* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••••••••••••••• | 3.43 |
2003 | •••••••••• | 1.97 |
2004 | ••••••••••••••••••• | 3.71 |
2005 | •••••••••••••••••••• | 4.05 |
2006 | •••••••••••••••• | 3.15 |
2007 | ••••• | 0.85 |
2008 | ••••••••••••• | 2.44 |
2009 | •••••••• | 1.60 |
2010 | ••••••••••• | 2.09 |
2011 | ••••••••••••• | 2.57 |
2012 | •••••••••••• | 2.41 |
2013 | •••••••••• | 1.90 |
2014 | •••••••••• | 1.89 |
2015 | •••• | 0.68 |
2016 | •••• | 0.69 |
2017 | ••• | 0.49 |
2018 | • | 0.15 |
2019 | •••••• | 1.11 |
2020 | ••••••• | 1.33 |
1 is. [ər.] 1. İnsanın yaşadığı yer, yurd; ev və s. [Şamama cadu:] Özüm də bilmirəm haralıyam. Nə yerim var, nə məskənim. Ə.Haqverdiyev. Bir aydır ki, sevgilisinin məskəni olan kəndin qarşısında durur. H.Nəzərli. □ Məskən salmaq – bir yerdə yaşamağa başlamaq, yurd, yurd-yuva salmaq. Şəhərdə məskən salmaq. – [Yolçu:] Orada məskən salmaq fikrindəyəm. Ə.Məmmədxanlı. Heyvanlar özlərinə buralarda məskən salmağa başlamışdılar. M.Rzaquluzadə. 2. Bir şeyin olduğu, yerləşdiyi yer. Gərdəndə tellər nə gözəl teldi; Onların məskəni o nazik beldi. M.P.Vaqif. Qızğın alver məskəni olan Bazar küçəsi qoçuların gəlir yeri idi. A.Şaiq. □ Məskən etmək (eləmək) – yerləşmək, özünə yurd etmək, yer tutmaq. Zülfündə məskən eylədi cani Nəsiminin; Canın həmişə məskəni ol aşiyanədir. Nəsimi. Can quşu zülfündə məskən eyləmiş; Onunçün qorxuram mən şanələrdən… Q.Zakir. Məskən tutmaq – bax məskən etmək. Ta ayağın tozu tək qapında məskən tutmuşam; Bu səadətdən mənim, baxdım ki, bəxtim tac alır. Xətayi.
Azərbaycan dilinin izahlı lüğəti / məskən2 сущ. 1. место, местонахождение, месторасположение, местопребывание (пункт, где кто-, что-л. находится). İstirahət üçün məskən seçmək выбрать место для отдыха 2. разг. местожительство. Mənim məskənim Bakıdır моё основное местожительство Баку, daimi məskən постоянное местожительство 3. местообитание (место, где водятся птицы, рыбы). Kür çayı qızılbalıq məskənidir река Кура – местообитание лосося 4. край (страна, местность). Azərbaycan uzunömürlülər məskənidir Азербайджан – край долгожителей, Abşeron neft və zeytun məskənidir Апшерон – край нефти и олив 5. жилище, жильё (помещение, дом, квартира). Bu ev mənim yeni məskənimdir этот дом – моё новое жилище 6. место, где что-то происходит. Bulvar istirahət məskənidir бульвар – место отдыха ◊ məskən salmaq: 1. обживать, обжить какое-л. место; 2. основаться, расположиться, обосноваться где-л.; бросить якорь; özünə məskən etmək (eləmək) haranı дневать и ночевать где
Azərbaycanca-rusca lüğət / məskən1 i. dwelling; living quarters pl.; abode, home, house, dwelling-house; residence; ~ salmaq to begin* to live (in a place); to build* a house, to settle down
Azərbaycanca-ingiliscə lüğət / məskən1 is. endroit m, lieu m, place f ; pays m, parage m ; habitation f, logis m, deumeure f ; ~ salmaq installer (s’) ; jeter l’ancre
Azərbaycanca-fransızca lüğət / məskən1 [ər.] сущ. мескен (1. инсан яшамиш жезвай чка; диге, кӀвал ва мс.; məskən salmaq мескен кутун, са чкада яшамиш жез авалун, кӀвал (муг) авун; 2. са затӀ авай (алай) чка; məskən etmək (eləmək) мескен авун (кьун), чка авун, чка кьун; məskən tutmaq кил. məskən etmək).
Azərbaycanca-ləzgicə lüğəti / məskənə. 1) sakin olunan yer, yaşayış yeri; 2) bir şeyin çox olduğu yer.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti