bərəkət sözü azərbaycan dilində

bərəkət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bərəkət • 69.7917%
  • Bərəkət • 29.9242%
  • BƏRƏKƏT • 0.2841%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adnan Bərəkət
Adnan Bərəkət (3 sentyabr 1982, Amsterdam) — sağ vinger mövqeyində çıxış etmiş Mərakeş əsilli Niderland futbolçusu. O, "NAK Breda", "Eyndhoven", "Kambür", "Bakı", "Den Bosx" və s. kimi klublarda çıxış etmişdir. == Karyerası == Bərəkat 2010-cu ilin yanvarında Azərbaycan Premyer Liqası təmsilçisi "Bakı" klubu ilə 2,5 illik müqavilə imzalamışdır. "Bakı"nın heyətində debütunu 2 fevral 2010-cu ildə "Turan Tovuz"a qarşı keçirilən ev oyununda etdi, həmin oyun paytaxt təmsilçisi üçün 2:1 qələbə hesabı ilə bitdi. Klub forması ilə Bərəkət ilk qolunu növbəti mövsüm 6 noyabr 2010-cu ildə 3:1 hesabı ilə bitən "Gəncə" klubuna qarşı keçirilən oyunda vurdu.2011-ci ilin noyabrında Bərəkət aylarla maaş almadan "Bakı" klubundan ayrıldı. Barakat Bakıdan getdikdən sonra 2012-ci ilin yanvarında "Muanqtonq Yunayted" ilə müqavilə imzalasa da, Bakı ilə mübahisəsi səbəbindən yeni klubunda həmən oyunlara çıxa bilmədi və klub onun qeydiyyatını dayandırdı. 2013-cü ilin iyil ayında "Muanqtonq Yunayted"i tərk etdi.
Bərəkət (Türkmənistan)
Bərəkət — Türkmənistan Respublikasının Balkan vilayətində etrap tabeli şəhər.
Əbülfəz Bərəkət
Əbülfəz Cəbrayıl oğlu Qasımov (ədəbi təxəllüsü: Əbülfəz Bərəkət; 20 dekabr 1931, Ordubad, Naxçıvan MSSR) — publisist, dramaturq, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru (1970), professor (1971), Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, Əməkdar elm xadimi (1987), "Qızıl qələm" mükafatı laureatı (2000). == Həyatı == Əbülfəz Qasımov 1931-ci il dekabrın 20-də Naxçıvan MR-nin Ordubad şəhərində anadan olmuşdur. Burada orta məktəbin yeddinci sinfini bitirmiş, Ordubad Pedaqoji texnikumunda təhsilini davam etdirmişdir (1943–1947). Naxçıvan kolxoz məktəbini bitirdikdən sonra Ordubad rayon Kənd Təsərrüfatı şöbəsində zootexnik vəzifəsində işləmişdir (1947–1949). Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun plan-iqtisad fakültəsində təhsil almış (1949–1953), SSRİ EA İqtisadiyyat İnstitutunda aspirant (1953–1956), elmi işçi (1956–1959) olmuşdur. 18 mart 1957-ci ildə Moskvada SSRİ EA-nın İqtisad İnstitutunun Elmi Şurasında "Mil-Mugan düzənliklərinin təsərrüfatlarında heyvandarlığın iqtisadiyyatı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Dissertasiyanın rəhbəri V.Q.Venjer olmuşdur. Elmlər namizədi alimlik dərəcəsini aldıqdan sonra Bakıya qayıtmış, indiki Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. Azərbaycan Ali Partiya Məktəbinin iqtisadiyyat kafedrasına dəvət olunmuş, burada dosent işləmişdir (1959–1967). Sonra kənd təsərrüfatı kafedrasına müdir seçilmişdir (1967–1984).
Bərəkət (film, 1985)
Bərəkət qısametrajlı sənədli filmi rejissor Əli Musayev tərəfindən 1985-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə respublikamızda taxılçılığın inkişaf etdirilməsindən, payızlıq buğda üçün mineral gübrələrin əhəmiyyətindən və ondan istifadə olunmasının vacibliyindən danışılır. == Məzmun == Kinolentdə respublikamızda taxılçılığın inkişaf etdirilməsindən, payızlıq buğda üçün mineral gübrələrin əhəmiyyətindən və ondan istifadə olunmasının vacibliyindən danışılır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bərəkətli Hilal
Bərəkətli hilal (ing. Fertile Crescent) — Orta Şərqdə, Qərb və Orta Şərq sivilizasiyalarının beşiyi sayılan bölgə.Termini ilk dəfə ABŞ şərqşünası və arxeoloq Ceyms Henri Brested istifadə etmişdir.Bərəkətli Hilal, qışları yağışlı, yayları quraq keçən Aralıq dənizi iqliminin suveren olduğu, aypara formasında, olduqca bitək bir sahədən ibarətdir.Cənubda Ərəbistanı çölü ilə şimalda Şərqi Anadolu dağlıq bölgəsi arasında yer alır.Köhnə Babil torpaqları ilə dərhal yaxınındakı Elamdan (bu gün İranın cənub-qərbi) Dəclə və Fərat çayları ilə Assuriyatorpaqlarına qədər uzanır.Zaqros dağlarından, qərbdə Suriya üzərindən Aralıq dənizinə, cənub istiqamətində də Fələstinin cənubuna qədər olan torpaqları əhatə edir.Misirin Nil vadisini də bu bölgə içinə soxanlar vardır; çünki buradakı Sina çölü, Mesopotamiya və Suriyada davamlılığı pozan digər çöllərdən daha böyük deyildir.Bölgədə yaxşı məhsul ala bilmək, hətta əkinçilik edə bilmək üçün suvarma zəruridir.
Bərəkətli torpaq (film, 1954)
Bərəkətli torpaq qısametrajlı sənədli filmi rejissor Lətif Səfərov tərəfindən 1954-cü ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Zaqatala torpağında yetişdirilən kənd təsərrüfatı məhsullarından, bu bölgənin zəngin təbiətindən və qabaqcıl əmək adamlarından danışır. == Məzmun == Film Zaqatala torpağında yetişdirilən kənd təsərrüfatı məhsullarından, bu bölgənin zəngin təbiətindən və qabaqcıl əmək adamlarından danışır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bərəkətli torpaqlar üzərində (roman)
Bərəkətli torpaqlar üzərində — Orxan Kamalın 1954-cü ildə yazdığı roman. == Məzmun == Romanda pul qazanmaq ümidi ilə kəndi tərk edərək şəhərə köç edən üç dostun, yəni Yusif, kösə Həsən və pəhlivan Əlinin yaşadıqlarından bəhs edilir. Orxan Kamal roman haqqında, "Bu kitab öz bilgim və ədəb-ərkanım xaricində, pis iş şəraitində, bir tikə çörək üçün zəhər kimi ömür sürən insanların topladığı materiallarla yaradılmışdır. Müxtəlif kaptanları, ustaları, ustad köməkçilərini yığıb səhərə qədər oxudum, qulaq asdılar. "Bağışlayın" dedilər, "bu qədərdir. Bütün dedikləriniz doğrudur. Hətta yarımçıqdır. Çukurovanın bərəkətli torpaqlarında sizi insan edən şeylər olur. Roman 1979-cu ildə Erden Kıral (türk.) tərəfindən filmə uyğunlaşdırılmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.40 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 13.70
2003 •••••• 3.94
2004 ••• 1.68
2005 •••••••• 5.40
2006 ••••• 3.38
2007 •••• 2.33
2008 •••••••••••• 7.55
2009 •••••• 3.52
2010 •••••••••• 6.63
2011 •••••••• 5.40
2012 ••••••• 4.39
2013 •••••••• 4.81
2014 ••••••••••• 6.86
2015 ••• 2.04
2016 ••• 1.56
2017 •••••• 3.74
2018 ••••• 3.30
2019 ••••••• 4.59
2020 ••••••• 4.24

bərəkət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Bolluq, məhsuldarlıq. [Əmioğlu:] Yoxsa həqiqətdə bizim südümüzün bərəkəti həmin qapıbir qonşularımızın pambığının bərəkətinə bağlıdır. C.Məmmədquluzadə. [Nizami:] Məmləkətimizin mövqecə əhəmiyyəti, düzlərimizin zənginlik və bərəkəti daima düşmənlərimizin iştahasını coşdurmuşdur. M.S.Ordubadi. □ Bərəkət tapmaq, bərəkət artmaq – bollaşmaq, çoxalmaq; qiymətə minmək. Veylabadda hər bir şey danışılırdı, … çoxlu ocaqlar (pirlər) zühur etmişdi, … birdən-birə mollaların pulları bərəkət tapmışdı. Çəmənzəminli. Bərəkəti qaçmaq – azalmaq, tükənmək, qiymətdən düşmək. 2. Səmərə, fayda, xeyir, artım. Bərəkət ondur, onu da düzlük. (Ata. sözü). 3. Çıx. halında: bərəkətindən – üzündən, nəticəsində, sayəsində. [Şeyx Nəsrulla:] Həmin bu mərəzin bərəkətindəndir ki, mən bu bambılı Əhmədin yanında olmuşam bir balaca uşaq. C.Məmmədquluzadə. 4. Nida mənasında. …Qış fəsli nə qədər gözəl olsa da, yenə bahar fəslinə bərəkət! C.Məmmədquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / bərəkət

bərəkət sözünün sinonimləri (yaxın mənalı sözlər)

bərəkət sözünün rus dilinə tərcüməsi

  • 1 1. благодать; 2. изобилие, достаток, плодородие;

    Azərbaycanca-rusca lüğət / bərəkət
  • 2 сущ. 1. изобилие, обилие, достаток, благодать (о предметах питания). Çörəyin bərəkəti изобилие хлеба, tarlalarımızın bərəkəti плодородие наших полей 2. польза, выгода, прибыль; устар. спорыня. Təknənizə bərəkət! спорыня в квашню; bərəkət var-dövlətdən ucadır спорыня дороже богатства ◊ Allah bərəkət versin да ниспошлёт Аллах (Бог) тебе (вам) достаток; bərəkət tapmaq изобиловать, расти, умножаться, увеличиваться; bərəkəti azalmaq, qaçmaq улетучиваться, улетучиться; обесцениваться, обесцениться

    Azərbaycanca-rusca lüğət / bərəkət

bərəkət sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. abundance, plenty; profusion; 2. d.d. bread, anything eatable; ~i qaçmaq to vanish (into thin air); ◊ Allah bərəkət versin! Let Allah (God) grant you abundance!

    Azərbaycanca-ingiliscə lüğət / bərəkət

bərəkət sözünün fransız dilinə tərcüməsi

bərəkət sözünün ləzgi dilinə tərcüməsi

bərəkət sözünün türk dilinə tərcüməsi

bərəkət sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. çoxluq, bolluq.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

xoşbəxtlik, səadət, uğur; bolluq, çox; nemət, Allah vergisi, xeyir.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"bərəkət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bərəkət nədir? #bərəkət sözünün mənası #bərəkət nə deməkdir? #bərəkət sözünün izahı #bərəkət sözünün yazılışı #bərəkət necə yazılır? #bərəkət sözünün düzgün yazılışı #bərəkət leksik mənası #bərəkət sözünün sinonimi #bərəkət sözünün yaxın mənalı sözlər #bərəkət sözünün əks mənası #bərəkət sözünün etimologiyası #bərəkət sözünün orfoqrafiyası #bərəkət rusca #bərəkət inglisça #bərəkət fransızca #bərəkət sözünün istifadəsi #sözlük