miskin-miskin sözü azərbaycan dilində

miskin-miskin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • miskin-miskin • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Miskin Abdal
Miskin Abdal (1430, Zərgərli – 1535, Zərgərli, Çuxursəəd) — Səfəvilərin görkəmli dövlət xadimi, diplomat, Şah İsmayıl Xətainin mürşidi, "Ricalül-Qeyb" ("Qeyb Ərəni"), böyük Övliya, Sufi şeyxi, sərkərdə, sufi-şair, ozandan aşığa (Haqq aşiqliyinə), qopuzdan saza keçidin banisi, çoxsaylı aşıq havalarının müəllifi, Ocaq-Pir sahibi. Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn Məhəmməd oğlu 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub. Hüseynin mənsub olduğu "Zərgərli" tayfası o dövrün tanınmış tayfalarından biri idi. Hüseynin ulu babası Yaqubla Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. Hüseynin babası Cəfər, atası Məhəmməd Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmişdilər. Belə bir mühitdə böyüyən Hüseyn müqəddəs nəslin tarixi və mənəvi-dini missiyasını ləyaqətlə daşıyır. Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının binasını qoyur, Zərgərli şəcərəsinin Mövlana Miskin Abdalı — ruhun memarı kimi tanınıb şöhrət tapır. Təriqət ideologiyası ilə ədəbiyyata, aşıq sənətinə büllurluq, müqəddəslik gətirir. Əksər Haqq Aşiqləri kimi Miskin Abdala da yuxusunda Təbriz şəhərindən olan Sənubər adlı qıza buta verilmiş, Təbrizə gedib, butasına qovuşmuş, onunla evlənmişdir. Bir müddət sonra bədbəxt hadisə nəticəsində Sənubər vəfat etmiş, bundan sonra o uzun müddət evlənməmiş, yalnız 50 yaşından sonra İrəvandan tacir qızı Həlimə ilə evlənmiş, bu nikahdan onların 4 övladı – Şadman, Əli və Həsən adlı oğulları, Məleykə adlı qızı olmuşdur.
Miskin Qələm
Miskin Qələm (ing. Mishkín-Qalam) - XIX əsrdə yaşamış məşhur kalliqrafiya ustası və rəssam. Miskin Qələm eyni zamanda bəhai dinin qəbul edərək dinin əsas təbliğatçılarından birinə çevirilmişdir. Bəhai dinində Bəhaullahın 19 həvarisindən biri hesab olunur. Miskin Qələm dünyada ən geniş yayılmış bəhai simvollarından olan ismí al-a'zamın (azərb. ən uca ad‎) kalliqrafik müəllifi kimi tanınır. Miskin Qələm 1826-cı ildə Şiraz şəhərində anadan olmuşdur. Bəhailik dinin yayılmasını xəbərini alanda İsfahan şəhərində yaşayırdı. Bir necə il sonra Bağdad şəhərinə gedərək burada digər bir bəhai həvarisi Nəbili-Əzəm ilə görüşmüş və dinin təməl prinsipləri ilə daha ətraflı tanış olmaq imkanı əldə etmişdir. Miskin Qələmin Ədirnə şəhərinə gedərək burada Bəhaullah ilə də görüşdüyü məlumdur.
Miskin Vəli
Bayramov Vəli Alı oğlu (Miskinli Vəli) (1894, Miskinli, Yelizavetpol qəzası – 21 dekabr 1995, Gədəbəy rayonu) — Azərbaycan aşığı. Miskinli Vəli 1894-cü ildə Gədəbəy rayonunun Böyük Qarabulaq (indiki Miskinli) adlanan kənində yoxsul bir ailədə doğulmuşdur. Atası Vəlinin 2 yaşı olanda vəfat edib. O, doqquz yaşında ikən muzdurluğa başlamış, sonralar bir müddət çobanlıq etmişdir. 19–20 yaşlarında aşıqlığa başlamışdır. Onun ustadı olmayıb. Saz çalmağı, məclis aparmağı və ümumiyyətlə, aşıqlıq sənətinin sirlərini müstəqil öyrənib. Aşıq Vəli təhsil almadığından yazıb-oxumağı bacarmasa da, güclü hafizəsinin köməyi ilə Azərbaycan el ədəbiyyatından saysız-hesabsız şeirləri, dastanları və folklor nümunələrini yadda saxlamışdır. Miskinli Vəlinin şerləri janrca müxtəlifdir. Onun qoşma, qoşayarpaq qoşma, gəraylı, təcnis, dodaqdəyməz, gedərgəlməz təcnis, müxəmməs, divani, qıfılbənd və s.
Məhəmməd Cəfər Miskin
Məhəmməd Cəfər Miskin (XIX əsr, Şəmkir) — XIX əsr Azərbaycan şairi və satirikçisi. Məhəmməd Cəfər Miskin Şəmkirdən idi. O, lirik şeirlərlə yanaşı, zadəganları, bəyləri və şah idarəçilərini ifşa etdiyi satirik əsərlər də yazmışdır. Miskin kəndlilərə vurduqları zərəri təsvir edərək rüşvətxor çar məmurlarını qınayırdı. Şair dini xarakterli müqayisələrdən də istifadə etmiş, burada məmurları İmam Hüseynin qatilinə bənzətmişdir. Ф. С. Касимзаде. Очерки по истории азербайджанской литературы XIX века. Баку: Азернешр. 1962.

miskin-miskin sözünün leksik mənası və izahı

miskin-miskin sözünün rus dilinə tərcüməsi

miskin-miskin sözünün inglis dilinə tərcüməsi

miskin-miskin sözünün fransız dilinə tərcüməsi

miskin-miskin sözünün ləzgi dilinə tərcüməsi

  • 1 нареч. муьскӀуьн-муьскӀуьн, фагъир-фагъир, язух-язух, фагъирдаказ, язухдаказ, муьскӀуьндаказ (мес. килигун).

    Azərbaycanca-ləzgicə lüğəti / miskin-miskin

Oxşar sözlər

#miskin-miskin nədir? #miskin-miskin sözünün mənası #miskin-miskin nə deməkdir? #miskin-miskin sözünün izahı #miskin-miskin sözünün yazılışı #miskin-miskin necə yazılır? #miskin-miskin sözünün düzgün yazılışı #miskin-miskin leksik mənası #miskin-miskin sözünün sinonimi #miskin-miskin sözünün yaxın mənalı sözlər #miskin-miskin sözünün əks mənası #miskin-miskin sözünün etimologiyası #miskin-miskin sözünün orfoqrafiyası #miskin-miskin rusca #miskin-miskin inglisça #miskin-miskin fransızca #miskin-miskin sözünün istifadəsi #sözlük