* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Ən cüzi bir zaman, bir göz qırpımlıq vaxt, an, dəm. Cananı görən ləhzədə can düşdü ayağa; Yalvardı gəda iczilə sultanını görcək. S.Ə.Şirvani. □ Bir ləhzə – bir saniyə, bir an, bir dəm, göz açıbyumunca. Sanma ki, bir ləhzə keşikçim yatır; Fikri qalıb məndə nigahbanım. A.Səhhət. [Kərəm:] Canım Əsli, bir ləhzə mənimlə otur, səni tapmışam və səndən ayrıla bilmərəm. Ü.Hacıbəyov. Bir ləhzədə, bir ləhzə içində – dərhal, o saat, bir göz qırpımında, göz yumub açınca. [Vaqif:] Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə; Sən bizim dağlar pələngi qəhrəman Eldara bax! S.Vurğun. // Ümumiyyətlə zaman, vaxt, müddət. □ Hər ləhzə, hər ləhzədə – həmişə, hər vaxt, hər zaman, daima. Bica yerə hər ləhzədə min şurü-şərin var; Çox pis nəzərin var. M.Ə.Sabir. Hansı bir kəsbə yapışdım ki, yar olsun tale; Sən çıxıb qarşıma hər ləhzədə oldun mane. A.Səhhət.
Azərbaycan dilinin izahlı lüğəti / ləhzə2 ə. 1) bir baxış, bir nəzər; 2) az vaxt; bir an.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ləhzə1 Ərəbcə mülahizə sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / ləhzə1 i. moment, instant; bir ~də in an instant, in a moment, in a flash; in a twinkling
Azərbaycanca-ingiliscə lüğət / ləhzə1 [ər.] сущ. 1. легьзе, гьелен, лап жизви вахт, вил элядай (вили лупӀдай) кьван вахт; // bir ləhzə са легьзе, са гьелен, са секунд, вил мичӀна ахъайдалди; bir ləhzədə, bir ləhzə içində са легьзеда, са гьеленда, гьасятда, вили лупӀдалди, вил мичӀна ахъайдалди; 2. чӀав, вахт, заман; hər ləhzə, hər ləhzədə гьар са чӀавуз, гьар вахтунда, гьамиша, даима.
Azərbaycanca-ləzgicə lüğəti / ləhzə