təngə sözü azərbaycan dilində

təngə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • təngə • 93.8976%
  • Təngə • 5.7087%
  • TƏNGƏ • 0.3937%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Təngə
Təngə (fars. تانقا‎) — Əmir Teymur dövründə yeni bir sikkə buraxıldı. XIV yüzilliyin sonlarında buraxılan bu pul vahidinin adı "təngə" idi. "Təngə" hind sözüdür, "danq" sözündəndir, çəki vahidi olub. Əmir Teymurun üçüncü yürüşündən sonra Azərbaycan zərbxanaları Teymuri pul-çəki sistemi ilə yeni sikkə nominalları – təngə və miri zərb etməyə başladılar. Bu dövrdən başlayaraq Cəlairi və Şirvanşahlar dövlətinin zərbxanaları pul dövriyyəsinə gümüş dirhəm dinarlarla yanaşı, həm də təngə və miri buraxmağa başladılar. Təngələr Şirvanşah, Qaraqoyunlu, Ağqoyunlu və ilk Səfəvi hökmdarlarının zamanında əsas pul nominalına çevrilmişdi. Şirvanşah I İbrahim Qara Yusifdən vassallığı qəbul edərək, 1413-cü il baharında Şirvana qayıdır. Bu dövrdən başlayaraq Şirvan zərbxanaları Qaraqoyunlu hökmdarı Sultan Pir Budaq və Əmir Qara Yusifin adından məscidlərdə xütbə oxutmağa və zərbxanalarda gümüş təngə, dirhəmlər və mis felslər zərb etməyə başladı. Şirvanşah I İbrahimin Əmir Qara Yusifdən asılılığı nominal xarakter daşıyırdı.
Qazaxıstan təngəsi
Qazaxıstan təngəsi — Qazaxıstanın milli valyutası. Təngə 100 tiyinə bölünür (тиын, tiyin və ya tijin kimi də tərcümə olunur). ISO-4217 kodu KZT-dir. == Etimologiyası == Təngə sözü Qazax dilində və bir çox türk dillərində tərəzi mənasını verir(qədim özbəkcə tənga və ya tacik dilində tanga borc götümək terminidir). Sözün mənşəyi bərabər, balans mənasında olan türkcə teŋ- hissəciyindən gəlir. Bu valyutanın adı funt, lira, pesoya oxşardır. Valyutanın adı rus dilinə türk dilindən keçmiş rus. деньги / den'gi pul sözü ilə bağlıdır. == Simvol == Novruz bayramından iki gün əvvəl 20 mart 2007-ci ildə, Qazaxıstan Milli Bankı Təngə üçün əyani simvolu təsdiqlədi . Simvol 2008-ci ildə Unicodedə kodlaşdırma üçün təklif olunub.
Təngəaltı
Təngəaltı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Vəlvələçayın Yan silsiləsini kəsdiyi yerin yaxınlığındadır. Oykonim tat dilindəki təngə (dar dərə) və altı (“aşağı” mənasında olub, mövqe bildirir) sözlərinin birləşməsindən düzəlib, “dar keçidin, yaxud dar dərənin altı” deməkdir. XIX əsr mənbələrində Afurca kəndinin qışlağı kimi qeyd olunmuş, tədricən yaşayış məntəqəsinə çevrilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 705 nəfər əhali yaşayır. Kəndin əhalisini tatlar təşkil edir. == Din == Kənddə "Seyidlər" məscidi dini icması fəaliyyət göstərir.
Təngəbin
Təngəbin — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 227 nəfərdir. == Toponimiyası == Talış dilində təngə "dar dərə" və bin "alt", "dib" deməkdir (Dar dərədibi kəndi).
Təngərud
Təngərud — Azərbaycan Respublikasının Astara rayonunun Təngərud kənd inzibati ərazi dairəsində kənd. == Adın mənşəyi və Tarixi == Oykonim Təngərud çay adı ilə kənd sözlərinin birləşməsindən əmələ gəlmişdir. Türk dilindəki təng (təngə) "dar dərə", "ə" birləşdirici sait və ru (rud) "çay" mənasındadır (Dar dərə çayı). Kənddə — ətrafda məşhur olan — Baba Cəbrayıl piri vardır. == Tanınmış şəxslər == Hilal Məmmədov (1959–) — hüquq müdafiəçisi.
Təngərud bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Təngərüdçay
Təngərüdçay – başlanğıcını Talış silsiləsinin Şindan qalası zirvəsindən götürür və Astara rayonunun Şahağacı kəndi yaxınlığında Xəzər dənizinə tökülür. Çay dərəsi Talış dağlarının Peştəsər və Buravar silsilələrini kəsir. Burada çay dərin və dik yamaclı dərələr əmələ gətirir. Onun illik orta su sərfi 2,92 m³/san-dir ki, bunun da 30%-i yaz, 38%-i yay, 42%-i payız, 20%-i qış fəslinə düşür. Çayın ən çox sulu dövrü oktyabr-noyabr aylarına təsadüf edilir. Daşqınlar aprel ayına qədər davam edir. "Təng" - talış dilində "dar", "ensiz", "ru, rud" isə "çay deməkdir. Ensiz çay dərəsinə malik olduğu üçün yerli əhali tərəfindən çaya bu ad verilmişdir.
Təngərüd
Təngərud — Azərbaycan Respublikasının Astara rayonunun Təngərud kənd inzibati ərazi dairəsində kənd. == Adın mənşəyi və Tarixi == Oykonim Təngərud çay adı ilə kənd sözlərinin birləşməsindən əmələ gəlmişdir. Türk dilindəki təng (təngə) "dar dərə", "ə" birləşdirici sait və ru (rud) "çay" mənasındadır (Dar dərə çayı). Kənddə — ətrafda məşhur olan — Baba Cəbrayıl piri vardır. == Tanınmış şəxslər == Hilal Məmmədov (1959–) — hüquq müdafiəçisi.

təngə sözünün leksik mənası və izahı

"təngə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təngə nədir? #təngə sözünün mənası #təngə nə deməkdir? #təngə sözünün izahı #təngə sözünün yazılışı #təngə necə yazılır? #təngə sözünün düzgün yazılışı #təngə leksik mənası #təngə sözünün sinonimi #təngə sözünün yaxın mənalı sözlər #təngə sözünün əks mənası #təngə sözünün etimologiyası #təngə sözünün orfoqrafiyası #təngə rusca #təngə inglisça #təngə fransızca #təngə sözünün istifadəsi #sözlük