çənən sözü azərbaycan dilində

çənən

Yazılış

  • çənən • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aşağı çənənin çıxıqları
Aşağı çənənin (gicgah-çənə oynağının) çıxıqları - aşağı çənənin oynaq başının (kondilus çıxıntısının) oynaq çuxurunda yerdəyişməsidir. Aşağı çənə başının yerdəyişmə istiqamətindən asılı olaraq aşağı çənə çıxıqları bölünür: ön çıxıqlar (çənə başı önə doğru yerini dəyişib); arxa çıxıqlar (çənə başı arxaya doğru yerini dəyişib); birtərəli çıxıqlar; ikitərəfli çıxıqlar.Daha çox ön çıxıqlara rast gəlinir. Çənə başının daxilə və ya xaricə yerdəyişməsi çox az müşahidə edilir, ona yalnız kondilus çıxıntısının sınığı ilə birləşdikdə rast gəlinir (sınıqlı çıxıq). == Etiologiyası və patogenezi == Ön çıxıqların əmələ gəlməsinə səbəb olur: kapsulyar-bağ aparatının zəifləməsi; oynaq elementlərinin deformasiyası (hipertrofiyası); oynaqarası diskin formasının, ölçüsünün və strukturunun dəyişməsi.Adətkar çıxıqlar çənələrin bəzi deformasiyaları, dişlərin qapanma anomaliyaları (məsələn, arxa dişlərin itirilməsilə progeniya) ilə əlaqədardır. Aşağı çənənin önə doğru çıxığı adətən əsnəmə, qışqırma, qusma, dişlərin çəkilməsi və ya böyük ölçülü qida topasını udma zamanı ağızın həddindən artıq açılması nəticəsində baş verir. Bəzən bu çıxıq mədənin zondlanması, traxeyanın intubasiyası zamanı, traxeobronxoskopiya zamanı narkoz vəziyyətində müşahidə edilir. Yaranma tezliyindən asılı olaraq çıxıqlar kəskin və adətkar olmaqla iki yerə ayrılır. Travmatik çıxıq adətən aşağı çənə nahiyəsinə zərbə endirərkən əmələ gəlir: zərbənin sagital istiqaməti zamanı çənə aşağı sallanmış vəziyyətdədirsə ikitərəfli çıxıq baş verir; zərbə yan tərəfdən olanda birtərəfli çıxıq əmələ gəlir (zərbənin dəydiyi tərəfdə).Adətkar çıxıqlar gündə bir neçə dəfə əmələ gələ bilər və xəstənin özü tərəfindən yerinə salınır. Adətkar çıxıqlar çox vaxt epileptiklərdə, həmçinin ensefalit keçirmiş şəxslərdə və klonik qıcolmadan əziyyət çəkənlərdə müşahidə edilir. Burxulmanın səbəbləri: oynağın revmatik və ya podaqrik (onların nəticəsində aşağı çənəaltı çuxurun dərinliyi azalır) zədələnməsi; dişlərin itirilməsi və ya patoloji sürtülməsi ilə əlaqədar dişləmin əvvəlki hündürlüyünün dəyişməsi.Adətkar çıxıq aşağı çənənin kəskin çıxığının düzgün müalicə edilməməsi nəticəsində də yarana bilər (çənənin yerinə salınmasında müəyyən vaxt sonra onu immobilizasiya etməmək).

"çənən" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çənən nədir? #çənən sözünün mənası #çənən nə deməkdir? #çənən sözünün izahı #çənən sözünün yazılışı #çənən necə yazılır? #çənən sözünün düzgün yazılışı #çənən leksik mənası #çənən sözünün sinonimi #çənən sözünün yaxın mənalı sözlər #çənən sözünün əks mənası #çənən sözünün etimologiyası #çənən sözünün orfoqrafiyası #çənən rusca #çənən inglisça #çənən fransızca #çənən sözünün istifadəsi #sözlük