* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf (bəzən də ədatı ilə). 1. Təkrar, bir daha, təzədən, yenidən. Dünənki adam bu gün yenə gəldi. Bu gün yenə hava pisləşdi. Uşaqlar yenə qaçışmağa başladılar. – Gülbadam yenə də sual vermək istədi. N.Nərimanov. Məcnun kimi yenə düşdüm çöllərə. Molla Cümə. O günün sabahı Mirzağa üçüncü kərə olaraq Cəmilə ilə yenə üz-üzə gəldi. S.Hüseyn. // Sual şəklində: təəccüb, heyrət, məmnuniyyətsizlik bildirir. Yenə gəldin? Yenə narazılıq? Yenə də şikayət? 2. Eyni qayda üzrə, əvvəlki kimi. Yenə söhbətlər başladı. – Bir gün yenə Nigar xanımın ürəyi sıxıldı. “Koroğlu”. [Mərcan bəy:] Balam, orada olmadı, gəl yenə burada danışaq. Ü.Hacıbəyov. Otuza az qalır Aygünün yaşı; Yenə od kimidir al yanaqları. S.Vurğun. 3. Hər halda, hər necə olsa, hətta, belə, hələ də, o halda da. Gec də olsa, yenə gələcəyəm. Dediyindən yenə də əl çəkmir. Bundan yenə o yaxşıdır. 4. Eyni ilə, olduğu kimi, o cür. Dünən necə etmişdinsə, yenə elə hərəkət et.
Azərbaycan dilinin izahlı lüğəti / yenə1 1. Tarixən feili bağlama kimi formalaşıb, “qayıtmaq” mənasında yan feili qeydə alınıb. Yenə həmin sözlə bağlıdır. 2. “Bu məsələ üzərinə bir də qayıtmaq” mənasını verən söz olub (rus dilindəki опять (müqayisə et: вспять) sözü də назад deməkdir). Yenə kəlməsinin qədim mənası “təkrar” anlamına uyğun olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yenə2 нареч. 1. опять, ещё, ещё раз. Yenə xəstəsiniz? вы опять больны?, yenə də narazılıq опять недовольство, yenə deyirəm ещё раз говорю, yenə mübahisə başladı опять начались споры, yenə qayıdarıq опять вернёмся, yenə əvvəlki kimi опять как прежде, как раньше, yenə başladı опять началось, yenə də üz-üzə gəldik: 1) опять встретились 2) опять столкнулись 2. вновь, снова. Yenə də soruşdu вновь спросил, yenə də müraciət edirik вновь обращаемся, telefon yenə zəng çaldı вновь зазвонил телефон, yenə də böyük həvəslə işləyirdi вновь работал с большим рвением, yenə taleyini düşündü снова подумал о своей судьбе, yenə rəqibini uddu (он) снова обыграл своего соперника 3. опять-таки, всё же, всё-таки. Yenə kənd yeridir всё же это сельская местность 4. по-прежнему. Yenə də öz inadına davam edirdi по-прежнему продолжал упорствовать
Azərbaycanca-rusca lüğət / yenə1 z. again, once more; ~ çalış try again; Zəhmət olmasa onu yenə deyin Please say it again
Azərbaycanca-ingiliscə lüğət / yenə1 zərf. encore ; encore une fois ; davantage ; ~ çalış travaille davantage
Azərbaycanca-fransızca lüğət / yenə1 нареч. мад; мадни; // тикрар, цӀийи кьилелай; // гьа са къайдада, эвелан хьиз; // гьар гьикӀ хьайитӀани; // гьа сад хьиз, гьа са жуьре.
Azərbaycanca-ləzgicə lüğəti / yenə