zəngə sözü azərbaycan dilində

zəngə

Yazılış

  • zəngə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hüseynqulu xan Zəngənə
Hüseynqulu xan Zəngənə (?-?) — Zəngənə elinin başçılarından, Nadir şah Qırxlı-Avşarın sərkərdəsi. == Həyatı == Hüseynqulu xan Hacı Hüseynəli xan oğlu Kirmanşah şəhərində doğulmuşdu.Mükəmməl mədrəsə təhsili almışdı. 12 mart 1729-cu ildə Nadir Hüseynqulu xanı Gilan əyalətinə hakim təyin etdi. Həmin zaman Gilan rusların əlində idi. Nadir Rusiyaya elçi göndərin Gilan və Astrabadı geri tələb etdi. 1730-cu ilin martında Nadir Həmədana doğru istiqamət götürdü. Onun qoşunu 25 min nəfərlik süvari və piyadalardan ibarət idi. Bu yürüşdə onu toplar və zənburəklər müşayiət edirdilər. Eyni zamanda o, Tehrandakı qüvvələrə də xəbər göndərdi ki, Qəzvin-Ave yolu ilə Azərbaycanın cənub-qərbinə doğru hərəkət etsinlər. Hüseynqulu xan Zəngənə özünün beş min nəfərlik dəstəsi ilə Gülpayqan yaxınlığında düşərgə saldı.
Murğuz (Zəngəzur)
Murğuz — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 31 km cənubda, Sofulu kəndinin yaxınlığında yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Muxris, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Mahrus, Qafqazın 5 verstlik xəritəsində Murqus, erməni mənbələrində Murxuz formasında qeyd edilmişdir. == Toponimi == Toponim türk dilində "təpə" mənasında işlənən mar sözünün fonetik variantı olan mur sözü ilə ğuz (oğuz etnonimi ərəb mənbələrində adı) etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. XIX əsrdə Zəngəzur qəzasında yaşamış Sofulu tayfasının qışlaqlarından (bax: Acıbac) birinin adı idi. Mənbədə Murxus kimidir (yenə orada). Əsli:Murquz. XIX əsrdi Tiflis quberniyasının Borçalı qəzasında Murquztəpə, Azərbaycanda Murquzdağ [Qazax rayonu] və Murquztala (Zaqatala rayonu) kənd adları ilə mə'naca eynidir.
Məhəmməd xan Zəngənə
Məhəmməd xan Əmir Nizam Zəngənə (ö.1841) — Hacı Əli xan Zəngənə oğlu, Fətəli şah və Məhəmməd şah dövrlərində, Azərbaycanın hakimi, Azərbaycan ordusunun komandanı və Abbas mirzənin müşiri olmuşdur.Aleksandr Qriboyedovun qətlindən sonra, 1829-cu ildə Məhəmməd xan Zəngənə, Abbas mirzənin oğlu şahzadə Xosrov mirzə Qovanlı-Qacarla üzrxahlıq üçün Sankt-Peterburqa getmişdi. Tiflisdəki "Diplomatik dəftərxana" da "Tiflisdə tatar dilində qəzet nəşri haqqında" 142 nömrəli iş 29 mart 1831-ci ildə açılıb, 30 yanvar 1833-cü ildə bağlanmışdır. İş Təbrizdən Bezakın diplomatik dəftərxanaya məktubu ilə başlanır. O, xahiş edirdi ki, Azərbaycan dilindəki qəzet Təbrizdə Məhəmməd xan Əmir Nizama təqdim olunmaq üçün "ardıcıl çatdırılsın", çünki o, qəzetin məzmunu ilə şahı tanış edəcəkdir. == Həyatı == Nadir mirzə öz nüsxəsində yazır: "… Əmir- nizam Məhəmməd xan ölümündən 1 il qabaq Urmiyadan gəlirmis. Acı çay körpüsündən keçərkən, Təbriz qadınlarından bir neçəsi ona yaxınlaşaraq çörək qıtlığından ona şikayət edib, balaları aclıq çəkdiklərini bildirir və ağlayırlar. Təbriz qadınlarının göz yaşları Məhəmməd xana çox ağır təsir edir və deyir: " Mənə sabahadək möhlət verin" Sabahı, onun göstərişi ilə həmin ərazinin başçıları və hərbi mənsəb sahibləri çörəkçilərin hamısını tutdular. Çörəyi gizlədib narazılıq yaradan və möhtəkirlik edən o zümrənin hamisı tənbeh olundu. "Uzun saqqallıq edənlərin" çubuq cəzasından sonra hamısının saqqalı qırxıldı. Hətta , bəzilərinin qulağını kəsdilər.
Pərvanə Zəngəzurlu
Pərvanə Zəngəzurlu (1958, Acıbac, Qafan rayonu) — Aşıq Pəri Məclisinin sədri, şairə, "Qızıl qələm" media mükafatı laureatı. Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Pərvanə Hüsü qızı Mustafayeva (Zəngəzurlu) 1958-ci ildə Qafan rayonunun Acıbac kəndində doğulub. 1980-ci ildə M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunu (indiki adı: Azərbaycan Dövlət Pedaqoji Kolleci) bitirib. Təyinatla 25 il Fatmai kənd orta məkdəbində müəllim işləmişdir. Yaradıcılığa gənc yaşlarından başlayıb. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2002-ci ildən Aşıq Pəri Məclisinin, 2003-cü ildən "Məhsəti" məclisinin üzvüdür. 2011-ci ildən Aşıq Pəri Məclisinin rəhbəridir. Pərvanə Zəngəzurlunun sözlərinə yazılmış, aşıq və müğənnilər tərəfindən oxunan mahnılardan ibarət 6 audio diski işıq üzü görüb. 2013-cü ildə AYB-nin təltif etdiyi prezident təqaüdünə layiq görülüb.
Səlim Karvansarası (Zəngəzur mahalı)
Səlim Karvansarası – Azərbaycan tarixi Zəngəzur mahalında, dəniz səviyyəsindən 2410 m hündürlükdə, Səlim keçidindədir. Asiya ilə Avropanı birləşdirən tarixi Böyük İpək Yolunun üstındə yerləşirdi. Yaxşı cilalanmış bazalt daşından inşa edilmişdir. Salonu 7 qoşa dirəklə orta (5.3 m) və yan (3.05–3.2 m) hissələrə – neflərə bölünmüşdür. Bina tikilərkən giriş qapısının (1.80 x 0.86 m) üzərindəki divara hörülmüş daşda (1.87 x 0.86 m) cızma üsulu ilə həkk olunmuş farsca kitabədə karvansaranı Elxani hökmdarı Əbu Səidin vaxtında Çuşkyab ibn Ləvənd ibn Şax Nur ibn … adlı şəxsin vəsaiti ilə hicra 729–1328-1329 ildə inşa edildiyi göstərilir. Tədqiqatlar nəticəsində sübut edilmişdir ki, S.k. Araz boyunca Böyük İpək Yolunun abadlaşdırılmasına çalışan Elxani hökmdarları vaxtında inşa edilmiş abidələrdən olub, Qarabağ memarlıq məktəbinə mənsubdur. == Mənbə == Nemətova M. S. Köprükənddə konfrans: "Elm və həyat" jurnalı, 1997, № 2; Немат М.С. Корпус эпиграфических памятников Азербайджана, т. 3. Арабо-персо-тюркоязычные надписи Нахичеванской Автономной Республики (XII–XX вв.), Баку, 2001, стр.
Urud (Zəngəzur)
Urud — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. Erməni mənbələrində kəndin başqa adının Orod olduğu göstərilir. == Tarixi == == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 8 km cənub-şərqdə, Bazarçay çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsindən qeyd edilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 111 nəfər, 1873-cü ildə 222 nəfər, 1886-cı ildə 211 nəfər, 1897-ci ildə 359 nəfər, 1908-ci ildə 435 nəfər, 1914-cü ildə 408 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan urudlular öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 173 nəfər, 1926-cı ildə 263 nəfər, 1931-ci ildə 340 nəfər, 1987-ci ildə 16–18 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi torpaqlardan deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.
Zəngəkan (Urmiya)
Zəngəkan (fars. زنگكان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (21 ailə).
Zəngələ
Zəngələ — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Zəngələ kəndi Horavar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Vərov kəndi mərkəz olmaqla Vərov kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Oykonim Zəngənə adlı bir tayfanı əks etdirir. Məmməd Həsən Vəliyevin sözlərinə görə, XIV əsrdə Hulaku hökmdarlar ilə Zəngənə tayfası Türküstandan İrana göçürülüb gəlmişdi. Və bu tayfa orta əsrlərdə qızılbaşlara qoşulmuşdur. Bir müddət keçəndən sonra Səfəvi şahları Zəngənə tayfasına Azərbaycanda,Gürcüstanda və Ermənistanda ərazi ayırmışdır. Zəngələ sözünün etimologiyası ilə bağlı üç fərziyyə var. Bunlardan biri zəngənə adlı tayfa ilə bağlıdır. Digər iki fərziyyəyə görə kəndin adı talış dilindən zənqulə (sırsıra) və ya zənqələ (balıqqulağı) sözləri ilə əlaqələndirir. == Tarixi == == Coğrafiyası və iqlimi = == Kənd Peştəsər silsiləsinin ətəyində yerləşir.
Zəngənə
Zəngənə bu mənalarda gələ bilər: Yaşayış məntəqələri Zəngənə (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Zəngənə (Məlayer) — İranın Həmədan ostanında şəhər. Şəxslər Məhəmməd xan Zəngənə — Fətəli şah və Məhəmməd şah dövrlərində, Azərbaycanın hakimi. Digər Zəngənə eli — Səfəvilər dövlətində qızılbaşlarla yanaşı yaşam sürən qurum.
Zəngənə (Həmədan)
Zəngənə — İranın Həmədan ostanının Məlayir şəhristanının Zənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 844 nəfər və 242 ailədən ibarət idi.
Zəngənə (Məlayer)
Zəngənə — İranın Həmədan ostanının Məlayir şəhristanının Zənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 844 nəfər və 242 ailədən ibarət idi.
Zəngənə (Məlayir)
Zəngənə — İranın Həmədan ostanının Məlayir şəhristanının Zənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 844 nəfər və 242 ailədən ibarət idi.
Zəngənə (Puldəşt)
Zəngənə (fars. زنگنه‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (13 ailə).
Zəngənə (Sabirabad)
Zəngənə — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 2379 nəfərdir. == Əhalisi == Qiyasəddin Qeybullayevə görə, kəndin əhalisi kürd mənşəli zəngənə tayfasına mənsub olmuşdur.
Zəngənə eli
Zəngənə eli — Kürd ya kürd qəbiləsi. == Tarixi == Zəngənə eli əsasən Azərbaycanda və Kirmanşahda köç-düşlə məşğul olurdu. == Kökənləri haqda fərziyyələr == M.H.Vəliyevə görə zəngənə tayfası XIII əsrin ortalarında Elxanilər (Hülakülər) tərəfindən Türkmənistandan köçürülmüş türk tayfalarındandır. == Elin oymaq və tayfaları == Çubin tayfası Kəndulə tayfası Osmanvənd tayfası Namivənd tayfası Çəhər tayfası == Elin məşhur nümayəndələri == Əlibala bəy Zəngənə — I Şah Abbas Səfəvinin cilovdarı. Şeyxəli xan Zəngənə (?-1688) Şahrux sultan Zəngənə— (?-1639), Zəngənə elinin başçısı. Şahqulu xan Zəngənə (1707-1715)-ci illərdə, Şah Sultan Hüseyn Səfəvinin hakimiyyəti dönəmində Səfəvilər dövlətinin baş vəziri. Hacı Hüseynəli xan Zəngənə— Şeyxəli xanın oğlu, sərkərdə. Əbdülbaqi xan Zəngənə— Hacı Hüseynəli xanın oğlu, elxan. Hüseynqulu xan Zəngənə — Hacı Hüseynəli xanın oğlu, Nadir şah Qırxlı-Avşarın sərkərdəsi. İmamqulu xan Zəngənə — Məhəmmədrəhim bəy oğlu, Zəngənə elinin böyüklərindən, Nadir şah Qırxlı-Avşarın sərkərdəsi.
Zəngəran
Hamarkənd — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Hamarkənd Yardımlı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Oykonim hamar (düzən) və kənd sözlərindən düzəlib, "düzənlikdə yerləşən kənd" mənasındadır. Yaşayış məntəqəsi həqiqətən də düzənlikdə salınmışdır. == Tarixi == "Azərbaycan toponimlərinin ensklopedik lüğəti"ndə Hamarkənd oykonimi hamar (düzən) və kənd şəklində, yəni, "düzəndə yerləşən kənd" mənasında izah edilmişdir. Kəndin son dəfə salınma tarixi Səfəvilər dövrünə təsadüf edir. Ətraf kəndlərə nisbətən düzənlikdə və hamar yerdə yerləşdiyi üçün 20-ci əsrin əvvəllərindən kəndin adı dəyişilərək, Hamarkənd adlanır. Kəndin qəbiristanlığındakı məzarüstü abidələrin, baş daşlarının, sinə daşlarının üzərindəki yazı və naxışlarının araşdırılıb öyrənilməsi üçün Azərbaycan Milli Elmlər Akademyasının arxeologiya institunun əməkdaşı tərəfindən tədqiq edilərək bildirilmişdiki bu tayfa 13–15-ci əsrin nümunələrinə təsadüf edir, daha doğrusu 1500-cü ildə Şah İsmayıl Xətainin qurub-yaratdığı qüdrətli Azərbaycan Dövlətinin, Səfəvilərin "Şiəlik" məzhəbinin kökündən gəlir. Bu tayfa sırf Bəylərbəyi tayfalarının bir qoludur.
Zəngəzur
Zəngəzur — Ermənistanın cənub hissəsini və Azərbaycan ərazilərinin kiçik bir hissəsini əhatə edən tarixi mahal. Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Meğri (Mehri) Zəngilan, Qubadlı və Laçının bir hissəsini əhatə edirdi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 Azərbaycan Türkü, 91 kürd və 81 erməni kəndi var idi. == Etimologiya == Toponimin sonundakı "zur" türk dilində "dərə", "yarğan" mənasında işlənən car (>zar>zur -İ. B) sözünün fonetik variantıdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Bölgədə Tatev monastırı adlanan köhnə bir kilsə var. Əmir Teymur bölgəni fəth etmək istədikdə ona zəngin insanları xəbərdar etdiyini və onların qarşısını aldığını söylədilər; Beləliklə, təxribatçılar göndərdi. Səhər olanda monqollar xalqın küçələrə çıxması üçün zəngi çaldı və xalq, camaat bir -birinə dedilər: Güc zəngi (zəngezor) çalındı! == Təbiəti == Qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları bu qədim mahalın sipərinə çevrilib.
Zəngəzur (film,1938)
== Məzmun == Zəngəzur filmi Ermənistan SSR-də Amo Beknazaryanın rejissorluğu ilə çəkilən filmdir. Film Zəngəzurda Qızıl ordu və yerli bolşeviklərin daşnaklara qarşı mübarizəsindən bəhs edir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor : Ssenari Müəllifi : Operator : Musiqi Tərtibatı : Səs Operatoru : == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 40.
Zəngəzur Cəmiyyətləri Birliyi
Zəngəzur Cəmiyyətləri Birliyi — Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilat. == Haqqında == "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi 1992-ci ilin 15 aprelində Bakı Dövlət Universitetinin Akt zalında Zəngəzur bölgəsindən olan 300-dən çox tanınmış alim, yazar, ziyalı, dövlət və ictimai xadimlərin iştirakı ilə keçirilən təsis konfransında yaradılıb və 1992-ci ilin mayın 20-də Dövlət qeydiyyatına alınıb (№ 176).[mənbə göstərin] İctimai xadim, tarix elmləri doktoru Kamran Hüseynov Birliyin ilk sədri seçilib. İkinci sədri Tofiq Mehdiyev uzun illər rəhbər partiya, dövlət işlərində çalışıb, XI, XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, hazırda Birliyin Ağsaqqallar Şurasının sədridir.[mənbə göstərin] 2010-cu ildən İctimai Birliyin sədri tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğludur.[mənbə göstərin] Birlik QHT Şurasının və QHT Agentliyinin maliyyə dəstəyi ilə son 12 ildə Azərbaycan, Çexiya və Türkiyədə 12 layihəni icra edib, layihələrin icrası dəfələrlə "əla" qiymətləndirilib, Fəxri fərmanlara layiq görülüb. 2013-cü ildən Birliyin zengezur.com saytı fəaliyyətdədir. Birliyin Sisian, Gorus, Qafan, Mehri, Laçın, Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl özəkləri və Türkiyədə nümayəndəliyi vardır. QHT-nin maliyyələşdirdiyi layihələr çərçivəsində nəşr edilən "Türk, ya erməni soyqırımı? Gerçək tarix rus, ingilis, fransız, amerikan, yəhudi, gürcü, erməni şahidlərin gözü, sözü ilə" kitabının (müəllif H. Nərimanoğlu) Praqada, "Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular" kitabının (müəllif H. Nərimanoğlu) Türkiyənin Rizə, Amasya, Samsun universitetlərində təqdimatları keçirilib. Eləcə də Birliyin hazırlayıb nəşr etdirdiyi, ölkəmizdə ilk təşəbbüs olaraq Vətənimizin şimal bölgəsində yaşayıb Azərbaycan, ləzgi, tat, xınalıq, dağ yəhudiləri, qırız, buduq dillərində yazıb yaradan 55 şair və nasirin yaradıcılığından 8 dildə seçmələrin toplandığı "Bir yanı Şah dağı, bir yanı Xəzər" və respublikamızın cənub bölgəsində doğulub yaşayan, Azərbaycan və talış dillərində yazıb yaradan 128 şair və nasirin yaradıcılığından seçmələrin toplandığı "Gəl bizim yerlərə…" kitab — almanaxlarının 14 rayonda təqdimatları keçirilərək 120 kitabxanaya paylanıb. Zəngəzur bölgəsinin tarixinə, Qaçaq Nəbi, Sultan bəy və Xosrov bəy qardaşlarına, Milli Qəhrəman Əliyar Əliyevin döyüş yoluna həsr olunmuş 7 monoqrafiya və elmi-kütləvi kitablar nəşr edib, sənədli filmlər çəkib, 30 konfrans, müsabiqə, dəyirmi masa, təqdimat təşkil edib.[mənbə göstərin] 2022-ci ildə QHT Agentliyinin maliyyəsi ilə həyata keçirilən "Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək" layihəsi çərçivəsində Birlik həm də "Şəhidlər", "Şərqi Zəngəzur", "Qardaşlığın Zəfəri", "Şuşa-270" kitablarını nəşr edib, Şuşa, Cəbrayıl, Qubadlı, Laçın, Zəngilan, Kəlbəcər rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təqdimatlarını keçirib, layihə barədə KİV-də, 4 televiziya da daxil olmaqla, 63 informasiya yayılıb, sosial şəbəkədə 24 paylaşma 10 mindən çox oxunma, bəyənmə olub (siyahı bu linkdə). Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində respublikamızda ilk "QHT Kitabxanası" yaradıb və bir neçə tədbir keçirib.
Zəngəzur Gorus FK
Zəngəzur Gorus Futbol Klubu (erm. Ֆուտբոլային Ակումբ „Զանգեզուր“ Գորիս) — Ermənistanda Gorus şəhərini təmsil etmiş futbol klubu. 1982-1997-ci illər aralığında fəaliyyət göstərib. == Tarixi == Zəngəzur Gorus FK 1982-ci ildə Ermənistan Respublikasının Gorus şəhərində yaradılıb. Klub ilk dəfə 1993-cü ildə Ermənistan Çempionatının Birinci Liqasında çıxış edərək birinci yeri tutmuş və yüksək liqaya vəsiqə qazanmışdır. Yüksək liqada ard-arda 4 mövsüm çıxış etsə də 1996/97 mövsümündə axırdan ikinci - 11-ci yeri tutaraq aşağı liqaya yuvarlanmış, bununla da klub faəliyyətini 1997-ci ildən bəri dayandırmışdır. == Uğurları == Ermənistan Çempionatının bürünc mükafatçısı 1995 == Baş məşqçiləri == A. Arakelyan (1991) Vrej Davatyan (1994) Serj Petrosyan (1995 - 1996) Feliks Veranyan (?
Zəngəzur Milli Parkı
Zəngəzur Milli Parkı (tam adı: Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı) – 2003-cü ilin 16 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazisinin 12131 hektarında yaradılmışdır. 2009-cu il 25 noyabr tarixinədək Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı adlanmış, həmin tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə adı dəyişdirilmişdir. Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılmışdır. Milli Parkla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazisinin 27870,0 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir. == Coğrafiyası == Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Gəmiqaya Zəngəzur Milli Parkının ərazisində olmaqla 3906 metrdir. Bu eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsidir. Zəngəzur silsiləsinin sonuncu üçüncü hissəsi Soyuq dağdır ki, o da Zəngəzur Milli Parkının ərazisinə daxildir. Soyuq dağın mütləq yüksəkliyi 2000–3000 metr arasında tərəddüd edir. Bu hissə 12 km-lik bir məsafədə həm cənub, həm də qərb istiqamətində alçalır.
Zəngəzur armudu
Zəngəzur armudu (lat. Pyrus zangezura) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Ermənistanda (Basarkeçər rayonu Məzrə kəndi, Sav-Çay dərəsi) yayılmışdır. == Botaniki təsviri == Budaqları çılpaq, iynəsiz, qonur qabıqla örtülmüş (yaşlandıqda bozumtul olur) 10 m-ə qədər hündürlükdə ağacdır. Yarpaqların üstü yaşıl, alt tərəfi açıq yaşıl, ellipsvaridən enli-lansetvariyədək, aşağı hissəsi enəlmiş, uzunluğu 5-9 sm, eni 3-5 sm-dir. Yarpağın ucu küt və ya bir az biz, kənar dişlidir. Tumurcuqların uzunluğu 0,5 sm-dək, ensiz-konusvaridən yumurtavariyədək. Aprel-may aylarında çiçəkləyir, avqust-sentyabr ayları arasında isə meyvəsi yetişir. Meyvələri armudşəkilli və ya təxminən şar şəkilli, bərktəhər, lətində çox miqdarda bərk hüceyrəlidir, sancaqvari qalınlaşmış saplaqlıdır. Meyvələrin diametri təxminən 1,5 sm, qalxanlarda 7-8 ədəd yerləşir.
Zəngəzur dağları
Zəngəzur silsiləsi və ya Zəngəzur dağları — Cənubi Qafqazda, Azərbaycan və ərazisində dağ silsiləsi. Şimalda Tərtərçay və Arpaçayın yuxarı axınlarından başlayaraq Araz çayına qədər uzanır. Uzunluğu 130 km-dir. Dağ silsiləsinin çox hissəsi sıldırım yamaclıdır. Əlvan metallara zəngin mürəkkəb geoloji quruluşa malikdir. == Ümumi məlumat == Ümumiyyətlə, Naxçıvan MR-in ərazisində əsas üstünlük təşkil edən iki iri oroqrafik vahid vardır: Zəngəzur silsiləsi Dərələyəz silsiləsi Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Qapıcıq (3906 metr) eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvədir. Qapıcıq zirvəsi 3865 metr hündürlüyə malik olan daim qar xəttindən də yüksəyə qalxır. Zəngəzur silsiləsi həm də Kiçik Qafqazın böyük silsilələrindən biri olub, Naxçıvan MR ilə Ermənistan arasında təbii sərhəd təşkil edir. Cənub-şərq istiqamətində tədricən ucalaraq Qapıcıq dağında öz maksimumuna çatan silsilə Qapıcıqdan cənuba doğru yenidən alçalmağa başlayır.
Zəngəzur döyüşləri
Zəngəzur döyüşləri — 2021-ci il noyabrın 16-da, Azərbaycan və Ermənistan Respublikaları sərhədində baş verən döyüşlərdir. Döyüşlər əsasən Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın və Kəlbəcər rayonlarının Ermənistanın Zəngəzur bölgəsi ilə həmsərhəd ərazilərində baş verib. Döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin döyüş vasitələri, tank əleyhinə qurğu və minaatan məhv edilib. == Zəmin == Noyabrın 13-də saat 07:12-də Azərbaycanın Xankəndi şəhərindən Xankəndi-Laçın şose yolu ilə avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan vətəndaşı "RQD-5" markalı əl qumbarası ilə Azərbaycan Respublikasının ərazisində terror aktı törədir. Belə ki, qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşərək Şuşa şəhərinin Daşaltı kəndi yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atıb. Nəticədə 3 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Terrorçu Rusiya sülhməramlıları tərəfindən tutulsa da, tezliklə azadlığa buraxılıb və Ermənistanda qəhrəman kimi qarşılanıb. Bu hadisədən sonra Azərbaycan və Ermənistan hərbçiləri arasında sərhəd boyunca qarşılıqlı atışmalar güclənib.
Zəngəzur döyüşləri (Noyabr, 2021)
Zəngəzur döyüşləri — 2021-ci il noyabrın 16-da, Azərbaycan və Ermənistan Respublikaları sərhədində baş verən döyüşlərdir. Döyüşlər əsasən Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın və Kəlbəcər rayonlarının Ermənistanın Zəngəzur bölgəsi ilə həmsərhəd ərazilərində baş verib. Döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin döyüş vasitələri, tank əleyhinə qurğu və minaatan məhv edilib. == Zəmin == Noyabrın 13-də saat 07:12-də Azərbaycanın Xankəndi şəhərindən Xankəndi-Laçın şose yolu ilə avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan vətəndaşı "RQD-5" markalı əl qumbarası ilə Azərbaycan Respublikasının ərazisində terror aktı törədir. Belə ki, qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşərək Şuşa şəhərinin Daşaltı kəndi yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atıb. Nəticədə 3 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Terrorçu Rusiya sülhməramlıları tərəfindən tutulsa da, tezliklə azadlığa buraxılıb və Ermənistanda qəhrəman kimi qarşılanıb. Bu hadisədən sonra Azərbaycan və Ermənistan hərbçiləri arasında sərhəd boyunca qarşılıqlı atışmalar güclənib.

"zəngə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zəngə nədir? #zəngə sözünün mənası #zəngə nə deməkdir? #zəngə sözünün izahı #zəngə sözünün yazılışı #zəngə necə yazılır? #zəngə sözünün düzgün yazılışı #zəngə leksik mənası #zəngə sözünün sinonimi #zəngə sözünün yaxın mənalı sözlər #zəngə sözünün əks mənası #zəngə sözünün etimologiyası #zəngə sözünün orfoqrafiyası #zəngə rusca #zəngə inglisça #zəngə fransızca #zəngə sözünün istifadəsi #sözlük