* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. məh. Qarğıdan, ağac çubuqlarından hörülmüş çəpər, hörgü. [Tubu:] Orada, çətənin dalında göydən asılıb. Ə.Haqverdiyev. Qəhrəmanlar camaatı bir zamanlar bu qarğılardan qırıb çətən toxuyar, dəyələrin və alaçıqların ətrafına çəkərdilər. Ə.Vəliyev. □ Bir çətən – çoxluq bildirir. [Gülsənəm:] …Hümmətəlinin bir çətən külfəti var. M.Hüseyn. [Zeyni baba:] [Azər] görmüşdü, bir çətən külfətim vardı. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / çətən1 Çitəmək sözü ilə bağlıdır, “ilişdirmək”, “hörmək”, “topluluq” anlamlarını əks etdirir. Ehtimal ki, çit kəlməsi də buradandır, çünki o da “toxumaq, hörmək” anlamlarını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / çətən2 I сущ. плетень (изгородь из сплетённых прутьев, камышей). Çətən hörmək плести, сплести плетень; alaçığa çətən çəkmək обнести шатёр плетнём ◊ bir çətən много; bir çətən külfətim var у меня большая семья, много детей II прил. плетнёвый
Azərbaycanca-rusca lüğət / çətən1 сущ. нугъ. жугъун, усун (тӀваларикай, яцӀу нацӀарикай храй чапар); * bir çətən са кӀар (гзафвал къалурдай ибара); onun bir çətən külfəti var адахъ са кӀар хзан ава.
Azərbaycanca-ləzgicə lüğəti / çətənI (Cəbrayıl, Füzuli, Göyçay, Xanlar, Ucar, Zəngilan) nazik qarğıdan hörülmüş aşsüzən. – Çətəni balaca-balaca qarğudan toxerıx (Zəngilan); – Aşı çətənnən süzüllər (Göyçay); – Çətəni bəri gəti, aşı süzüm (Füzuli); – Mən çətən toxudum (Cəbrayıl); – Düyünü çətənin üsdünə tökdüm (Ucar) II (Naxçıvan) çöldə quzuları saxlamaq üçün qarğı ilə hörülmüş yer. – Quzuları qat çətənə III (Cəbrayıl, Qazax, Şərur) xeyli. – Onun bir çətən külfəti var (Qazax) IV (Axalsxi) çubuqdan hörülmüş qarğıdalı anbarı. – Çətəndə taxıl var V (Başkeçid, Tovuz) qarğı. – Dammızın üsdünə hələ çətən düşəməmişəm (Tovuz) VI (Şərur) saman daşımaq üçün arabanın yan tərəflərinə qoyulan qarğıdan toxunmuş tərəcə
Azərbaycan dilinin dialektoloji lüğəti.