* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Vurulduqda xüsusi səs çıxarmaq üçün içərisində metal dili olan, ağzıgen, kəsik konusşəkilli mis və ya mis ərintisindən qayrılmış alət. Kilsə zəngi. Zəng səsi. Dəmiryol zəngi. Yanğın maşını zəngi. – Davamlı bir zəng səsindən sonra 3 nömrəli tramvay döngədən göründü. Qantəmir. // Həmin alətin heyvanların boynundan asılan kiçik növü; zınqrov. Düzlərdə yük heyvanlarının boynundan asılmış zənglərin ahəngsiz və qarmaqarışıq səsindən başqa bir şey eşidilmirdi. M.S.Ordubadi. 2. Səs siqnalı vermək üçün metal cihaz. Qapının zəngi. Elektrik zəngi. – Birdən qapının zəngi çalındı. M.Hüseyn. Sərhəng Səfai zəngi basıb … Firidunu aparmağı əmr etdi. M.İbrahimov. Zəng səsi Kərim bəyi xəyalından ayırdı. Mir Cəlal. 3. Bu alət vasitəsilə çıxarılan səs siqnalı. Telefon zəngi. Saatın zəngi. □ Zəng vurmaq – 1) zəngə bir şey vurmaqla, toxundurmaqla və ya elektrik zənginin düyməsini basmaqla səs siqnalı çıxarmaq. Anisim tələsik pilləkəni başa çıxdı, zəngi vurdu. S.Rəhimov; 2) zəngin səsi çıxmaq (bəzən “zəng vurulmaq” şəklində də işlənir). Qapının zəngi vurdu. Telefon zəngi vurmaq. – Üçüncü zəng vurulurdu. Camaat tamaşa zalına axışırdı. S.Rəhimov; 3) danışmaq üçün telefona çağırmaq, telefonda danışmaq. Evlərinə zəng vurdu. Sizə zəng vurdum, cavab olmadı. Zəng eləmək (etmək) – bax zəng vurmaq 3-cü mənada. Usta divardan asılmış telefonla kimə isə zəng etdi. M.Hüseyn. Zəng çalmaq – bax zəng vurmaq 1 və 2-ci mənalarda.
Azərbaycan dilinin izahlı lüğəti / zəng2 ZƏNG1 f. pas, paxır; cəng. ZƏNG2 f. 1) səs siqnalı vermək üçün alət; 2) həmin alət vasitəsi ilə çıxarılan səs siqnalı.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / zəng1 Mənbələrdə can (canq) kimi göstərilib. Görünür, canqıltı sözü ilə bağlıdır. Zanqıltı da bununla əlaqədardır. Deməli, təqlidi sözdür, çıxardığı səsə görə bu cür adlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / zəng1 1. ZƏNG (müxtəlif mənalarda) Arası kəsilmədən çalıran zəngdən Cövdət diksinib gözlərini açdı (H.Abbaszadə); ÇINQIRIQ (köhn.) Birdən-birə qapının çınqırığı vuruldu (A.Şaiq); ZİL (köhn.) [Əşrəf] onları qürur ilə dinlədikdən sonra masa üzərindəki zili basdı (A.Şaiq). 2. zəng bax zınqırov
Azərbaycan dilinin sinonimlər lüğəti / zəng2 I сущ. 1. колокол. Kilsə zəngi церковный колокол 2. колокольчик 3. звонок: 1) прибор, устройство для подачи сигналов. Elektrik zəngi электрический звонок, qapı zəngi дверной звонок: 2) звуковой сигнал, производимый колокольчиком, звонком. Telefon zəngi телефонный звонок: 4. морск. рында (судовой колокол) II прил. 1. колокольный. Zəng səsi колокольный звон 2. звонковый. Zəng fincanı связь. звонковая чашка; zəng vurmaq звонить, позвонить: 1. производить, вызывать звон (звонком, колокольчиком, колоколом) 2. издавать звон 3. вызывать к телефону звонком телефонного аппарата; говорить по телефону; zəng eləmək (etmək) звонить (вызывать к телефону звонком телефонного аппарата), позвонить; zəng çalmaq звонить, позвонить: 1. производить, вызывать звон 2. издавать звон
Azərbaycanca-rusca lüğət / zəng1 i. 1. bell; qapı ~i door bell; elektrik ~i electric bell; əl ~i handbell; telefon ~i ringer; kilsə ~i bell, church bell; ~ asmaq (qapıya, heyvanın boynuna və s.) to bell (d.), to provide with a bell (d.); 2. (zəngin səsi) ringing, peal, clanging, (zınqrovun səsi) tinkling; (kilsə zənginin səsi) chime; (telefon zənginin səsi) telephone call; matəm ~i (funeral) knell; saat(ın) ~i striking of a clock; bir kəsə ~ vurmaq / etmək (telefonla) to phone / telephone smb., to ring* smb. up; ~ çalmaq (müxt. mənalarda) to ring*, to ring* the bell, to strike* the bell
Azərbaycanca-ingiliscə lüğət / zəng1 is. 1) sonnette f ; sonnaille f ; qapı ~i sonnerie de porte ; elektrik ~i sonnerie f électrique ; telefon ~i coup m de téléphone, sonnerie f du téléphone ; kilsə ~ cloche f ; 2) sonnette f, sonnerie f, sonnailles f pl ; saat(ın) ~ sonnerie d’un réveil ; bir kəsə ~ vurmaq téléphoner à qn, appeler qn, faire un coup de téléphone ; ~ çalmaq sonner vi
Azərbaycanca-fransızca lüğət / zəng1 сущ. 1. зенг; kilsə zəngi килисадин зенг; qapının zəngi ракӀарин зенг; saatın zəngi сятдин зенг; zəng vurmaq а) зенг ягъун, зенгинив ваниз тун, зенгинин ван акъудун; б) зенгини ванун, зенгинин ван акъатун; в) зенг авун, рахун патал телефондал эверун, телефондай рахун; zəng eləmək (etmək) кил. zəng vurmaq в); // зенгинин (мес. ван); 2. куркур, гьайванрин гардандай куьрсдай гъвечӀи зенг; zəng çalmaq кил. zəng vurmaq (а,б).
Azərbaycanca-ləzgicə lüğəti / zəng(Bakı) sırğanın bir növü
Azərbaycan dilinin dialektoloji lüğəti.