çənə sözü azərbaycan dilində

çənə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çənə • 93.9736%
  • Çənə • 5.4614%
  • ÇƏNƏ • 0.5650%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çənə
Çənə ağız ətrafında yerləşən, çeynəmə funksiyasını yerinə yetirən sümükdür. Çənə iki hissədən ibarətdir: alt çənə və üst çənə. Üst çənə (lat. maxilla) kəllə beyinə birləşir. Alt çənə isə çənə qovşağı vasitəsilə kəllə beyinə bağlıdır. Çənə qovşağı insan orqanizmində iki tərəfli hərəkət edən yeganə birləşmədir. Məməlilərdə o, həm aşağı-yuxarı, həm də sağa-sola hərəkət edir. Çənənin bağlanmasını yerinə yetirən əzələlər olduqca möhkəmdir. Bununla yanaşı çənəni açan əzələlər olduqca zəifdirlər. İnsanda və bir çox heyvanlarda çənənin açılmasına Yerin cazibə qüvvəsi kömək edir.
Çənə sümüyü
Çənə sümüyü —
Aşağı çənənin çıxıqları
Aşağı çənənin (gicgah-çənə oynağının) çıxıqları - aşağı çənənin oynaq başının (kondilus çıxıntısının) oynaq çuxurunda yerdəyişməsidir. Aşağı çənə başının yerdəyişmə istiqamətindən asılı olaraq aşağı çənə çıxıqları bölünür: ön çıxıqlar (çənə başı önə doğru yerini dəyişib); arxa çıxıqlar (çənə başı arxaya doğru yerini dəyişib); birtərəli çıxıqlar; ikitərəfli çıxıqlar.Daha çox ön çıxıqlara rast gəlinir. Çənə başının daxilə və ya xaricə yerdəyişməsi çox az müşahidə edilir, ona yalnız kondilus çıxıntısının sınığı ilə birləşdikdə rast gəlinir (sınıqlı çıxıq). == Etiologiyası və patogenezi == Ön çıxıqların əmələ gəlməsinə səbəb olur: kapsulyar-bağ aparatının zəifləməsi; oynaq elementlərinin deformasiyası (hipertrofiyası); oynaqarası diskin formasının, ölçüsünün və strukturunun dəyişməsi.Adətkar çıxıqlar çənələrin bəzi deformasiyaları, dişlərin qapanma anomaliyaları (məsələn, arxa dişlərin itirilməsilə progeniya) ilə əlaqədardır. Aşağı çənənin önə doğru çıxığı adətən əsnəmə, qışqırma, qusma, dişlərin çəkilməsi və ya böyük ölçülü qida topasını udma zamanı ağızın həddindən artıq açılması nəticəsində baş verir. Bəzən bu çıxıq mədənin zondlanması, traxeyanın intubasiyası zamanı, traxeobronxoskopiya zamanı narkoz vəziyyətində müşahidə edilir. Yaranma tezliyindən asılı olaraq çıxıqlar kəskin və adətkar olmaqla iki yerə ayrılır. Travmatik çıxıq adətən aşağı çənə nahiyəsinə zərbə endirərkən əmələ gəlir: zərbənin sagital istiqaməti zamanı çənə aşağı sallanmış vəziyyətdədirsə ikitərəfli çıxıq baş verir; zərbə yan tərəfdən olanda birtərəfli çıxıq əmələ gəlir (zərbənin dəydiyi tərəfdə).Adətkar çıxıqlar gündə bir neçə dəfə əmələ gələ bilər və xəstənin özü tərəfindən yerinə salınır. Adətkar çıxıqlar çox vaxt epileptiklərdə, həmçinin ensefalit keçirmiş şəxslərdə və klonik qıcolmadan əziyyət çəkənlərdə müşahidə edilir. Burxulmanın səbəbləri: oynağın revmatik və ya podaqrik (onların nəticəsində aşağı çənəaltı çuxurun dərinliyi azalır) zədələnməsi; dişlərin itirilməsi və ya patoloji sürtülməsi ilə əlaqədar dişləmin əvvəlki hündürlüyünün dəyişməsi.Adətkar çıxıq aşağı çənənin kəskin çıxığının düzgün müalicə edilməməsi nəticəsində də yarana bilər (çənənin yerinə salınmasında müəyyən vaxt sonra onu immobilizasiya etməmək).
Çənəaltı vəzi
== İstinadlar ==
Çənəayaqlılar
Çənəayaqlılar (lat. Maxillopoda) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi.
Çənəağızlılar
Ağızçənəlilər (lat. Gnathostomata) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan infratipi.
Çənəli zəlilər
Çənəli zəlilər (lat. GNATHOBDELLIDA) Zəli sinfinə aid dəstə. == Haqqında == Əksər zəlilər ağız boşluğunda çənələr inkişaf etmişdir. Çənələr üç ədəd olub, mişar kimidir. Mayalanmaları spermatoforlar vasitəsilədir. Tibb zəlisində cütləşmə orqanı vardır. Dəstənin Hirudinidae fəsiləsində olan növləri geniş yayılmışdır. Bu zəlilər yaxşı üzmək qabiliyyətinə malik olub, yumurtalarını torpağa qoyurlar. Fesilənin xarakterik nümayəndələrindən biri at zəlisidir (Limnatis nilotica). At zəlisinin uzunluğu 8–10 sm, eni l-1,5 sm-dir.
Çənəlilər
Ağızçənəlilər (lat. Gnathostomata) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan infratipi.
Çənəsiqıllılar
Çənəsiqıllılar (lat. Chaetognatha) — heyvanlar aləminə aid heyvan tipi. == Haqqında == Çənəsiqıllılar sırf dəniz heyvanları olub, 140-a qədər növü məlumdur. Böyük əksəriyyəti plankton həyat tərzi keçirir. Dib həyat tərzi keçirən, yosunların, daşların arasında yaşayan növləri də vardır. Sürətlə hərəkət etmələrinə və bədənlərinin uzunsov olmasına görə çənəsiqıllıları dəniz oxları da adlandırırlar. Bədənləri 0.5-9 sm ölçüdə olub, şəffafdır. Bədənlərinin ön hissəsində tip üçün xarakterik olan – qıllarla təchiz olunmuş ağız aparatı yerləşir. Çənəsiqıllılar bu aparat vasitəsilə öz şikarını ovlayırlar. Çənəsiqıllılar ikinci bədən boşluğuna malik heyvanlardır.
Çənəsizlər
Çənəsizlər (lat. Agnatha) — heyvanlar aləminin xordalılar tipinin onurğalılar yarımtipinə aid heyvan infratipi. == Xarakteristikası == Çənəsizlərə həm qazıntı halında tapılan, həm də müasir onurğalılar aiddir. Bu heyvanların xordası bütün ömur boyu qalaraq bədənə dayaq durur. Çənəsizlərin çox az nümayəndələrində fəqərələr əmələ gəlməyə başlayır. Kəllə qutusu qığırdaqdandır. O, beyni altdan və yanlardan əhatə edir. Bəzi qazıntı nümayəndələrində bu qutu qismən sümükləşmişdir. Kəllə skeletinin visseral hissəsi qəlsəmə qövslərindən ibarət olub qəlsəməətrafı toru əmələ gətirir. Bəzi qazıntı formalar nəzərə alınmazsa bu tor beyin qutusu ilə əlaqədar olmur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.96 dəfə / 1 mln.
2003 •••• 0.79
2004 •••••• 1.35
2005 ••• 0.67
2006 ••••••• 1.58
2007 0.21
2008 •••••• 1.46
2009 ••••••• 1.60
2010 ••••••••••••••• 3.54
2011 ••• 0.69
2012 ••••• 1.20
2013 •••••••••••••• 3.21
2014 •••••••••• 2.23
2015 ••• 0.51
2016 •••• 0.87
2017 ••••••••••• 2.60
2018 •••• 0.90
2019 •••••••••••••••• 3.89
2020 •••••••••••••••••••• 4.91

çənə sözünün leksik mənası və izahı

  • 1 is. 1. Üzün ağzı əmələ gətirən iki yarımdairə sümüyü; üst çənə burundan aşağıda, ağızdan yuxarıda, alt çənə ağızdan aşağıda yerləşir, alt çənə mütəhərrikdir, qalxıbenir. Xanım masanın üstündən kitabı götürdü, dirsəyinə dayaq verərək əlini çənəsinə söykədi. Çəmənzəminli. Bir əli ilə anasının döşündən möhkəm yapışmış körpə o biri əli ilə anasının üzünü, çənəsini əlləyirdi. Ə.Vəliyev. 2. xüs. Məngənə və s. sıxıcı alətlərin şeyi sıxan tərəflərindən hər biri. Məngənənin çənələrini yeyilməkdən qorumaq üçün onların işlək üzlərinə vintlər vasitəsilə poladdan hazırlanmış və su verilmiş dodaqlar bağlanır. “Neft maşınqayırma texnologiyası”. ◊ Çənə atmaq – can vermək. [Hacı Fərəc Molla Ələsgərə:] Yasini avaz ilə oxu! Görməyirsən, kişi çənə atır. M.Əliyev. Çənə vurmaq (döymək) – l) çox danışmaq. [Səfər bəy:] Səndən qabaq o biri otaqda oturub, Molla Abuşla azı dörd saat çənə döymüşəm ki, qızı mənə versin. B.Talıblı; 2) mübahisə etmək. [Vəzir Cahana:] Ağa Kərim xanla bu işdə mən o qədər çənə vurmuşam, dilim-dodağım qabar olub. N.Vəzirov. Alış-verişçilər də İrandan gələn alış-verişçilərə yanaşaraq, düyü, kişmiş və sair şeylərin qiyməti üzərində çənə döyürdülər. M.S.Ordubadi. Çənəsi qızışmaq – həddən çox danışmaq, danışığına ara verməmək. Hümmətin çənəsi elə qızışmışdı ki, suallarına cavab gözləmirdi. B.Bayramov. Çənəsini boş qoymaq – danışığına fikir verməmək, ağzıboşluq göstərmək. Manafın can yandırması, qayğıkeşliyi müqabilində [Bəyim] çənəsini boş qoyub ağzına gələnləri dedi. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / çənə

çənə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 ÇƏNƏ [Cavan fəhlə:] Əh... Cəhənnəmə, gora ki, çənə özümündü (H.Abbaszadə); ZƏNƏX (kl.əd.) İndi deyirlər ki, çahə salıbdı; Zənəx kənarında, tel qabağında (Q.Zakir).

    Azərbaycan dilinin sinonimlər lüğəti / çənə

çənə sözünün rus dilinə tərcüməsi

  • 1 подбородок

    Azərbaycanca-rusca lüğət / çənə
  • 2 I сущ. 1. подбородок (выступающая округлость нижней части лица, образуемая нижней челюстью). Əllərini çənəsinə дайамаг подпереть руками подбородок, sivri çənə острый подбородок, yastı çənə срезанный подбородок 2. челюсть: 1) каждая из двух лицевых костей, в которых укреплены зубы. Üst çənə верхняя челюсть, alt çənə нижняя челюсть, çənə çıxığı вывих челюсти 2) часть лица, где находятся эти кости. Çənəsini tərpətmək двигать челюстью, çənəsi əsir челюсть дрожит 3. разг. говорун, болтун 4. тех. прихватки для зажима; тиски, зажим, струбцина II прил. 1. подбородочный. Çənə əzələləri подбородочные мышцы 2. челюстной. Çənə sümüyü челюстная кость ◊ çənə döymək (vurmaq): 1) болтать, точить лясы 2) kimlə долго спорить с кем; çənə söhbəti болтовня; çənədən möhkəm (саз) мастер говорить, бойкий на язык; çənəsi qızışmaq заговориться, увлечься беседой (разговором); çənə çalmaq см. çənə döymək; çənəsini boş qoymaq молоть языком, говорить всё, что придёт в голову, пустословить; çənəsini yormaq говорить впустую; çənəsinə güc vermək говорить без умолку; çənəsinin altına girmək kimin стоять вплотную, нос в нос с кем; çənəsinin altına salmaq kimi заговорить разговорами кого; çənəsinin çüyü çıxmaq говорить много, до устали

    Azərbaycanca-rusca lüğət / çənə

çənə sözünün inglis dilinə tərcüməsi

çənə sözünün fransız dilinə tərcüməsi

çənə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. чене; çənə sümüyü ченедин кӀараб, рекьв; 2. хуьс. тӀамбурдин ва я мс. чуькьуьдай алатрин затӀ чуькьуьдай паярикай гьар сад; ** çənə atmaq ччан гун; çənə vurmaq (döymək) чене гатун, гзаф рахун; гафарал фин, гьуьжет авун; çənəsi qızışmaq чене къизмиш хьун, кьадардилай артух рахун, рахунриз ара тагун; çənəsini boş qoymaq рахунриз фикир тагун, сивел атайди рахун.

    Azərbaycanca-ləzgicə lüğəti / çənə

çənə sözünün türk dilinə tərcüməsi

çənə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Kəlbəcər) taxılın dəyirman daşının boğazına tökülməsini tənzim edən qab. – Dən çənədən tökülür də:rmənin boğazına

Azərbaycan dilinin dialektoloji lüğəti.

"çənə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çənə nədir? #çənə sözünün mənası #çənə nə deməkdir? #çənə sözünün izahı #çənə sözünün yazılışı #çənə necə yazılır? #çənə sözünün düzgün yazılışı #çənə leksik mənası #çənə sözünün sinonimi #çənə sözünün yaxın mənalı sözlər #çənə sözünün əks mənası #çənə sözünün etimologiyası #çənə sözünün orfoqrafiyası #çənə rusca #çənə inglisça #çənə fransızca #çənə sözünün istifadəsi #sözlük