* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Gönü döyüb yastılamaq üçün alət, çəkic. Çəkməçilər önündə döşlük, əldə çərməki, ayaqyalın çıxmışdılar. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / çərməki(Göyçay, Lənkəran, Şamaxı, Şuşa) gönü döyüb hamarlayan bürünc alət. – Çərməkini itirmişəm, bilmirəm gönü nejə döyüm (Şuşa); – Çərməkini yavaş vur, sınar (Lənkəran)
Azərbaycan dilinin dialektoloji lüğəti.