Ləngəbiz (Ağsu)
Ləngəbiz — Azərbaycan Respublikasının Ağsu rayonunun Ləngəbiz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Ağsu rayonunun Ləngəbiz kəndi Qəşəd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Ləngəbiz kənd inzibati ərazi vahidi yaradılmışdır.
== Tarixi ==
Ləngəbiz oykoniminə Şirvan ərazisində həm də oronim (dağ adı) kimi rast gəlinir. Ləngəbiz kəndi XIX əsrin əvvəllərində Şirvan əyalətinin Qoşun mahalına daxil olmuşdur. 1824-cü il sənədlərində Ləngəbiz kəndinin 30 ailəlik nüfuza malik olduğu qeyd edilir. Ləngəbiz oykonimi bəzi mənbələrdə Lanqobaz kimi yazılır.
== Əhalisi ==
1886-cı ildə Cənubi Qafqaz əhalisinin göstəricilərinin qeyd olunduğu statistik məlumatlarda kənd əhalisinin sayı, etnik tərkibi və konfessionl tərkibi haqqında da məlumatlar yer alıb. Bu məlumatlara əsasən Vakı quberniyasının, Şamaxı qəzasının, Ləngəbiz Qəbristan sahəsində ümumilikdə 86 ev və 600 ( 333 kişi və 267 qadın) sakin qeydə alınmışdır. Kənd əhalisi sünni məzhəbində olan türklərdən ibarətdir. Onlardan 15 nəfəri bəy, 12 nəfəri ruhani, 573 nəfəri isə kəndlilərdir.