çərx sözü azərbaycan dilində

çərx

Yazılış

  • çərx • 87.5000%
  • Çərx • 12.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yaqub əl-Çərxi
Yaqub ibn Osman bin Mahmud əl-Qəznəvi əl-Çərxi (1359, Qəzni və ya Əfqanıstan – 22 aprel 1447 və ya 1360, Düşənbə və ya Tacikistan) — Nəqşibəndi şeyxi. == Həyatı == Yaqub ibn Osman bin Mahmud Əfqanıstanın Lugərd vilayətinin Çərx kəndindəndir. Atası təqva sahibi bir kişiydi və babaları Çərx yaxınlarında Sərrəz kəndində yaşamışdılar. Gəncliyində röyasında Xızırı gördüyünü və onun tövsiyəsiylə elm təhsilinə başladığını söyləyən Çərxi bir müddət Heratda dini təhsil gördü. 1380-ci ildə Buxaraya gedib təfsir və fiqh oxudu, fətva vermə icazəsi aldı. Bir müddət sonra Misirə getdi və Şəhabəddin əs-Sayraminin tələbəsi oldu. Zeyniyyə təriqətının piri Zeynəddin əl-Xafi bu dönəmdə onun dərs arxadaşlarındandı. Çərxi Buxaraya döndüyündə Bahaəddin Nəqşibəndə intisab etdi. Onun vəfatına görə on bir il xəlifəsi Əlaəddin Əttarın söhbətlərinə davam etdi.Əlaəddin Əttarın vəfatının (1400) ardından Hisarı-Şadman (bu gün Tacikistanın paytaxtı Düşənbə) yaxınlarındakı Hülgatu kəndində qurduğu təkkədə irşad fəaliyətinə başladı. Ən önəmli müridi Nəqşibəndiyyənin yayılmasında böyük xidməti olan Ubeydullah Əhrardır.
Çərxi-gül xalçaları
Çərxi-gül xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir (“Leyli və Məcnun”, “Ovçuluq”, “Dörd fəsil”, Dərvişlər” və s.).

çərx sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. bax çarx. Cırıldayan arabanın çərxləri; Qazmış yolu, yerdə qalmış əsəri. A.Səhhət. Toplar öz atəşləri və çərxlərilə durmadan manevr edirdilər. Ə.Məmmədxanlı. 2. məc. Dünya, fələk. Tən etmə ki, çərx bivəfadır; Daim işi cövr ilə cəfadır. Füzuli. [Sitarə:] Lənət bu çərxə, gərdişi kim cabəcamıdır? C.Cabbarlı. □ Çərxi-dövran klas. – dünya, kainat, fələk. Çərxi-dövranın müəlla iltifatındanmı bu; Cəmi-ömrüm görmədim heç bir zaman məmlu səni?! M.Müşfiq. Ürəyində ağrı, gözündə həsrət; O, lənət yağdırdı çərxidövrana. B.Vahabzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / çərx

çərx sözünün rus dilinə tərcüməsi

çərx sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. кил. çarx; 2. пер. дуьнья, фелек; // çərxi-dövran клас. чархи-девран, дуьнья, фелек.

    Azərbaycanca-ləzgicə lüğəti / çərx

çərx sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Bax: çarx. (“Koroğlu” dastanının lüğəti)

Azərbaycan dastanlarının leksikası

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) təkər, çarx; 2) dolanma, dövr etmə; 3) m. göy, səma, asiman; 4) m. dünya, kainat; 5) m. bəxt, tale. Çərxi-cəfacu vəfasız dünya, zülm və əziyyətlə dolu dünya; çərxi-çənbəri dairəvi səma; çərxi-ətləs «atlas çarx» astronomiyada: yeddinci fələk; çərxi-fələk 1) dünya; 2) göy, səma; 3) m. bəxt, tale; çərxi-kəcmədar «tərsinə dövr edən çarx» m. zəmanə, ruzigar; çərxi-kəcrov zəmanə, ruzigar; çərxi-lacivərd göy rəngdə olan səma; çərxi-mina mavi səma; çərxi-pir qoca dünya.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"çərx" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çərx nədir? #çərx sözünün mənası #çərx nə deməkdir? #çərx sözünün izahı #çərx sözünün yazılışı #çərx necə yazılır? #çərx sözünün düzgün yazılışı #çərx leksik mənası #çərx sözünün sinonimi #çərx sözünün yaxın mənalı sözlər #çərx sözünün əks mənası #çərx sözünün etimologiyası #çərx sözünün orfoqrafiyası #çərx rusca #çərx inglisça #çərx fransızca #çərx sözünün istifadəsi #sözlük