xalqın sözü azərbaycan dilində

xalqın

Yazılış

  • xalqın • 93.2443%
  • Xalqın • 6.7161%
  • XALQIN • 0.0396%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xalqın xidmətçisi
"Xalqın xidmətçisi" (ukr. Слуга народу, rus. Слуга народа, bəzən "Millətin xidmətçisi" kimi tərcümə olunur) — efirdə ilk dəfə 16 oktyabr 2015-ci ildə göstərilən və siyasi satira komediyası janrında çəkilən Ukrayna televiziya serialı. Serial orta məktəbdə işləyən otuz yaşlı tarix müəllimi Vasili Petroviç Qoloborodkonun (Vladimir Zelenski) hekayəsindən bəhs edir. Şagirdlərindən biri baş qəhrəmanın ədəbsiz dildə hökumət korrupsiyasına qarşı ifadələr işlətdiyi videosunu paylaşır və video ölkədə o qədər rəğbət qazanır ki, müəllim gözlənilmədən Ukraynada Prezident seçkilərində qalib gəlir.Serialın prodüser şirkəti "Kvartal 95"-dir, hansı ki baş kişi rolunu canlandıran Vladimir Zelenski tərəfindən qurulmuşdur. Serial Ukraynanın real siyasətinə çox təsir etmişdir; 31 mart 2018-ci ildə serialla eyniadlı siyasi partiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi. Bundan əlavə, serialda Ukrayna Prezidenti rolunu canlandıran Zelenski 21 aprel 2019-cu ildə həqiqətən Ukrayna Prezidenti seçildi. == Aktyor heyəti və personajlar == Vasili Petroviç Qoloborodko (Vladimir Zelenski): Ukrayna prezidenti, keçmiş orta məktəb tarix müəllimi Yuri İvanoviç Çuyko (Stanislav Boklan): Ukraynanın baş naziri Pyotr Vassilyeviç Qoloborodko (Viktor Saraykin): Vasilinin atası Mariya Stefanovna Qoloborodko (Nataliya Sumska): Vasilinin anası Svetlana Petrovna Saxno (Yekaterina Kisten): Vasilinin bacısı, vergi xidmətlərinin keçmiş 1-ci müavini Olqa Yuryevna Mişçenko (Yelena Kravets): Vasilin keçmiş həyat yoldaşı, Mərkəzi Bankın direktoru, daha sonra Baş nazir vəzifəsinə keçdi Sergey Viktoroviç Muxin (Yevgeni Koşevoy): Xarici İşlər Naziri, keçmiş aktyor Oksana Skovoroda (Olqa Jukovtsova); Sergey Muxinin hiper effektiv köməkçisi və işləyici Mixail İvanoviç Sanin (Yuri Krapov): Maliyyə Naziri İvan Andreyeviç Skorik (Aleksandr Pikalov): Müdafiə naziri, keçmiş kapitan Mixail Aşotoviç Tasunyan (Mixail Fatalov): Ukrayna Gizli Xidmətinin (SBU) rəhbəri Nataşa Saxno (Anna Koşmal): Vasilin qardaşı qızı Anna Mixaylovna (Qalina Bezruk): Vasilin sevgilisi == Buraxılışı == "Xalqın xidmətçisi" Ukraynada 1+1 kanalında yayımlandı. Studiya həmçinin bütün bölümləri pulsuz olaraq "Youtube"a yerləşdirdi. Serial həmçinin bəzi ölkələrdə "Netflix" kimi seriallar və filmlər platformasında yayılmışdır.Belarus telekanalı "Belarus-1" şounun yayımına 11 noyabr 2019-cu il tarixində başladı.Rusiyanın "TNT" telekanalı 11 dekabr 2019-cu ildə serialın ancaq pilot epizdonu göstərdi və bunun "platforma barədə məlumatlılığın artırılması üçün marketinq hiyləsi" olduğunu bildirdi.
Xalqın seçimi mükafatı
People's Choice Awards (azərb. "Xalqın seçimi" mükafatı‎) — ABŞ şou-biznesində ümummilli səsvermə ilə təyin edilən yeganə mükafat.1975-ci ildən 40-dan artıq nominasiya üzrə təqdim olunur. Əvvəllər ABŞ-nin "Gallup" ictimai fikir institutunun sorğusunun nəticələrinə əsasən təqdim olunan mükafat, hazırda real zaman rejimində keçirilən səsverməyə görə verilir.
Xalqın Səsi Partiyası (Türkiyə)
Xalqın Səsi Partiyası (türk. Halkın Sesi Partisi), HAS Parti — Türkiyə Respublikasındakı siyasi partiyalardan biridir. Partiya Səadət Partiyasının keçmiş sədri Numan Qurtulmuş tərəfindən 1 noyabr 2010 tarixində qurulub. Daha sonralar Ədalət və İnkişaf Partiyasına birləşib. Özlərini millətin mərkəzi kimi təqdim edirlər.
Xalqın Xidmətçisi (siyasi partiya)
Xalqın Xidmətçisi (ukr. Слуга народу) — Ukrayna siyasi partiyası. Partiyanın lideri Volodimir Zelenski. Xalqın Xidmətçisi partiyası 2018-ci ilin mart ayında eyniadlı serialın istehsalçı şirkəti Kvartal 95 işçiləri tərəfindən quruldu.
Xalqın xidmətçisi (teleserial, 2015)
"Xalqın xidmətçisi" (ukr. Слуга народу, rus. Слуга народа, bəzən "Millətin xidmətçisi" kimi tərcümə olunur) — efirdə ilk dəfə 16 oktyabr 2015-ci ildə göstərilən və siyasi satira komediyası janrında çəkilən Ukrayna televiziya serialı. Serial orta məktəbdə işləyən otuz yaşlı tarix müəllimi Vasili Petroviç Qoloborodkonun (Vladimir Zelenski) hekayəsindən bəhs edir. Şagirdlərindən biri baş qəhrəmanın ədəbsiz dildə hökumət korrupsiyasına qarşı ifadələr işlətdiyi videosunu paylaşır və video ölkədə o qədər rəğbət qazanır ki, müəllim gözlənilmədən Ukraynada Prezident seçkilərində qalib gəlir.Serialın prodüser şirkəti "Kvartal 95"-dir, hansı ki baş kişi rolunu canlandıran Vladimir Zelenski tərəfindən qurulmuşdur. Serial Ukraynanın real siyasətinə çox təsir etmişdir; 31 mart 2018-ci ildə serialla eyniadlı siyasi partiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi. Bundan əlavə, serialda Ukrayna Prezidenti rolunu canlandıran Zelenski 21 aprel 2019-cu ildə həqiqətən Ukrayna Prezidenti seçildi. == Aktyor heyəti və personajlar == Vasili Petroviç Qoloborodko (Vladimir Zelenski): Ukrayna prezidenti, keçmiş orta məktəb tarix müəllimi Yuri İvanoviç Çuyko (Stanislav Boklan): Ukraynanın baş naziri Pyotr Vassilyeviç Qoloborodko (Viktor Saraykin): Vasilinin atası Mariya Stefanovna Qoloborodko (Nataliya Sumska): Vasilinin anası Svetlana Petrovna Saxno (Yekaterina Kisten): Vasilinin bacısı, vergi xidmətlərinin keçmiş 1-ci müavini Olqa Yuryevna Mişçenko (Yelena Kravets): Vasilin keçmiş həyat yoldaşı, Mərkəzi Bankın direktoru, daha sonra Baş nazir vəzifəsinə keçdi Sergey Viktoroviç Muxin (Yevgeni Koşevoy): Xarici İşlər Naziri, keçmiş aktyor Oksana Skovoroda (Olqa Jukovtsova); Sergey Muxinin hiper effektiv köməkçisi və işləyici Mixail İvanoviç Sanin (Yuri Krapov): Maliyyə Naziri İvan Andreyeviç Skorik (Aleksandr Pikalov): Müdafiə naziri, keçmiş kapitan Mixail Aşotoviç Tasunyan (Mixail Fatalov): Ukrayna Gizli Xidmətinin (SBU) rəhbəri Nataşa Saxno (Anna Koşmal): Vasilin qardaşı qızı Anna Mixaylovna (Qalina Bezruk): Vasilin sevgilisi == Buraxılışı == "Xalqın xidmətçisi" Ukraynada 1+1 kanalında yayımlandı. Studiya həmçinin bütün bölümləri pulsuz olaraq "Youtube"a yerləşdirdi. Serial həmçinin bəzi ölkələrdə "Netflix" kimi seriallar və filmlər platformasında yayılmışdır.Belarus telekanalı "Belarus-1" şounun yayımına 11 noyabr 2019-cu il tarixində başladı.Rusiyanın "TNT" telekanalı 11 dekabr 2019-cu ildə serialın ancaq pilot epizdonu göstərdi və bunun "platforma barədə məlumatlılığın artırılması üçün marketinq hiyləsi" olduğunu bildirdi.
Xalqın aktrisası. Nəcibə Məlikova (film, 2015)
Xalqın aktrisası. Nəcibə Məlikova — rejissor Sənan Sultanovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə teatr və kino aktrisası, Azərbaycanın xalq artisti Nəcibə Məlikovanın xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Fətəli xan", "Bakının işıqları", "Ögey ana", "Aygün", "Leyli və Məcnun", "Əhməd haradadır?", "Arşın mal alan", "Qanun naminə", "Üzeyir ömrü" bədii filmlərinin, "Yollar görüşəndə...", "Topal Teymur" televiziya tamaşalarının, eləcə də "Büllür sarayda", "Vəziri — xani Lənkəran" teatr tamaşalarının kadrlarından istifadə edilmişdir.
Azərbaycan Xalqının Milli Qurtuluş Günü
Azərbaycan xalqının milli qurtuluş günü — Azərbaycan Respublikasında rəsmi bayramlardan biri. 1997-ci ilin 15 iyun günündən bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilmişdir. == Ümumi məlumat == 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. == Hadisələrin qısa tarixi == 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi.
Azərbaycan Xalqının Soykökünü Düşünərkən (Kitab)
"Azərbaycan Xalqının Soykökünü Düşünərkən" Mirəli Seyidov tərəfindən yazılmış əsər. == Məzmun == M.Seyidov Azərbaycan xalqının, onun mədəniyyət, ədəbiyyat və dilinin çox qədim və zəngin bir tarixə malik olduğunu, bu mədəniyyətin, bu dilin qonşu xalqlara, o cümlədən erməni xalqına da güclü təsir göstərdiyini faktlar, dəlillərlə sübut etməyə müvəffəq olmuşdur. Bu, M.Seyidovun xalqımıza göstərdiyi mühüm xidmətdir”. Şair fikrini inkişaf etdirərək, daha sonra yazmışdır: “Azərbaycan xalqının soykökünün-etnogenezisinin müəyyənləşdirilməsi işində də M.Seyidovun bu əsərinin əhəmiyyəti böyükdür. Müəllif elmi inandırıcılıqla sübut edir ki, türkdilli qəbilələr Azərbaycana eramızdan əvvəl III əsrdə, bəlkə daha əvvəllər gəlmiş, burada yerli qəbilə və qəbilə birləşmələrilə çarpazlaşmış, beləliklə də, vahid Azərbaycan xalqı yaranmışdır. == Kitabın yenidən çapı == Kitabın ilk çapı 1989-ci ildə işıq üzü görmüşdür. 2018-ci ildə isə oğlu Elçin Seyidov tərəfindən çap edilmişdir. == Kitab haqqında fikirlər == “Azərbaycan xalqının soykökünü düşünərkən” adlı fundamental monoqrafiyasına ön söz yazmış xalq şairi Sabir Rüstəmxanlı alimə heyranlığını gizlədə bilməmişdir: “O, böyük abidələrimizin kökündə dayanan ilkin odu, qüvvəni, ilkin qaynağı gəzə-gəzə yurdumuzun ilk çırağının işiğına aparan yolları araya-araya, söz, kəlmə pillələri ilə xalq təfəkkürünün elə uzaq bir başlanğıcına gedib çatır ki, adam heyran qalır”. Yaxud alimin folklorlaşan ömrü şair tərəfindən belə qiymətləndirilir: “Soyumuzun beşik yurdunu, beşik nəğməsini, sözümüzün, ruhumuzun ilk ifadə şəkillərini axtara-axtara o, özü də bir ilkinlik, saflıq nümunəsinə, şaman dualarından, qopuz iniltilərindən, varsağı, bayatı hikmətindən yonulmuş Ozan babaya dönüb. İllər keçdikcə Mirəli Seyidov da araşdırdığı epik qəhrəmanlıq dastanlarımızdan qopub gələn bir xalq müdrikinə, öz işinin cünunu olan bir ağsaqqala çevrilib, dədələşib.
Balkar xalqının repressiya qurbanlarına həsr olunmuş abidə
Balkar xalqının repressiya qurbanlarına həsr olunmuş abidə — 1944-1957-ci illər arası sürgün edilmiş balkar xalqına həsr olunmuş abidə. Memorial abidənin açılışı 8 mart 2002-ci ildə Kabardino-Balkariya respublikasının Nalçik şəhərində Kanukoyeva küçəsində baş tutub. Abidənin ətrafında hər il matəm mitinqləri keçirilir. == Haqqında == Abidənin qoyulması ilə bağlı qərar 8 mart 1989-cu ildə balkar xalqının deportasiyasının 45-ci ildönümü münasibətilə qəbul olunub. Məhz bu tarixdə "Balkar xalqının soyqırım qurbanlarına" yazılmış simvolik daş gələcəkdə abidənin tikiləcəyi özülə qoyulmuşdur.Abidənin mmemarlıq xüsusiyyətləri orta asiya məqbərə tərzindədir. Abidənin divarında balkar xalqının sürgün edildiyi tarix - 8 mart 1944-cü il - 28 mart 1957-ci il qeyd olunub. Memorialın ekspozisiyasına yüzlərlə toplanmış sənədlər, şəxsi əşyalar daxildir. Ekspozisiya 2 mərtəbədə yerləşir eləcə də burada, müvəqqəti ekspozisiyalar üçün sərgi zalı, akt zalı, arxiv və işçi bölmələri mövcuddur.
Məhəmməd Əmin Rəsulzadənin Amerikanın Səsi radiosundan Azərbaycan xalqına müraciəti
Məhəmməd Əmin Rəsulzadə 1953-cü il mayın 28-də Azərbaycanın Cumhuriyyət günü Amerikanın səsi radiosuna müsahibə zamanı Azərbaycan xalqına müraciət etmişdi. Soyuq müharibə dövrü bu, Azərbaycan xalqına müraciət üçün Məhəmməd Əmin Rəsulzadəyə verilən yeganə imkan idi.Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin səs yazısı 60 ildir "Amerikanın səsi"nin arxivində qorunub saxlanır.
Talış xalqının tarixi
Talışlar – Xəzər dənizinin cənub-şərq sahillərində, o cümlədən, talış dağlarının şərq ətəklərindən yaşayırlar. Onların sahib olduğu dil və mədəniyyət bir başa olaraq, onların tarixi ilə bağlıdır. == Qədim dövr == === Daş dövrü === === Tunc dövrü === Talışların indiki yaşadığı ərazilərdə Tunc dövrə aid Astara rayonunun Siyakü kəndindəki I və II — Siyakü yaşayış yerləri, "Baba Cabbar kurqanı", "Təngərüd kurqanı", "Seyidcamal kurqanı", "Vaqo" kurqanları, "Baba Hümmət kurqanı", "Bi yaylağı kurqanı" 4 ədəd Siyakü kurqanları, Artupa kəndindəki Axicəbəl kurqanı, Alaşa kəndindəki 3 ədəd kurqan, Lovayn kurqanı, Binəbəy kəndindəki "Binəbəy kurqanları", Koraoba kəndindəki 3 ədəd kurqanlar var.Talış dağlarındakı iri daş sərdabələrdə Tunc dövrünə aid toplu ölügömmə adəti qeydə alınmışdır.Fransalı arxeoloq Jak de Morqan 1886—1889-cu illərdə Qafqazda, o cümlədən Azərbaycan ərazisində və Şimali İranda son tunc və dəmir dövrünə dair bir sıra qazıntı işləri aparmışdır. Jak de Morqan 80-ci illərdə Talış ərazisində 230-dan artıq qəbir abidəsini tədqiq edib. Burada çıxarılan maddi-mədəniyyət materialları Azərbaycanın tunc və ilk dəmir dövründəki tarixi inkişafı haqqında məlumat verirdi. Jak de Morqan, burada üzə çıxardığı abidələrin ən yaxşı nümunəlirini Parisin Sen Jermen muzeyinə göndərdi. Bu materialları sonralar elmi baxımdan tədqiq edən Jak de Morqan belə bir konsepsiya irəli sürdü ki, Azərbaycan ərazisində ilk insanlar tunc dövründə, miqrasiya yolu ilə məskunlaşmışlar. === Dəmir dövrü === == Antik dövr == E.ə II minilliyin sonu - I minilliyin ilk yüzilliklərində ari tayfaları qeyri-müəyyən səbəblərə görə şərqi avropadan köç etmiş, uzun bir yol qətt edərək, şimali qafqaza və orta asiyaya, ordanda hindistan və iran yaylasına qədər gəlib çıxmışlar. Onlara qədər isə xəzər dənizi ətrafındakı bir çox xalqlar bu torpaqların sakini idi. Onlardan da biri kadusilər hesab edilirdi.
Tatar xalqının etnogenezi
Tatarlar — VII–XII əsrlərdə yaranan bir neçə etnik vahidin adıdır. İlk dəfə bu ad otuz doqquz tatar şəklində Kültigin (VIII əsr) heykəlində qeyd olunur; IX əsrin birinci yarısına aid olan Çin mənbələrində Çinin şimalında yaşayan tayfalara nisbətən da-da ("ta-ta") yazımında verilir; VII–XII əsrlərə aid türk və farsdilli müsəlman yazılı mənbələrə görə, Şərqi Türkistan və Monqolustan torpaqlarının sakinləri tatar kimi xatırlanır. Mahmud Kaşğaridəki eyni bölgəyə Daşte Tatar (Tatar torpağı) deyildi. XII əsrin sonlarından Çingiz xanın rəhbərliyi altında Monqol dövləti quruldu və onun qurulmasında Tatar tayfaları da iştirak etdi. Orta əsrlər ərəb-fars yazılı mənbələrində Qızıl Orda dövlətinin əsas əhalisi tatarlar adlanır. Qərbi Avropa və rus tarixşünaslığında eyni termin təsbit edilmişdir. Rusiyada XX əsrin əvvəllərindən əvvəl Volqa-Ural bölgəsi, Cənubi Sibir, Şimali Qafqaz və Krım yarımadasında yaşayan müsəlman xalqların əksəriyyətinə tatar deyilirdi. == Coğrafi-etnoqrafik qruplar == Tatarlar 3 etnik qrupa bölünür: Volqa-Ural tatarları, Sibir tatarları və Həştərxan tatarları. Polşa-Litva tatarlarının alt qrupu da var. Volqa-Ural bölgəsinin qrupu, 4 milyondan çox tatarla birlikdə ən böyüyüdür.
Türk xalqının tarixi
Türkiyə tarixi — Anadolunun türkləşməsindən sonra Anadoluda yaranan və sonra genişlənən türk dövlətçiliyinin tarixidir. İlk iki əsrində Səlcuqlular, XIII əsrin sonlarından isə Osmanoğullarının siyasi idarəçiliyi ilə davam edən bu dövlətçilik 1923-ci ildən başlayaraq Cumhuriyyət şəklində mövcuddur. Kiçik Asiyada bir çox mədəniyyət və qədim dövlətlər yaranmış, burada birbaşa və ya dolayısı yolla dünyaya təsir edəcək böyük güc mərkəzləri meydana gəlmişdir. Səlcuqlar XI əsrdə Bizans İmperiyasını çökdürən və bu ərazilərdə böyük kök salıb, regionu dünyanın ən böyük mədəni, elmi və siyasi mərkəzlərindən birinə çevirmiş ilk türk sülaləsidir. == Xronologiyası == === Qədim dövr === E.ə. 2600-1900-cu illər (qədim tunc dövrü) - Mərkəzi Cənub-şərqi Anadoluda qedim Xetlərin padşahlığı. E.ə. 1900-1300-cü illər - Böyük Xetlər padşahlığı, Misirlə müharibə (Suriyanın işğalı), Patriarx Avram Uradan Xana gedir və Mesopotomiyanın şimal-şərqində dayanır. E.ə.1250-ci il - Troya müharibəsi. E.ə.
Yəhudi xalqının tarixi
Yəhudi xalqının tarixi — yəhudilərin təşəkkül və inkişaf tarixidir. Bu tarix, yəhudi xalqının tarix boyunca digər xalqlarla qarşılıqlı əlaqələri, dinləri və mədəniyyətləri də daxil olmaqla, demək olar ki, dörd min ili və həmçinin yüzlərlə başqa xalqı əhatə edir. Yəhudi tarixinin əhəmiyyətli bir hissəsi, hazırda İsrail dövləti adlanan ərazi ilə əlaqələndirilir. İncil və ümumiyyətlə yəhudi ənənəsinə görə, yəhudilərin kökənlərini e.ə. 18-ci əsrdən Kənan torpağında yaşayan İncil patriarxları İbrahim, İshaq və Yaqubdan başlayır. Roma dövründə yəhudilər dağılmış və diaspor kimi dünyaya yayıldılar. İkinci Dünya müharibəsi zamanı yəhudilərin soyqırımından sonra İsrail Dövləti yaradıldı. == Ən qədim tarix == Yəhudi xalqının kollektiv abidələri qədim nəsillər tərəfindən tərtib edilmiş yazılı mənbələrdə öz əksini tapmışdır. Bunlar Tanah, Talmud, aqad ədəbiyyatı, Orta əsrlərin mistik, fəlsəfi və halaxik əsərləri, Yeni Çağ Yəhudi ədəbiyyatıdır. Bu milli yaddaş Yəhudi həyat tərzi ilə dəstəklənir, Yəhudi tətillərinin illik dövrü ilə təzələnir və hər yeni nəsli milli keçmişlə əlaqəli yaşamağa təşviq edir.
Əlcəzair xalqının manifesti
"Əlcəzair xalqının manifesti" — 10 fevral 1943-cü ildə Fərhad Abbas tərəfindən yayımlanmış, "Əlcəzair milləti" üçün yeni statusun verilməsini tələb edən və 28 seçilmiş müsəlman səlahiyyətlisi tərəfindən imzalanmış manifest.Manifest müstəmləkəçiliyi pisləyir və Əlcəzair xalqının özünü idarə etmək hüququnu təsdiq edir. Burada irqindən və dinindən asılı olmayaraq bütün insanların azadlıq və bərabərliyinə təminat verən konstitusiya layihəsinin hazırlanmasını, ərəb dilinin fransız dili ilə eyni statusa malik rəsmi dil kimi tanınmasını, kilsə ilə dövlətin ayrılması ilə dini etiqad azadlığı tələb edilir. Manifestin əlavə hissəsi müharibənin sonunda Əlcəzair Məclisinin yaradılmasını tələb edir.Mətn həm Məssali Hacının, həm də Fərhad Abbasın davamçılarının nailiyyətlərini təcəssüm etdirir. Bu, Bencamin Storanın ifadəsinə görə, Əlcəzair xalqının siyasi əksəriyyətini müəyyən edir.
"Beynəlmiləlçi döyüşçüyə minnətdar əfqan xalqından" medalı
"Beynəmiləlçi-döyüşçüyə Əfqan xalqı adından minnətdarlıq" medalı — Əfqanıstan Demokratik Respublikası tərəfindən burada döyüşən beynəlmiləlçi şəxslərə verilir.[mənbə göstərin]
"Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqından" medalı
"Beynəmiləlçi-döyüşçüyə Əfqan xalqı adından minnətdarlıq" medalı — Əfqanıstan Demokratik Respublikası tərəfindən burada döyüşən beynəlmiləlçi şəxslərə verilir.[mənbə göstərin]

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 108.29 dəfə / 1 mln.
2002 •••••••••••••••• 263.81
2003 •••••••••••••••••••• 338.96
2004 •••••••• 132.06
2005 ••••••••••• 178.14
2006 ••••• 77.93
2007 ••••••• 106.56
2008 •••••••• 128.14
2009 •••••• 95.51
2010 ••••• 79.70
2011 •••••• 100.38
2012 •••••• 93.19
2013 •••••• 94.09
2014 ••••• 77.57
2015 •••••• 91.86
2016 ••••• 83.30
2017 •••• 66.34
2018 ••••••• 110.72
2019 •••••••• 135.06
2020 ••••••••••• 172.66

"xalqın" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xalqın nədir? #xalqın sözünün mənası #xalqın nə deməkdir? #xalqın sözünün izahı #xalqın sözünün yazılışı #xalqın necə yazılır? #xalqın sözünün düzgün yazılışı #xalqın leksik mənası #xalqın sözünün sinonimi #xalqın sözünün yaxın mənalı sözlər #xalqın sözünün əks mənası #xalqın sözünün etimologiyası #xalqın sözünün orfoqrafiyası #xalqın rusca #xalqın inglisça #xalqın fransızca #xalqın sözünün istifadəsi #sözlük