* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 çeçələ barmaq – əlin beşinci, ən kiçik barmağı. [Musanın nəvəsinin] çeçələ barmaqlarındakı dırnağının uzunluğu 9 millimetr yarımdır. Qantəmir. [Firəngiz] kağız qoyduğu yeri çeçələ barmağı ilə araladı. B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / çeçələ1 1. Bu barmağın adı mənbələrdə çiçamuq, çocuq, çoşqa formalarında da qeyd edilmişdir. (Qaqauzlar buna “ən kiçik barmaq” deyirlər). Hər üç sözün “kiçik” mənası vardır. Bunlardan biri (çiçamuq sözü) fonetik baxımdan çeçələ sözünə daha çox yaxındır. Güman edirəm ki, çeçələ məhz çiçamuq sözünün dəyişmiş formasıdır. 2. Buna “sərçə barmaq” da deyiblər. Görünür, çəçələ və sərçə eyni söz olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / çeçələ1 в словосочет. çeçələ barmaq мизинец (пятый, самый маленький палец руки, ноги)
Azərbaycanca-rusca lüğət / çeçələ