çirkin sözü azərbaycan dilində

çirkin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çirkin • 96.5927%
  • Çirkin • 3.1750%
  • ÇİRKİN • 0.2323%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Quzey Çirkin
Quzeyçirkin — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Quzeyçirkin kəndi dağətəyi ərazidədir. Kəndin adı Azərbaycan dilindəki quzey (dağın gün düşməyən tərəfi, şimal) sözündən və çirkin etnonimindən ibarətdir. Çirkin isə XIII əsrdə monqolların işğallarında iştirak etmiş türk-monqol mənşəli karait tayfasının bir qoludur. == İqtisadiyyatı == İşğal edilənədək bu kənddə əkinçilik, heyvandarlıq və tütünçülük inkişaf etmişdir. Amma tütün əkilməsinə baxmayaraq, kəndin heç bir sakini siqaret çəkməyib. Bu, dədə-babadan gəlmə bir ənənə olmuşdur. Kəndin ağsaqqalları yığışıb belə bir qadağa qoymuşdular ki, kim siqaret çəksə, gərək kəndi tərk eləsin. Baxmayaraq ki, kəndin mağazasına rayon istehsalat şöbəsindən siqaret gətirilirdi; amma həmin siqaretlər aylarla orada qalırdı.
5 Çirkin Qız
5 Çirkin Qız — 2023-cü ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmidir. Layihənin prodüseri və quruluşçu rejissoru Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərsəyə gətirilib. "5 Çirkin Qız" kinosunun ssenarisi Azərbaycanda ilk dəfə olaraq ChatGPT süni intellekt tərəfindən yazılıb. == Məzmunu == Münasibət qurmaqda uğursuzluq yaşayan rəfiqələr bir gün ən uğursuz rəfiqələrinin ərə getdiyini görürlər. Bu hal onları çox narahat edir. Qarşı cinslə uğurlu münasibət qurmağın yolunu axtararkən yolları "Çirkin Qızlar Klubu"na düşür. Həmin klubda münasibət qurmağın uğurlu yollarını öyrənirlər. Tədris prosesində başlarına maraqlı hadisələr gəlir. == Filmin janrı == Film Komediya janrındadır.
Çirkin Kral bağışlamaz (film, 1967)
Çirkin Kral bağışlamaz filmi rejissor və ssenarist Yılmaz Güney tərəfindən 1967-ci ildə ekranlaşdırılmışdır. Dram, cinayət, bədii janrda olan film "İrfanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Yılmaz Güney, Nəbahat Çehrə, İldırım Gəncər, Ənis Fosforoğlu, Nuran Ağsoy, Tuncər Nəcmioğlu ifa edirlər.. == Məzmun == Mustafa İşıq fabrikdə işləyir. Fabrikin müdiri fabrikdə 2 nəfəri öldürüb, günahı Mustafanın üzərinə atır. Mustafa edamla mühakirə olunur. Çarəsiz Mustafa bacısını çağırıb, onun illər əvvəl Yusif Dağçı adında bir düşməni olduğunu, hətta Mustafanı öldürmək istəyəndə silahı cibinə qoyub: "Səni ölümdən ən çox qorxduğun an öldürəcəyəm" deyir. Mustafa bacısına bu sözləri deyir və ardınca deyir ki, çağır onu məni o gəlib öldürsün. Bacısı Yusifi çağırır. Yusif silahından güllə çıxarıb ona göstərir, deyir ki, bu sənin gülləndir...
5 Çirkin Qız (film, 2023)
5 Çirkin Qız — 2023-cü ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmidir. Layihənin prodüseri və quruluşçu rejissoru Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərsəyə gətirilib. "5 Çirkin Qız" kinosunun ssenarisi Azərbaycanda ilk dəfə olaraq ChatGPT süni intellekt tərəfindən yazılıb. == Məzmunu == Münasibət qurmaqda uğursuzluq yaşayan rəfiqələr bir gün ən uğursuz rəfiqələrinin ərə getdiyini görürlər. Bu hal onları çox narahat edir. Qarşı cinslə uğurlu münasibət qurmağın yolunu axtararkən yolları "Çirkin Qızlar Klubu"na düşür. Həmin klubda münasibət qurmağın uğurlu yollarını öyrənirlər. Tədris prosesində başlarına maraqlı hadisələr gəlir. == Filmin janrı == Film Komediya janrındadır.
Çirkinli
Çirkinli — Tovuz rayonunun inzibati ərazi vahidindəki Çeşməli kəndinin tarixi adı. Quzeyçirkin — Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Çirkinli düşən — Kəlbəcər rayonunun Xoləzəy Alxaslı kəndində bir yer adı. Çirkinli (Miyanə) — Şərqi Azərbaycan ostanındakı Miyanə şəhristanının Mərkəzi bəxşinin Gərmə-i Cənubi dehistanında yerləşən kənd.
Çirkinli (Miyanə)
Çirkinli (fars. چركينلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 494 nəfər yaşayır (117 ailə).
Çirkinli (Tovuz)
Çeşməli (tarixi adı: Çirkinli) — Azərbaycan Respublikasının Tovuz rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == 1959-cu ilədək kəndin adı Çirkinli olmuşdur. Çirkinli türk-monqol mənşəli bir tayfanın adıdır. XIII əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş çirkinlilər sonralar qızılbaş hərbi ittifaqına girmişlər. 1959-cu ildən kənd adının mənası guya pis yozulduğundan (Azərbaycan dilində "iyrənc" mənasındakı "çirkin" sözüylə omonim/səsdaş olduğuna görə) kəndin ərazisindəki "Çeşməli" adlı bulağın adı ilə rəsmiləşdirilmişdir. Oykonim "gözlü bulaq, bulaqlar" deməkdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Tovuz rayonunun cənub hissəsində yerləşir. Dağ kəndi olduğu üçün qışı əsasən sərt soyuq, yayı isə mülayim isti keçir. == Əhalisi == === Şəhidləri === Bədəlov Oqtay Ələddin oğlu (1984–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Çirkinli (dəqiqləşdirmə)
Çirkinli — Tovuz rayonunun inzibati ərazi vahidindəki Çeşməli kəndinin tarixi adı. Quzeyçirkin — Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Çirkinli düşən — Kəlbəcər rayonunun Xoləzəy Alxaslı kəndində bir yer adı. Çirkinli (Miyanə) — Şərqi Azərbaycan ostanındakı Miyanə şəhristanının Mərkəzi bəxşinin Gərmə-i Cənubi dehistanında yerləşən kənd.
Çirkinli (Çeşməli)
Çirkinli adında Tovuz rayonunda (Azərbaycanda) kənd olmuşdur. Təəssüf ki, yerli əhali “Çirkinli” adının mənasını yanlış qəbul edərək onun “xoşagəlməz” (çirkli, çirkin, bulanıq, məcazi mənada gözəl olmayan, eyibli) mənasından çəkinərək bu qədim adı dəyişdirməyə nail olmuşlar. Bu zaman onun qədim adınını müqabilində elə də məzmunlu görünməyən yeni adla- Çeşməli adıyla əvəz etmişlər (1959). Halbuki, yanlış ad yoxdur. Yurdumuzu Kəlbəcər rayonunda da bu adda Quzey Çirkin kəndi vardır. Xalqımızın soykökündə qədim oğuz eli olan Çirkinli tayfasınını öz yeri vardır. Tarixçi Rəşidəddinin “Qəhrəman tayfa” adlandırdığı çirkinlilərlə tarix səhifələrində monqol- tatar etnonimləri (xalq, tayfa,tirə, nəsil adları) sırasında qarşılaşırıq. 1. Belə ki, Çirkin tayfası Oriyat, Suqayıt, Tanqit, Corat, Küngüt, Zunun tayfaları kimi monqol yürüşündə iştirak edən xalqlardandır. Hazırkı dövrdə göstərilən tayfaların adları kənd adlarımızda hifz olunmaqdadır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 13.81 dəfə / 1 mln.
2002 •• 3.43
2003 •••••••••••••••••••• 56.30
2004 •• 5.39
2005 ••••••••• 24.97
2006 ••• 6.76
2007 ••• 7.40
2008 •• 2.92
2009 ••• 7.52
2010 •••• 8.90
2011 ••• 7.81
2012 •••• 10.07
2013 ••••• 13.57
2014 ••••• 11.33
2015 ••••••••••• 29.94
2016 •••••• 14.58
2017 •••••• 14.96
2018 ••••••• 17.08
2019 ••••••••• 25.04
2020 ••••••• 16.97

çirkin sözünün leksik mənası və izahı

  • 1 sif. l. Gözəl olmayan, gözə, qulağa xoş gəlməyən: kifir, eybəcər, bədləkər. Çirkin üz. Çirkin səs. – [Məşədi İbad:] İnsanın zahiri nə qədər çirkin olsa, batini bir o qədər gözəl olar. Ü.Hacıbəyov. [Məşədi Fatma ərinə:] Sən yaxşı bilirsən ki, böyük qız çirkin olub, evdə qalıb, o, elə bədbəxt olub, … bu da belə bədbəxt olsun?! Çəmənzəminli. 2. Çirk, çirkli, kirli, natəmiz. Çirkin otaq. Çirkin yorğan-döşək. 3. məc. Yaramaz, ləyaqətsiz, xoşagəlməz, pis. Çirkin iş. – [Zabit:] O çirkin hərəkətim yadıma düşəndə indi də tüklərim başımda biz-biz olur… E.Sultanov. Çirkin əməllərin özü gizləyir; Söz tutmur dodağı, məni pisləyir. Aşıq Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / çirkin

çirkin sözünün sinonimləri (yaxın mənalı sözlər)

çirkin sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 ÇİRKİN – SƏLİQƏLİ Tamam bir çox çirkin hərəkət və adətləri mənə tərk etdirdi (S.S.Axundov); O işində də səliqəli idi (C.Əmirov). ÇİRKİN – YARAŞIQLI Zabit hansı çirkin iş üçünsə, ondan istifadə etmək istəyirdi (S.Vəliyev); Humay çox arıq olmasına baxmayaraq, yaraşıqlı bir oğlan idi (İ.Əfəndiyev).

    Azərbaycan dilinin antonimlər lüğəti / çirkin

çirkin sözünün rus dilinə tərcüməsi

  • 1 1. некрасивый, невзрачный, неказистый, дурной, образина; 2. гнусный, гадкий, антипатичный, отвратительный; 3. предосудительный, неблаговидный, непристойный; 4. некрасиво, непристойно, отвратительно;

    Azərbaycanca-rusca lüğət / çirkin
  • 2 прил. 1. уродливый (очень некрасивый, безобразный). Çirkin adam уродливый человек, çirkin sifət уродливое лицо 2. грязный: 1) разг. см. çirkli 2) перен. вызывающий моральное отвращение; непристойный, гнусный, мерзкий, неблаговидный, непристойный. Çirkin iş грязное дело, çirkin əməllər неблаговидные действия (поступки), çirkin müharibə грязная (позорная, захватническая) война, siyasət olduqca çirkin peşədir политика – слишком грязное ремесло

    Azərbaycanca-rusca lüğət / çirkin

çirkin sözünün inglis dilinə tərcüməsi

çirkin sözünün fransız dilinə tərcüməsi

çirkin sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. кӀвечӀи, иер тушир; кфир, стӀур; çirkin üz кӀвечӀи ччин; // гьакӀан, япуз хуш тушир (мес. ван); 2. чиркин, михьи тушир, чирк авай, кьасади кьур; çirkin otaq чиркин кӀвал; 3. пер. виже текъвер, мешребсуз, хуш текъвер, пис, усал (мес. кар амал).

    Azərbaycanca-ləzgicə lüğəti / çirkin

çirkin sözünün türk dilinə tərcüməsi

"çirkin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çirkin nədir? #çirkin sözünün mənası #çirkin nə deməkdir? #çirkin sözünün izahı #çirkin sözünün yazılışı #çirkin necə yazılır? #çirkin sözünün düzgün yazılışı #çirkin leksik mənası #çirkin sözünün sinonimi #çirkin sözünün yaxın mənalı sözlər #çirkin sözünün əks mənası #çirkin sözünün etimologiyası #çirkin sözünün orfoqrafiyası #çirkin rusca #çirkin inglisça #çirkin fransızca #çirkin sözünün istifadəsi #sözlük