kəskin sözü azərbaycan dilində

kəskin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kəskin • 96.9183%
  • Kəskin • 3.0480%
  • KƏSKİN • 0.0337%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arif Kəskin
Arif Kəskin - Azərbaycanlı sosioloq və Orta Şərq üzrə mütəxəsis. == Həyatı == Arif Kəskin Cənubi Azərbaycanın 1973-ci ildə Muğan bölgəsində anadan olmuşdur. == Təhsili == Orta məktəbi Muğanda tamamlamışdır. 1993-cü ildə Təbriz Universitetinin Sosial Elmlər fakültəsinin Sosiologiya ixtisasından məzun olmuşdur. 1999-cu ildə Ankara Universitetinin Siyasi Elmlər fakültəsində magistr təhsili almışdır. Magistr təhsilini bitirdikdən sonra Ankara Universitetində Siyasi Elmlər fakültəsində doktarantura təhsili almışdır. == Fəaliyyəti == Arif Kəskin 1999-cu ildən ASAM (Avrasiya Strateji Araşdırmalar Mərkəzi), TÜRKSAM, XXI Əsr Türkiyə İnistitutu və ORSAM kimi düşüncə qurumlarında orta şərq üzrə mütəxəsis olaraq çalışmışdır. 1999-cu ildən günümüzə qədər Türkiyə mətbuatında (Stratejik Analiz, Avrasiya Dosyesi, Radikal, Aktual, Vətən, 2003, Qlobal Strategiya və s.) 100-dən çox məqaləsi yayımlanmışdır. Yazıları Türkiyə xaricində Azərbaycan türkcəsinə, farscaya və ingiliscəyə tərcümə edilərək nəşr edilmişdir. Türkiyədə yazdığı məqalələri İranda tərcümə edilərək kitab halında nəşr edilmişdir.
Kəskin bronxit
Kəskin bronxit - bronxların məhdud iltihabıdır. Öskürək və bəlğəm ən önəmli klinik əlamətləridir. Adətən yuxarı tənəffüs yollarının infeksiyası fonunda başlayır. Kəskin bronxitdə öskürəyin 5 gündən artıq davam etməsi ilə yuxarı tənəffüs yolu infeksiyasından fərqlənir. Kəskin bronxitin törədiciləri yuxarı tənəffüs yolu infeksiyasına səbəb olan viruslardır. İnfluenza A və B, parainfluenza, koronavirus (tip1-3), rinovirus, respirator sinsisityal virus ve insan metapnevmovirusu ən sıx rastlanan törədicilərdəndir. Xroniki başqa ağciyər xəstəlikləri olmayan normal insanlarda aparılan araşdırmaların çox azında törədicinin bakterial olduğu aydınlaşdırılmışdır. Törədicilər viruslar hesab olunur. Mycoplasma pneumoniae və Chlamydophila pneumoniae nadir hallarda - əsasən kollektivdə olan yoluxmalarda kəskin bronxitə səbəb olurlar. Belə hallarda öskürək daha az müddətli (≥3 gün) olur.
Kəskin pankreatit
Kəskin pankreatit — mədəaltı vəzin fermentativ autoliz prosesi nəticəsində ödemi və ya aseptik nekrozu ilə başlayıb ikincili irinli infeksiyanın qoşula bilməsi ilə xarakterizə olunan xəstəlikdir. KP pankreas toxumasının məhəlli və ya diffuz şəkildə destruksiyasına gətirib çıxara bilər ki, bu hal pankreonekroz adlanır. Bu zaman peritonarxası toxumanın da nekrozu müşahidə oluna bilər. Bəzən irinli infeksiyanın qoşulması nekroz sahəsinin absesləşməsinə səbəb olur. == Epidemiologiya == Amerika Birləşmiş Ştatlarında hər il 100 000 əhalidən 40 insanda kəskin pankreatit rast gəlinir. Digər ölkələrdə bu göstərici 5–80 arasında dəyişir. == Risk faktorları == KP-nin ən çox rast gəlinən səbəblərinə aşağıdakılar aid edilir: ► öd daşları ► xroniki alkoqol qəbulu ► bəzi dərman maddələrinin (məsələn, merkaptopurin, didanosin, pentamidin, ► sulfonamidlər, salisatlar, furosemid) qəbulu ► infeksiyalar ► genetik hiperlipidemiya ► abdominal travmalar ► qonşu orqanlarda və mədəaltı vəzidə aparılan cərrahi əməliyyatlar ► endoskopik retroqrad xolangioqrafiya ► xroniki hiperkalsiemiya ► pankreas və Fater məməciyinin şişləri ► Öddi sfinkterinin diskineziyası ► 12 barmaq bağırsaq xəstəlikləri == Klinik Təsnifat == KP klinik gedişinə görə iki yerə bölünür: mülayim gedişli və ağır gedişli destruktiv pankreatitlər. KP təsadüflərinin əksəriyyəti (80%) mülayim gedişli və məhdudlaşmış olur. Mülayim gedişli kəskin pankreatitlər zamanı cərrahi müalicə göstəriş deyil . Mülayim gedişli (yüngül — ödemli) pankreatit 3–5 gün ərzində aparılan bazis müalicəvi tədbirlər nəticəsində və ya öz-özünə sağala bilir.
Kəskin qarın
Kəskin qarın termini altında səbəbi bəlli olmayan kəskin şiddətli və ya kəskin təkrarlanan, qayıdan qarın ağrıları nəzərdə tutulur. Kəskin qarın zamanı təcili diaqnostikaya və çox vaxt cərrahi əməliyyata ehtiyac duyulur . == Səbəblər == Kəskin qarına aşağıdakılar səbəb ola bilər: Kəskin xolesistit Kəskin pankreatit Kəskin appendisit Bağırsaq keçməməzliyi - (lat. ileus) Kəskin peritonit Mədə və onikibarmaq bağırsaq xoralarının perforasiyaları (deşilməsi) Bağırsaq divertikulitlərinin perforasiyaları Öd kisəsi divarının perforasiyası Mezenterial infarkt (müsariqə arteriyalarının trombozları nəticəsində meydana çıxan bağırsaq nekrozu). Böyrək sancıları Qarın aortası anevrizması Partlamış ektopik hamiləlik metabolik xəstəlik (şəkərli diabet sonucunda laktasidoz) == Simptomlar == Kəskin qarının əsas kliniki bəlirtiləri aşağıdakılardır: şiddətli qəfləti və ya daimi yerli yaxud yayılan qarın ağrıları peritoneal əlamətlər (əzələ gərilməsi - qarın divarının hissəvi və ya tam gərginliyi taxta qarın — Şotkin-Blyumberq simptomu) bağırsaq peristaltikasının pozulması (köpmə, ürək bulanması, qusma) qan dövranının pozulması, şok (dəri örtüklərinin avazıması,rəngin solğunlaşması, yapışqan tər, gözlərin çuxura düşməsi,tezləşmiş zəif nəbz, arterial təzyiqin düşməsi) defekasiya(nəcisin ifrazı) aktının olmaması ümumi vəziyyətin pozulması. === Ağrılar və anatomik bağlılığı === Ağrılar xasiyyətcə 3 cür olur: Tutmaşəkilli visseral ağrılar küt, dərin, diffuz (yayqın), çox vaxt tutmaşəkilli (intensivliyinə görə artan-azalan) olur, xəstə dəqiq yerini söyləyə bilmir. Visseral ağrılar boşluqlu orqanın şişib gərilməsi, əzələ yığılmaları (spazmaları), bağırsağın ağrıverici hiperperistaltikası və yaxud orqan kapsulunun qəfləti gərilməsi sonucunda meydana gəlir, məsələn: sidik axarı sancısı, öd kisəsi sancısı, qara ciyər kapsulunun gərilməsi.qəfləti güclü ağrılar hansısa boşluq orqanının dəlinməsi və ya qarın aortası anevrizmasının əlaməti ola bilər.Sürəkli somatik ağrılar kəskin, yandırıcı olur, xəstə dəqiq yerini deyə bilir. İltihab (örnəyin appendisit), zədə və ya orqanın emboliyası (damar tıxanması) nəticəsində əmələ gəlir və peritondan, mezenterdən mezokolondan yaxud peritonarxası sahədən qaynaqlanır. === Əzələ defansı (taxta qarın) === Əzələ defansı (əzələ müdafiəsi) yerli başlayıb bütün qarına yayıla (taxta qarın, peritonizm) bilər. Əgər peritonizm qızdırma və iltihab göstəricilərinin (C-reaktiv zülal, leykositoz) qalxmasıyla müşahidə olunursa, bu, artıq kəskin qarının peritonitlə müşayiət olunması haqqda xəbər verir.
Sərxan Kəskin
Sərxan Kəskin (25 noyabr 1977, İzmit) — 1997-ci ildə İzmit şəhər teatrının nəznində açılan teatr kursunda aktyorluq həyatına başlamışdır.1999-2002 illəri arasında “Akademi İstanbul” teatr məktəbində aktyorluq təhsilini bitirdikdən sonra 2002-ci ildə yaradılan “Semaver Kumpanya” truppasına qatıldı və uzun illər burada həm aktyor, həm də rejisor kimi fəaliyyət göstərdi. == Fəaliyyəti == 2011-ci ildə rejissoru Onur Ünlü olan, TRT tərəfindən yayımlanan Leyla ilə Məcnun teleserialındakı “İsmail abi” obrazı ilə daha böyük kütlə tərəfindən tanındı. Sərxan Kəskin 2014-cü ildə senaristi və rejissoru Onur Ünlü olan “Etirazım var” filmində Büşra Pekin və Osman Sonant ilə baş rolları böülşmüşdür. 2013-cü ildə Sən Aydınlatarsan Gecəni filmində rol aldı. 2013-cü ilin martında Leyla və Məcnun serialının aktyorları ilə bərabər qurduğu “Leyla The Band” musiqi qrupunda bas gitarı ilə yer aldı 2015-ci ildə Limonata filmində baş rolda Səlim obrazını canlandırdı. 2015-ci ilin fevralında başlayan Beş Qardaş teleserialında Balıqçı Səid obrazı ilə baş rolda oynamışdır. 2014-cü ildə 51-ci Qızıl Portağal Film Festivalı tərəfindən ən yaxşı kişi aktyor adına layiq görülür.
Kəskin böyrək çatışmazlığı
Kəskin böyrək çatışmazlığı — böyrək funksiyasının ani, saatlar və ya günlər ərzində əmələ gələn, geri dönəbilən pozğunluğu. Əvvəlki normal böyrək funksiyası bərpa oluna və ya kəskin böyrək çatışmazlığı fonunda xroniki böyrək çatışmazlığı meydana çıxa bilər. Normal böyrək funksiyasından sonra, artıq mövcud xroniki böyrək xəstəliyi fonunda və ya kəskin böyrək xəstəliyi çərçivəsində meydana çıxa bilər. == Klinik şəkli == Böyrək çatışmazlığı dedikdə renal bir fon xəstəliyin mövcudluğundan asılı olmadan yumaqcıq və ya kanalcıqların çatışmazlığı səbəbindən böyrəklərin yetərsiz fəaliyəti nəzərdə tutulur. Demək olar ki, hər zaman böyrəklər böyrək çatışmazlığı zamanı sağlamdır (böyək xəstəliyi olmadan böyrək çatışmazlığı). Bunun əksi böyrək çatışmazlığı olmayan böyrək xəstəliyindən ayırd edilməlidir. Əlavə olaraq kəskin böyrək zədələnməsi, kəskin böyrək xəstəliyi və xroniki böyrək xəstəliyi də ayırd edilir. Səbəblər zədələnmə yerinə uyğun olaraq prerenal, renal, postrenal olaraq təsnif edilir. Böyrəkdən qabaq (prerenal) zədələnmə səbəbləri ilk növbədə azalmış qan həcmi (hipovolemiya; qanamalar, maye əskikliyi və ya ürək çatışmazlığı zamanı) və ya çox aşağı qan təzyiqidir (kardiorenal sindrom, şok, hepatorenal sindrom). Prerenal zədələnmələr üçün ölçü vahid zamanda ürək tərəfindən vurulan qanın həcmidir (CO-cardiac output).
Kəskin olmayan maskalama
Kəskin olmayan maskalama –( eng.unsharp masking ) tonal keçidlərin kontrastlığını gücləndirmək hesabına böyük kəskinliyə nail olmaq üçün fotoqrafik görüntünün işlənməsi üsulu. Peşəkar iş üçün nəzərdə tutulmuş proqram məhsullarının əksəriyyətində bu texnika gerçəkləşdirilib. Bu üsuldan lentli fotoqrafiyada da istifadə olunurdu. Ancaq XX əsrin başlanğıcında böyük zəhmət tələb edən bu işin nəticəsi, görüntülərin emalının müasir üsullarından istifadənin nəticələri ilə müqayisə oluna bilməz. Doğrusu, kəskin olmayan maskalama görüntünün kəskinlik dərəcəsini yüksəltmir. O, görüntünün yaradılması prosesinin müxtəlif mərhələlərində (çəkiliş, darama, ölçünün dəyişdirilməsi, poliqrafik canlandırma) itirilmiş detalları bərpa etmir. Kəskin olmayan maskalama görüntünün elə hissələrində lokal kontrastlığı gücləndirir ki, həmin hissələrdə əvvəldən rəngin dərəcələrinin kəskin dəyişiklikləri var idi. Bunun nəticəsində görüntü vizual olaraq daha kəskin qəbul olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kəskin revmatik qızdırma
Kəskin revmatik qızdırma və ya KRQ — həssas insanlarda A qrupu beta hemolitik streptekoklar tərəfindən törədilən yuxarı tənəffüs yolları infeksiyasından 1-5 həftə sonra ortaya çıxan, ürək, oynaqlar, beyin, qan damarları, dəri və dərialtı bağ toxumasını tutan sistemik bir xəstəlikdir.KRQ - A qrupu streptekokları tərəfindən törədilmiş faringitin qaliği olaraq yaranmış, ən çox oynaqları və ürəyi, daha az mərkəzi sinir sistemi, dəri və dərialtı toxumaları tutan nonsupuratif (irinsiz) iltihabi cavab reaksiyasıdır. == Tarixçəsi == ‘Rheumatism’, ‘rheuma’, ‘Bouillaud’s Disease’, ‘Poliarthritis Subacuta Rheumatism’, ‘Poliarthritis Acuta’, ‘Poliarthritis Rheumatica Acuta’,‘Rheumatismus İnfectiosus’, ‘ Rheumatismus Cerus’, ‘Morbus Rheumaticus Specificus’ kimi tarixi adları olmuşdur. KRQ - miladdan öncə 500-cü ildən bəri bilinən bir xəstəlikdir. Hipokrat "Xəstəliklər haqqında dörd kitab" əsərində belə yazmışdır : "Artrit zamanı halsızlıq meydana gəlir, şiddətli bir ağrı vücudun bütün oynaqlarını tuta bilir və bu ağrılar bəzən çox şiddətli, bəzən həlimdir, bir oynaqdan digərinə sıçraya bilir." Artriti ilk dəfə təsvir edən Guillaume de Baillou ( 1538 -1616) dur. Thomas Sydenham (1624-1668) 1686 ci ildə Sydenham xoreyasını təsvir etmiş, amma artrit ilə xoreyanı əlaqələndirə bilməmişdir. Charles Wells 1812 ci ildə ilk olaraq artrit və xoreya arasında əlaqəni təsvir etmiş və ilk olaraq subkutan nodullardan (dərialtı düyünlərdən) bəhs etmişdir. 18 ci əsrin ortalarında Gerard van Swieten "bəzən oynaqlarda ağrı qurtarır, sinədə ağrı başlayır, çırpıntı olur" deyərək revmatizm ilə ürək xəstəlikləri arasında əlaqə qurmağa cəhd etmişdir. William Cullen 1760 ci illərdə revmatizm xəstələrində "sürətli, dolğun və sərt nəbz" əlamətinə diqqət çəkmiş amma revmatizm və ürək xəstəlikləri arasında əlaqəni ilk təsvir edən Wells olmuşdur. David Pitcairn ilə birlikdə 1778 ci ildə bunu nəşr etdirmişdir. 1809 cu ildə David Dundas ürək xəstəliyindən ölən 9 revmatizm xəstəsindən 6 sını təşrih etmişdir və hamısında ürəyin genişləndiyini, birində perikardiyal mayedə artım olduğunu və bəzilərində perikardın ürəyin səthinə yapışıq olduğunu müşahidə etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 84.70 dəfə / 1 mln.
2000 •••••••••••••••••••• 6, 134.97
2002 130.19
2003 85.04
2004 64.01
2005 76.25
2006 85.14
2007 62.58
2008 53.35
2009 68.79
2010 83.15
2011 85.88
2012 84.07
2013 88.25
2014 95.93
2015 91.52
2016 85.90
2017 78.85
2018 69.52
2019 74.41
2020 147.59

kəskin sözünün leksik mənası və izahı

  • 1 sif. 1. İti. Kəskin qılınc. – Meydan görmüş atı olsa; Zülfüqarı kəskin olur. “Koroğlu”. Müharibə günündə kəskin bir silah olur; Mənim əlimdə qələm. S.Rüstəm. 2. məc. Şiddətli, güclü, təsiredici. Havada kəskin şaxta olmasa da, soyuq bir külək vardı. M.İbrahimov. 3. Çox güclü, şiddətli. Fərş eylədiyim sinəmi hər gün qədəmində; Kəskin təməim süfrədəki nanın üçündür. M.Ə.Sabir. Onun solğun yanaqlarında qəribə bir qızartı, gözlərində isə kəskin parıltı qaynayırdı. Ə.Əbülhəsən. 4. Hiss orqanlarına güclü təsir edən; qıcıqlandırıcı. Kəskin qoxu. Ətrin kəskin iyi. Günəşin kəskin şüaları. // Güclü, çox bərk. Kəskin ağrı. Kəskin sızıltı. // Sürətlə və güclü keçən, daimi olmayan (xəstəliklər haqqında). 5. məc. Aydın, olduqca yaxşı nəzərə çarpan, görünən. Üzün kəskin cizgiləri. Kəskin boya. Kəskin nəzərə çarpmaq. // Birdən-birə baş verən, çox böyük, ciddi. Kəskin dəyişiklik. Havalar kəskin surətdə soyudu. 6. Gərgin, ağır. Kəskin vəziyyət. Münasibət kəskindir. 7. məc. Qaba, kobud, nəzakətsiz, incəlikdən məhrum. Kəskin cavab. Kəskin söz (ifadə). Çox kəskin (z.) danışmaq. // məc. Sərt, amansız, qəti, təsirli. Kəskin tənqid. Əsərə kəskin rəy vermək. 8. məc. Nüfuzedici, iti. Kəskin baxış. – Kəskin nəzərlə baxmaq. 9. məc. Çox inkişaf etmiş, çox incə, çox həssas; iti (qulaq, göz, hafizə və s. haqqında). Çox kəskin hafizəsi var. // məc. Ağıl, zəka, idrak haqqında. Kəskin zəkası var. Uşağın çox kəskin zehni var. 10. məc. Qəti, tərəddüdsüz. Məsələ kəskin (z.) qoyulur. – Araz bu sözləri o qədər qəti və kəskin bir səslə dedi ki, Əlisəfa … artıq bir söz demədi. A.Şaiq. Gözəl simalı, qəti baxışlı və kəskin sözlü bu gənc hamının hüsntəvəccöhünü qazandı. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / kəskin

kəskin sözünün sinonimləri (yaxın mənalı sözlər)

kəskin sözünün antonimləri (əks mənalı sözlər)

kəskin sözünün rus dilinə tərcüməsi

  • 1 1. резкий, пронзительный; 2. пронзительно; 3. остро, резко;

    Azərbaycanca-rusca lüğət / kəskin
  • 2 прил. 1. острый: 1) хорошо режущий. Kəskin silah острое оружие, kəskin qılınc острый меч 2) сильно действующий на органы чувств (обоняние, вкус, слух, зрение). Kəskin qohu острый запах 3) очень сильный по своему проявлению, выражению (о физических ощущениях человека). Kəskin ağrı острая боль 4) протекающий очень быстро, бурно; не хронический (о болезнях). мед. Kəskin bronxit острый бронхит, kəskin qastrit острый гастрит, kəskin iltihab острое воспаление 5) крайне напряженный, критический. Kəskin vəziyyət острое положение, kəskin mübarizə şəraitində в обстановке острой борьбы, kəskin ziddiyyətlər острые противоречия 6) развитой, изощренный, топкий. Kəskin havizə острая память, kəskin zəka острый ум 2. резкий: 1) проявляющийся с большой силой, остротой. Kəskin işıq резкий свет, kəskin iy резкий запах 2) сильно и отчетливо проявляющийся. Üzün kəskin cizgiləri резкие черты лица, kəskin kontrastlar резкие контрасты 3) внезапный и очень значительный. Kəskin dəyişikliklər резкие перемены 4) лишенный мягкости и учтивости; грубый, дерзкий. Kəskin cavab резкий ответ, kəskin söz (ifadə) резкое слово (выражение), kəskin tənqid резкая критика 5) суровый. Kəskin rəy vermək дать суровый отзыв 6) пронзительный, пронизывающий (о ветре, холоде). Kəskin külək пронзительный ветер, kəskin soyuq пронизывающий холод II нареч. 1. остро. Məsələ kəskin qoyulur вопрос ставится остро 2. резко. Kəskin demək резко сказать; kəskin surətdə (şəkildə) в резкой форме (резко); kəskin süjet острый сюжет

    Azərbaycanca-rusca lüğət / kəskin

kəskin sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. 1. (iti) acute, sharp, keen; edgy; 2. (müxt. mənalarda) cutting; keen; piercing; sharp; severe; shred; incisive; acute; curt, strained; strong; hard; ~ ağrı shrewd / raging / severe pain; ~ baxış / nəzər severe look; ~ vəziyyət acute position; ~ dəyişiklik sharp change; ~ qoxu / iy strong smell; ~ zərbə hard / heavy blow; ~ ağıl incisive wit; ~ dil shrewd tongue; ~ külək sharp / biting / cutting wind; ~ məktub stronglyworded letter; ~ mübarizə sharp struggle; ~ nəzər keen / piercing look; ~ söz sharp word; ~ cavab sharp / curt answer; ~ tənqid severe / incisive criticism; ~ şaxta severe / hard frost; ~ fərq distinct difference; ~ hərəkət jerky movement; ~ münasibət strained relation; ~ maraq acute interest II. z. sharply; abruptly; incisively; (sərt) trenchantly; curtly; ~ danışmaq to use sharp words, to speak* with asperity; ~ fərqlənmək to differ distinctly; ~ cavab qaytarmaq / vermək to give* a curt reply; to snap out; məsələni ~ qoymaq to put* a question point-blank

    Azərbaycanca-ingiliscə lüğət / kəskin

kəskin sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. 1) vi||f, -ve, aigu, -ë ; grave ; tendu, -e ~ ağrı douleur f vive ~ baxış (nəzər) regard m perçant ; ~ vəziyyət situation f tendue ; état m critique ; ~ dəyişiklik changement m brusque ; ~ külək vent m violent ; ~ mübarizə lutte f acharnée ; 2) zərf. aprement ; incisivement ; aiguisement ; (sərt) d’une manière tranchante ; d’une manière brusque

    Azərbaycanca-fransızca lüğət / kəskin

kəskin sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. хци; kəskin qılınc хци тур; 2. гужлу, эсер ийидай; кӀеви, къати (мес. тӀал, къай); kəskin qoxu къати (нерар кудай) ни; 3. пер. ачух, вилиз аквадай, лап хъсандиз кьатӀуз жедай (мес. ччинин биришар, рангар); садлагьана жедай, чӀехи (мес. дегишвилер); 4. залан; четин (мес. везият); 5. пер. хци, къетӀи (мес. ван, гаф, килигун); векъи, кубут (мес. жаваб, гаф); кӀеви, амансуз, эсер ийидай (мес. туьнбуьгь); 6. хци, гьассас (мес. вилер, акьул).

    Azərbaycanca-ləzgicə lüğəti / kəskin

kəskin sözünün türk dilinə tərcüməsi

"kəskin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kəskin nədir? #kəskin sözünün mənası #kəskin nə deməkdir? #kəskin sözünün izahı #kəskin sözünün yazılışı #kəskin necə yazılır? #kəskin sözünün düzgün yazılışı #kəskin leksik mənası #kəskin sözünün sinonimi #kəskin sözünün yaxın mənalı sözlər #kəskin sözünün əks mənası #kəskin sözünün etimologiyası #kəskin sözünün orfoqrafiyası #kəskin rusca #kəskin inglisça #kəskin fransızca #kəskin sözünün istifadəsi #sözlük