* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. bot. Saplağından kəndir, tumlarından yağ hazırlanan birillik ot bitkisi. Çay qırağı çətənə; Gül göndərdim vətənə. Allah qismət eləsin? Öz könlümə yatana. (Bayatı). □ Çətənə qoz bot. – qabığı çox bərk olan və ləpəsi çətinliklə qabığından çıxarıla bilən qoz. Qoz sortları meyvə qabığının bərkliyinə görə üç cür olur: yumşaq və ya nazikqabıqlı – buna kağızı qoz, qabığı orta bərklikdə olana kirkit qoz, qabığı çox bərk olana isə çətənə qoz deyirlər. İ.Axundzadə.
Azərbaycan dilinin izahlı lüğəti / çətənə2 I сущ. конопля (высокое травянистое растение, из стеблей которого изготовляют пеньку, а из семян добывают масло) II прил. конопляный. Çətənə toxumu конопляное семя, çətənə yağı конопляное масло; çətənə lifi пенька
Azərbaycanca-rusca lüğət / çətənə1 сущ. бот. канаб, вин (чӀунарикай цӀил, тумарикай гъери гьазурдай са йисан хъач); // канабдин; çətənə lifi канабдин чӀунар; çətənə tumu канабдин тум, вин, фин; ** çətənə qoz бот. акӀа кӀерецӀ (гзаф кӀеви хъире алай, хъвех четиндаказ акъудиз жедай кӀеребич).
Azərbaycanca-ləzgicə lüğəti / çətənəI (Ağdaş, Daşkəsən, Gəncə, Qazax, Mingəçevir, Şəki, Tərtər, Tovuz) ləpəsi çətin çıxan (qoz). – Gətdiyin cöyüzün çoxu çətəneydi (Daşkəsən); – Çətənə qozun ləpəsi çıxmır (Gəncə); – Bu qozun hamısı çətəneymiş, döyməynən qırılmer (Qazax) II (Şərur) darıyabənzər toxum. – Çətənəni Xıdıraxırda (Xıdır Nəbi) qavırrıx
Azərbaycan dilinin dialektoloji lüğəti.