haqqın sözü azərbaycan dilində

haqqın

Yazılış

  • haqqın • 81.7805%
  • Haqqın • 17.8054%
  • HAQQın • 0.2070%
  • HAQQIN • 0.2070%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Haqqın Qurbanı (kitab)
Haqqın Qurbanı - şair, görkəmli maarif xadimi Qurban Musayev haqqında yazılmış xatirələr, şeirlər, yaradıcılığından nümumələr toplusudur. Baş redaktor, ideya rəhbəri, tərtibatçı, ön söz və "Qurbannamə" poema-essenin müəllifi Yusif Nəğməkardır. == Kitab haqqında == Kitabın əvvəlində şair Yusif Nəğməkar şair Qurban Musayevin yaradıcılığı ilə bağlı 25 səhifəlik “Ustad şairə ehtiram çələngi” adlı girişlə dəyərləndirmə vermişdir. Forma və mahiyyətcə zəngin olan bu kitabda müəllim-şair Qurban Musayevin öz şeirləri ilə yanaşı, onun ictimai, pedaqoji, şairlik fəaliyyətini dəyərləndirən Yusif Nəğməkar 36 nəfərin şair haqqındakı fikirlərini və xatirələrini vermişdir. Bu xatirə-dəyərləndirmənin (toplunun) içində ən çox diqqəti çəkən, şairin oğlu Məmməd Musayevin sözləridir. Burada Məmməd Musayev atası haqqında xatirələrdən, maraqlı hadisələrdən də bəhs edir. Kitabda xalq şairi Nəriman Həsənzadə də öz eloğlusu haqqında çox səmimi danışır. Əvvəlcə Qurban müəllimlə ilk görüşlərini xatırlayan Nəriman Həsənzadə şairin bəzi şeirlərinin təhlilini də verir. Nəriman Həsənzadə şairi lirik, satirik və vətənpərvər bir şair olaraq oxucuya təqdim edir. Kitabda şairin yaradıcılığı, pedaqoji fəaliyyəti, vətəndaşlıq məziyyətləri bir nəfərin deyil,36 nəfərin dilindən gəlir.
Haqqın nuru (qəzet)
"Haqqın nuru" — Qafqaz Müsəlmanları İdarəsinin həftəlik dini-ictimai qəzeti == Tarixi == İlk nömrəsi 12 mart 2010-cu ildə nəşr olunmuşdur. Qəzet Azərbaycan və rus dillərində nəşr edilmişdir. == Yubiley nömrələri == 300 – 12.02.2016. == Bağlanması == 2016-cı ildə fəaliyyətini dayandırmışdır. Qəzetin fəaliyyətini dayandırmasına səbəb iqtisadi çətinliklər olmuşdur.
Haqqın dərgahı (film, 1991)
== Məzmun == Kinolent Qobustandakı daş yaddaşımızla başlanır. Sonrakı kadrlarda atəşgahlar göstərilir, ulularımızın əvvəllər atəşpərətlik əqidəsinə tapındıqları vurğulanır. Daha sonralar xalqımızın islama inamından söhbət açılır. Və gözəl memarlıq abidələri olan islam məscidlərindən danışılır. Filmdə İçəri şəhərin Sınıqqala məscidi, Bakıdakı Təzəpir məsscidi, Əmircandakı Muxtarov məscidi, Balakən və Ağdamdakı məscidlər, onların fəaliyyəti haqqında bəhs olunur. Kinolentdə deyilir ki, inqilabdan əvvəl məscidlərimiz maarifçiliyin inkişafında təsirli rol oynamışdır. == Film haqqında == Film Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Hatəm Əsgərov Ssenari müəllifi: Məmməd İsmayıl Operator: Rəfael Salamzadə Səs operatoru: Əsəd Əsədov Mətni oxuyan: Rasim Balayev == Sponsor == Azərbaycan Mədəniyyət Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Dəniz dibi haqqında müqavilə
Dənizlərin və okeanların dibində və onların dərinliklərində nüvə silahlarının və digər kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edən müqavilə (ing. Treaty on the Prohibition of the Emplacement of Nuclear Weapons and Other Weapons of Mass Destruction on the Sea-Bed and the Ocean Floor and in the Subsoil thereof), həmçinin Dəniz dibi haqqında müqavilə kimi tanınır (ing. Seabed Treaty) və ya Dəniz dibinfə silahların nəzarəti müqaviləsi (ing.
Dəniz hüququ haqqında Konvensiya
Dəniz hüququ haqqında Konvensiya — Birləşmiş Millətlər Təşkilatının 29 aprel 1958-ci il tarixli Cenevrədəki konfransının nəticələrindən sonra bağlanmış beynəlxalq müqavilə. 30 sentyabr 1962-ci ildə qüvvəyə minmişdir. Sənədin rəsmi orijinal dilləri ingilis (ing. Convention on the High Seas), ispan (isp. Convención sobre Alta Mar), Çin (çin. 公海公約), Rus və Fransız dilləridir (fr. Convention sur la haute mer). SSRİ konvensiyanı 20 oktyabr 1960-cı ildə təsdiqlədi. 63 ölkə tərəfindən təsdiqlənən 2018-ci il üçün: son dəfə Çernoqoriya tərəfindən 2006-cı ildə təsdiq edilmişdir. == Haqqında == Bu Konvensiyaya üzv dövlətlər, dəniz hüququna dair bütün məsələlərin qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda həll olunmasını arzulayaraq və bütün dünya xalqları arasında sülhün, ədalətin və tərəqqinin saxlanılması üçün əhəmiyyətli əməkdaşlığın təmin edilməsi üzrə bu Konvensiyanın tarixi zəruriliyini dərk edərək, Birləşmiş Millətlər Təşkilatının 1958-ci və 1960-cı illərdə Cenevrədə keçirilmiş Dəniz Hüququ üzrə konfranslarından sonra baş verən inkişafın dəniz hüququna dair yeni və ümumi qəbul olunmuş Konvensiyaya ehtiyac yaratdığını qeyd edərək, okean məkanı problemlərinin sıx əlaqəli olduğunu və bütövlükdə nəzərdən keçirilməsinə ehtiyacın olduğunu dərk edərək, Konvensiya ilə bütün dövlətlərin suverenliyi əsasında, beynəlxalq kommunikasiyanı asanlaşdıracaq, dəniz və okeanların dinc məqsədlərlə istifadəsini, onların ehtiyatlarından bərabər və səmərəli şəkildə faydalanmağı, canlı ehtiyatlarının mühafizəsini və dəniz mühitinin qorunub saxlanılmasını və öyrənilməsini təşviq edəcək dəniz və okeanlar üzrə hüquqi rejim yaradılması arzusunu vurğulayaraq, bu məqsədlərə nail olunmasının bütün bəşəriyyətin maraqlarını və ehtiyaclarını, xüsusilə sahilyanı olmasından və ya dənizə çıxışı olmamasından asılı olmayaraq, inkişaf etməkdə olan ölkələrin xüsusi maraq və ehtiyaclarını nəzərə alacaq ədalətli və bərabərhüquqlu beynəlxalq iqtisadi qaydanın yaradılmasına töhfə verəcəyini dərk edərək, Konvensiya ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının milli yurisdiksiyanın hüdudlarından kənar dəniz və okeanların dibinin və təkinin, habelə onların ehtiyatlarının bəşəriyyətin ümumi irsi olduğunu və onların tədqiqatı və istismarının dövlətlərin coğrafi mövqelərindən asılı olmayaraq, bütövlükdə bəşəriyyətin mənfəəti üçün aparılacağını təntənəli şəkildə elan etdiyi 1970-ci il 17 dekabr tarixli 2749 (XXV) nömrəli Qətnaməsində öz əksini tapmış prinsipləri inkişaf etdirmək arzusunda olaraq, bu Konvensiya ilə əldə edilən dəniz hüququnun məcəllələşdirilməsi və mütərəqqi inkişafının ədalətli və bərabərhüquqlu prinsiplər əsasında bütün dövlətlər arasında sülhün, təhlükəsizliyin, əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verəcəyinə və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində nəzərdə tutulmuş məqsəd və prinsiplərə əsasən, dünyanın bütün xalqlarının sosial və iqtisadi inkişafına yardım edəcəyinə inanaraq, bu Konvensiya ilə tənzimlənməyən məsələlərin ümumi beynəlxalq hüququn qayda və prinsipləri əsasında tənzimlənməkdə davam edəcəyini təsdiq edərək, aşağıdakılar barədə razılığa gəldilər: Maddə 1: Dövlətlərin ərazi və ya daxili suları xaricindəki bütün sular olaraq "açıq dəniz" tərifi.
Elm və mədəniyyət haqqında mühakimələr
Elm və mədəniyyət haqqında mühakimələr ― Cenevrəli filosof Jan Jak Russonun incəsənət və elmin insan əxlaqını pozduğunu müdafiə etdiyi esse. Bu əsər onun ən mühüm əsərlərindən sayılır. Russo bu əsərində iddia edirdi ki: "Elm və sənətdəki inkşaf artdıqca, dünyanın hər yerindəki insan topluluqlarında qaydalar pozulmağa başlayır."Russo bu fikri ilə dövrün ümumi qəbul olunmuş davranış qaydalarına, nəzakət və incəliyə qarşı çıxırdı. Russoya görə "Təhsilli olmaq əxlaqlı olmaq demək deyildir". Russo nəzakət çərçivəsində vizual mədəniyyətin aldadıcılığını, "fərqli olmaq arzusu"nun, rəqibləri geridə buraxaraq dəyər qazanmaq istəyinin ikiüzlülüyə çevrildiyini ortaya qoyur.
Göy cisimlərinin fırlanması haqqında
"Göy cisimlərinin fırlanması haqqında" (lat. De revolutionibus orbium coelestium) Nikolay Kopernikin şahəsəri . İlk dəfə 1543cü ildə Nürnberqdə nəşr edilmiş olan əsərin məzmunu Ptolemeyin geosentrik sistem yəni Dünya mərkəzli modelinə qarşı Günəş-mərkəzli yeni bir model ortaya qoyurdu. Kopernik bu əsərindən əvvəl Güneş-mərkəzli modelini Commentariolus adlı risaləsində açıqlamış və dostlarına tanıdmışdır. Əsər Kopernikin əl yazısı günümüzə gəlib çatmışdır. Bu əl yazmasının araşdırılması nəticəsində sonucu əsərin keçirdiyi inkişaf və var olmaq prosesinə dair daha çox məlumat əldə edilmişdir. Papa III Pavelə ithaf edilən əsər, altı bölümdən ibarətdir: İlk fəsildə Günəş mərkəzli nəzəriyyə ümümi olaraq açıqlanmışdır. Daha çox nəzəri olan ikinci hissədə müxtəlif qlobal astronomiya qaydaları açıqlanmış və bir ulduz siyahısı verilmişdir. Üçüncü bölümdə Günəşin hərəkətləri izah edilmişdir. Dördüncü bölmədə əvvəlki bölmədəki tərzə bənzər şekildə Ayın hərəkətləri izah edilmişdir.
Gürcüstanın işğal olunmuş ərazilər haqqında qanunu
Gürcüstanın işğal olunmuş ərazilər haqqında qanunu» (gürc. საქართველოს კანონი ოკუპირებული ტერიტორიების შესახებ) — Gürcüstanın Abxaziya, Cənubi Osetiya ərazilərində Abxaziya Muxtar Respublikası və Tsxinvali bölgəsi, habelə bitişik bölgələr olaraq görünən xüsusi bir hüquq rejimi quran qanunvericilik aktı. == Qanunun qəbul tarixi == SSRİ-nin dağılmasından və Gürcüstan SSR-nin müasir Gürcüstana çevrilməsindən sonra bir sıra silahlı qarşıdurmalar nəticəsində (Cənubi Osetiya müharibəsi (1991-1992), Abxaziya müharibəsi (1992-1993)) iki tanınmamış Tiflis hökumətinin nəzarətində olmayan dövlətlər quruldu — əraziləri müvafiq olaraq keçmiş Abxaz Muxtar Sovet Sosialist Respublikası və Cənubi Osetiya Muxtar Dairəsi olan Abxaziya və Cənubi Osetiya. Gürcüstan 1992-ci ildə dünyanın əksər ölkələrindən beynəlxalq hüquqi tanınma aldı, Abxaziya və Cənubi Osetiya uzun müddət tanınmadı. 2008-ci ildə Gürcüstanla Cənubi Osetiya arasında silahlı qarşıdurmadan sonra (Abxaziya və Rusiya da Cənubi Osetiyanın tərəfində idi) Rusiya və bir sıra digər ölkələr Abxaziya və Cənubi Osetiyanı suveren müstəqil dövlətlər kimi tanıdılar. Gürcüstan baxımından, hökuməti tərəfindən nəzarət edilməyən ərazilər Rusiya tərəfindən işğal edilir. 23 oktyabr 2008-ci ildə Gürcüstan Parlamenti 3-cü oxunuşda "İşğal olunmuş ərazilər haqqında" qanunu qəbul etdi. 31 oktyabr 2008-ci ildə qanun Gürcüstan Prezidenti Mixail Saakaşvili tərəfindən imzalanmışdır. 2009-cu ilin avqustunda Gürcüstanda siyasi sığınacaq istəyən şəxslər üçün Abxaziya və Cənubi Osetiya üzərindən tranzit daşımalarına icazə vermək üçün qanuna dəyişiklik ediləcəyi elan edildi. 2013-cü ilin fevral ayında Gürcüstan hökuməti bu qanunu yumşaltmaq üçün parlamentə dəyişikliklər etdi.
Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında qərar
Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqinda parlamentin qərarı == Tarix == 27 aprel 1920-ci il, Axşam saat 11.00 == Məktubun məzmunu == Sizin 27 aprel tarixli məktubunuzu müzakirə və onun məzmununu həyəcanlı anla müqayisə edib. Sizin təklifinizi nəzərə alaraq bizim tərəfimizdən seçilmiş komissiya: Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir; Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır; Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir; Hökumət idarəsinin bütün xidmətçiləri öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir; Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlamentin və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir; Qızıl Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək; Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı qəti tədbirlər görəcək və öz sərəncamında olan bütün vasitələrlə mübarizə aparacaqdır. == Qərar: == Azərbaycan Parlamentinin özünün fövqəladə iclasında bu şərtləri səs çoxluğu ilə qəbul etdiyini sizin nəzərinizə çatdırıram. Parlamentin sədri: Məmməd Yusif Cəfərov Dəftərxana direktoru: Vəkilov. == Mənbə == "Kommunist", 1920.
Holokost və Soyqırım haqqında Beynəlxalq Konfrans
Holokost və Soyqırım haqqında Beynəlxalq Konfrans — 20–24 iyun 1982-ci ildə İsrailin Təl-Əviv şəhərində keçirilən, soyqırım tədqiqatları sahəsində ilk böyük konfrans. Bu, İzrail Çarni, Eli Vizel, Şamayi Devidson və onların 1979-cu ildə qurduğu Holokost və Soyqırım İnstitutu tərəfindən təşkil edilmişdir. Konfransın məqsədi bütün soyqırımların anlaşılmasını və qarşısının alınmasını təşviq etmək idi. Bu, qlobal akademiyada soyqırıma irrasional bir fenomen yox, öyrənilə və başa düşülə bilən bir fenomen kimi yanaşılmasına töhfə vermişdir. Türkiyə hökuməti konfransda özünün təkzib etdiyi erməni soyqırımı mövzusu ilə bağlı prezentasiyaların yer almasına görə onu ləğv etməyə çalışmışdır. Türkiyə ardınca hökumət təqibindən qaçan Suriya və İran yəhudiləri üçün sərhədlərini bağlamaqla hədə-qorxu gəlmiş, bu təhdidlərə görə İsrail Xarici İşlər Nazirliyi konfransı ləğv etməyə cəhd göstərmiş və iştirakçıların konfransa gəlməkdən imtina etmələri üçün çalışmışdır. İsrailin rəsmi Holokost memorialı olan Yad Vaşem və Vizel də daxil olmaqla bir çox yüksək səviyyəli iştirakçılar konfransda iştirak etməmək qərarına gəlmişdir. Təşkilatçılar erməni soyqırımı məsələsini proqramdan çıxarmaqdan imtina etmiş və konfransı keçirmişdilər. Həm Türkiyə, həm də İsrail hökumətləri akademik azadlığı pozduqlarına görə tənqid edilmişdir. == Hazırlanması == 1979-cu ildə psixoloq İzrail Çarni, psixiatr Şamayi Devidson və Holokostdan sağ çıxmış ictimai intellektual Eli Vizel bütün xalqların məruz qaldığı soyqırımların öyrənilməsinə həsr edilmiş Holokost və Soyqırım İnstitutunu təsis etmişdir.
Hüquqlar haqqında Bill
Hüquqlar haqqında Bill (ing. Bill of Rights) — ABŞ Konstitusiyasının ilk on dəyişiklərinin formal adı. Bu dəyişiklər insan hüquqlarının gücləndirilməsi üçün edilmişdir. Dəyişikliklər Ceyms Medison tərəfindən 1789-cu il sentyabrın 25-də ABŞ Konqresi iclasının birinci çağırışında təklif olunmuşdur və 1791-ci il dekabrın 15-də qüvvəyə minmişdir. ABŞ Konstitusiyasına daxil edilmiş 10 düzəliş "Hüquqlar haqqında Bill" adı altında 1791-ci il dekabrın 5-i qüvvəyə mindi. Sənəd haqqında 8 maraqlı fakt belədir: Sənəd Konstitusiyaya 1788-ci il iyun ayinda ratifikasiyasından 3 il sonra daxil edildi. Bunun səbəbi o idi ki, başdan anti-federalist qüvvələr təklif edilmiş layihəyə etiraz edirdilər, irəli sürdükləri səbəb isə o idi ki, sənəd yeni mərkəzləşmiş hökumət üçün önəmli funksiya daşısa da fərdlərin azadlıqlarıni və ştatların hüquqlarının təhlükəsizliyini təmin edə bilmədi, lakin Konqres bu prinsiplərin təmin olunması üçün sənədə düzəliş etdikdən sonra onlar Konstitusiyanın ratifikasiya edilməsinə razılıq verdilər. Sənədi hazırlayarkən Ceyms Madison Corc Meyson tərəfindən yazılmış "Virciniya Hüquqlar Bəyannamə"sinə istinad etmişdi. 1776-cı il iyun ayında ratifikasiya edilmiş Konstitusiya yalnız ayrı-ayrı fərdlərin hüquqlarının təminatçısı deyil, həm də ABŞ Müstəqillik Bəyannaməsi və Fransa Vətəndaşlarının Hüquqlari Bəyannaməsinin yaranmasına zəmin yaradan konstitusional sənəd idi. Amerikan ata-baniləri Britaniyadan müstəqillik əldə etmək üçün uzun zaman mübarizə aparmışlar, ona görə də onlarin Hüquqlar haqqında Bill-sənədini hazırlayarkən 1689-cu ildə qəbul edilmiş ingilis sənədi-Hüquqlar haqqında Bill-ə istinad etmələri məsələsi ciddi səslənmir.
Hüquqlar haqqında Bill (ABŞ)
Hüquqlar haqqında Bill (ing. Bill of Rights) — ABŞ Konstitusiyasının ilk on dəyişiklərinin formal adı. Bu dəyişiklər insan hüquqlarının gücləndirilməsi üçün edilmişdir. Dəyişikliklər Ceyms Medison tərəfindən 1789-cu il sentyabrın 25-də ABŞ Konqresi iclasının birinci çağırışında təklif olunmuşdur və 1791-ci il dekabrın 15-də qüvvəyə minmişdir. ABŞ Konstitusiyasına daxil edilmiş 10 düzəliş "Hüquqlar haqqında Bill" adı altında 1791-ci il dekabrın 5-i qüvvəyə mindi. Sənəd haqqında 8 maraqlı fakt belədir: Sənəd Konstitusiyaya 1788-ci il iyun ayinda ratifikasiyasından 3 il sonra daxil edildi. Bunun səbəbi o idi ki, başdan anti-federalist qüvvələr təklif edilmiş layihəyə etiraz edirdilər, irəli sürdükləri səbəb isə o idi ki, sənəd yeni mərkəzləşmiş hökumət üçün önəmli funksiya daşısa da fərdlərin azadlıqlarıni və ştatların hüquqlarının təhlükəsizliyini təmin edə bilmədi, lakin Konqres bu prinsiplərin təmin olunması üçün sənədə düzəliş etdikdən sonra onlar Konstitusiyanın ratifikasiya edilməsinə razılıq verdilər. Sənədi hazırlayarkən Ceyms Madison Corc Meyson tərəfindən yazılmış "Virciniya Hüquqlar Bəyannamə"sinə istinad etmişdi. 1776-cı il iyun ayında ratifikasiya edilmiş Konstitusiya yalnız ayrı-ayrı fərdlərin hüquqlarının təminatçısı deyil, həm də ABŞ Müstəqillik Bəyannaməsi və Fransa Vətəndaşlarının Hüquqlari Bəyannaməsinin yaranmasına zəmin yaradan konstitusional sənəd idi. Amerikan ata-baniləri Britaniyadan müstəqillik əldə etmək üçün uzun zaman mübarizə aparmışlar, ona görə də onlarin Hüquqlar haqqında Bill-sənədini hazırlayarkən 1689-cu ildə qəbul edilmiş ingilis sənədi-Hüquqlar haqqında Bill-ə istinad etmələri məsələsi ciddi səslənmir.
Kiçik Plini xristianlar haqqında
Kiçik Plini xristianlar haqqında — Vifiniya və Pont vilayətinin (indiki Türkiyədə yerləşir) hakimi Kiçik Plininin b.ə. 112-ci ildə imperator Trayana yazdığı məktub. Burada o, erkən xristian icması ilə necə məşğul olması haqqında imperatordan məsləhət istəmişdir. Məktubda (Epistulae X.96) Plininin anonim ittihamlar nəticəsində onun qarşısına çıxan şübhəli xristianlar üzərində necə məhkəmələr aparması barədə təfərrüat verilir və onlarla necə rəftar edilməli olduğuna dair imperatordan göstəriş tələb olunur. Nə Plini, nə də Trayan, xristian olmaları istisna olmaqla, xristianların törətdikləri cinayətlərdən bəhs etmirlər. Digər tarixi mənbələr bu cinayətin nə ola biləcəyinə sadə olaraq cavab vermir, lakin alimlər tərəfindən güman edilir ki, bu, xristianların Roma tanrılarına sitayiş etməkdən inadla imtina etmələri ilə əlaqədardır. Bu hərəkət onları Roma hakimiyyətinə etirazçı kimi göstərmişdi.
Kommunist Haqqında Poema (1977)
== Məzmun == Film Sov. İKP MK-nın Baş katibi Leonid Brejnevə həsr olunmuşdur. == Film haqqında == Filmdə bəstəkar Rauf Hacıyevin musiqisi səslənir.
Kommunist haqqında poema (film, 1977)
== Məzmun == Film Sov. İKP MK-nın Baş katibi Leonid Brejnevə həsr olunmuşdur. == Film haqqında == Filmdə bəstəkar Rauf Hacıyevin musiqisi səslənir.
Konsul əlaqələri haqqında Vyana Konvensiyası
Konsul əlaqələri haqqında Vyana Konvensiyası — konsul münasibətləri sahəsində universal qaydaları müəyyən edən ilk beynəlxalq çoxtərəfli razılaşma. 24 aprel 1963-cü ildə qəbul edilmişdir. == Tarixi == Beynəlxalq əlaqələrin hərtərəfli inkişafı, konsul müəssisələrinin rolunun hədsiz artması konsul hüququnun universal səviyyədə məcəllələşdirilməsi zərurətini yaradırdı. Bununla əlaqədar olaraq BMT-nin Baş Assambleyası 1949-cu il dekabrın 6-da Konsul əlaqələri və immunitetləri haqqında konvensiya layihəsinin hazırlanması barədə qətnamə qəbul etmişdir. Baş Assambleyanın bu məsələ ilə bağlı çağırdığı konfransda Konsul əlaqələri haqqında Vyana Konvensiyası qəbul edilmişdir. == Müqavilənin müddəaları == Konsul əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası preambuladan, 5 hissədə birləşən 79 maddədən ibarətdir. 1961-ci il Vyana Konvensiyasında olduğu kimi, bu Konvensiyaya da iki əlavə protokol qəbul edilmişdir (Vətəndaşlığın əldə olunması haqqında fakultativ Protokol və Mübahisələrin məcburi həlli haqqında fakultativ Protokol). Preambulada Konvensiyanın bağlanmasının məqsədləri açıqlanır. Konvensiyanın 1-ci maddəsi xüsusi əhəmiyyət kəsb edir, belə ki, burada konvensiyada yer alan “konsul müəssisələri”, “konsul dairəsi”, “konsul vəzifəli şəxsi”, “konsul əməkdaşı” və s. kimi terminlərin açıqlaması verilir.
Korlar haqqında hekayət
Korlar haqqında hekayət (nid. De parabel der blinden) - Holland İntibah Dövrü rəssamı Böyük Piter Breygel tərəfindən 1568-ci ildə çəkilmiş rəsm əsəri. Tabloda bir-birindən zəncir kimi tutub yeriyən altı korun təsviri verilmişdir. Ən irəlidə yeriyən birinci kor bələdçi büdrəyir və əl ağacı ilə birlikdə xəndəyə düşür. Ardınca gələn kor da onun üstünə yıxılır. İkinci əl ağacına bağlı olan üçüncü kor da özündən qabaqkıların üzərinə aşacaq. Beşinci və altıncı korların hələ heç nədən xəbəri yoxdur, lakin onları da mütləq özlərindən əvvəlki yol yoldaşlarının ardınca xəndəyə yuvarlanmaq aqibəti gözləyir. Həmin altı fiqurda yıxılmanın altı müxtəlif anları (fazaları) təsvir olunmuşdur.
Kuba ilə Haiti arasında dəniz sərhədi haqqında müqavilə
Kuba ilə Haiti arasında dəniz sərhədi haqqında müqavilə — 1977-ci ildə iki dövlət arasında beynəlxalq dəniz sərhədi quran Kuba ilə Haiti arasında bağlanmış beynəlxalq müqavilə. Razılaşma 27 oktyabr 1977-ci ildə Havanada imzalanmışdır. Sənədin mətni iki dövlət arasındakı sərhədi Külək üstü boğazındakı hər iki adadan təxminən bərabər məsafədə qurur. Sərhəd 51 vahid nöqtənin koordinatlarını istifadə edərək müəyyən edilmiş 50 düz dəniz seqmentinə bölünür. Haiti və ABŞ-nin mübahisəli olduğu Haiti'nin qərb sahilində yerləşən Navassa adası, dövlət sərhədi nəzərə alınarkən nəzərə alınmadı. Müqavilə hər iki ölkə tərəfindən təsdiqləndikdən sonra 6 yanvar 1978-ci ildə qüvvəyə minmişdir. Müqavilənin tam adı, Haiti Respublikası ilə Kuba Respublikası arasında, hər iki dövlətin dəniz sərhədlərinin müəyyənləşdirilməsinə dair Dəniz Sərhədləri Müqaviləsidir. == İstinadlar == == Mənbə == Эван В. Андерсон (2003). Международные границы: Геополитический атлас. Routledge: Нью-Йорк.
Ləqəb və Adların Ləğvi Haqqında Qanun
Ləqəb və Adların Ləğvi Haqqında Qanun Türkiyədə 26 noyabr 1934-cü il tarixli 2590 nömrəli qəbul edilmiş qanundur. Türkiyənin Rəsmi Qəzetində (2867 saylı, 3-cü cild, 6-cı səhifə) 29 noyabr 1934-cü ildə nəşr edilmişdir. Türkiyə Böyük Millət Məclisində köhnəlmiş olmasına görə müzakirə edilmişdir. Qanuna görə: Maddə 1 - Ağa, Hacı, Hafiz, Xoca, Molla, Əfəndi, Bəy, Bəyəfəndi, Paşa, Xanım, Xanıməfəndi və Həzrətləri kimi ləqəb və adlar ləğv edilmişdir. Kişi və qadın vətəndaşlar qanun qarşısında və rəsmi sənədlərdə yalnız adları ilə qeyd olunmalıdır. Maddə 2 - Mülki, rütbə və rəsmi nişanlar və medallar ləğv edilmişdir və bu nişanların və medalların istifadəsi qadağandır. Müharibə medalları istisnadır. Türklər xarici dövlət nişanələrini üstlərində daşıya bilməzlər. Maddə 3 - Hərbi rütbələrdən adın əvvələ gəlməsi şərti ilə quru qoşunlarında və hava qüvvələrində xidmət edən Müşir, Birinci Ferik, Ferik ve Liva rütbəli şəxslərə General, dənizdə xidmət edən Birinci Ferik, Ferik və Liva rütbəli şəxslərə Admiral adı verilir. General və Admiralların dərəcələrini göstərən rütbələrlə hərbi dəniz zabitlərinin və digər hərbi birləşmələrdə xidmət edənlərin dərəcələrini göstərən rütbələrlə təltif edilməsi Ali Hərbi Şuranın qərarı və Deputatlar Şurasının təsdiqi ilə müəyyən edilir.
Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011)
== Məzmun == Film Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadədən bəhs edir. Filmin çəkilişləri M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Üzeyir Hacıbəyovun ev muzeyində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və İçərişəhər Dövlət Qoruğunda aparılmışdır. Filmdə Azərbaycan Respublikası Dövlət kino-foto sənədləri arxivindən və Xəyyam Mirzəzadənin şəxsi arxivindən istifadə edilmişdir. Filmdə sözləri Bəxtiyar Vahabzadənin olan "Ötən günlər" mahnısı Oqtay Ağayevin ifasında səslənir. Ramiz Rövşənin "Tək əl" şeiri müəllifin öz ifasında səslənir.
Milli komitələrin ləğvi haqqında qərarlar (AXC)
Milli komitələrin ləğvi haqqında qərarlar — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin özündən əvvəlki yerli hakimiyyət orqanlarının ləğv olunmasına dair qərarları (1918, iyun-iyul). Fevral inqilabı (1917) bütün müsəlmanların, eyni zamanda, azərbaycanlıların siyasi fəallığını artırdı. Yerlərdə Müsəlman Milli Komitələri yaradıldı. Bakıda, Gəncədə, İrəvanda və başqa şəhərlərdə yaradılmış milli komitələrin qarşısına qoyduğu əsas məqsədlərdən biri müsəlmanların yerli özünü idarə orqanlarında və Rusiyanın gələcək Müəssislər Məclisində proporsional şəkildə təmsil olunmasına nail olmaq idi. Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra buna ehtiyac qalmadı. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra milli komitələrin yerlərdə hakimiyyət orqanları kimi fəaliyyətinə xitam vermək məqsədilə hökumət qərarları qəbul edildi. Hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Gəncə (Yelizavetpol) milli komitəsinin sərəncamında olan ən zəruri mallar və bütün ərzaq ehtiyatı Ərzaq Nazirliyinin sərəncamına keçdi. 1918-ci il iyulun 7-də verilmiş qərara görə daxili işlər, maliyyə və ərzaq nazirlərinə Gəncə müsəlman milli komitəsinin əmlakının aydmlaşdırılması və qəbul edilməsi üçün ləğvetmə komissiyası yaratmaq tapşırıldı. Elə həmin gün verilmiş digər qərara əsasən, daxili işlər nazirinə Azərbaycan Xalq Cümhuriyyəti ərazisindəki bütün milli komitələrin ləğv olunması və onların əmlakının dövlətin serəncamına keçirilməsi tapşırılırdı. Azərbaycan Xalq Cümhuriyyəti Müsəlman Milli Komitələri Азербаиджанская Демократическая Республика (1918-1920).
Moldova Respublikasının müstəqilliyi haqqında deklarasiya
Moldova Respublikasının müstəqilliyi haqqında deklarasiya (rum. Declarația de independență a Republicii Moldova) və Moldovanın müstəqilliyi haqqında deklarasiya — 27 avqust 1991-ci ildə Moldova Parlamenti tərəfindən №691 «Müstəqillik haqqında deklarasiya» qanunu qəbul edilmişdir. Avqust çerilişinə cəhddən sonra Moldova SSRİ tərkibindən çıxdığını elan etmişdir. Moldova Parlamenti bu deklarasiyada Moldova Respublikasının müstəqilliyini elan edərək, nəzərə çatdırmaq istəyir ki, min il boyunca bölgədə moldova xalqı yaşamış və öz tarixlərini yazmışlar. Üstəlik uzaq keçmişdə mövcud olmuş dövlətçilik ənənələrini xatırladaraq bu addımın atılmasına hüquqi zəmin olduğunu vurğulayır. Xüsusi ilı Moldova knyazlığından Sovetlər dönəminə qədərki dövlətlər qeyd edilir. Deklarasiyada Kiçik Qaynarca (1775) və Buxarest (1812) sülh müqavilələri (Osmanlı ilə Rusiya arasında bağlanmış müqavilələr) qanundan kənar elan edilir. Səbəb isə hər iki tərəfin milli torpaqları bölüşdürməsi göstərilir. Üstəlik qanunda 2 avqust 1940-cı il « İttifaq daxilində Moldova SSR təşkili haqqında» və Faşist Almaniyası ilə SSRİ arasında 23 avqust 1939-cu ildə imzalanmış Molotov-Ribbentrop paktının qüvvədən düşməsi vurğulanır. Əsas kimi isə Bessarabiya, Bukovin və Qersa vilayətlərinin rəyinin alınmaması göstərilir.
Mona Liza haqqında fərziyyələr
XVI əsrdə Leonardo da Vinçi tərəfindən yağlı boya ilə qovaq paneli üzərində çəkilmiş "Mona Liza" (it. Monna Lisa) və ya "Cakonda" (it. La Joconde) portreti müxtəlif fərziyyələrin yaranmasına səbəb olmuşdur. Ənənəvi olaraq portretdə oturmuş xanımın Liza del Cakondo olması qəbul edilsə də, müxtəlif mənbələrdə modelin kimliyi ilə bağlı fərziyyələrə də yer verilmişdir. Həyatının son illərində Leonardo "möhtəşəm Culyano de Mediçidən florensiyalı xanımın sağ ikən çəkilmiş portretini" işləmək sifarişi alır. Liza del Cakondo və Culyano de Mediçi arasında hansısa əlaqənin olmasını sübut edən heç bir sənəd və ya məlumat tapılmadığından Leonardonun başqa florensiyalı xanımın da portretini işlədiyi iddia edilmişdir. Rəssam Syuzan Doroti Vayt Mona Lizanın maskulin ölçüləri və kəllə quruluşunu yazdığı "Təbəssüm anatomiyası: Monanın sümükləri" (ing. Anatomy of a Smile: Mona's Bones, 2002) və "Çeynəyən Mona" (ing. Mona Masticating, 2006) adlı əsərlərində tədqiq edir.. "Bell Labs"dan Lillian Şvarts hesab edir ki, "Mona Liza" əslində Leonardonun avtoportretidir.
Mona Liza haqqında uydurma hekayələrin xronologiyası
Aşağıda, İtaliya intibahı dövründə Florensiyada Leonardo da Vinçi tərəfindən çəkilmiş Liza del Cakondonun "Mona Liza" adlı portretinə həsr edilmiş və ya qismən əsərdən bəhs edilən uyruma və yarım-uydurma hekayələrin (filmlər, teleserial seriyaları və ədəbi əsərlər də daxil olmaqla) siyahısı verilmişdir. Əsərlər çıxarıldığı dövrə uyğun olaraq xronoloji ardıcıllıqla göstərilmişdir. 1975 – İkinci xanım Cakonda (ing. The Second Mrs. Giaconda), Elayni Lobl Köniqsburq tərəfindən yazılmış və portretin çəkilməsindən bəhs edən roman. 1979 – "Ölüm şəhəri", "Doktor Kim" teleserialının seriyası, əsas süjet "Mona Liza"nın Luvrdan oğurlanmasından bəhs edir. 1985 – Granada Televiziyasının çəkdiyi "Şerlok Holms" teleseriyasının seriyalarından birində Artur Konan Doylun "Sonuncu problem" romanı əsasında "Mona Liza"nın Luvrdan oğurlanmasından bəhs edilir. Süjet ssenari müəlliflərinin ideyası olmaqla, Konan Doylun 1893-cü ilə aid hekayəsinə tam uyğun deyildir. 2003 – Da Vinçi şifrəsi, Den Braun tərəfindən yazılmış romandır. "Mona Liza" süjetin ayrılmaz hissəsidir və kitabın orijinal nəşrinin üz qabığında istifadə olunub.
Müqaviləyə əsaslanan İnvestor-Dövlət Arbitrajında şəffaflıq haqqında Birləşmiş Millətlər Konvensiyası
Müqaviləyə əsaslanan İnvestor-Dövlət Arbitrajında şəffaflıq haqqında Birləşmiş Millətlər Konvensiyası — 10 dekabr 2014-cü ildə qəbul edilmiş və 18 oktyabr 2017-ci ildə qüvvəyə minmiş, tərəflər arasında beynəlxalq müqavilələr əsasında İnvestor-Dövlət Arbitrajı Kontekstində Şəffaflığa dair Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası qaydalarını, cavabdehin bildirişinin dərc olunmasını təmin edir. Eyni zamanda, konvensiya ticarət sirrini təşkil edən və ya nəşri qanunların icrasına müdaxilə edəcək və ya beynəlxalq müqaviləyə əsasən yayımlanmaqdan qorunan və ya cavabdeh tərəfindən təqdim edildiyi gizli məlumatların dərc edilməsini nəzərdə tutmur. Milli qanuna uyğun olaraq, ya da qanuna və ya arbitrajın bu məlumatların açıqlanması baxımından uyğun hesab etdiyi qaydalara uyğun olaraq. Konvensiya UNCITRAL veb saytında.

"haqqın" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#haqqın nədir? #haqqın sözünün mənası #haqqın nə deməkdir? #haqqın sözünün izahı #haqqın sözünün yazılışı #haqqın necə yazılır? #haqqın sözünün düzgün yazılışı #haqqın leksik mənası #haqqın sözünün sinonimi #haqqın sözünün yaxın mənalı sözlər #haqqın sözünün əks mənası #haqqın sözünün etimologiyası #haqqın sözünün orfoqrafiyası #haqqın rusca #haqqın inglisça #haqqın fransızca #haqqın sözünün istifadəsi #sözlük