Həqq sözü azərbaycan dilində

Həqq

Yazılış

  • Həqq • 51.6667%
  • həqq • 46.6667%
  • HƏQQ • 1.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əhli-Həqq
Yarsanizm, Əhli-haqq və ya Kakayi (kürd. یارسان, kürd. ئەهلی حەق; fars. اهل حق‎, ərəb. كاكائي‎) — 14-cü əsrin sonlarında İranın qərbində Sultan Sahaq tərəfindən əsası qoyulmuş sinkretik bir din. Yarsanizm ardıcıllarının ümumi sayının İranda yarım milyondan bir milyona qədər olduğu təxmin edilir. İraqdakı rəqəmlər məlum deyil. Davamçılar daha çox Guran, Səncabi, Kəlhur, Zəngənə və Cəlalvənd tayfalarından olan kürdlərdir. İranda türk yarsan anklavları da mövcuddur.İraqdakı bəzi Yarsanilərə Kakayi deyilir. Yarsanilər dediyinə görə bəzi insanlar onları aşağılayaraq "Əliallahi" və ya "Əliyə ibadət edənlər" adlandırırlar ki, yarsanilər bunu inkar edir.
Əl-Həqq
Əl-Həqq (ər. الحقّ) — Allahın adlarından biri.
Sövməəyi-Həqq (Sərab)
Sövməəyi-Həqq (fars. صومعه حق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 110 nəfər yaşayır (27 ailə).
Ziya Ül Həqq
Məhəmməd Ziyaülhaqq (12 avqust 1924[…], Calandhar[d], Britaniya Hindistanı – 17 avqust 1988[…], Bahavalpur, Pəncab) — Pakistanın altıncı prezidenti. Pakistanda, seçki ilə hakimiyyətə gələn Zülfiqar Əli Bhuttonu 1977-ci ildə hərbi çevrilişlə devirən generaldır. 1979-cu ildə Bhutto edam edilmişdir. Şəriət nizamını elan edən Ziyaülhaqq 1988-ci ildə ABŞ səfirinin və qərargahlarınında olduğu təyyarənin salınması nəticəsində həyatını itirənə qədər rəhbərlikdə qalmışdır. Ölümündən sonra seçkiləri açıq fərqlə qazanan Zülfiqar Əli Bhuttonun qızı Bənazir Bhutto baş nazir olmuşdur.
Qafar Həqqi
Qafar Həqqi (Qafar Məhərrəm oğlu Qasımzadə; 1908, Ərdəbil – 22 mart 1992) — aktyor, Azərbaycanın Əməkdar artisti. Akademik Milli Dram Teatrının aktyoru.
İsmayıl Həqqi
İsmayıl Səməd oğlu Həsənzdə (1884, Tiflis – 1938) — mühərrir, mürəttib, aktyor. == Həyatı == İsmayıl Həqqi 1884-cü ildə Tiflisdə anadan olub. Onun adı ilk Azərbaycan mürəttibləri olan Allahverdi Feyziyev, Paşa Məmmədov, Müslüm Bağırov və Ələsgər Məmmədov ilə yanaşı çəkilir. İsmayıl Həqqi əmək fəaliyyətinə "Şərqi-Rus" mətbəəsində başlayıb. Sonralar o, bu nəşriyyatın bazasında yaradılmış "Qeyrət" və "Molla Nəsrəddin" mətbəələrində mürəttib olaraq fəaliyyətini davam etdirmişdir. Əslən Tiflisdən olan görkəmli ziyalı, tanınmış alim Lomonosov adına Moskva Dövlət Universitetinin professoru mərhum Əziz Şərif xatirələrində yazır: "İsmayıl Həqqi Azərbaycanca və farsca mükəmməl savad sahibi olmaqla bərabər, öz istedadı və səyi nəticəsində ruscanı da yaxşı mənimsəmişdi. Öz ictimai və mədəni fəaliyyətini, insanlarla rəftarı, dostlara sədaqəti, bütün həyatı ilə Tiflisdə yaşayan azərbaycanlı ziyalıların sevimlisi, ağsaqqalı, ruhu, vicdanı idi. Onun balaca mətbəəsi də maarif və mədəniyyət ocağı hesab edilirdi". Ürəyi vətən və millət sevgisiylə çarpan Molla Nəsrəddinçi İsmayıl Həqqi həm də istedadlı aktyor olub. O, Tiflisdə fəaliyyət göstərən Azərbaycan teatrının tamaşalarında biri-birindən maraqlı obrazlar yaradıb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.18 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 2.02
2006 ••••• 0.45
2008 ••• 0.24
2009 •••• 0.32
2010 •• 0.18
2011 0.09
2013 •••••••• 0.73
2018 ••• 0.30
2019 ••• 0.28

həqq sözünün leksik mənası və izahı

  • 1 [ər.] bax haqq2 1-ci mənada. [Rəsul:] Qadir həqdən mən bir dilək dilədim; Şükür, muradımı verdi, ah, mənim. “Aşıq Qərib”. Gecə-gündüz budur həqdən diləyim; Hifz eyləsin yaman bəladan səni. Q.Zakir.

    Azərbaycan dilinin izahlı lüğəti / həqq

həqq sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. устар. 1. Аллах, Бог, Всевышний. Həqdən diləmək просить у Бога 2. правда, справедливость. Həqq tərəfdarı сторонник правды

    Azərbaycanca-rusca lüğət / həqq

həqq sözünün ləzgi dilinə tərcüməsi

həqq sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

HƏQQ1 ə. 1) Allah, Tanrı; 2) haqq. HƏQQ2 ə. doğru, düz, gerçək.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"həqq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#həqq nədir? #həqq sözünün mənası #həqq nə deməkdir? #həqq sözünün izahı #həqq sözünün yazılışı #həqq necə yazılır? #həqq sözünün düzgün yazılışı #həqq leksik mənası #həqq sözünün sinonimi #həqq sözünün yaxın mənalı sözlər #həqq sözünün əks mənası #həqq sözünün etimologiyası #həqq sözünün orfoqrafiyası #həqq rusca #həqq inglisça #həqq fransızca #həqq sözünün istifadəsi #sözlük