* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••••••••••••••• | 47.97 |
2003 | •••••••••••••••••••• | 58.27 |
2004 | •••••••••••• | 33.35 |
2005 | ••••••••••••••••• | 49.26 |
2006 | •••••••••••••••• | 45.72 |
2007 | ••••••••••• | 29.81 |
2008 | ••••••••• | 24.12 |
2009 | •••••••••• | 28.64 |
2010 | •••••••••• | 27.69 |
2011 | •••••••••• | 27.20 |
2012 | ••••••••• | 25.73 |
2013 | •••••••••••••• | 39.68 |
2014 | ••••••••• | 24.71 |
2015 | •••••••••• | 26.71 |
2016 | •••••••••••• | 34.36 |
2017 | ••••••••••• | 31.87 |
2018 | ••••••••• | 25.92 |
2019 | •••••••••• | 27.54 |
2020 | •••••••• | 21.48 |
1 [ər.] 1. sif. Doğru, düz, düzgün, həqiqi. Haqq iş. – Nahaq söz od vurar qəlbə, fəqət haqq söz keçər daşdan. S.Vurğun. Bu haqdır, ağladıqca; Kişi qeyrətsiz olur. B.Vahabzadə. // is. Ədalət, doğruluq, düzgünlük, düzlük, insaf. İnsafı tərk edib, haqqı unutdu; O səni yumruğa, qapaza tutdu. S.Vurğun. 2. is. Hüquq, ixtiyar. Nə üçün kişilərin istədikləri zaman arvadlarını çıxarıb qovmağa haqqı olur, arvadların öz ərlərindən boşanmaq, başqa ərə getməyə haqqı olmayır? S.Hüseyn. 3. is. Gördüyü işin müqabilində birinə verilməli olan pul, muzd və s. Bir müddət işlədikdən sonra bəy [Nəbinin] haqqını kəsir. “Qaçaq Nəbi”. Münsif malı böləndən sonra haqqını alıb getdi. (Nağıl). // Üzvü olduğu bir təşkilata və ya bir şeydən istifadə üçün verilməli olan pul, məbləğ. Üzvlük haqqı. Kirayə haqqı. – Ev sahibi ilə görüşdüm, salamatlaşdım, mənzil haqqını artıqlığınca verdim və çıxdım küçəyə. C.Məmmədquluzadə. 4. Nisbət şəkilçiləri ilə: barədə (barəsində), xüsusda (xüsusunda) və i.a. Ailəsi haqqında fikirləşmək. – [Firidun Südabəyə:] Açıq deyim ki, sizin haqqınızda qəti bir qərara gələ bilmirəm. M.İbrahimov. 5. is. İxtiyar, hüquq, əsas. Bu işə qarışmağa onun haqqı yoxdur. – Əvəzin oğlundan böyük şey ummağa haqqı var idi. Ə.Vəliyev. Aynanın təəccüb etməyə də haqqı var idi. İ.Əfəndiyev. ◊ Haqq oldu – əcəb oldu, yerində oldu, yaxşı oldu. Dərdli Kərəm deyər: – Necə olur halım; Sənə lap haqq oldu, ay qanlı zalım. “Əsli və Kərəm”. Haqq vermək – 1) təsdiq etmək, doğru saymaq, düzgün, haqlı hesab etmək. [Bəhram:] Ah, Fitnə, sözünə indi verdim haqq; Neyləyim ki, səni qurutdu torpaq… A.Şaiq; 2) haqlı olduğunu təsdiq etmək. Şükür indi Güləliyə haqq verirdi. S.Hüseyn. Haqqına yetmək (çatmaq) – cəzasını almaq, cəzasına çatmaq. Haqq yolunda didərgini; Haqqına yetir, ay Allah! M.Araz.
Azərbaycan dilinin izahlı lüğəti / haqq2 is. [ər.] 1. Allah, Tanrı. Tək-tək ayılan varsa da, haqq dadıma çatsın; Mən salim olum, cümlə cahan batsa da, batsın. M.Ə.Sabir. [Qurban:] Nə deyim, haqqın kərəminə şükür. Ə.Haqverdiyev. 2. Haqqı şəklində – and olsun, and içirəm. [Nənəxanım:] Ay kişi, atanın goru haqqı heç zadım yoxdur. Nəyim var ki, ay başıdaşlının oğlu? Çəmənzəminli. [Leylək Ələmdar:] Qurani-mürsəl haqqı, mənim bu dükanı dağılan kişinin boğulmağına əsla … gümanım gəlməz. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / haqq1 HAQQ – ZÜLM Biri haqqı müdafiə edir, digəri zülmü, Pəricahan, səni bu haqq yola dəvət edirəm (S.S.Axundov).
Azərbaycan dilinin antonimlər lüğəti / haqq1 HAQQ I is. [ ər. ] Hüquq, ixtiyar. Odur uşaqları narazı salan; Bu işçi gənclərin haqqını çalan (M.Müşfiq). HAQQ II is. [ ər. ] Həqiqət, ədalət, doğru. Haqq ilə nahaqqı axtaran hakim; Tapar qulaq ilə göz arasında (Aşıq Ələsgər). HAQQ III is. [ ər. ] Əməyin əvəzində alınan donluq. Bir də ... palto tikənə; Zəhmət haqqı verəcəksən (Ə.Kürçaylı). HAQQ IV is. [ ər. ] Bəraət. Sarışının hərəkətlərinə haqq qazandırdı (S.Qədirzadə). HAQQ V qoşma Barədə. Daldada sənin haqqında bir söz deməmişik, o, düşmən sözüdü (“Qaçaq Nəbi”).
Azərbaycan dilinin omonimlər lüğəti / haqq1 1. право; 2. правда, истина, правота; 3. плата, возмездие, вознаграждение; 4. взнос;
Azərbaycanca-rusca lüğət / haqq2 1 I прил. правый (заключающий в себе правду); справедливый. Haqq iş правое дело, haqq söz правое слово II сущ. 1. истина, правда, справедливость. Haqqı itirmək (saya salmamaq) пренебрегать истиной, haqqı danışmaq говорить правду, haqqı danmaq отрицать правду, haqqı unutmaq забыть правду, haqqın qələbəsi (təntənəsi) торжество правды (справедливости) 2. право (возможность действовать, поступать каким-л. образом). Bu sənin haqqındır это твое право, onun bu işə qarışmağa haqqı var он имеет право вмешиваться в это дело, haqqı olmaq иметь право, insan haqları права человека 3. плата, зарплата, жалованье, заработок. Əmək haqqı almaq получать заработную плату, işimə görə haqq alıram по работе получаю плату, haqqını istəmək требовать платы, жалованья, mənzil haqqı квартирная плата (квартплата), minik haqqı плата за проезд 4. взнос (внесенные за что-л. деньги). Üzvlük haqqı членские взносы, sığorta haqqı страховые взносы ◊ haqq vermək (qazandırmaq) kimə, nəyə отдавать, отдать справедливость, считать кого правым, справедливым; haqq oldu kimə поделом кому; haqqına yetmək (çatmaq) получать, получить по заслугам; haqq yolundan çıxmaq сворачивать, свернуть с правильного пути; Allah haqqı! клянусь Аллахом! (Богом); başın haqqı клянусь твоей головой; canın haqqı клянусь тобой; adın haqqı клянусь твоим именем 2 I сущ. Аллах, Бог, Творец, Всевышний. Haqqı danmaq olmaz нельзя отрицать (игнорировать) Аллаха (Бога) II прил. божий. Haqq vergisi дар божий; одаренный или одаренная Богом. Onun səsi haqq vergisidir его голос – это дар божий
Azərbaycanca-rusca lüğət / haqq1 i. 1. right; ~ından istifadə etmək to exercise one’s right (to); 2. justice, truth; ~a mütabiq gəlmək to be* in accordance with the truth; ~ı müdafiə etmək to fight* for justice; ~ yolunda əzab çəkmək to sufferin the cause of justice; 3. pay, fee; salary; wages pl.; təhsil ~ı tuition fee; giriş ~ı entrance fee; əmək ~nın artması wage increase; nominal əmək ~ı nominal wages; 4. (üzvlük və s. ~ı) payment; due; həmkarlar üzvlük ~ı trade-union dues; üzvlük ~ı membership dues pl.
Azərbaycanca-ingiliscə lüğət / haqq1 is. 1) droits m pl ; ~ını müdafiə etmək défendre ses droits ; 2) justice f ; loi f ; ~a mütabiq gəlmək être conforme à la loi
Azərbaycanca-fransızca lüğət / haqq1 [ər.] гьахъ (1. прил. дуьз, дуьзгуьн, дугъри, гьакъикъи; 2. сущ. адалат, дуьзвал, дуьзгуьнвал, дугъривал, инсаф; 3. сущ. гьакъи, пул; 4. ихтияр, гьукьукь, асас); ** haqq oldu гьахъ алаз хьана, ажеб хьана, хъсан хьана; haqq vermək гьахъ гун, тестикь авун, дуьзгуьн (гьахълу) яз гьисабун; гьахълу тирди тестикь авун; haqqına yetmək (çatmaq) гьакьунив агакьун, лайих тир жазадив агакьун, жаза къачун.
Azərbaycanca-ləzgicə lüğəti / haqq2 [ər.] сущ. 1. Аллагь, Гъуцар; 2. haqqı къалум (хьуй), кьин хьуй, кьин кьазва манада; allah haqqı аллагь кьалум; çörək haqqı фу къалум.
Azərbaycanca-ləzgicə lüğəti / haqqəl-yəqin – daxili hiss və təcrübənin verdiyi, insanın özündə hiss etdiyi, özündə müşahidə etdiyi elmə deyilir.
Fəlsəfə terminlərinin izahlı lüğəti(ing. Real; ər. حمك ) – sözünün lüğət mənası ―dəyişməz‖ deməkdir. Termin olaraq mənası isə ―hər şərt altında doğru olan şey‖ deməkdir. Məsələn, iki dəfə ikinin dörd etdiyi kimi. Batil kəlməsinin lüğət mənası ―səhv, yanlış‖ deməkdir. Termin olaraq mənası isə ―hər şərt altında yanlış olan şey‖ deməkdir. Məsələn, iki dəfə iki üç edir, iddiası kimi. Bu günkü Qərb mədəniyyəti özlərinin hər zaman ifadə etdikləri kimi qədim Roma mədəniy-yətinə, qədim Roma mədəniyyəti qədim Yunan mədəniyyətinə, qədim Yunan mədəniyyəti də qədim Misir mədəniyyətinə yəni Fironlara söykənməkdədir. Fironlar insanlara zülm edərkən bu etdikləri zülmləri ―biz sizə zülm edirik‖ deyə etməzdilər. Etdikləri zülmləri ―bu bizim haqqımızdır‖ deyə edərlərdi. Səhvləri onların haqq anlayışının yanlış yəni batil olmasında idi.
Fəlsəfə terminlərinin izahlı lüğəti