çılğın sözü azərbaycan dilində

çılğın

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çılğın • 81.5009%
  • Çılğın • 18.3246%
  • ÇILĞIN • 0.1745%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çılğın (film, 2000)
Sevgi ehtirası (hind dili: जोश, Rom: Josh) — rejissor Mansur Khan tərəfindən çəkilmiş və 9 iyun 2000-ci ildə nümayiş etdirilən Hindistan kriminal filmidir. Baş rollarda Şah Rukh Khan, Aishwarya Rai, Chandrachur Singh və Sharad Kapoor, köməkçi rollarda isə Priya Gill və Vivek Vaswani oynamışdır. Film West Side Story (1961) musiqili filminin remeykidir. Film ortalama gəlir əldə etmişdir. == Süjet xətti == Ekran əsərində hadisələr bir-birilə ədavətdə olan iki quldur dəstəsinin fəaliyyətdə olduğu kiçik hind şəhərində cərəyan edir. Onlardan birinə Maks Diaz başçılıq edir. İkincisi isə Maksın qatı düşməni Prakaş Şarmanın başçılığı altındadır. Günlərin bir günü Mumbayda iki il işləyib geri dönən Rahul, qardaşı Prakaşa baş çəkir. Doğma şəhərində Şirli adlı son dərəcə cazibədar qadına ilk baxışdan aşiq olur. Şirli ona bu sevgidə qarşılıq versə də, tezliklə Rahul onun qardaşının əzəli düşməni Maksın bacısı olduğunu öyrənir.
Çılğın izdihamdan uzaq
Çılğın İzdihamdan Uzaq (ing. Far From The Madding Crowd) ingilis yazıçı Tomas Hardinin 1874-cü ildə yayımlanmış dördüncü və ən məşhur romanlarındandır.Əsər ilk dəfə Chornhill Magazine adlı jurnalda, aylıq olaraq hissə-hissə yayımlanmış və böyük nailiyyət əldə etmişdir. Müəllif, 1895 və 1901-ci illərdə əsər üzərində əlavə və dəyişikliklər etmişdir. Hardi, romanın adını, ingilis şair Thomas Grayin şeirində keçən 'Far From the madding crowds ignoble strife' cümləsindən götürmüşdür. Müəllifinə böyük şöhrət qazandıran əsər 1915, 1967, 1998 və 2015-ci illərdə filmə də adaptasiya edilmişdir. == Məzmun == Romanın əsas qəhrəmanı Qabriel Oak adlı bir çoban və Bathsheba Everdene adlı bir qızdır. Onların ilk tanışıqlıqları Bathshebanın kasıb bir qız olaraq xalası xanım Hurstun evində qalmağa başladığı vaxta təsadüf edir. Qızı ilk gördüyü andan qəlbən və məntiqən ona yaxınlıq duymağa başlayan çoban Oak, bir gün onunla ailə qurmaq fikrində olduğunu açıqlayır, lakin Bathsheba tərəfindən təklifi rədd edilir. Ardından hadisələr kəskin şəkildə dəyişir. Belə ki, çoban Oak bir fəlakət nəticəsində illərlə əmək sərf edərək əldə etydiyi sürüsünü itirir və özünə iş tapmaq üçün əlində qalan nə varsa sataraq olduğu yerdən köçür.
I Çılğın Xuana
Kastiliyalı I Yuanna (ing. Juana I de Castilla) və ya Dəli Yuanna (isp. Juana I la Loca; 6 noyabr 1479[…], Toledo – 12 aprel 1555[…], Tordesilyas[d], Kastiliya və Leon) – Kastiliya və Araqon kraliçası. == İlk illəri və təhsili == Yuanna 6 noyabr 1479-cu ildə Kastilya krallığının paytaxtı Toledo şəhərində dünyaya gəldi. Kastilya kraliçası I İzabella və Araqon kralı II Ferdinandın üçüncü övladı və ikinci qızı idi. Ağ bənizi, mavi gözləri və anası ilə bacısı Ketrində olduğu kimi narıncı saçları vardı. Ailənin Yuannadan başqa 4 övladı daha vardı: İzabella, Con, Mariya və Ketrin. Yuanna ağıllı və çalışqan bir şagird idi. Yeni qurulan Kastilya-Araqon ittifaqının gücünün qorunması üçün gələcəkdə siyasi evlilik qurması planlaşdırılırdı və bu məqsədlə mükəmməl təhsil aldı. Kralın qızı olduğu üçün nə Kastilya, nə də Araqon taxtına namizəd göstərilmirdi.
Çılğın dünya (film, 1995)
Zamaana Deewana (nəstəliq: زمانہ دیوانہ, mənası: Çılğın dünya) Rameş Sippinin rejissorluq etdiyi hind filmidir.[mənbə göstərin]
Çılğın gənclər (film, 2013)
Yeh Jawaani Hai Deewani — rejissor Ayan Mukercinin 2013-cü ildə çəkilmiş filmidir Prodüseri Karan Cohar olan filmin hind dilindən tərcüməsi "Çılğın gənclər" deməkdir. == Süjet xətti == Naina utancaq tibb tələbəsidir. Davamlı oxuyur və həmişə dərslərindən yüksək qiymətlər alır, lakin introvert xarakterinə görə özünü həmişə kənarlaşdırılmış hiss edir. Köhnə sevgilisi Aditi Mehra ilə yenidən görüşü zamanı o başa düşür ki, ona yüksək qiymətlərlə yanaşı, həyatda başqa şeylər də lazımdır. Odur ki, o, heç kimə xəbər vermədən, Himalay dağ silsilələrindəki ekskursiyasında Aditini izləmək qərarına gəlir. Ekskursiya zamanı o, köhnə sinif yoldaşları Kabir "Bunny" Thapar və Avinash "Avi" Arora ilə olan dostluğunu təzələyir.
Dağlaləsi çılğınlığı
Dağlaləsi həyəcanı (nid. Tulpenmanie, Tulpomanie, Tulpengekte və Bollengekte) — Hollandiyada Qızıl Dövründə dağlaləsi (Tulipa) soğanının qiymətinin anidən yüksəlməsinə verilən ad. Digər analoji hallarla müqayisədə bu nisbətən daha məşhuru hesab edilir. 1637-ci ilin fevral ayı dağlaləsi həyəcanının zirvə nöqtəsi hesab olunur. Həmin vaxt dağlaləsi istehsalı ilə bağlı müqavilələrin qiyməti bir işçinin illik gəlirinin 10 mislinə çatmışdır. Bu xəbər qısa zamanda bütün Hollandiyaya yayılır. Qısa zamanda bütün Avropada sahibkarlığın dağlaləsi növünə böyük maraq formalaşmışdır. Dağlaləsi həyəcanı terminindən indiki vaxtda varlıq qiymətlərinin gerçək qiymətlərindən fərqliləşməsini ifadə edən bir bənzətmə olaraq istifadə edilməkdədir.Dağlaləsi həyəcanının məşhurlaşmasında bir ingilis jurnalist tərəfindən 1841-ci ildə yazılan "Fövqəladə Kütləvi yanılmalar və İzdihamların Həyəcanı" (ing. Extraordinary Popular delusions and the Madness of crowds) adlı əsərin böyük rolu olmuşdur. Makkeyə görə bir nöqtədə tək bir Semper "Augustus" soğanı üçün 12 akr (5 hektar) ərazi təklif edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.11 dəfə / 1 mln.
2003 •••••• 1.18
2004 •• 0.34
2005 •••••• 1.35
2007 ••••• 1.06
2008 ••••••••••• 2.44
2009 ••••••••••• 2.56
2010 •••••••••••••••••••• 4.63
2011 ••••••••••••• 3.00
2012 •••••••••• 2.32
2013 •••••••••••••••••••• 4.67
2014 •••••••••••••• 3.09
2015 ••••••••••• 2.38
2016 •••••• 1.21
2017 ••• 0.49
2018 0.15
2019 •••••• 1.39
2020 •• 0.40

çılğın sözünün leksik mənası və izahı

  • 1 sif. Coşqun, odlu-alovlu. Çılğın dühalar ki hökm edər qərbə; Onlar səbəb olmuş bir geniş hərbə. S.Vurğun. // Dəli kimi, dəlicəsinə, özünü itirmişcəsinə. [Məhəd] dəli kimi çılğın bir hərəkətlə irəli şığıyıb, bağlamanı stolun üstündən qapmaq istədi. M.Hüseyn. // məc. Qızğın, coşqun, ehtirasla dolu. Baletmeyster dinamik rəngarəng və çılğın qaraçı rəqslərinin qurulmasında böyük səy göstərmişdir. (Qəzetlərdən). // məc. Azğın, azğıncasına. Çılğın kimi ruzgar vıyıldar; Qar parçaların göyə sovurar. A.Şaiq. Dənizdə tufan qalxır, Xəzərin ağköpüklü çılğın dalğaları sahili gəmirirdi. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / çılğın

çılğın sözünün etimologiyası

  • 1 Kökü indi işlənməyən çıl feilidir, (çıldır sözü də burdandır) “Ağlını itirmək” de­məkdir. Çılğın feildən düzəlmiş sifətdir. Azğın qəlibi üzrə yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / çılğın

çılğın sözünün sinonimləri (yaxın mənalı sözlər)

çılğın sözünün antonimləri (əks mənalı sözlər)

çılğın sözünün rus dilinə tərcüməsi

  • 1 1. гневный; 2. бешеный, помешанный;

    Azərbaycanca-rusca lüğət / çılğın
  • 2 прил. 1. гневный: 1) охваченный гневом. Çılğın hökmdar гневный правитель, çılğın izdiham гневная толпа 2) выражающий гнев. Çılğın qəhqəhə гневный смех, çılğın səs гневный голос 2. бешеный: 1) исступлённый, необузданный, неистовый. Çılğın xasiyyət бешеный характер 2) выражающий бешенство. Çılğın bağırtı бешеный рёв 3) яростный, неистовый, бурный. Çılğın dalğalar бешеные волны, çılğın küləklər бешеные ветры 3. безумный (достигший крайней степени проявления; очень сильный). Çılğın məhəbbət безумная любовь 4. страстный, пылкий, горячий, темпераментный. Çılğın qəlb пылкая душа, çılğın qaraçı rəqsləri темпераментные цыганские танцы

    Azərbaycanca-rusca lüğət / çılğın

çılğın sözünün inglis dilinə tərcüməsi

çılğın sözünün fransız dilinə tərcüməsi

çılğın sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. ялавлу, цӀай-ялав галай; хъел квай; 2. дили хьтин, дилидан хьтин, вич-вичел алачир, кӀамай (мес. гьерекат); 3. пер. къизгъин, шевривал квай, гзаф туьнт, звар квай (мес. кьуьл); // пер. дили, пехъи, азгъун (мес. гар).

    Azərbaycanca-ləzgicə lüğəti / çılğın

çılğın sözünün türk dilinə tərcüməsi

çılğın sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

tez əsəbiləşən, tez özündən çıxan. Bax: Coşqun.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"çılğın" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çılğın nədir? #çılğın sözünün mənası #çılğın nə deməkdir? #çılğın sözünün izahı #çılğın sözünün yazılışı #çılğın necə yazılır? #çılğın sözünün düzgün yazılışı #çılğın leksik mənası #çılğın sözünün sinonimi #çılğın sözünün yaxın mənalı sözlər #çılğın sözünün əks mənası #çılğın sözünün etimologiyası #çılğın sözünün orfoqrafiyası #çılğın rusca #çılğın inglisça #çılğın fransızca #çılğın sözünün istifadəsi #sözlük