Zərif meşənovruzu
Zərif meşənovruzu (lat. Cyclamen elegans) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin meşənovruzu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B2 ab (i,ii,iii,). Azərbaycanın nadir növüdür.
Çoxillik ot bitkisidir. Kök yumrusu yastılaşmış dairəvi, bəzən diskvari, 3-7 sm dimaterindədir. Yarpaqlar kökyanı rozetdədirlər. Yarpağın lövhəsi dairəvi-yumurtavari, dairəvi-oval və ya oval–tumurcuqlu, əsasda ürəkvari, 3-3,5 sm uzunluqda, 3,5 -6 sm enində, üst tərəfdə tünd–yaşıl, alt tərəfdə bənövşəyi-qırmızıdır. Kasacıq qonur-qırmızı, 5 enli-lansetvari, iti dilimli, 4-5 mm uzunluqdadır. Çiçəklər iri, çəhrayı və ya bənövşəyi-çəhrayı, çıxıntının dar hissəsində bənövşəyi ləkəlidir.