* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. fiz. riyaz. Fiqurda hər hansı oxların, xətlərin kəsişdiyi nöqtə, bir cisimdə hər hansı nisbətlərin toplaşdığı nöqtə. Təzyiq mərkəzi. Dairənin mərkəzi. Simmetriya mərkəzi. Ellipsin mərkəzi. 2. Hər hansı bir şeyin ortası, orta hissəsi. İzdihamın mərkəzi. // Şəhərin, adətən ortasında olan və inzibati binaların, əsas ticarət və bank idarələrinin və s. yerləşdiyi hissəsi. Şəhərin mərkəzi. // Mərkəzi. Qəzənfər … şəhərin mərkəz küçəsinə yaxınlaşdı. S.Vəliyev. 3. Hər hansı bir işin, rəhbərliyin, idarənin mərkəzləşdiyi yer. Şükür əvvəllərdə Güləlinin əsgərliyə alınmasını bir yanlışlıq zənn etmişdi. Hətta onun anasının dilindən mərkəzə bir ərz-hal da yazmışdı. S.Hüseyn. [Səriyyə] əvvəlcə [Nuriyyəni] mərkəzdən gəlmiş təhkimçi hesab etdi. İ.Əfəndiyev. 4. Hər hansı bir yer, ölkə və s. üçün inzibati, sənaye, mədəni və b. cəhətdən əhəmiyyəti olan şəhər, böyük yaşayış məntəqəsi. İnzibati mərkəz. Ticarət mərkəzi. – Sərxan tez-tez qəza mərkəzinə gedib-gəlirdi. M.Hüseyn. Rayon mərkəzindən çıxıb sola burulanda pöhrəliyin ortası ilə dolayı yol uzanır. Ə.Vəliyev. 5. Hər hansı bir işi idarə edən ali rəhbərlik orqanı (orqanları). Mərkəzin göstərişi. Mərkəzdən alınan direktivlər. 6. Müəyyən işlə məşğul olan bəzi idarə və ya şöbə adlarının tərkibində işlədilir. Televiziya mərkəzi. Elmi informasiya mərkəzi. Sinoptika mərkəzi. 7. fiziol. Orqanizmin bu və ya başqa vəzifəsini tənzim edən sinir hüceyrələri qrupu. Hərəkət mərkəzi. Tənəffüs mərkəzi. 8. Parlamentlərdə: (sağlarla sollar arasında) aralıq partiyalar və qrupların adı.
Azərbaycan dilinin izahlı lüğəti / mərkəz3 ə. 1) dairənin orta nöqtəsi // orta; 2) baş şəhər, paytaxt. Mərkəzi-siqlət ağırlıq mərkəzi.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / mərkəz1 MƏRKƏZ – UCQAR Məni o yerin mərkəzi və şənbə bazarı olan Qəssan qəsəbəsinə sürdülər (M.Talıbov); Azərbaycanın ən ucqar rayonlarından biri də Xocavənddir.
Azərbaycan dilinin antonimlər lüğəti / mərkəz2 I сущ. центр: 1. физ., мат. точка пересечения, сосредоточения каких-л. осей, линий в фигуре, теле. Linzanın mərkəzi центр линзы, dairənin mərkəzi центр окружности, simmetriya mərkəzi центр симметрии 2. середина, средняя часть чего-л. Otağın mərkəzi центр комнаты, parkın mərkəzi центр парка, meydanın mərkəzi центр площади 3. часть города, населённого пункта, где находятся административные здания, основные торговые учреждения и т.п. Şəhərin mərkəzi центр города, köhnə mərkəz старый центр, mərkəzdə yenidənqurma işləri работы по реконструкции центра, mərkəzdə yaşamaq жить в центре 4. место, где сосредоточены какая-л. деятельность, руководство, управление чем-л. Bakı Slavyan Universiteti Respublikada rusistikanın mərkəzidir Бакинский славянский университет – центр русистики в Республике, elmi fikrin mərkəzi центр научной мысли 5. город, крупный населённый пункт, имеющий административное, промышленное, культурное и т.п. значение для какой-л. местности, страны и т.п. İnzibati mərkəz административный центр, ticarət mərkəzi торговый центр, sənaye mərkəzi промышленный центр, rayon mərkəzi районный центр, vilayət mərkəzi областной центр 6. высший орган, осуществляющий руководство, управление какой-л. деятельностью. Mərkəzin göstərişi указание центра, mərkəzin qərarı ilə по решению центра 7. в составе названий некоторых учреждений или отделов, ведающих чём-л. Televiziya mərkəzi телевизионный центр, uçuşu idarəetmə mərkəzi центр управления полётом, elmi informasiya mərkəzi научноинформационный центр, hesablama mərkəzi вычислительный центр 8. группа нервных клеток, регулирующих ту или иную функцию организма. Tənəffüs mərkəzi дыхательный центр, görmə mərkəzi зрительный центр 9. в парламентах некоторых государств: название промежуточных (между левыми и правыми) партий, групп и группировок II прил. 1. центральный: 1) являющийся центром в фигуре, теле и т.п. Mərkəz xətti центральная линия, mərkəz nöqtə центральная точка 2) находящийся, расположенный в центре, в середине чего-л. Mərkəz hücumçusu центральный нападающий, mərkəz piyadası центральная пешка, mərkəz rayonlar центральные районы, mərkəz hissələr центральные части, şəhərin mərkəz küçəsi цетральная улица города 2. центровой: 1) являющийся центром. Mərkəz nöqtə центровая точка 2) находящийся, расположенный в центре, в середине. Mərkəz dəlik тех. центровое отверстие, mərkəz dairəsi центровой круг, mərkəz oyunçusu центровой игрок
Azərbaycanca-rusca lüğət / mərkəz1 i. centre; ağırlıq ~i centre of gravity; fırlanma ~ i centre of rotation; ticarət ~i centre of trade; mədəniyyət ~i cultural centre; ölkənin / şəhərin ~ də in the centre / heart of country / town; cazibə ~i centre of attraction; diqqət ~ ində olmaq to be* in the centre of attention; to be* in the spotlight, to be* in the limelight
Azərbaycanca-ingiliscə lüğət / mərkəz1 is. 1) centre m ; ağırlıq ~i centre de gravité ; ticarət ~i centre commercial ; mədəniyyət ~i centre culturel ; diqqət ~ ində olmaq être l’objet de l’attention ; 2) central m (rabitə)
Azərbaycanca-fransızca lüğət / mərkəz1 [ər.] сущ. меркез (1. юкь; центр; // юкьван; ellipsin mərkəzi эллипсдин юкь; şəhərin mərkəzi шегьердин юкь; 2. центр (девлетдин кьилин идараяр авай шегьер ва я са кар, кӀвалах тухунин къене асул еке метлеб алай чка, шегьер); 3. са кар идара ийизвай кьилин (регьбер) органар; 4. физиол. организмдин гьихьтин ятӀани са везифа кьиле тухузвай нервийрин клеткайрин группа; 5. парламентра: (эрчӀибрунни чаплабурун арада) аралух партийрин ва группайрин тӀвар).
Azərbaycanca-ləzgicə lüğəti / mərkəz