Əmrəkar
Əmrəkar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda olmuş kənd.
Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında,indiki Meğri rayonunda
kənd. Rayon mərkəzindən 9–10 km şimal-qərbdə yerləşirdi.
Kənddə 1926-cı ildə 42 nəfər, 1931-ci ildə 67 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1940-cı illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim Əmir şəxs adı ilə türk dilində «sıldırım», «qaya», «sıldırımlı qaya» mənasında işlənən kayır //kair, «sıldırım qaya» mənasında işlənən kar sözünün birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
İsrafil Məmmədov (tarixçi) bu kənddə doğulmuşdur.