çərək sözü azərbaycan dilində

çərək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çərək • 88.4615%
  • Çərək • 7.6923%
  • ÇƏRƏK • 3.8462%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çərək
Çərək — riyaziyyatda əski çağlarda əsasən uzunluq və çəki ölçmək üçün istifadə edilən ölçü vahidi. == Ümumi məlumat == Çərəkdən həm uzunluq, həm də çəki vahidi kimi istifadə edilmişdir. Uzunluq ölçüsü vahidi kimi çərəkdən çox geniş istifadə olunduğu mənbələrdən də aydın gorunur. Çərək arşının dörddə birinə bərabərdir. Əgər arşın 0,71 m-dirsə, onda çərək təxminən 18 sm-ə bərabər olur. Çəki vahidi kimi 1 çərək girvənkənin dörddə birinə bərabərdir. Girvənkənin 400 qram olduğunu biliriksə, onda çərək 100 qram olmuşdur. Çərək qab mənasında da işlənmişdir. Həmin qabın adı onun olcusu, tutumu ilə bağlıdır. Bir çərək taxıl, un və s.
Çərək not
Çərək not — səslənmə uzunluğuna görə bütöv notdan dörddə birinə bərabər olan not; orta tempdə bir say hesabı ilə ölçülür; iki səkkizlik nota və ya müvafiq olaraq dörd onaltılıq nota bərabərdir.
Çərək pauza
Çərək pauza — uzunluğuna görə çərək nota bərabər olan pauza.
Çərəkdar
Çərəkdar — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çərəkdar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çərəktar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çərəkdar kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. == Toponimikası == Yaşayış məntəqəsini kolanı tayfasına mənsub ailələr Çərəktar adlı yerdə saldıqları üçün belə adlandırılmışdır. Çərəktar "icarəçi" deməkdir. Görunur, kəndin ərazisi əvvəllər əkin sahəsi kimi icarəyə verilirmiş. == Tarixi == Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin mart ayında kənd uğrunda gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 helikopter və 1 tank məhv edilib. Kəlbəcərin işğalı zamanı Çərəkdar kəndi də Ermənistan ordusu tərəfindən işğal edildi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən kənd Rusiya sülhməramlılarının nəzarəti altına keçmişdi.
Çərəkdar monastırı
Çərəkdar monastırı — Kəlbəcər rayonunun Çərəkdar kəndində yerləşən tarix-memarlıq abidəsi. İnşaat kitabəsində verilən məlumata görə, kompleksin baş kilsəsi 1260-cı ildə inşa edilmişdir. == Tarixi == İnşaat kitabəsində verilən məlumata görə, kompleksin baş kilsəsi 1260-cı ildə inşa edilmişdir. Dövrümüzə çatmış tikililərin memarlıq-planlaşdırma xüsusiyyətlərinin öyrənilməsi və epiqrafika nümunələrinin tədqiqi kilsə ətrafındakı tikililərin müxtəlif dövrlərə aid olduğunu göstəmişdir.Ümumilikdə monastır ərazisində 11 kitabə S. Barxudaryan tərəfindən oxunaraq, nəşr edilmişdir. Həmin kitabələrin ən qədimləri 1152, 1206, 1347, 1360-cı illərə aiddir.2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilmiş lokal anti-terror əməliyyatlarından sonra erməni mətbuatında yayımlanmış video görüntülərdə Çərəkdar kəndini azad etmiş Azərbaycan hərbiçilərinin monastır binasının qalıqlarını atəşə tutduqları görünmüşdür. == Memarlıq xüsusiyyətləri == Monastırın əksər tikililəri dövrümüzə xarabalıq vəziyyətdə çatmışdır. Onların inşasında istifadə edilmiş yonulmuş daşlar və naxışlı xaçdaşlar ətraf ərazilərə daşınaraq yaşayış binalarının inşasında istifadə edilmişdir. Buna baxmayaraq kilsə binası yaxşı qorunmuş, narteks, yeməkxana və zəng qülləsinin bir hissəsi saxlanmışdır. Bütün bu tikililər arasında çoxlu sayda xaçdaşlar, qəbir daşları və epiqrafikalı daşlar vardır.Monastırın başkilsəsi kiçik ölçülü (7x3 metr) düzbucaqlı plana malik bazilika olmaqla, iki tərəfli damla örtülmüşdür. Kilsənin şərq tərəfində düzbucaqlı formaya malik altar vardır.
Çərəktar
Çərəkdar — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çərəkdar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çərəktar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çərəkdar kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. == Toponimikası == Yaşayış məntəqəsini kolanı tayfasına mənsub ailələr Çərəktar adlı yerdə saldıqları üçün belə adlandırılmışdır. Çərəktar "icarəçi" deməkdir. Görunur, kəndin ərazisi əvvəllər əkin sahəsi kimi icarəyə verilirmiş. == Tarixi == Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin mart ayında kənd uğrunda gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 helikopter və 1 tank məhv edilib. Kəlbəcərin işğalı zamanı Çərəkdar kəndi də Ermənistan ordusu tərəfindən işğal edildi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən kənd Rusiya sülhməramlılarının nəzarəti altına keçmişdi.
Çərəkə
Çərəkə — Azərbaycan Respublikasının Göyçay rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənubda, Göyçay-Ucar avtomobil yolu kənarında, Xirmanlı (Çərəcə) gölü və Göyçay çayı sahilində, Şirvan düzündə yerləşən kənd. == Əhalisi == Əhalisi 3714 (2009) nəfərdir. == Məşğuliyyəti == Əhalisi əsasən taxılçılıq, heyvandarlıq, pambıqçılıq üzümçülük və meyvəçiliklə məşğul olur. Kəndin ərazisi keçmişdə örüş yeri olduğundan belə adlandırılmışdır.
Çərəkə bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çərəkən
Çərəkən — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Çərəkən kəndi Horovlu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çərəkən kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 4 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd Çərə adlı sahədə salınmışdır. Çərə (örüş yeri) və kənd (d səsi sonralar düşmüşdür) komponentlərindən düzəlmiş bu oykonim "örüş yerində salınmış kənd" mənasındadır. 1933-cü ildə kəndin adı Çərəkənt variantında qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Rauf Vəliyev — "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Çərəkən çayı
Çərəkənçay — Füzuli rayonu ərazisində çay. == Hidronimi == Arazın sol qoludur. Çay ərazisindən axdığı Çərəkən kəndinin adını daşıyır.
Çərəkənçay
Çərəkənçay — Füzuli rayonu ərazisində çay. == Hidronimi == Arazın sol qoludur. Çay ərazisindən axdığı Çərəkən kəndinin adını daşıyır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2012 •••••••••••• 0.09
2018 •••••••••••••••••••• 0.15
2020 •••••••••••••••••• 0.13

çərək sözünün leksik mənası və izahı

  • 1 is. [fars. çəhar yek – dörddə bir] 1. Arşının dörddə birinə bərabər uzunluq ölçüsü (17,75 sm). Təndirlə üzbəüz divarın içində beş çərək enində üç arşın hündürlüyü olan suaxan görmək olardı. H.Sarabski. Nə məhəbbət, nə sədaqət tərəzidə çəkilməz; Hər ikisi ölçülməyib parça kimi çərəklə. S.Rüstəm. “Oğlum ölsün” – deyərək, yalandan min dil tökən; Hər arşına üç çərək sürüşdürən taciri. M.Müşfiq. 2. Girvənkənin dörddə birinə bərabər ağırlıq ölçüsü (100 qr). 3. Dörddə bir. Ölçü vahidi bütöv, yarım, çərək, səkkizlik və onaltılıq ola bilər. “İbtidai musiqi nəzəriyyəsi”. 4. “Bir” sayı ilə: bir çərək – bir az, bir tikə, azacıq. Yox, gərək bir çərək; Qalmasın boş yerin! M.Müşfiq. Qız ayağını bircə çərək qabağa qoysaydı, uçacaqdı gölə. İ.Məlikzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / çərək

çərək sözünün etimologiyası

çərək sözünün sinonimləri (yaxın mənalı sözlər)

çərək sözünün rus dilinə tərcüməsi

  • 1 1. четверть, четвертая часть; 2. пядь;

    Azərbaycanca-rusca lüğət / çərək
  • 2 I сущ. четверть: 1. мера длины, равная четвёртой части аршина 2. мера веса, равная четвертой части фунта 3. муз. нота, длительностью в одну четвёртую часть целой ноты 4. мера земельной площади; пядь 5. четвертая часть часа; bir çərək кусочек II прил. четвертной (относящийся к четверти). Çərək not муз. четвертная нота

    Azərbaycanca-rusca lüğət / çərək

çərək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars. çəhar yek-dörddə bir] сущ. черек (1. аршиндин кьудлай са паюниз (17,75 см.) барабар яргъивилин алцумаг; 2. гирванкадин кьудлай са паюниз барабар заланвилин алцумаг (100 гр.); 3. кьудлай сад); bir çərək са черек, са тӀимил, са кӀус, тӀимил кьван.

    Azərbaycanca-ləzgicə lüğəti / çərək

çərək sözünün türk dilinə tərcüməsi

çərək sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ÇƏRƏK1 f. 1) dörddə bir; 2) batmanın dörddə biri. ÇƏRƏK2 f. yara (qılınc və s. yarası).

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"çərək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çərək nədir? #çərək sözünün mənası #çərək nə deməkdir? #çərək sözünün izahı #çərək sözünün yazılışı #çərək necə yazılır? #çərək sözünün düzgün yazılışı #çərək leksik mənası #çərək sözünün sinonimi #çərək sözünün yaxın mənalı sözlər #çərək sözünün əks mənası #çərək sözünün etimologiyası #çərək sözünün orfoqrafiyası #çərək rusca #çərək inglisça #çərək fransızca #çərək sözünün istifadəsi #sözlük