Çərəkə sözü azərbaycan dilində

Çərəkə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Çərəkə • 84.0278%
  • çərəkə • 14.5833%
  • ÇƏRƏKƏ • 1.3889%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çərəkə
Çərəkə — Azərbaycan Respublikasının Göyçay rayonunun Çərəkə kənd inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən cənubda, Göyçay–Ucar avtomobil yolu kənarında, Xirmanlı (Çərəcə) gölü və Göyçay çayı sahilində, Şirvan düzündə yerləşən kənd. == Əhalisi == Əhalisi 3714 (2009) nəfərdir. == Məşğuliyyəti == Əhalisi əsasən taxılçılıq, heyvandarlıq, pambıqçılıq üzümçülük və meyvəçiliklə məşğul olur. Kəndin ərazisi keçmişdə örüş yeri olduğundan belə adlandırılmışdır.
Çərəkə bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çərəkən
Çərəkən — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Çərəkən kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Çərəkən kəndi Horovlu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çərəkən kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 4 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Kənd Çere adlanan ərazidə salınmışdır. Rusiya imperiyası illərində Çərəkanlu (Çarakən) kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının (sonralar - Qaryagin) tərkibində olub. Sovet hakimiyyəti illərində kənd Azərbaycan SSR-in Cəbrayıl rayonunun tərkibində olub. Birinci Qarabağ müharibəsi nəticəsində 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib ki, Azərbaycan ordusu Cəbrayıl rayonunun 9 yaşayış məntəqəsini: Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı- Maralyan və Dəjəl. BBC xəbər verir ki, peykdən çəkilmiş görüntülərə görə Azərbaycanın cənubda tutduğu bütün kəndlər xarabalıqdadır və 1990-cı illərin əvvəllərində azərbaycanlı əhali irəliləyən ermənilərdən xilas olmaq üçün kəndləri tamamilə və ya qismən tərk edilmişdir.
Çərəkən çayı
Çərəkənçay — Füzuli rayonu ərazisində çay. == Hidronimi == Arazın sol qoludur. Çay ərazisindən axdığı Çərəkən kəndinin adını daşıyır.
Çərəkənçay
Çərəkənçay — Füzuli rayonu ərazisində çay. == Hidronimi == Arazın sol qoludur. Çay ərazisindən axdığı Çərəkən kəndinin adını daşıyır.

çərəkə sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] köhn. Keçmişdə: mollaxanalarda ərəb əlifbasını öyrənmək üçün dərslik, əlifba kitabı. Amma Xəlil özü bir küncdə əyləşib əlində çərəkəsi, diqqəti tamamilə dərsini əzbərləməkdədir. Ə.Haqverdiyev. O zamanın təhsili də elə bundan ibarət idi: çərəkədən sonra ərəbcə Quran oxuyurdular, sonra fars klassikləri keçilirdi. Çəmənzəminli. // din. Yasin, təlqin və s. yazılmış kitabça. Mollalar hazır olur dəfninə əldə çərəkə. M.Ə.Sabir. // Şeir, yaxud mərsiyə dəftərçəsi; bayaz.

    Azərbaycan dilinin izahlı lüğəti / çərəkə
  • 2 f. 1) dörddə bir; 2) Quranın kiçik surələrindən tərtib olunmuş və mollaxanada əlifba kitabını əvəz edən kitabça.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / çərəkə

çərəkə sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. 1. в старину: учебник для изучения арабского алфавита в духовном училище 2. книжка с переписанными сурами из Корана 3. книжка со стихами или элегией

    Azərbaycanca-rusca lüğət / çərəkə

çərəkə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. куьгьн. черика (алатай девирра: мискӀинра араб гьарфар чирун патал улуб, хафалаг; // дин. ясин, телкьин ва мс. куьруь дуьаяр кхьенвай гъвечӀи дафтар; // шииррин ва я мерсиядин дафтар, баяз).

    Azərbaycanca-ləzgicə lüğəti / çərəkə

çərəkə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Biləsuvar, Böyük Qarakilsə, Cəlilabad, Ordubad, Yardımlı, Zəngilan) təsbeh. – Çərəkə qocada da olar, cavannarda da (Ordubad); – Çərəkə, yani ki təsbi uzın oley, xırda-xırda mıncuğ oley (Cəlilabad); – Çərəkəni əldə çö:ürüllər (Biləsuvar) II (Şəki) bağlama, top. – Çərəkə bağlı:f satardılar ipəyi

Azərbaycan dilinin dialektoloji lüğəti.

"çərəkə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çərəkə nədir? #çərəkə sözünün mənası #çərəkə nə deməkdir? #çərəkə sözünün izahı #çərəkə sözünün yazılışı #çərəkə necə yazılır? #çərəkə sözünün düzgün yazılışı #çərəkə leksik mənası #çərəkə sözünün sinonimi #çərəkə sözünün yaxın mənalı sözlər #çərəkə sözünün əks mənası #çərəkə sözünün etimologiyası #çərəkə sözünün orfoqrafiyası #çərəkə rusca #çərəkə inglisça #çərəkə fransızca #çərəkə sözünün istifadəsi #sözlük