* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] Əl, pəncə. Tülək tərlan təki qafil Həsən bəy; Şığıyıb çənginə götürdü bayaq. Q.Zakir. ◊ Çənginə keçirmək – ələ keçirmək, pəncəsinə keçirmək.
Azərbaycan dilinin izahlı lüğəti / çəng2 is. [fars.] Formaca arfaya oxşayan qədim Şərq simli musiqi alətlərindən biri. O yanda Sədi vəquranə çöhrəsilə baxar; Bu yanda nayü dəfü çəng kainatı yıxar. M.Hadi. İki dəqiqə keçməmişdi, bir dəstə cariyə əllərində ud və çəng oxuya-oxuya meşəyə girdi. M.S.Ordubadi. …[İnsanlar] kamanların altına çanaqlar qayırıb, kirişlərin də sayını artırmaq yolu ilə nəticədə arfa və arfaya bənzər çəng musiqi alətlərini ixtira edirlər. Ə.Bədəlbəyli.
Azərbaycan dilinin izahlı lüğəti / çəng4 is. : çəng olmaq – qıc olmaq, keyləşmək, hərəkətdən düşmək, hissizləşmək. Əl-ayağı çəng olmaq. – [Gülo:] Deməli, mənim yaşamağım üçün o ölməlidir! Sonra? Bəs sonra?! – deyib, iflic tutmuş kimi barmaqları çəng olub qıvrıldı. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / çəng5 f. 1) pəncə, ovuc; 2) barmaqla çalınan qədim simli musiqi aləti.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / çəng1 ÇƏNG I is. [ fars. ] Üçbucaq şəklində simli, dartımlı musiqi aləti. ÇƏNG II is. Dili tutulma, nitqi quruma; keyləşmə, qıc olma. Xəstə üç gündən çox idi ki, çəng olmuşdu. ÇƏNG III is. [ fars. ] Pəncə. Bəlkə bu Firuzə salıb onu lotu-potunun çənginə (M.İbrahimov). ÇƏNG IV zərf Bürüşük. ..Qırağında çəng oturub, göydə tikə qapmaqdan, çərtib çıxdım (S.Rəhimov).
Azərbaycan dilinin omonimlər lüğəti / çəng2 1 сущ. устар. судорога, корча. Əli-ayağı çəng oldu руки и ноги чьи, кого свело судорогой 2 сущ. устар. лапа, коготь. Çənginə düşmək (keçmək) kimin попасть в лапы кому, попасть в руки кому 3 сущ. чанг (музыкальный инструмент, напоминающий по форме арфу)
Azərbaycanca-rusca lüğət / çəng1 i.: ~ inə keçmək to fall* into smb.’s hand, to fall* into smb.’s clutches
Azərbaycanca-ingiliscə lüğət / çəng1 сущ.: çəng olmaq акӀаж хьун, таб акьалтун, гацум хьун, юзуриз тежер (гьисс амачир, ксай) гьалдиз атун (мес. гъил, кӀвач).
Azərbaycanca-ləzgicə lüğəti / çəng2 [fars.] сущ. тапац, гъил; ** çənginə keçirmək тапацдик кутун, пацук кутун.
Azərbaycanca-ləzgicə lüğəti / çəngI (Ordubad) lobya bitkisinin ağaca sarılan nazik hissəsi. – Lobyanın atdığı çəng nəzix’ tel kimin olur II (Bakı) dırmıq. – Çəngi bəri ver, yer çəngliyəcəgəm
Azərbaycan dilinin dialektoloji lüğəti.