filmin sözü azərbaycan dilində

filmin

Yazılış

  • filmin • 66.5606%
  • Filmin • 33.4175%
  • FİLMİN • 0.0110%
  • Fİlmin • 0.0110%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Filmin büdcələşdirilməsi
Filmin büdcələşdirilməsi (ing. film budgeting) — istehsal meneceri və ya mühasibat departamentinin filmin istehsalı üçün büdcə hazırladığı prosesə aiddir. 134 səhifədən çox ola bilən bu sənəd filmin istehsalı və istehsalının maliyyələşdirilməsi üçün istifadə olunur. Xərcləri azaltmaq üçün büdcə planı dəfələrlə işləndikdə və optimallaşdırıldıqda prototipləşdirmə prinsiplərindən istifadə olunur. Büdcə adətən dörd bölməyə bölünür: xəttin üstündə (yazıçı, prodüser, köməkçiləri olan rejissor, əsas ulduzlar), xəttin altında (birbaşa istehsal xərcləri və layihəyə çox yaradıcı təsiri olmayan digər kadrlar), post-production (redaktə, vizual effektlər və s.) və başqaları (sığorta, film istehsalının başa çatdırılmasına zəmanət və s.). Büdcəyə filmin reklamı və marketinqi daxil deyil ki, bu da filmin provayderinin üzərinə düşür. Filmin maliyyələşdirilməsi özəl investordan, sponsordan, məhsuldan, kinostudiyadan, əyləncə şirkətindən və/və ya layihənin yaradıcısının şəxsi vəsaitindən gələ bilər. Büdcə tələbləri nəticələrə uyğun gəlməyən müəlliflər karyera nərdivanını yüksəltmir və izləyicilərini itirmirlər.
Hellouin (filmin seriyaları)
Hellovin (frenşiza) - ABŞ Sleyşer (qanlı) qorxulu filmlərindən biridir. Müxtəlif seriyaları mövcuddur. İlk dəfə birinci seriya 1978-ci ildə çəkilmişdir. Həmin film çox böyük uğur qazanmışdır. Film heyətləri filmin uğuruna baxaraq ikinci seriyasını 1981-ci ildə çəkdilər. Bu filmdə böyük uğur qazandı. Lakin 1982-ci ildə çəkilən film uğur qazansa da, əvvəlki filmlərinə nisbətən gəliri az olmuşdur. Filmin ssenariyası isə daha fərqli idi. 1988-ci ildə filmin dörduncü filmi çəkilir. Bu film ilk iki filmin davamı idi.
Hellovin (filmin seriyaları)
Hellovin (frenşiza) - ABŞ Sleyşer (qanlı) qorxulu filmlərindən biridir. Müxtəlif seriyaları mövcuddur. İlk dəfə birinci seriya 1978-ci ildə çəkilmişdir. Həmin film çox böyük uğur qazanmışdır. Film heyətləri filmin uğuruna baxaraq ikinci seriyasını 1981-ci ildə çəkdilər. Bu filmdə böyük uğur qazandı. Lakin 1982-ci ildə çəkilən film uğur qazansa da, əvvəlki filmlərinə nisbətən gəliri az olmuşdur. Filmin ssenariyası isə daha fərqli idi. 1988-ci ildə filmin dörduncü filmi çəkilir. Bu film ilk iki filmin davamı idi.
Uşaq oyunu (filmin seriyaları)
Uşaq oyunu (filmin seriyaları) — filmin seriyalarını ehtiva edir. Orijinal film qatil Çarlz Li Rey vudu sehrindən istifadə edərək oyuncağa daxil olur və insanları öldürməyə başlayır. Filmin əsasında bir çox kitablar, komikslər, oyuncaq və s. hazırlanmışdır.
Qarağac küçəsində dəhşət (filmin seriyaları)
Qarağac küçəsində qarabasma (ing. A Nightmare On Elm Street) – ABŞ-nin məşhur qorxulu seriallarından biridir. Filmin 1984–2003-cü illər ərzindəki rejissoru isə məşhur ABŞ rejissoru Ues Kreyvendir. Filmlərin baş qəhrəmanı isə isveç aktyoru Robert Enqlundun ifasında olan Freddi Krügerdir. Qarağac küçəsində qarabasma filmini çəkməmişdən əvvəl New Line Cinema kompaniyası dərin böhran içində idi. 1984-cü ildə filmin çəkilməsindən sonra bu kompaniya böyük uğurlar qazanır. Bu uğurun uzunmüddətli olması üçün filmin sonrakı seriyaları çəkilməyə başlanılır. Freddi Ceysona qarşı filmi "Qarağac küçəsində qarabasma" seriyalarının hekayələrini bitirir. 2010-cu ildə "Qarağac küçəsində qarabasma" filminin remeyki çəkilir. Artıq bu filmdə Robert Enqlund çəkilmir.
Qarağac küçəsində qarabasma (filmin seriyaları)
Qarağac küçəsində qarabasma (ing. A Nightmare On Elm Street) – ABŞ-nin məşhur qorxulu seriallarından biridir. Filmin 1984–2003-cü illər ərzindəki rejissoru isə məşhur ABŞ rejissoru Ues Kreyvendir. Filmlərin baş qəhrəmanı isə isveç aktyoru Robert Enqlundun ifasında olan Freddi Krügerdir. Qarağac küçəsində qarabasma filmini çəkməmişdən əvvəl New Line Cinema kompaniyası dərin böhran içində idi. 1984-cü ildə filmin çəkilməsindən sonra bu kompaniya böyük uğurlar qazanır. Bu uğurun uzunmüddətli olması üçün filmin sonrakı seriyaları çəkilməyə başlanılır. Freddi Ceysona qarşı filmi "Qarağac küçəsində qarabasma" seriyalarının hekayələrini bitirir. 2010-cu ildə "Qarağac küçəsində qarabasma" filminin remeyki çəkilir. Artıq bu filmdə Robert Enqlund çəkilmir.
Cümə, ayın 13-ü (filmin seriyaları)
Cümə, ayın 13-ü (filmin seriyaları) - "Cümə, ayın 13-ü" filminin seriyalarını ehtiva edir. Filmdə baş rolu qatil Ceyson Vurxiz ifa edir. Ceyson uşaq vaxtında göldə batmışdır. Bir müddət keçdikdən sonra cümə günündə dirilərək, insanları öldürməyə başlayır. Orijinal filmin əsasında bir çox romanlar, komikslər çəkilmişdir. Ceyson Vurxiz dünya kinematoqrafiyasında tanınmış simalardan biridir.
Adelin həyatı filminin qazandığı mükafatların siyahısı
"Adelin həyatı" — fransız rejissoru Abdellatif Keşişin dram janrında çəkdiyi filmdir. Film Jüli Maronun "Mavi ən isti rəngdir" adlı qrafik romanının əsasında çəkilib. Film 66-cı Kann kinofestivalında "Qızıl Palma Budağı"na layiq görülüb. Adelin həyatı Qızıl Palma budağının eyni anda həm rejissor, həm də aktrisalara təltif etdiyi yeganə filmdir. Seydu və Ekzarkopulos isə Ceyn Kempion istisna olmaqla bu mükafatı bütün tarix boyu qazanan yeganə qadın oyunçular hesab olunurlar. == İstinadlar == == Xarici keçidlər == Adelin həyatı filminin mükafatları Internet Movie Database-də.
Amerikansayağı gözəllik filminin qazandığı mükafatların siyahısı
Amerikansayağı gözəllik 1999-cu ildə Sem Mendesin rejissorluğu, Alan Bolun ssenari müəllifliyi ilə istehsal edilmiş ABŞ drama filmidir. Filmdə Kevin Speysi orta yaş böhranı yaşayan və yeniyetmə qızı Angela Heyesin (Mena Suvari) ən yaxşı rəfiqəsinə vurulan ofis işçisi Lester Bernham obrazını canlandırır. Anetta Beninq Lesterin materialist arvadı Karolin, Tora Birç isə onların etibarsız qızı Ceyn obrazını canlandırmışlar. Filmdə həmçinin Uez Bentli, Kris Kuper və Ellison Cenni də rol almışdır. Film ziyalılar tərəfindən Amerikan orta təbəqəsinin gözəllik və şəxsi məmnunluq hissinə satirik tanaşma kimi dəyərləndirilmişdir; filmdə romantik və valideyn sevgisi, seksuallıq, gözəllik, materializm, özünüifadə və ehtiras məsələlərinin təsviri tədqiq edilmişdir. Şimali Amerikada 15 sentyabr 1999-cu ildə təqdim edilən film tənqidçilər və izləyicilər tərəfindən müsbət qarşılanmışdır; ilin ən yaxşı rəy alan filmi olan "Amerikansayağı gözəllik" bütün dünyadan $350 milyondan çox gəlir əldə etmişdir. Rəylərdə filmin müxtəlif xüsusiyyətləri xüsusilə Mendes, Speysi və Bolun fəaliyyətinə diqqət yetirilmişdir; tənqid isə daha çox obrazlar və quruluşa yönəlmişdir. Oskar mükafatına aparan yolda filmin şanslarını artırmaq üçün "DreamWorks" geniş təbliğat işlərinə başlamışdır; növbəti il keçirilən LXXII Oskar mükafatlarının təqdim edilməsi mərasimində film İlin Ən Yaxı Filmi, Ən Yaxşı Rejissor işi, Ən Yaxşı Aktyor (Kevin Speysi üçün), Ən Yaxşı orijinal Ssenari və Ən Yaxşı Operator işi nominasiyalarında mükafata layiq görülmüşdür. Film, rejissor, ssenari və aktyor işinə görə bir çox başqa mükafatlara da namizəd göstərilmiş və uğur qazanmışdır. "DreamWorks" "Amerikansayağı gözəllik" filminin əsas təbliğat kompaniyasını 5.600 Akademiya Film Mükafatı seçicilərinə bülletenlərin göndərilməsindən beş həftə əvvəl başladı.
Danimarkalı qız filminin qazandığı mükafatların siyahısı
"Danimarkalı qız" (ing. The Danish Girl) - rejissor Tom Huperin 2015-ci ildə, Devid Eberşofun Lili Elbe və Gerda Vegenerin həyatı əsasında yazdığı eyni adlı roman əsasında çəkdiyi bioqrafik dram filmidir. Filmdə Eddi Redmeyn tarixdə ilk dəfə cinsiyyət dəyişmə əməliyyatı keçirmiş Lili Elbe obrazını, Alisiya Vikander onun həyat yoldaşı Gerda Vegener, Mattias Şonarts Hans Aksgil və Ben Vişou Henrik obrazlarını canlandırmışlar. 72-ci Venesiya Beynəlxalq Film Festivalında əsas müsabiqə çərçivəsində təqdim edilən film daha sonra 2015 Toronto Beynəlxalq Film Festivalında Xüsusi Təqdimat bölməsində göstərilmişdir. 27 noyabr 2015-ci ildə “Focus Features” tərəfindən ABŞ-da məhdud yayıma çıxarılan film, 1 yanvar 2016-cı ildə “Universal Pictures International” tərəfindən Birləşmiş Krallıqda çıxarılmışdır. “Danimarkalı qız” filmi tənqidçilərdən əsasən müsbət rəylər almışdır. “Rotten Tomatoes” aqqreqatorunda 177 rəy əsasında 71% müsbət rəy alan film 6.6/10 balla qiymətləndirilmişdir. Saytın ortaq rəyində deyilir: “Danimarkalı qız Eddi Redmeynin istedadının başqa bir tərəfinin açılmasına xidmət edir, gözəl çəkilmiş bioqrafik drama insanı provokativ mövzular ətrafında düşünməyə məcbur edir.” “Metacritic” aqqreqatorunda 40 tənqidçinin rəyi əsasında filmə 100 baldan 66 bal verilmiş, “əsasən müsbət rəylər” alması qeyd edilmişdir. Film tarixi şəxsiyyətin həyatının feminizatik erotika şəklində təsvir edilməsinə, bədii kitaba əsaslanaraq Ayner və Gerdanın həyatının bəzi hissələrinin düzgün təsvir edilməməsinə görə tənqid edilmişdir. == Mükafatlar == == Qeydlər == == İstinadlar == == Xarici keçidlər == Danimarkalı qız filminin mükafatları Internet Movie Database-də.
Kerol filminin qazandığı mükafatların siyahısı
Kerol (ing. Carol) — britaniyalı və amerikalı rejissor Todd Heynsin romantik dram filmidir. Filmin əsasını yazıçı Patrisia Haysmitin "Duzun qiyməti" (həmçinin Kerol kimi də tanınan) romanı təşkil edir. Filmin ssenarisi Fillis Neyci tərəfindən yazılmışdır. Filmdə əsas rolları Keyt Blanşett, Runi Mara, Sara Polson, Kayl Çendler və Ceyk Lesi canlandırmışlar. Hadisələrin 1950-ci illərin Nyu-Yorkunda baş verdiyi filmdə gənc fotoqraf xanım və çətin seçim qarşısında qalmış orta yaşlı qadın arasındakı yasaq sevgidən bəhs edilir. Kerol 2015-ci ildə keçirilən Kann kinofestivalı zamanı Qızıl Palma Budağı nominasiyası üzrə rəqabət aparmaq üçün seçilir və filmdə baş rolu oynamış Runi Mara əldə etdiyi "Ən Yaxşı Qadın Oyunçu" mükafatını Emmanuell Berkot ilə bölüşür. Film tənqidçilərdən əsasən müsbət rəy alması və müxtəlif film festivallarında bir çox nominasiya əldə etməsinə baxmayaraq, 88-ci Oskar mükafatında 6 nominasiyaya namizəd olan film heç birini qazana bilməmişdi, həmçinin 73-cü Qızıl Qlobus mükafatında 5 nominasiya, 69-cu BAFTA film festivalında isə 9 nominasiyaya namizədlik əldə etməsinə baxmayaraq, tərəfdaş çıxdığı və namizədlik əldə etdiyi sahələrdən heç birində qalib olmamışdır. Bununla belə, Kerol kinotənqidçilər tərəfindən nəşr edilən bir çox publikasiyalarda 2015-ci ilin ən yaxşı filmi adlandırılmış və ümumilikdə 130 filmin də yer aldığı geniş siyahıda top-10-a daxil edilmişdir. Film 20 noyabr 2015-ci ildə ABŞ-da seyircilər üçün məhdud buraxılışda təqdim olunmuş və yalnız 15 yanvar 2016-cı ildə geniş prokata buraxılmışdır.
Lyuin Devisin daxilində filminin qazandığı mükafatların siyahısı
"Lyuin Devisin daxilində" (ing. Inside Llewyn Davis) — 2013-cü il istehsalı olan ABŞ komediya-drama filmidir. Film, Coel və Etan Koen qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Oskar Ayzek, Keri Malliqan və Con Qudman rol almış, prodüserliyini isə Skot Rudin, Etan və Coel Koen qardaşları etmişdir. T Bone Burnett filmin musiqi prodüserliyini etmişdir. Film, 1961-ci ildə Nyu-York səhnələrində fəaliyyət göstərən folk musiqiçisinin həyatının bir həftəsindən bəhs edir. Hər nə qədər, Lyuin Devis uydurma xarakter olsa da, filmdə təsvir olunmuş hadisələr folk müğənnisi Deyv Van Ronkun həyatından götürülmüşdür. Filmdə istifadə olunmuş folk musiqilər canlı ifa ilə yazılmışdır. 19 may 2013-cü ildə Kann kinofestivalında nümayiş olunan film, festivalın Qran Pri mükafatını qazanmışdır. 6 dekabr 2013-cü ildə ABŞ-da limitli çıxış edən film, 10 yanvar 2014-cü ildə geniş kütləyə təqdim edilmişdir.
Məni öz adınla çağır filminin qazandığı mükafatların siyahısı
“Məni öz adınla çağır” – 2017-ci ildə Luka Quadaninonun rejissorluğu ilə çəkilmiş yeniyetmə dövrü drama filmi. Filmin ssenarisini Ceyms İvori Andre Asimanın 2007-ci ildə nəşr edilmiş eyni adlı romanı əsasında yazmışdır. Hadisələrin 1983-cü ildə İtaliyada baş verdiyi filmdə, yəhudi mənşəli amerikan-italyan yeniyetmə oğlan Elio (Timoti Şalame) və yəhudi mənşəli amerikan tədqiqatçı Oliver (Armi Hammer) arasındakı romantik münasibətdən bəhs edilir. Maykl Stalberq, Amira Kazar, Ester Qarrel və Viktuar Du Boys filmdə ikinci plan rolları ifa etmişlər. Saypmbhu Mukdiprom operator, Sufyan Stivens isə bəstəkar kimi filmin istehsalında iştirak etmişlər. Filmin premyerası 22 yanvar 2017-ci ildə Sandens Film Festivalında baş tutmuşdur. 29 yanvar 2018-ci ildə geniş çıxışından əvvəl, “Sony Pictures Classics” 24 noyabr 2017-ci ildə filmə limitli çıxış vermişdir. $3.5 milyon büdcəsi olan film hər teatrdan $101,219 olmaqla, ilin ən böyük açılışı, beynəlxalq gəliri isə $40 milyon olmuşdur. “Məni öz adınla çağır” filmi rejissor, operator işi, ssenarisi, film musiqisi və aktyorların ifasında görə tənqidçilər tərəfindən alqışla qarşılanmışdır. Rəy aqqreqatoru Rotten Tomatoesda toplanmış 272 rəyin 96%-I müsbət xarakterlidir.
O filminin qazandığı mükafatların siyahısı
O — rejissor və ssenarist Spayk Consun romantik dram və elmi fantastika janrında 2013-cü ildə çəkdiyi ABŞ filmidir. Filmin musiqisi Arcade Fire qrupunun üzvləri Uill Batler və Ouen Pallett tərəfindən yazılıb. Filmin operatoru Hoyte van Hoytemadır. Film Spayk Consun ssenari müəllifi kimi debüt işidir. Baş rollarında Xoakin Feniks, Skarlet Yohansson, Emi Adams, Runi Mara və Oliviya Vayldın çəkildiyi film — Feniksin canlandırdığı Teodor Tuomblinin, Yohanssonun səsləndirdiyi Samanta adlı süni zəkaya malik əməliyyat sisteminə aşiq olmasından və cütlük arasında yaşanan münasibətdən bəhs edir. Filmin ilk nümayişi 12 oktyabr 2013-cü ildə Nyu-York Film Festivalında həyata keçirilib. Film 18 dekabr 2013-cü ildə "Warner Bros Pictures" tərəfindən Amerika Birləşmiş Ştatlarında məhdud nümayiş çərçivəsində, cəmi altı kinoteatrda nümayiş olunub. 10 yanvar 2014-cü ildə isə film geniş kütləyə təqdim edilmiş və ölkə ərazisində 17 həftə ərzində nümayiş olunmuşdur. İstehsal büdcəsi 23 milyon dollardan bir qədər çox olan film, dünya miqyasında $47,4 milyon dollar gəlir gətirib. Film Rotten Tomatoes-da 94%, Metacritic-də isə 100 baldan 90-nı qazanmağı bacarmış və aralarında ilin ən yaxşı filmi kimi qiymətləndirənlərin də olduğu bəzi tənqidçilər tərəfindən ilin ən yaxşı filmləri sırasında göstərilmişdir.
Qara cəngavər filminin qazandığı mükafatların siyahısı
Qara cəngavər (ing. The Dark Knight) — Kristofer Nolanın rejissorluğu və ssenaristliyi ilə çəkilmiş 2008-ci il istehsalı superqəhrəman filmi. DC Comics nəşriyyatı tərəfindən yaradılmış Betmen personajından bəhs edən film Nolanın Qara Cəngavər trilogiyasının ikinci, 2005-ci ildə çəkilmiş "Betmen: Başlanğıc" filminin isə sikvel filmidir. Filmin əsas rollarında Kristian Beyl, Maykl Keyn, Hit Ledcer, Qari Oldmen, Eyron Ekhart, Meqqi Cillenhol və Morqan Friman çıxış edirlər. Filmdə Brüs Ueyn/Betmen (Beyl), Ceyms Qordon (Oldmen) və Harvi Dentin (Ekhart) Qotem şəhərində cinayətkar qruplaşmanı məhv etmək cəhdlərindən və məşhur super cinayətkar Coker ilə qarşılaşmalarından bəhs edilir. Nolan film üçün ilham mənbəyi kimi Cokerin 1940-cı ildəki komiks debütündən, 1988-ci ildə yayımlanmış "Betmen: Öldürən zarafat" qrafik romanından və 1996-cı ilin komiks seriyası olan və İkiüzün tarixçəsindən bəhs edən "Betmen: Uzun Hellovin" seriyasından istifadə etmişdir. Betmen personajı üçün "Qara cəngavər" ləqəbi ilk dəfə hekayəsi Bill Finqer tərəfindən yazılmış "Betmen" komiksinin ilk sayında (1940) işlədilmişdir. Filmin əsas çəkilişləri Çikaqoda, eləcə də, ABŞ, Böyük Britaniya və Honkonqda baş tutmuşdur. Nolan Cokerin filmdə göründüyü ilk kadr da daxil olmaqla, bir neçə kadrda IMAX 70 mm film kameralarından istifadə etmişdir. Film, 22 yanvar 2008-ci ildə — çəkilişlərin başa çatmasından bir neçə ay sonra, yayımlanmasından altı ay əvvəl bir neçə dərmanı eyni anda qəbul etməsi səbəbilə zəhərlənərək ölən (bu hadisə mətbuat tərəfindən böyük diqqət görmüşdür) Hit Ledcerə həsr olunmuşdur.
İmitasiya oyunu filminin qazandığı mükafatların siyahısı
"İmitasiya Oyunu" (ing. The Imitation Game) — 2014-cü ildə rejissor Morten Tildumun Qrehem Murun Endryu Hudcsun “Alan Türinq:Eniqma” bioqrafik əsəri (əsər daha əvvəl BBC tərəfindən “Kodun sındırılması” tamaşası üçün adaptasiya edilmişdir) əsasında yazdığı ssenariyə uyğun olaraq çəkdiyi tarixi triller janrında olan ABŞ filmidir. Filmdə aktyor Benedikt Kamberbetç İkinci Dünya müharibəsi zamanı alman hökumət və ordu başçılarının gizli yazışmalarını anlamaq üçün Eniqma maşınını sındırmağa çalışan Britaniya kriptoanalitiki Alan Türinq obrazını canlandırmışdır. Filmin ssenarisi 2011-ci ildə ekranlaşdırılmamış ən yaxşı Hollivud ssenarilərinin ənənəvi Qara siyahısına salınmışdır. “The Weinstein Company” 2014-cü ilin fevralında Avropa Film Bazarında filmi əldə etmək üçün $7 milyon ödəmişdir ki, bu da ABŞ distribyutorluğu üçün ödənən ən böyük məbləğdir. Film Birləşmiş Krallıq kinoteatrlarında 14 noyabr, ABŞ-də isə 28 noyabrda təqdim edilmişdir. İmitasiya oyunu həm gəlir, həm də tənqidçilərin mövqeyi baxımından uğur qazanmışdır. $14 milyon istehsal büdcəsi olan film 2015-ci ilin aprelinə kimi ümumilikdə $219 milyon gəlirlə 2014-cü ilin ən çox gəlirli müstəqil filmi olmuşdur. 87-ci Oskar mükafatlarının təqdim edilməsi mərasimində film Ən Yaxşı film, Ən Yaxşı Rejissor (Tildum), Ən Yaxşı Aktyor (Kamberbetç), İkinci dərəcəli rolda Ən Yaxşı Aktrisa (Kira Naytli) kateqoriyaları da daxil olmaqla ümumilikdə səkkiz kateqoriyafa mükafata namizəd göstərilmişdir. Film Ən Yaxşı Adaptasiya edilmiş Ssenari nominasiyasında Oskara layiq görülmüşdür.
Ədalət Liqası filminin istehsalı
2017-ci ildə çıxarılmış “Ədalət Liqası” filmi mürəkkəb istehsalat tarixinə malikdir. Filmin içəkilişlərinə başlamazdan əvvəl və çəkilişlər zamanı onun ssenarisində ciddi dəyişikliklər edilmiş, istehsalın ortasında isə rejissoru dəyişdirilmişdir. Bu filmin kinoteatrlarda təqdim edilmiş versiyasının pre-prodakşn və əsas çəkilişlər zamanı nəzərdə tutulduğundan ciddi fərqlənməsinə səbəb olmuşdur. Dəyişiklərin bir çoxu DC Genişləndirilmiş Kainatının (DCGK) əvvəlki filmləri olan “Betmen Supermenə qarşı: Ədalətin Şəfəqi” və “İntiharçılar dəstəsi” filmlərinin soyuq qəbul edilməsi ilə əsaslandırılmışdır. “Ədalət Liqasının” istehsalatına əsasən Zak Snayder başçılıq etmiş, lakin, 2017-ci ilin mayında filmin post-prodakşn işləri həyata keçirilərkən qızının intiharından sonra Snayder istehsalatdan uzaqlaşmış və rejissor kürsüsündə onu Coss Uidon əvəz etmişdir. Warner Bros. Şirkətinin göstərişi ilə Uidon filmin ssenarisini dəyişmiş, yenidən çəkilişlər həyata keçirmiş, filmin ümumi tonuna dəyişikliklər edərək ona daha parlaq və yumorik əhvali-ruhiyyə gətirmiş, ümumi davamlılıq müddətini isə 120 dəqiqəyə qədər azaltmışdır. “Ədalət Liqası”nın kinoteatr relizi kommersiya uğursuzluğu ilə üzləşmiş, film tənqidçilər və izləyicilərdən qarışıq rəylər almış və bundan sonra Warner Bros. DCGK-nın gələcəyinə yenidən baxmalı olmuşdur. Filmin mürəkkəb istehsalat tarixçəsinin tədricən ictimayətə açıqlanmasından sonra, bəzi insanlar Snayderin baxışını əks etdirən alternativ montaj versiyasının təqdim edilməsi ideyasını irəli sürməyə başlamışdılar.
Ən yaxşı animasiya filminə görə Saturn mükafatı
Ən yaxşı animasiya filminə görə Saturn mükafatı ((ing. Saturn Award for Best Animated Film)) — Elmi Fantastika, Fentezi və Qorxulu Filmlər Akademiyası (ing. Academy of Science Fiction, Fantasy & Horror Films) tərəfindən 1978-ci ildə təsis edilmiş, ilin ən yaxşı animasiya janrında olan filminə verilən mükafatdır.
Ən yaxşı döyüş və macəra filminə görə Saturn mükafatı
Ən yaxşı döyüş və macəra filminə görə Saturn mükafatı ((ing. Saturn Award for Best Action or Adventure Film)) — Elmi Fantastika, Fentezi və Qorxulu Filmlər Akademiyası (ing. Academy of Science Fiction, Fantasy & Horror Films) tərəfindən 1994-cü ildə təsis edilmiş, ilin ən yaxşı döyüş və macəra janrında olan filminə verilən mükafatdır. 1994–2010-cu illərdə Ən yaxşı döyüş, macəra və triller filminə görə Saturn Mükafatı ((ing. Saturn Award for Best Action, Adventure or Thriller Film)) adı ilə verilirdi. "†" — həmçinin Ən yaxşı filmə görə "Oskar" mükafatı qazanmışdı. "‡" — həmçinin Ən yaxşı filmə görə "Oskar" mükafatına nominasiya göstərilmişdi.
Ən yaxşı elmi fantastika filminə görə Saturn mükafatı
Ən Yaxşı Elmi Fantastika Filminə görə Saturn mükafatı ((ing. Saturn Award for Best Science Fiction Film)) — Elmi Fantastika, Fentezi və Qorxulu Filmlər Akademiyası (ing. Academy of Science Fiction, Fantasy & Horror Films) tərəfindən 1973-cü ildə təsis edilmiş, ilin ən yaxşı elmi fantastika janrında olan filminə verilən mükafatdır. Aşağıdakı siyahıda qaliblərin adı birinci və qalın hərflərlə, ardınca isə nominasiya layiq görülmüş filmlərin adı yazılmışdır. İllərin aşağısında mükafatvermə mərasiminin sıra nömrəsi yazılmışdır.
Ən yaxşı fentezi filminə görə Saturn mükafatı
Ən yaxşı fentezi filminə görə Saturn mükafatı (ing. Saturn Award for Best Fantasy Film) — Elmi Fantastika, Fentezi və Qorxulu Filmlər Akademiyası (ing. Academy of Science Fiction, Fantasy & Horror Films) tərəfindən 1973-cü ildə təsis edilmiş, ilin ən yaxşı fentezi janrında olan filminə verilən mükafatdır. "†" - həmçinin Ən yaxşı filmə görə "Oskar" mükafatı qazanmışdı. "‡" - həmçinin Ən yaxşı filmə görə "Oskar" mükafatına nominasiya göstərilmişdi.
Ən yaxşı qorxu filminə görə Saturn mükafatı
Ən yaxşı qorxu filminə görə Saturn mükafatı (ing. Saturn Award for Best Horror Film) — Elmi Fantastika, Fentezi və Qorxulu Filmlər Akademiyası (ing. Academy of Science Fiction, Fantasy & Horror Films) tərəfindən 1972-ci ildə təsis edilmiş, ilin ən yaxşı qorxu filmi janrında olan filminə verilən mükafatdır. Aşağıdakı siyahıda qaliblərin adı birinci və qalın hərflərlə, ardınca isə nominasiya layiq görülmüş filmlərin adı yazılmışdır. İllərin aşağısında mükafatvermə mərasiminin sıra nömrəsi yazılmışdır.
Ən yaxşı triller filminə görə Saturn mükafatı
Ən yaxşı triller filminə görə Saturn mükafatı (ing. Saturn Award for Best Thriller Film) — Elmi Fantastika, Fentezi və Qorxulu Filmlər Akademiyası (ing. Academy of Science Fiction, Fantasy & Horror Films) tərəfindən 2013-cü ildə təsis edilmiş, ilin ən yaxşı triller filmi janrında olan filminə verilən mükafatdır. Aşağıdakı siyahıda qaliblərin adı birinci və qalın hərflərlə, ardınca isə nominasiya layiq görülmüş filmlərin adı yazılmışdır. İllərin aşağısında mükafatvermə mərasiminin sıra nömrəsi yazılmışdır.

"filmin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#filmin nədir? #filmin sözünün mənası #filmin nə deməkdir? #filmin sözünün izahı #filmin sözünün yazılışı #filmin necə yazılır? #filmin sözünün düzgün yazılışı #filmin leksik mənası #filmin sözünün sinonimi #filmin sözünün yaxın mənalı sözlər #filmin sözünün əks mənası #filmin sözünün etimologiyası #filmin sözünün orfoqrafiyası #filmin rusca #filmin inglisça #filmin fransızca #filmin sözünün istifadəsi #sözlük