* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [fars.] Dar, sıx. …Məlum edirəm ki, yazdığınız namələr öz vaxtında gəlib yetişibdi. Cavab yazmamağıma bais vaxtın təng olmağıdı. “Mol. Nəsr.” [Cəfər kişi:] Srağagün vaqon doldururduq, yük çox idi, taylar ağır, vaxt təng. M.İbrahimov. ◊ Təngə gəlmək – bezmək, bezikmək, usanmaq, cana gəlmək, bıqmaq, bezar olmaq. [İmran:] …Məni çox incidir ki, təngə gəlib gedəm. S.S.Axundov. [Bədəl:] Camaat xanların zülmlərindən təngə gəlib. Ə.Haqverdiyev. Təngə gətirmək – bezikdirmək, usandırmaq, cana gətirmək, bıqdırmaq, zəhləsini aparmaq, bezar etmək. [Hacı Murad:] Daha məni təngə gətirmisən. S.S.Axundov. [Dilənçilər] bəzi adamları təngə gətirib bezikdirmək və zəhlələrini aparmaqla da pul alırdılar. Ə.Sadıq.
Azərbaycan dilinin izahlı lüğəti / təng2 f. 1) dar, darısqal; 2) darıxmış, bezmiş, usanmış; 3) tövşük, tövşümə; 4) m. səthi dolanacaq; yoxsulluq, kasıblıq.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / təng3 Dar, sıx. Təngnəfəs sözünün tərkib hissəsidir. Gəl görüm, gəl görüm şahbaz şikarı, Bu meydana gələn baş verib gedər. Təng edərəm sənə bu ruzigarı, Bu meydana gələn baş verib gedər. (“Dilsuz və Xəzangül”)
Azərbaycan dastanlarının leksikası / təng1 TƏNG I is. [ fars. ] Cana gətirmə, canını boğazına yığma, incitmə, bezmə. Mən onun əlindən təngə gəlmişəm. TƏNG II is. [ fars. ] Tövşümə. Qürbətdə cana yetdim; Təng olub, sana yetdim; Vətənə dönən günü; Dinə, imana yetdim (Bayatı).
Azərbaycan dilinin omonimlər lüğəti / təng1 прил. 1. устар. тесный 2. тяжёлый, трудный; təngə düşmək осложняться, осложниться; təngə gəlmək nədən изводиться, известись, измучиться от чего; təngə gətirmək kimi изводить, извести, измучить кого; nəfəsi təng olmaq задыхаться (испытывать стеснение в дыхании от недостатка воздуха) ◊ dünya başına təng olub kimin свет стал не мил кому; dünyanı başına təng eləmək kimin доводить, довести кого до отчаяния; vaxt təng olub времени стало мало
Azərbaycanca-rusca lüğət / təng1 i.: ~ə gəlmək to be* exasperated (by / at); to be* / to get* exhausted; to exhaust oneself (with); to be* tired out; d.d. to eat* one’s heart out (with); ~ə gətirmək to exhaust (d.), to tire out (d.); (əziyyət vermək) to forment (d.); to vex (d.), to exasperate (d.)
Azərbaycanca-ingiliscə lüğət / təng1 is. ~ə gəlmək exténuer (s’), être exténué, - e ; être fatigué, -e ; être épuisé, -e ; ~ə gətirmək exténuer vt, éreinter vt, fatiguer vt
Azərbaycanca-fransızca lüğət / təng1 [fars.] прил. дар, гуьтӀуь; ** təngə gəlmək чандиз атун, ччан туьтуьниз атун, бизар хьун, жазан хьун, шерзум хьун; təngə gətirmək чандиз гъун, ччан туьтуьниз гъун, зегьле тухун, бизар авун, шерзумун, жазанарун.
Azərbaycanca-ləzgicə lüğəti / təngI (Ordubad) 1. döngə 2. dalan. – Hüseyngil bı təngdə olur II (Bakı) dar III (Ordubad) bərəçinin bərəni sürdüyü zaman durduğu yer. – Təng gəminin lap qutaracağında olur IV (Ordubad) qoşqu heyvanlarının qarnının altından keçirilən qayış və ya kəndir. – Eşşəyin təngini çək
Azərbaycan dilinin dialektoloji lüğəti.