zeyq sözü azərbaycan dilində

zeyq

Yazılış

  • zeyq • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zeyqalan
Zeyqalan (oset. Зæйгæлæн — «uçqunun düşdüyü yer») və ya Böyük Zeyqelan — Rusiya ərazisində şəlalə. Şəlalənin hündürlüyü təxminən 600 metrdir. Bu nəticə ərazinin xəritə hündürlüyünün ölçülməsi nəticəsində əldə olunmuş. Şəlalə Şimali Osetiya ərazisindədir. Midaqrabindon çay vadisində, Cimara kəndindən 7 km cənubda yerləşir. Şəlalə yüksək dağlıq qurşaqda yerləşir. O üzdən il boyu suyun səviyyəsi eyni deyil. Su axımı havanın temperaturundan asılıdır. Ən bol sulu dövr iyul-avqust aylarında müşahidə olunur.
Zeyqarnik effekti
Zeyqarnik effekti – insanların yarımçıq və nataman qalmış tapşırıqları tamamlanmış tapşırıqlardan daha yaxşı xatırlaması ilə xarakterizə olunan effekt. == Tarixi == Psixoloq və tədqiqatçılar Kurt Levin ve Bluma Zeyqarnik qəlyanaltı etmək üçün işlədikləri Berlin Universitetinin yaxılığındakı izdihamlı bir kafeyə daxil olurlar. Psixoloqlar verdikləri sifarişə ofisiantın heç bir qeyd aparmadan onlarla sifariş arasında dəqiqliklə yerinə yetirdiyini diqqətlə müşahidə edirlər. Levin və Zeyqarnik ofisiantın hansısa sifarişi unuda biləcəyindən çəkinmədiyi haqda maraqlanırlar, cavabında isə ofisiant heç bir sifarişi səhv salmadığını bildirir. Onlar buna inanmırlar və qonşu stolların nə sifariş etdikləri barədə onu sorğu-sual etməyə başlayırlar. Və bu zaman ofisiant, doğrudan da, hər stolun nə sifariş verdiyi xırdalığına kimi xatırlayırdı, ancaq hesabı ödənməmiş stolların, lakin 1 dəqiqə əvvəl hesabı ödəyərək kafeni tərk edən müştərilərin nə sifariş etdiklərini o xatırlamırdı. Bu hadisədən sonra Zeyqarnik tamam və natamam hadisə və fəaliyyətlərin onun yaddaşına müxtəlif cür təsir etdiyini təxmin edir. Psixoloq sınaq silsiləsi həyata keçirir və 1927-ci ildə işini yayımlayır. Məlum olur ki, insanın bu və ya digər fəaliyyəti zamanı onda müəyyən emosional gərginlik meydana gəlir. Fəaliyyət sona çatmırsa, məsələn, yarımçıq kəsilirsə, gərginlik müvafiq olaraq boşalmır və nəticədə yerinə yetirilməyən fəaliyyət uzun müddət yaddaşda qalır.
Zeyqəm Aslanov
Aslanov Zeyqəm Məhəmməd oğlu 1973-cü ilin iyul ayının 12-də Zərdab rayonunun Gödəkqobu kəndində anadan olmuşdur. 1990-cı ildə orta məktəbi bitirmiş, 1991-ci ildə hərbi xidmətə getmişdir. Naxçıvandakı 777 saylı hərbi hissədə qulluq etmişdir. Sonra Ağdam, Goranboy, Beyləqan, Füzuli və Tərtər bölgələrində mərdliklə vuruşmuşdur. Zeyqəm Aslanov 1994-cü ilin may ayının 12-də Tərtər rayonunun Seysulan kəndində qəhrəmancasına şəhid olmuşdur. Zeyqəm düşmənin 6 tankını sıradan çıxarmış, xeyli sayda canlı qüvvələrini məhv etmişdir. Aslanov Zeyqəm Məhəmməd oğlu Azərbaycan Respublikası Prezidentinin “Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında” 9 sentyabr 1994-cü il tarixli fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı ilə, 15 yanvar 1995-ci il tarixli fərmanla “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir. Hazırda Zeyqəmin oxuduğu Gödəkqobu kənd tam orta məktəbi onun adını daşıyır.

zeyq sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. darlıq, sıxıntı.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"zeyq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zeyq nədir? #zeyq sözünün mənası #zeyq nə deməkdir? #zeyq sözünün izahı #zeyq sözünün yazılışı #zeyq necə yazılır? #zeyq sözünün düzgün yazılışı #zeyq leksik mənası #zeyq sözünün sinonimi #zeyq sözünün yaxın mənalı sözlər #zeyq sözünün əks mənası #zeyq sözünün etimologiyası #zeyq sözünün orfoqrafiyası #zeyq rusca #zeyq inglisça #zeyq fransızca #zeyq sözünün istifadəsi #sözlük