlər görülmüşdür. Əmrəşünaslıq türk ədəbiyyatşünaslıq elminin mühüm bir istiqamətini təşkil edir. Türkiyə dünya Əmrəşünaslıq elminin əsas mərkəzidir.
Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi
Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi — 2013-cü ilin 13 sentyabr tarixindən rəsmi olaraq fəalliyət göstərir. Direktoru Cihan Özdemirdir. == Tarixi == Yunus Əmrə İnstitutu Ankaranın Altındağ bölgəsinədə yerləşir. Yunus Əmrə İnstitutu adını Yunus Əmrə Vəqfindən götürüb. 5 may 2007-ci il tarixli 5653 saylı qanunla Yunus Əmrə Vəqfi öz işinə başlayıb. Azərbaycanın paytaxtı Bakıda institut 2012-ci ilin sentyabrında Bakı Dövlət Universiteti ilə bağlanılmış Türkologiya layihəsi əsasında qurulub. Bakı Yunus Əmrə İnstitutu 2013-cü il 13 sentyabr tarixindən Bakı Dövlət Universitetinin daxilində rəsmi olaraq fəaliyyətə başlayıb. 2013-cü ilin sentyabr ayından 2016-cı ilin yanvar ayınıa qədər Bakı Dövlət Universitetinin daxilində fəaliyyət göstərib. 2016-ci ilin yanvar ayından etibarən tədris binasını dəyişərək fəaliyyətini davam etdirir. Bakı Yunus Əmrə İnstitutu Türkiyənin Azərbaycandaki səfirliyinə bağlı olaraq fəaliyyət göstərir.
Əmrəkar
Əmrəkar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda olmuş kənd. Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında,indiki Meğri rayonunda kənd. Rayon mərkəzindən 9–10 km şimal-qərbdə yerləşirdi. Kənddə 1926-cı ildə 42 nəfər, 1931-ci ildə 67 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1940-cı illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir. Toponim Əmir şəxs adı ilə türk dilində «sıldırım», «qaya», «sıldırımlı qaya» mənasında işlənən kayır //kair, «sıldırım qaya» mənasında işlənən kar sözünün birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == İsrafil Məmmədov (tarixçi) bu kənddə doğulmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.33 dəfə / 1 mln.
2002 •••••• 3.43
2003 0.39
2004 •• 0.67
2005 •• 0.67
2006 ••• 1.80
2007 •••••••• 4.44
2008 ••••• 2.68
2009 •••• 2.24
2010 ••••••••••• 6.35
2011 •••••••• 4.55
2012 •••••••••• 6.02
2013 •••••••••••• 7.29
2014 •••••••••••••••••••• 12.36
2015 ••••••••••••• 7.49
2016 •••••••••••• 7.29
2017 ••••••••••••••••••• 11.22
2018 ••••••••••• 6.59
2019 ••••••••••••••••••• 11.54
2020 ••••••••••••• 7.82

"əmrə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əmrə nədir? #əmrə sözünün mənası #əmrə nə deməkdir? #əmrə sözünün izahı #əmrə sözünün yazılışı #əmrə necə yazılır? #əmrə sözünün düzgün yazılışı #əmrə leksik mənası #əmrə sözünün sinonimi #əmrə sözünün yaxın mənalı sözlər #əmrə sözünün əks mənası #əmrə sözünün etimologiyası #əmrə sözünün orfoqrafiyası #əmrə rusca #əmrə inglisça #əmrə fransızca #əmrə sözünün istifadəsi #sözlük